F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə110/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   106   107   108   109   110   111   112   113   ...   161

 

552 


Mən bu sualı ona cəsarətlə verdim, hiss edirdim ki, belə 

bir  sualı  tələsib  verməklə,  mən  onun  son  dərəcə  aydın 

qəlbinin uşaqlara məxsus təmizliyini pozmaram. 

Katerina  Fyodorovna  könül  açıqlığı  ilə  gözlərimə 

baxaraq yavaşca dedi: 

–  Vallah,  hələ  heç  bilmirəm,  amma  elə  bil  ki,  çox 

sevirəm... 

–  Bax,  görürsünüzmü!  Onu  nə  üçün  sevdiyinizi  izah 

edə bilərsinizmi? 

Katya fikirləşərək cavab verdi: 

– Onda yalançılıq yoxdur. O mənim düz gözümün içinə 

baxanda,  bu  zaman  mənə  bir  şey  deyəndə,  bu  mənim  çox 

xoşuma  gəlir...  İvan  Petroviç,  mən  bu  barədə  sizinlə 

danışıram, mən axı qızam, amma siz kişisiniz, mən yaxşı iş 

tuturam? 

– Burada nə var ki? 

–  Mən  də  elə  düşünürəm.  Əlbəttə,  burda  nə  var  ki? 

Amma  onlar  (gözlərilə  samovarın  yanında  oturan  adamları 

göstərdi),  onlar  yəqin  ki,  deyərlər:  bu  yaxşı  deyil.  Onlar 

haqlıdırmı? 

downloaded from KitabYurdu.org



 

553 


–  Yox!  Siz  axı  pis  bir  iş  tutduğunuzu  qəlbən  hiss 

etmirsiniz, demək... 

Katya: 

–  Mən  həmişə  belə  edirəm,  –  deyərək  sözümü  kəsdi, 



görünür, mənimlə mümkün qədər çox danışmağa tələsirdi. – 

Mən  bir  şeydə  karıxan  kimi,  o  saat  öz  qəlbimə  müraciət 

edirəm, əgər o sakitdirsə, onda mən də sakit oluram. Həmişə 

də belə etmək lazımdır. Buna görə də mən sizinlə tamamilə 

belə açıq danışıram, elə bil ki, öz-özümə danışıram. Əvvəla, 

bu ona görədir ki, siz gözəl insansınız, mən sizin, Alyoşadan 

qabaq  Nataşa  ilə  olan  əhvalatınızı  bilirəm,  mən  bunu 

eşidəndə ağladım. 

– Sizə kim danışdı? 

– Məlum şeydir ki Alyoşa, özü də gözyaşı ilə danışdı, 

onun belə ağlaya-ağlaya danışması çox yaxşı idi, mənim çox 

xoşuma  gəldi.  İvan  Petroviç,  mənə  elə  gəlir  ki,  siz  onu  nə 

qədər  istəyirsinizsə,  o  sizi  bundan  da  çox  istəyir.  Bax,  belə 

şeyləri  ilə  o  mənim  xoşuma  gəlir.  İkincisi  də,  mən  sizinlə, 

öz-özümlə danışan kimi, ona görə belə açıq danışıram ki, siz 

downloaded from KitabYurdu.org




 

554 


çox  ağıllı  adamsınız,  mənə  çox  məsləhətlər  verə  bilərsiniz, 

çox şey öyrədə bilərsiniz. 

–  Siz  haradan  bilirsiniz  ki,  mən  çox  ağıllıyam,  elə 

ağıllıyam ki, sizə də bir şey öyrədə bilərəm? 

– Əlbəttə belədir, buna söz ola bilməz! – o fikrə getdi. 

–  Mən  bu  barədə  ancaq  elə-belə  danışırdım,  indi  ən  əsas 

məsələdən  danışaq.  İvan  Petroviç,  siz  mənə  yol  göstərin. 

Mən  indi  hiss  edirəm  ki,  Nataşanın  rəqibiyəm,  mən  bunu 

bilirəm,  indi  bəs  nə  edim?  Buna  görə  də  mən  sizdən  onun 

Alyoşa  ilə  xoşbəxt  olub-olmayacağını  soruşdum.  Mən  bu 

barədə  gecə-gündüz  düşünmüşəm.  Nataşanın  vəziyyəti  çox 

pisdir,  çox!  Axı  Alyoşa  daha  onu  heç  sevmir,  amma  məni 

günü-gündən çox sevir. Belə deyilmi? 

– Deyəsən, elədir. 

–  Alyoşa  onu  da  aldatmır.  O  özü  Nataşanı  get-gedə 

daha az sevdiyini bilmir, Nataşa isə yəqin bunu bilir. Gör o 

nə qədər əzab çəkir! 

– Katerina Fyodorovna, siz nə etmək istəyirsiniz? 

Katya ciddi dedi: 

downloaded from KitabYurdu.org




 

555 


–  Mənim  bir  çox  fikrim  var,  ancaq  onlar  bir-birinə 

dolaşır.  Ona  görə  də  mən  sizi  səbirsizliklə  gözləyirdim  ki, 

bunları həll edəsiniz. Siz bu şeylərin hamısını məndən çox-

çox  yaxşı  bilirsiniz.  Siz  indi  mənim  üçün  elə  bil  ki,  bir 

Allahsınız.  Qulaq  asın,  mən  əvvəl  belə  fikirləşirdim:  əgər 

onlar  bir-birini  sevirsə,  qoy  onda  xoşbəxt  olsunlar,  buna 

görə də mən gərək öz xeyrimdən keçim, onlara kömək edim. 

Elə deyilmi? 

– Mən bilirəm ki, siz öz xeyrinizdən keçmisiniz. 

–  Bəli,  öz  xeyrimdən  keçmişəm.  Amma  sonra  Alyoşa 

bizə  tez-tez  gəlməyə,  məni  get-gedə  daha  çox  sevməyə 

başladı,  mən  bunu  görüb  fikirləşməyə  başladım,  öz-özümə 

dedim  ki,  öz  xeyrimdən  keçim,  ya  yox?  Axı  mənim  belə 

fikirləşməyim özü pisdir, elə deyilmi? 

–  Bu  təbiidir,  belə  də  olmalıdır...  Siz  müqəssir 

deyilsiniz. 

– Yox, elə deyil, siz çox yaxşı adamsınız, ona görə də 

belə  deyirsiniz.  Amma  mənə  qalsa,  mənim  qəlbim  çox  da 

təmiz  deyil.  Qəlbim  təmiz  olsaydı,  mən  bilərdim  bu 

məsələni  necə  həll  edim.  İndi  bunu  kənara  qoyaq!  Sonra 

downloaded from KitabYurdu.org



 

556 


mən  knyazdan,  maman-dan,  Alyoşanın  özündən  onların 

münasibəti haqqında çox şey bildim, başa düşdüm ki, onlar 

bir-birinə tay deyil, siz də bunu təsdiq etdiniz. Mən daha çox 

fikirləşməyə  başladım,  dedim  ki,  indi  mən  nə  edim?  Əgər 

onlar  bədbəxt  olacaqlarsa,  yaxşısı  budur  ki,  elə  indidən 

ayrılsınlar.  Sonra  belə  bir  qərara  gəldim  ki,  bu  məsələni 

sizdən  ətraflı  surətdə  soruşum,  sonra  da  özüm  Nataşanın 

yanına gedim, onunla birlikdə məsələni həll edim. 

– Bunu axı necə həll edəsən? Elə iş də bundadır. 

–  Mən  ona  elə  belə  də  deyəcəyəm:  “Siz  axı  Alyoşanı 

dünyada  hamıdan  çox  sevirsiniz,  buna  görə  də  onun 

xoşbəxtliyini  öz  xoşbəxtliyinizdən  çox  sevməlisiniz,  bunun 

üçün də ondan ayrılmalısınız”. 

–  Yaxşı,  bunu  eşidəndə  o  özünü  necə  hiss  edəcək? 

Əgər o sizinlə razılaşsa, bunu etməyə onun gücü çatacaqmı? 

– Bax, elə mən gecə-gündüz bu barədə fikirləşirəm, bir 

də ki... bir də ki... 

Birdən o ağladı. 

Ağlamaqdan dodaqları titrəyə-titrəyə pıçıldadı: 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə