F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə107/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   103   104   105   106   107   108   109   110   ...   161

 

537 


Biz  uduzmarıq,  əksinə,  daha  da  udarıq.  Biz  yenə  də  vurub 

meydana  çıxacağıq,  meydana  çıxacağıq,  hal-hazırda  bizim 

şüarımız  bu  olmalıdır:  «Pire  ça  va  mieux  çaest»

1

.Nə  qədər 



pis olsa bir o qədər yaxşıdır (frans.). Knyaz onun dediklərinə 

nifrətə layiq bir hüsn-rəğbət göstərərək gülümsədi. Natiq öz-

özündən  tamamilə  razı  idi.  Mən  elə  axmaq  idim  ki, 

istəyirdim  ona  etiraz  edim,  hirs  məni  boğurdu.  Lakin 

knyazın  zəhərli  baxışları  məni  bu  fikirdən  döndərdi.  O, 

gözucu mən tərəfə baxdı, mənə elə gəldi ki, knyaz  mənim, 

mütləq gəncliyə xas olan belə bir qəribə hərəkət edəcəyimi 

gözləyir.  O  elə  bəlkə  də,  mənim  belə  bir  hərəkət  etməyimi 

istəyirdi. İstəyirdi ki,  mən  özümü  biabır  edim, o  da  bundan 

həzz  alsın.  Eyni  zamanda,  mən  möhkəm  əmin  idim  ki, 

diplomat  mütləq  mənim  etirazıma  heç  bir  əhəmiyyət 

verməyəcək. Hətta, bəlkə də, mənim orada olub-olmadığımı 

heç nəzərə almayacaq. Onların yanında oturmaq məni təngə 

gətirmişdi. Alyoşa məni bu əzabdan qurtardı. Yavaşca mənə 

yaxınlaşıb, çiynimə toxundu, bir-iki kəlmə söz demək üçün 

kənara  çağırdı.  Mən  başa  düşdüm  ki,  onu  Katya 

                                                 

 

downloaded from KitabYurdu.org




 

538 


göndərmişdir.  Doğrudan  da,  o  göndəribmiş.  Gedib  onun 

yanında  oturdum.  Əvvəl  o  məni  diqqətlə  başdan-ayağa 

süzdü, elə bil ki, bu zaman öz-özünə deyirdi: “Hə, sən belə 

imişsən!” Söhbətə başlamağa ilk anda söz tapmadıq. Lakin 

mən əmin idim ki, çətini onun sözə başlamasıdır, başladımı 

–  dayanmayacaq,  lap  sabaha  kimi  danışacaq.  Alyoşanın: 

“Beş-altı  saat  söhbət  etsəniz...”  sözü  bir  anda  fikrimdən 

keçdi.  Alyoşa  da  bizim  yanımızda  oturmuşdu,  bizim  necə 

söhbətə başlayacağımızı səbirsizliklə gözləyirdi. 

Gülümsünə-gülümsünə bizə baxıb dedi: 

– Niyə danışmırsınız? Bir-birinizə baxıb susursunuz. 

Katya: 


– Ah, Alyoşa, – dedi, – sən necə... Bu saat danışacağıq. 

İvan  Petroviç,  bizim  bir  yerdə  danışılası  o  qədər  sözümüz 

var  ki,  heç  bilmirəm  nədən  başlayım.  Biz  çox  gec  tanış 

olmuşuq,  hərçənd,  mən  sizi,  uzaqdan-uzağa  lap  çoxdan 

tanıyıram,  amma  əvvəldən  tanış  olmaq  lazım  idi.  Mən  sizi 

çox  görmək  istəyirdim.  Hətta  sizə  məktub  yazmaq 

istəyirdim... 

Mən qeyri-ixtiyari olaraq gülümsədim: 

downloaded from KitabYurdu.org



 

539 


– Nə barədə? 

Katya ciddi bir ifadə ilə cavab verdi: 

–  Deyiləsi  söz  azdırmı?  Elə  bircə  bunu  götürək: 

Natalya  Nikolayevna  haqqında  bu  doğru  deyirmi  ki,  onu 

belə  bir  vaxtda  tək  qoyanda  o  incimir?  Belə  də  iş  eləmək 

olarmı ki, Alyoşa eləyir? Sən axı indi niyə burdasan, bir de 

görüm? 

–  Ah,  ilahi!  Mən bu  saat  gedəcəyəm.  Mən  dedim  axı, 



burda  bircə  dəqiqə  qalacağam,  sizin  bir  yerdə  necə 

danışdığınıza baxacağam, sonra da birbaşa ora! 

– Budur, biz bir yerdəyik, bir yerdə oturmuşuq, gördün 

ki?  O  həmişə  belədir,  –  deyərək  əlavə  etdi,  azca  qızarıb, 

barmağı ilə Alyoşanı göstərdi. – “Bircə dəqiqə, deyir, bircə 

dəqiqə”, amma baxırsan ki, gecəyarısına kimi oturdu, bəzən 

daha  da  çox.  Deyir  ki:  “Onun  acığı  tutmur,  o  çox 

mərhəmətlidir” – görürsünüz necə düşünür?! Bəs onda sənin 

bu tutduğun iş yaxşı işdir, nəcib işdir? 

Alyoşa qəmgin halda dedi: 

–  Yaxşı,  onda  gedim.  Ancaq  mən  çox  istəyirdim  ki, 

sizdən ayrılmayım... 

downloaded from KitabYurdu.org



 

540 


– Axı bizimlə oturub nə edəcəksən? Əksinə, biz gərək 

təkliklə  oturub  danışaq,  danışılmalı  söz  də  çoxdur.  Mənə 

bax, sən incimə, mütləq belə lazımdır, başa düş. 

– Əgər belə lazımdırsa, onda mən bu saat... Daha burda 

inciməli  nə  var  ki!  Ancaq  bir  dəqiqəliyə  Levinkaya 

dönəcəyəm,  ordan  da  dərhal  onun  yanına  gedəcəyəm,  – 

şlyapasını  götürərək  sözünə  davam  etdi:  –  İvan  Petroviç, 

bilirsiniz  nə  var?  Atam  məhkəmə  vasitəsilə  udduğu  pulu 

İxmenevə qaytarmaq istəyir. 

– Bilirəm. O özü bunu mənə deyib. 

–  Görürsünüz  nə  nəcib  iş  tutur?  Amma  Katya  onun 

nəcib  iş  tutduğuna  inanmır.  Onunla  bu  barədə  danışın. 

Katya,  sağ  ol,  xahiş  edirəm,  mənim  Nataşanı  sevdiyimə 

şübhə  etməyəsən.  Niyə  axı  siz  hamınız  mənə  bu  şeyləri 

güclə  qəbul  etdirirsiniz,  məni  danlayırsınız,  mənə  göz 

qoyursunuz,  elə  bil  ki,  mən  sizin  nəzarətiniz  altındayam! 

Nataşa bilir ki, mən onu necə sevirəm. O mənə inanır, mən 

də  inanıram  ki,  o  mənə  inanır.  Mən  onu  qeydsiz-şərtsiz 

sevirəm,  üzərimə  heç  bir  vəzifə  götürmədən  sevirəm.  Mən 

heç  bilmirəm  onu  necə  sevirəm.  Elə-belə  sevirəm.  Buna 

downloaded from KitabYurdu.org



 

541 


görə də məni müqəssir adam kimi sorğu-suala tutmaq lazım 

deyil.  İvan  Petroviçdən  soruş,  o  indi  burdadır,  o  mənim 

sözümü təsdiq edər. Nataşa qısqancdır, o məni çox sevsə də, 

onun  sevgisində  çox-çox  xudbinlik  vardır,  çünki  o  heç 

nəyini mənə fəda etmək istəmir. 

Mən öz qulaqlarıma inanmayıb təəccüblə soruşdum: 

– Necə? 

Katya əlini əlinə çırparaq, az qala çığıraraq dedi: 

– Alyoşa, sən nə danışırsan? 

–  Doğru  deyirəm,  burda  təəccüblü  nə  var  ki?  İvan 

Petroviç  bilir.  Nataşa  həmişə  tələb  edir  ki,  mən  onun 

yanında olum. O bunu tələb etməsə də, üzündən görünür ki, 

o bunu istəyir. 

Katya acığından qıpqırmızı qızardı: 

–  Belə  sözləri  demək  sənin  üçün  ayıb  deyilmi,  ayıb 

deyilmi?! 

– Niyə ayıb olur? Katya, vallah, sən qəribə adamsan! O 

özü təsəvvür etdiyindən artıq mən onu sevirəm. Əgər o məni 

həqiqətən  sevmiş  olsaydı,  necə  ki  mən  onu  sevirəm,  onda 

yəqin ki, öz həzzini mənə fəda etmiş olardı. Doğrudur, o özü 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə