F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə112/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   108   109   110   111   112   113   114   115   ...   161

 

562 


Biz çox danışdıq. O az qala, bütün həyatını açıb mənə 

söylədi, mənim dediklərimi də böyük həvəslə dinləyirdi. Elə 

hey  tələb  edirdi  ki,  mən  Nataşa  və  Alyoşa  haqqında  daha 

çox  şey  danışım.  Saat  on  iki  olmuşdu,  knyaz  mənə 

yaxınlaşdı,  işarə  ilə  bildirdi  ki,  getmək  vaxtıdır.  Mən 

xudahafizləşdim.  Katya  bərk-bərk  əlimi  sıxıb,  mənalı-

mənalı mənə baxdı. Qrafinya yenə də gəlməyimi xahiş etdi, 

mən knyazla bərabər evdən çıxdım. 

Bəlkə  də  məsələyə  heç  dəxli  olmayan  qəribə  bir  şeyi 

qeyd  etməkdən  özümü  saxlaya  bilmirəm.  Katya  ilə  olan 

üçsaatlıq söhbətdən mən, eyni zamanda, qəribə bir nəticəyə 

gəldim, bir şeyə tamamilə əmin oldum: Katya o qədər uşaq 

idi  ki,  hətta  kişi  ilə  arvad  arasında  olan  əlaqə  sirlərini 

qətiyyən 

bilmirdi. 

Bu 


onun 

bəzi 


mülahizələrinə, 

ümumiyyətlə, bir sıra çox mühüm şeylər haqqında danışdığı 

ifadəsinə,  ifadə  ciddiliyinə  fövqəladə  bir  məzəli  rəng 

verirdi... 



X FƏSİL 

 

Biz faytona minərkən knyaz dedi: 



downloaded from KitabYurdu.org


 

563 


–  Bilirsiniz  nə  var,  gedib  indi  axşam  yeməyi  yesək, 

necə olar? Hə? Siz buna necə baxırsınız? 

Mən tərəddüd içində ona belə cavab verdim: 

–  Knyaz,  vallah,  heç  özüm  də  bilmirəm,  mən  heç 

axşam yeməyi yemirəm... 

Knyaz  diqqətlə,  bic-bic  düz  gözümün  içinə  baxaraq 

əlavə etdi: 

– Əlbəttə, yeyə-yeyə söhbət də edərik

Məsələ  aydındır!  Düşünərək  öz-özümə  dedim:  “O, 

ürəyindəkini  açıb  söyləmək  istəyir,  mənə  də  elə  bu 

lazımdır”. Razılaşdım. 

– Lap yaxşı! Bolşaya Morskaya küçəsinə, B-ə. 

Mən bir az karıxmış halda soruşdum: 

– Restorana? 

– Bəli. Necə? Mən axşam yeməyini çox nadir hallarda 

evdə  yeyirəm.  Yoxsa,  sizi  dəvət  etməyə  mənə  icazə 

verməzsiniz? 

–  Mən  axı  sizə  dedim  ki,  heç  vaxt  axşam  yeməyi 

yemirəm. 

downloaded from KitabYurdu.org




 

564 


– Bir dəfə yeyəndə nə olar ki? Bir də ki, axı sizi mən 

dəvət edirəm... 

Yəni sizin pulunuzu mən verəcəyəm... Mən əminəm ki, 

bunu  o  qəsdən  əlavə  etdi.  Məni  aparmağına  ona  icazə 

verdim, lakin öz-özlüyümdə bu qərara gəldim ki, restoranda 

öz pulumu özüm verim. Gəlib çatdıq. Knyaz xüsusi bir otaq 

tutdu,  zövqü  olan,  işdən  başı  çıxan  bir  adam  kimi,  üç  növ 

xörək  sifariş  etdi.  Xörəklər  də  bahalı  xörəklər  idi,  sifariş 

etdiyi  bir  şüşə  yaxşı  süfrə  şərabı  da.  Bu  şeylərə  mənim 

gücüm çatmazdı. Mən menyuya baxdım, tapşırdım ki, mənə 

meşə  çilinin  yarısını,  bir  qədəh  də  lafit  gətirsinlər.  Knyaz 

özündən çıxdı: 

– Siz mənimlə yemək istəmirsiniz? Bu hətta gülməlidir. 

Pardon,  mon  ami

1

,  bu  axı...  adamı  acıqlandıra  bilən  bir 



vasvasılıqdır.  Bu  ən  xırda  bir  xudbinlikdir.  Bu  məsələyə, 

deyəsən,  ictimai  təbəqələr  ənənəsi  də  qarışmışdır,  lap  mərc 

gələrəm  ki,  bu  elə  belədir  ki,  var.  Mən  lap  yəqin  deyirəm. 

Siz mənim qəlbimə toxunursunuz. 

Lakin mən dediyimin üstündə durdum. 

                                                 

1

Üzr istəyirəm, dostum(frans.) 



downloaded from KitabYurdu.org


 

565 


Sonra o əlavə etdi: 

–  Hər  halda,  özünüz  bilərsiniz.  Mən  sizi  məcbur 

etmirəm... İvan Petroviç, deyin görüm, sizinlə lap dostcasına 

danışmaq olarmı? 

– Mən bunu sizdən xahiş edirəm. 

– Yaxşı, məncə, belə bir vasvasılıq sizin özünüzə ziyan 

gətirə bilər. Sizinkilər  də, eynilə  elə  bununla özlərinə  ziyan 

yetirirlər.  Siz  ədəbiyyatçısınız,  siz  gərək  kübar  həyatına 

bələd  olasınız,  amma  siz  hər  şeydən  qaçırsınız.  Mən  indi 

meşəçilikdən danışmıram, siz bizim dairə ilə heç bir əlaqədə 

olmaq istəmirsiniz, bu tamamilə sizə ziyandır. Bir də ki, siz 

çox şey itirməkdən başqa, bir sözlə, karyeranızı itirməkdən 

başqa,  hər  halda  o  şeyi  ki  təsvir  edirsiniz,  siz  gərək  bunu 

özünüz biləsiniz, çünki sizin povestlərdə qraf da var, knyaz 

da,  buduarlar  da...  Mən  bunu  axı  sizə  niyə  deyirəm?  İndi 

sizin  kitablarda  təsvir  edilən  yalnız  yoxsulluqdur,  itirilmiş 

şinellərdir,  müfəttişlərdir,  məğrur  zabitlərdir,  məmurlardır, 

keçmiş illərdir, təfriqəçilər həyatıdır, bilirəm, bilirəm. 

–  Knyaz,  siz  yanılırsınız!  Əgər  mən  sizin  dediyiniz  o 

“ali dairəyə” getmirəmsə, bunun başqa səbəbi var. Mən ona 

downloaded from KitabYurdu.org



 

566 


görə  getmirəm  ki,  əvvəla,  orada  adam  darıxır,  ikincisi  də, 

orada  axı  mənim  bir  işim  yoxdur!  Bununla  belə,  mən  hər 

halda gedirəm... 

–  Bilirəm,  ildə  bir  dəfə  knyaz  R.-in  yanına  gedirsiniz. 

Mən  sizə  elə  orada  rast  gəlmişəm.  İlin  qalan  vaxtlarını  isə 

demokratik  qürur  içərisində  donub  qalırsınız,  öz 

çardağınızda  sozalırsınız.  Amma  sizin  yazıçıların  hamısı 

belə hərəkət etmir, elə sərgüzəşt axtaranlar da var ki, onları 

görəndə ürəyim bulanır... 

–  Knyaz,  mən  sizdən  xahiş  edirəm  ki,  söhbəti 

dəyişəsiniz, bir daha bizim çardağa qayıtmayasınız. 

– Ah, ilahi, budur, siz incidiniz. Axı siz özünüz mənə 

dostcasına  danışmağa  icazə  verdiniz.  Lakin  üzr  istəyirəm, 

mən  hələ  sizinlə  dost  olmaq  dərəcəsinə  gəlib  çatmamışam. 

Yaxşı çaxırdır. Bir için. 

O öz şüşəsindən mənə yarım stəkan şərab tökdü. 

–  Mənim  əzizim  İvan  Petroviç,  bilirsinizmi,  mən  axı 

çox  yaxşı  başa  düşürəm  ki,  adamın  zorla  özünü  başqasına 

dost  eləmək  istəməsi  nalayiq  bir  hərəkətdir.  Axı  biz 

hamımız  sizinlə  kobudca,  həyasızca  rəftar  etmirik,  siz  bizi 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə