F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə11/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   7   8   9   10   11   12   13   14   ...   161

 

49 


Peterburq onu qorxudurdu,  ah  çəkirdi,  əvvəlki  dolanışığını, 

İxmenyevkanı,  Nataşanın  yaşa  dolduğunu  xatırlayıb 

ağlayırdı,  deyirdi  ki,  Nataşanın  haqqında  heç  düşünən 

yoxdur.  Sonra  da,  daha  artıq  inanılan  dost  bir  adam 

olmadığından,  mənimlə  ətraflı  surətdə  açıq  danışmağa 

başlayırdı. 

Həmin bu vaxtda, onlar gəlməmişdən bir az əvvəl, mən 

ilk  romanımı  bitirdim,  mənim  ədəbi  fəaliyyətim  də  bu 

romanla  başlayır.  Lakin  bu  işə  təzə  başladığım  üçün  heç 

bilmirdim  ki,  onunla  nə  edim.  İxmenyevgilə  bu  barədə  heç 

bir şey deməmişdim. Onlar az qala mənimlə dalaşırdılar ki, 

niyə mən boş-bekar yaşayıram, yəni qulluq eləmirəm, qulluq 

eləmək  üçün  çalışıb  özümə  bir  yer  tapmıram.  Qoca 

İxmenyev isə, əlbəttə, bir ata kimi mənə ürəyi yanaraq, məni 

çox  bərk,  hətta  acıqlı-acıqlı  danlayırdı.  Amma  mən  nə  ilə 

məşğul olduğumu onlara deməyə utanırdım. Axı onlara necə 

demək  olardı  ki,  mən  qulluq  eləmək  istəmirəm,  roman 

yazmaq istəyirəm! Buna görə də onları aldadırdım, deyirdim 

ki,  mənə  qulluq  eləmək  üçün  yer  vermirlər,  amma  mən  var 

qüvvəmlə  özümə  qulluq  axtarıram.  Dediklərimin  doğru 

downloaded from KitabYurdu.org



 

50 


olub-olmadığını yoxlamağa onun vaxtı yox idi. Yadımdadır, 

bir gün Nataşa bizim söhbətimizə qulaq asdıqdan sonra məni 

sirli bir adam kimi kənara çəkdi. Gözyaşı tökə-tökə, yalvara-

yalvara  öz  taleyim  haqqında  düşünməyimi  məndən  xahiş 

etdi, sonra da təkidlə məndən nə etdiyimi soruşdu. Mən ona 

da  nə  ilə  məşğul  olduğumu  açıb  demədim,  onda  Nataşa 

mənə,  tənbəl,  avara  bir  adam  kimi,  özümü  məhv 

etməyəcəyimə and içdirdi. Doğrudur, mən ona nə ilə məşğul 

olduğumu  açıb  demədim,  amma  yadımdadır,  onda  mən 

gördüyüm  iş,  yazdığım  ilk  roman  haqqında  onun  bircə 

kəlmə  ürək  verən  sözünü  eşitsəydim,  bunu  tənqidçilərin  və 

ədəbiyyata qiymət verən adamların sonralar mənim barəmdə 

söylədikləri  ən  yaxşı  təriflərindən  yüksək  tutardım!  Bəli, 

nəhayət, 

mənim 

romanım  çıxdı.  Hələ  o,  çapdan 



çıxmamışdan  xeyli  əvvəl  ədəbiyyat  aləmində  hay-küy 

başlandı. B. mənim əlyazmamı oxuyaraq uşaq kimi sevindi. 

Bəli!  Əgər  bir  zaman  xoşbəxtlik  mənə  üz  vermişsə,  bu  heç 

də  qazandığım  müvəffəqiyyətin  məstedici  dəqiqələrində 

olmamışdır. Bu o zaman olmuşdur ki, onda mən əlyazmamı 

hələ  heç  kəsə  oxumamışdım,  heç  kəsə  göstərməmişdim. 

downloaded from KitabYurdu.org



 

51 


Onda  mən  uzun  gecələri  ürək  açan  ümidlər  və  xəyallar 

içində,  sevə-sevə,  ehtiraslı  əməyə  qapılaraq  keçirirdim. 

Onda 

mən 


öz  fantaziyama,  yaratdığım  insanlara 

öyrəşmişdim,  elə  bil  ki,  onlar  doğrudan  da,  yaşayırdılar, 

onları  sevirdim,  onların  sevinci  ilə  sevinirdim,  kədəri  ilə 

kədərlənirdim, çox vaxt da, bu sadə qəhrəmanlarım üçün lap 

ürəkdən  ağlayırdım.  Nikolay  Sergeiç  və  Anna  Andreyevna 

mənim müvəffəqiyyətimdən o qədər sevindilər ki, bunu heç 

təsvir  etmək  mümkün  deyil,  lakin  onlar  əvvəl  buna  son 

dərəcə  təəccüb  etdilər:  bu  onlara  çox  qəribə  görünmüşdü! 

Məsələn,  Anna  Andreyevna  heç  inana  bilmirdi  ki,  hamı 

tərəfindən  bəyənilən  və  şöhrət  qazanan  yeni  yazıçı 

Vanyadır, Vanya ki... və sairə və sairə... elə bir ucdan başını 

yelləyirdi.  Qoca  Nikolay  Sergeiç  də  xeyli  vaxt  dediyindən 

dönmədi,  hətta  bu  məsələni  eşidərkən  qorxdu  da.  Qulluq 

karyerasının itirildiyindən, ümumiyyətlə, bütün özündən söz 

quraşdıranların  səliqəsiz  olduqlarından  danışmağa  başladı. 

Lakin  mənim  haqqımda  arası  kəsilmədən  yayılan  yeni 

xəbərlər,  jurnallardakı  elanlar,  bir  də  ki,  böyük  hörmət 

bəslədiyi  adamlardan  eşitdiyi  bir  neçə  tərifli  sözlər,  onu  öz 

downloaded from KitabYurdu.org



 

52 


fikrini dəyişməyə məcbur etdi. Amma elə ki, mənim birdən-

birə pullu olduğumu gördü,  ədəbi əsərə necə pul verildiyini 

bildi,  onun  son  şübhələri  də  dağıldı.  O,  tez  bir  zamanda 

şübhələrdən çıxıb yazıçılıq işinə tam mənası ilə və iftixarla 

inandı,  mənim  xoşbəxtliyimə  bir  uşaq  kimi  sevindi, 

gələcəyim  haqqında  böyük  ümidlərə,  adamı  valeh  edən 

parlaq  xəyallara  qapıldı.  O  hər  gün  mənim  üçün  yeni, 

yüksək  mövqelər,  planlar  yaradırdı,  bu  planlarda  nələr  yox 

idi! O mənə xüsusi bir hörmət göstərməyə başladı, bu vaxta 

qədər  mən  ondan  belə  bir  hörmət  görməmişdim. 

Yadımdadır,  bəzən  elə  olurdu  ki,  ən  parlaq  xəyallara 

qapıldığı  yerdə  birdən  yenə  də  şübhələr  onu  bürüyür,  yenə 

onun fikrini çaşdırırdı. O öz-özünə deyirdi: 

“Özündən söz quraşdıran şair! Çox qəribədir... Axı nə 

vaxt  görünüb  ki,  şairlər  də  mötəbər  adamlar  sırasına 

çıxsınlar,  rütbə  sahibi  olsunlar?  Bunlar  hamısı  cızma-

qaraçıdır, etibarsız adamlardır!” 

Mən  hiss  etdim  ki,  bu  şübhələr,  bu  qəribə  suallar  çox 

vaxt hava qaralanda onun ağlına gəlir (O gözəl günlər bütün 

təfsilatı  ilə  mənim  yadımdadır!),  hava  qaralanda  qoca 

downloaded from KitabYurdu.org



 

53 


Nikolay Sergeiç həmişə daha çox əsəbi, vasvası və daha tez 

mütəəssir  olurdu.  Mən  də,  Nataşa  da  bunu  bilirdik  və 

qabaqcadan buna gülürdük. Yadımdadır, mən Sumarokovun 

generallığı,  Derjavinə  çervon  dolu  burunotu  qabı 

göndərilməsi,  çariçanın  özünün  Lomonosovun  yanına 

getməsi  haqqında  söylənilən  lətifələri  danışaraq,  onun 

ürəyini açırdım, Puşkindən, Qoqoldan da söhbət edirdim. 

Qoca bəlkə də bu şeyləri ömründə birinci dəfə eşidirdi, 

lakin o etiraz edərək deyirdi: 

–  Bilirəm,  qardaş,  hamısını  bilirəm!  Bəli!  Qulaq  as, 

Vanya,  gör  nə  deyirəm:  mən  hər  halda  sevinirəm  ki,  sənin 

bu qoşduğun şey şeirlə yazılmayıb! Qardaş, şeir boş şeydir, 

sən  höcət  eləmə,  amma  qocanın  sözünə  inan!  Mən  sənin 

xeyrinə  deyirəm:  şeir  xalis  cəfəngiyatdır,  vaxtı  boş-boşuna 

keçirməkdir! Şeiri qoy gimnazistlər yazsın, şeir siz cavanları 

axırda  aparıb  dəlixanaya  çıxarır...  Tutaq  ki,  Puşkin  böyük 

adamdır, buna heç kəsin sözü yoxdur! Amma şeir yazıb, ayrı 

bir  şey  yox,  bu  keçici  bir  şeydir...  Bunu  da  deyim  ki,  mən 

onu  az  oxumuşam...  Nəsr  –  başqa  məsələ!  Burada  söz 

quraşdıran  adam  hətta  başqalarına  bir  şey  də  öyrədə  bilər: 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə