F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə108/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   104   105   106   107   108   109   110   111   ...   161

 

542 


məni  buraxır,  amma  üz-gözündən  görünür  ki,  məni 

buraxmaq ona çox əzab verir, belə olanda mənim üçün heç 

fərqi yoxdur, bu elə mənim üçün buraxmamaq deməkdir. 

Katya mənə tərəf dönərək, həyəcanla dedi: 

–  Yox,  bu  sənin  sözün  deyil!  –  onun  gözləri  qəzəblə 

parıldayırdı.  –  Alyoşa,  boynuna  al,  bu  saat  boynuna  al  ki, 

bunun hamısını sənə atan deyib! Bu gün deyib! Rica edirəm, 

mənə kələk gəlmə, mən o saat bilirəm! Elədir, ya yox? 

Alyoşa karıxmış halda cavab verdi: 

–  Hə,  deyib!  Deyəndə  nə  olar  ki?  Bu  gün  o  mənimlə 

çox  mehriban,  çox  dostcasına  danışdı.  Nataşanı  elə  hey 

tərifləyirdi,  mən  hətta  buna  təəccüb  etdim,  Nataşa  onu  elə 

təhqir etmişdi, amma bu onu tərifləyirdi. 

Mən dedim: 

–  Bəs  siz,  siz  də  buna  inandınız?  Axı  o  sizə 

bacardığının hamısını vermişdir, hətta indi də, bu gün də o 

ancaq  siz  barədə  narahat  olurdu,  çalışırdı  ki,  siz 

darıxmayasınız,  sizi  Katerina  Fyodorovnanı  görmək 

imkanından  məhrum  eləməsin!  O  özü  bu  gün  bunu  mənə 

downloaded from KitabYurdu.org




 

543 


dedi.  Siz  də  durub  atanızın  bu  saxta  sözlərinə,  bu 

böhtanlarına inanırsınız? Ayıb deyilmi?! 

– Naşükür adam! Buna nə var ki, bunun üçün ayıb-zad 

yoxdur!  –  Katya  bunu  deyib  əlini  yellədi,  sanki  ondan 

tamamilə ümidini kəsmişdi. 

Alyoşa qəmgin halda sözünə davam etdi: 

–  Axı  siz  məndən  nə  istəyirsiniz?!  Katya,  sən  həmişə 

beləsən!  Sən  həmişə  məni  pis  gözdə  görürsən...  İvan 

Petroviç də sizdən betər! Siz elə bilirsiniz ki, mən Nataşanı 

sevmirəm.  Mən  onun  xudbin  olmasını  başqa  bir  mənada 

demədim.  Mən  ancaq  bunu  demək  istəyirdim  ki,  o  məni 

həddindən artıq çox sevir, belə ki, lap daha cızığından çıxır, 

bundan  da  həm  o  əzab  çəkir,  həm  də  mən.  Atam  istəsə  də, 

məni  heç  aldada  bilməz.  Onun  dediklərinə  uymaram.  O, 

Nataşanın xudbin olduğunu heç də pis mənada demədi, mən 

axı  onun  nə  dediyini  başa  düşdüm.  İndi  mən  sizə  necə 

dedimsə,  o  da  eynən  mənə  belə  dedi.  Dedi  ki,  Nataşa  səni 

elə çox sevir ki, bu gəlib xudbinlik dərəcəsinə çatır, bundan 

həm  sən  əzab  çəkirsən,  həm  də  o,  sən  daha  artıq  əzab 

çəkəcəksən.  Bu  sözləri  o  doğru  deyir,  məni  istədiyindən 

downloaded from KitabYurdu.org



 

544 


deyir,  bu  heç  də  o  demək  deyil  ki,  Nataşa  haqqında  o  pis 

fikirdədir,  əksinə,  atam  onun  sevgisini,  hədd-hüdudu 

olmayan,  heç  təsəvvürə  sığışmayan,  çox  qüvvətli  bir  sevgi 

hesab edir, elə bir sevgi ki... 

Katya  onun sözünü kəsdi,  fikrini  tamamlamağa imkan 

vermədi.  Alyoşanı  odlu-odlu  danlamağa  başladı,  ona  sübut 

edərək dedi ki, atan öz saxta yaxşılığı ilə səni aldatmaq üçün 

Nataşanı tərifləməyə başlamışdır, bunda da məqsədi odur ki, 

sizin  aranızda  olan  əlaqənizi  kəssin,  altdan-altdan,  gizlin-

gizlin səni onun əleyhinə qaldırsın. Katya qızğın halda, çox 

ağıllı surətdə isbat edərək göstərdi ki, Nataşa səni sevir, heç 

bir sevgi onun başına gətirdiyi işləri bağışlamaz, buna görə 

də  əsl  xudbin  elə  sənsən!  Katya  yavaş-yavaş  Alyoşanı  elə 

bir  vəziyyətə  gətirdi  ki,  o  son  dərəcə  qəmginləşdi, 

danışdığına  da  lap  peşman  oldu.  Alyoşa  bizim  yanımızda 

oturub  tamamilə  məğlub  olmuş  halda,  dinib-danışmadan 

yerə  baxırdı,  üzündəki  ifadədən  iztirab  çəkdiyi  görünürdü. 

Lakin  Katya  susmaq  bilmirdi.  Mən  böyük  bir  maraqla  ona 

baxırdım.  Mən  bu  qəribə  qızı  tez  bir  vaxtda  tanımaq 

istəyirdim. O, tamamilə uşaq idi, lakin xeyirxahlığa, ədalətə 

downloaded from KitabYurdu.org



 

545 


fitri,  ehtiraslı  məhəbbət  bəsləyən,  möhkəm  qayda-qanunlu, 

öz  əqidəsində  möhkəm  olan  qəribə  bir  uşaq  idi.  Əgər  ona, 

doğrudan da, hələ uşaq demək olardısa, onu düşünən uşaqlar 

sırasına  daxil  etmək  lazım  gələrdi,  belə  uşaqlar  bizim 

ailələrdə  çoxdur.  Aydın  görünürdü  ki,  o  çox  düşünür,  çox 

mühakimə  yürüdür.  Bu  düşünən  beyinə  baxmaq,  orada 

tamamilə uşaq fikirləri və təsəvvürləri ilə bərabər, həyatdan 

hiss  edilərək,  yaşayaraq  alınmış  ciddi  təəssüratların, 

müşahidələrin (çünki Katya indi yaşadığı həyatı hiss edirdi), 

eyni  zamanda,  hələ  ona  tanış  olmayan,  hələ  hiss  edilərək 

yaşanılmayan,  lakin  onu  mücərrəd  şəkildə,  kitab  əsasında 

valeh edən fikirlərin necə bir araya gəldiyini görmək maraqlı 

idi.  Belə  mücərrəd,  kitabdan  götürülmə  fikirlər,  görünür, 

onun  beynində  lap  çox  idi,  yəqin  ki,  bunları  o  özü  hiss 

edərək,  yaşayaraq  dərk  etdiyi  fikir  kimi  qəbul  edirdi.  Mənə 

elə  gəlir  ki,  həm  bu  axşam,  həm  də  sonralar  mən  ona  çox 

yaxşı bələd ola bildim. O, coşqun, hər şeyi tez dərk edən bir 

qəlbə  malik  idi.  O  elə  bil  ki,  bəzən,  hər  şeydən  əvvəl, 

həqiqəti  üstün  tutaraq,  özünə  hakim  olmaq  bacarığına 

etinasızlıq  göstərirdi,  həyatda  səbatlı  olmağı  şərti,  mənasız 

downloaded from KitabYurdu.org



 

546 


bir ənənə hesab edirdi, sanki belə bir əqidə sahibi olması ilə 

fəxr  edirdi.  Belə  hallar  bir  çox  coşqun  qəlbli,  hətta  heç 

gənclik yaşlarında olmayan insanlarda özünü göstərir. Lakin 

bu özü ona xüsusi bir gözəllik verirdi. Düşünməyi, həqiqəti 

əldə  etməyi  çox  sevirdi,  amma  pedantlıqdan  o  qədər  uzaq 

idi,  o  qədər  uşaqcasına  hərəkətlər  edirdi  ki,  siz  ilk  görüşdə 

onda  olan  bütün  orijinallığı  sevməyə  başlayar,  bunlarla 

razılaşardınız. Lyovinka və Borinka yadıma düşdü, mənə elə 

gəldi  ki,  bu  şeylər  gərək  elə  belə  də  olsun.  Çox  qəribədir: 

mən  ilk  baxışda  Katyanın  üzündə  elə  bir  xüsusi  gözəllik 

görmədiyim halda, elə o axşam onun üzü mənim nəzərimdə 

get-gedə  daha  gözəl,  daha  cazibədar  olurdu.  Onda 

sadəlövhcəsinə  iki  cəhət  vardı:  o,  bir  tərəfdən  uşaq  idi,  bir 

tərəfdən də düşünən, mühakimə yürüdən bir qadın. Onda bir 

tərəfdən uşaqlıq, son dərəcə səmimi olaraq, həqiqət və ədalət 

arzusu, bir tərəfdən də  öz əqidəsinə  sarsılmaz  bir inam  var. 

Bunlar  hamısı  onun  üzündə  gözəl  səmimiyyət  işığı  ilə 

parıldayırdı,  ona  yüksək,  mənəvi  bir  gözəllik  verirdi,  siz 

başa düşməyə başlayırdınız ki, bu gözəlliyin bütün mənasını 

çox da elə tezliklə dərk etmək olmaz, hər bir adi, laqeyd bir 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə