F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə111/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   107   108   109   110   111   112   113   114   ...   161

 

557 


–  Siz  inanmazsınız,  mənim  Nataşaya  necə  yazığım 

gəlir. 


Daha buna əlavə ediləsi bir söz yox idi. Mən susurdum, 

ona  baxaraq,  mən  özüm  də,  elə  bil  sevgidən,  ağlamaq 

istəyirdim. Bu nə əziz bir körpə idi! Niyə o elə hesab edirdi 

ki,  Alyoşanı  xoşbəxt  edə  bilər,  mən  daha  bunu  ondan 

soruşmadım. 

O bir az sakitləşərək, düşüncəli halda soruşdu: 

– Sizin yəqin ki, musiqidən xoşunuz gəlir? 

Mən bir az təəccüblə cavab verdim: 

– Bəli, xoşum gəlir. 

–  Vaxt  olsaydı,  mən  sizin  üçün  Bethovenin  üçüncü 

konsertini çalardım. Mən indi onu çalıram. Orada bütün bu 

hisslərdir...  Eynilə  indi  mənim  hiss  etdiyim  kimidir.  Mənə 

elə  gəlir.  Bunu  başqa  bir  vaxt  çalaram,  indi  danışmaq 

lazımdır. 

Biz  onun  Nataşa  ilə  necə  görüşməsi,  bunu  necə 

düzəltmək  haqqında  danışmağa  başladıq.  O  dedi  ki,  mənə 

göz  qoyurlar,  mənim  ögey  anam  nə  qədər  mərhəmətli  olsa 

da,  məni  sevsə  də,  heç  vaxt  razı  olmaz  ki,  mən  Natalya 

downloaded from KitabYurdu.org



 

558 


Nikolayevna  ilə  tanış  olum.  Buna  görə  də  mən  biclik 

işlətməyi qərara almışam. Bəzən səhərlər, bəlkə də hər dəfə, 

qrafinya  ilə  gəzməyə  gedirəm.  Bəzən  qrafinya  mənimlə 

getmir,  məni  fransız  qadını  ilə  tək  buraxır,  bu  qadın  indi 

xəstədir.  Bu,  qrafinyanın  başı  ağrıyan  zaman  olur,  onun 

üçün  də  qrafinyanın  başının  ağrımasını  gözləmək  lazımdır. 

Buna kimi də mən fransız qadınını yola gətirərəm, çalışaram 

ki,  mənim  işimə  kömək  eləsin,  qarıdır,  özü  də  mərhəmətli 

arvaddır,  razı  olar.  Buna  görə  də  elə  çıxırdı  ki,  Nataşa  ilə 

görüşün  hansı  gündə  olacağını  qabaqcadan  təyin  etmək 

mümkün deyil. 

Dedim ki: 

–  Siz  Nataşa  ilə  tanış  olarsınız,  buna  da  peşman 

olmazsınız. O özü sizi çox görmək, sizi tanımaq istəyir, bu 

ona  lazımdır,  ona  görə  lazımdır  ki,  heç  olmasa,  Alyoşanı 

kimə verdiyini bilsin. Bu iş barəsində çox da fikir çəkməyin. 

Siz  fikir  çəksəniz  də,  çəkməsəniz  də,  vaxt  özü  bunu  həll 

edəcəkdir. Siz ki kəndə gedirsiniz. 

– Bəli, bu yaxında gedəcəyik, bəlkə də bir aydan sonra, 

bilirəm ki, bunu da tələb edən knyazdır. 

downloaded from KitabYurdu.org



 

559 


– Necə bilirsiniz, Alyoşa da sizinlə gedəcəkmi? 

Katya diqqətlə mənə baxıb dedi: 

– Mən də bu barədə fikirləşirəm. O axı gedəcək! 

– Bəli gedəcək. 

–  İlahi!  Heç  bilmirəm  bunun  axırı  nə  olacaq!  İvan 

Petroviç, qulaq asın. Mən hər şeyi sizə yazacağam. Tez-tez 

yazacağam,  özü  də  çox  yazacağam.  İndi  də  mən  sizə  əzab 

verməyə başlayacağam. Siz tez-tez bizə gələcəksinizmi? 

– Katerina Fyodorovna, bilmirəm, bu, vəziyyətdən asılı 

olacaq. Bəlkə heç gəlməyəcəyəm. 

– Niyə? 

–  Bu  bir  çox  şeylərdən  asılı  olacaq,  əsas  məsələ  də 

mənim knyazla olan əlaqəmdir. 

Katya qəti bir ifadə ilə dedi: 

– O, təmiz adam deyil. İvan Petroviç, bilirsiniz nə var, 

bəlkə mən sizin yanınıza gəlim? Bu yaxşı olardı, ya yox? 

– Siz özünüz necə bilirsiniz? 

–  Məncə,  yaxşı  olardı,  –  gülümsəyərək  əlavə  etdi:  – 

Elə-belə  gəlib  sizi  yoxlayardım...  Mən  bunu  ona  görə 

deyirəm  ki,  sizə  hörmət  etməkdən  başqa,  mən  sizi  həm  də 

downloaded from KitabYurdu.org



 

560 


çox sevirəm... Sizdən çox şey öyrənmək olar. Axı mən sizi 

sevirəm... Mən ki bu şeyləri sizə deyirəm, bu ayıb deyil ki? 

–  Ayıb  niyə  olur?  Siz  indi  mənim  üçün  yaxın  bir 

qohum kimi əzizsiniz. 

– Siz mənim dostum olmaq istəyirsinizmi? 

– Əlbəttə, əlbəttə, istəyirəm! 

– Amma onlar mütləq deyirdilər ki, ayıbdır, cavan bir 

qız belə eləməz! – bunu deyərək o yenə də mənə, çay süfrəsi 

ətrafında oturub söhbət edən adamları göstərdi. 

Bir şeyi də qeyd etməliyəm ki, knyaz, deyəsən, qəsdən 

bizi tək buraxmışdı ki, biz istədiyimiz qədər danışaq. 

Katya əlavə etdi: 

– Mən axı çox yaxşı bilirəm ki, knyaza mənim pulum 

lazımdır, mənim barəmdə onlar elə fikirləşirlər ki, guya mən 

lap uşağam, bunu hətta mənim üzümə deyirlər. Amma mən 

bu  fikirdə  deyiləm.  Mən  daha  uşaq  deyiləm.  Onlar  qəribə 

adamlardır,  özləri  eynilə  uşaqdırlar,  axı  onlar  nə  üçün 

əlləşirlər? 

downloaded from KitabYurdu.org



 

561 


– Katerina Fyodorovna, yadımdan çıxıb, sizdən bir şey 

soruşacağam:  o  Lyovinka  və  Borinka  deyilən  kimlərdir, 

Alyoşa onların yanına belə tez-tez gedir? 

– Onlar mənim uzaq qohumlarımdır. Çox ağıllı, çox da 

düz adamlardır, ancaq çox danışırlar... Mən onları tanıyıram. 

Katya bunu deyib gülümsədi. 

–  Deyirlər  ki,  sonralar  siz  onlara  bir  milyon  pul 

bağışlamaq istəyirsiniz, bu doğrudurmu? 

– Bax, görürsünüzmü, elə bu bir milyon olsun, onlar bu 

barədə  o  qədər  boşboğazlıq  edirlər  ki,  adamın  daha  lap 

zəhləsi  gedir.  Mən,  əlbəttə,  lap  sevinə-sevinə  bütün  xeyirli 

işlərə pul verirəm, bu qədər pul axı mənim nəyimə lazımdır, 

elə  deyilmi?  Ancaq  burası  var  ki,  mən  onu  nə  vaxt 

verəcəyəm,  amma  onlar  indi  bu  pulu  bölüşdürürlər, 

fikirləşirlər,  çığır-bağır  salırlar,  mübahisə  edirlər,  nə  üçün? 

Bu  pulu  nəyə  xərcləsək  yaxşı  olar,  hətta  bunun  üstündə 

dalaşırlar  da,  bu  çox  qəribədir.  Çox  tələsirlər.  Amma  onlar 

çox  səmimidirlər,  bir  də  ki...  ağıllıdırlar.  Özləri  də 

oxuyurlar.  Bu  hər  halda,  başqalarının  yaşamasından 

yaxşıdır. Elə deyilmi? 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə