F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə113/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   109   110   111   112   113   114   115   116   ...   161

 

567 


belə  təsəvvür  edirsiniz.  Mən  özüm  də  çox  yaxşı  başa 

düşürəm  ki,  siz  burada  mənimlə,  mənə  hüsn-rəğbət 

bəslədiyiniz  üçün  oturmamısınız,  ona  görə  oturmusunuz  ki, 

mən sizinlə danışmağı vəd etmişəm. Doğru demirəmmi? 

Knyaz güldü. 

Sonra acıqlı-acıqlı əlavə etdi: 

– Amma siz  müəyyən bir adamın  mənafeyini  müdafiə 

etdiyinizdən,  mənim  dediklərimi  eşitmək  istəyirsiniz.  Elə 

deyilmi? 

Mən səbirsizliklə onun sözünü kəsdim: 

– Siz yanılmırsınız! (O elə adamdır ki, əgər birisini, lap 

zərrə  qədər  də  olsa,  öz  ixtiyarında  görsə,  dərhal  bunu  o 

adama  hiss  etdirər, mən  bunu  görürdüm.  İndi  mən  də  onun 

ixtiyarında  idim,  onun  nə  demək  istədiyini  dinləməyincə 

gedə  bilməzdim,  o  da  bunu  çox  yaxşı  bilirdi.  Onun  ifadə 

tərzi  birdən  dəyişdi,  o  get-gedə  həyasızcasına  bir 

təklifsizliklə və istehza ilə danışmağa başladı.) – Knyaz, siz 

yanılmırsınız,  mən  ancaq  bunun  üçün  gəlmişəm,  yoxsa 

gecənin bu vaxtında burada oturmazdım... 

downloaded from KitabYurdu.org




 

568 


Mən  ona  yoxsa,  mən  sizinlə  qətiyyən  oturmazdım, 

demək  istəyirdim,  ancaq  demədim,  sözü  dəyişdim,  bunu  da 

qorxduğum  üçün  deyil,  lənətə  gəlmiş  zəifliyim,  nəzakətli 

olmağım  üzündən  dedim.  Axı  necə  ola  bilər  ki,  adama  lap 

üzünə qarşı kobudluq edəsən, əslində o buna layiq idi, mən 

də  ona  qarşı  belə  bir  kobudluq  etmək  istəyirdim.  Mənə  elə 

gəlir  ki,  knyaz  bunu  mənim  gözlərimdən  başa  düşdü,  buna 

görə  də  cümləni  deyib  qurtarıncaya  qədər  istehza  ilə  mənə 

baxdı,  sanki  mənim  zəifliyimdən  həzz  alır,  öz  baxışları  ilə 

məni  ələ  salaraq  deyirdi:  “Hə,  dost,  cürətin  çatmadı  ha, 

yalan  dedin!”  Bu  yəqin  ki,  belə  idi,  çünki  mən  sözümü 

qurtarandan  sonra  o,  qəhqəhə  ilə  güldü,  himayəedici  bir 

mehribanlıqla əlini dizimə vurdu. 

Mən  onun  gözlərindən  bu  sözləri  oxudum:  “Dost,  sən 

yaman  gülməlisən!”  Mən  də  düşünərək  öz-özümə  dedim: 

“Hələ bir dayan!” 

Knyaz bərkdən: 

–  Bu  gün  mənim  kefim  yaman  kökdür,  –  dedi.  –  Heç 

özüm  də  bilmirəm  nə  üçün!  Hə,  hə,  dost,  hə!  Mən  həmin 

adam  haqqında danışmaq  istəyirdim.  Axı  hər nə varsa açıb 

downloaded from KitabYurdu.org



 

569 


söyləmək, bir nəticəyə gəlib çıxmaq lazımdır, əminəm ki, bu 

dəfə siz məni tamam başa düşərsiniz. Bayaq mən sizə o pul 

haqqında,  bir  də  ki,  o  fərsiz,  o  altmış  yaşlı  uşaq  barəsində 

danışdım... Hə! İndi bunu heç yada salmaq lazım deyil. Mən 

axı  bunu  elə-belə  demişdim!  Ha-ha-ha,  siz  axı 

ədəbiyyatçısınız, bunu başa düşməli idiniz... 

Mən  heyrətlə  ona  baxdım.  Deyəsən,  hələ  sərxoş 

deyildi. 

– O ki qaldı, o qız haqqında, doğrudan da, mənim ona 

hörmətim var, hətta onu sevirəm, sizi inandırıram! O bir az 

şıltaq  qızdır,  axı  “qızılgül  tikansız  olmaz”  –  əlli  il  bundan 

qabaq  belə  deyiblər,  yaxşı  da  deyiblər.  Tikan  adama  batır, 

ancaq elə maraqlı da burasıdır. Mənim Alekseyim axmaq da 

olsa,  mən  ona,  yaxşı  zövqü  olduğu  üçün,  bəzi  hərəkətlərini 

bağışlamışam.  Sözün  qısası,  o  qızlar  mənim  xoşuma  gəlir, 

hətta  mənim  (o  mənalı-mənalı  dodaqlarını  bir-birinə  sıxdı) 

bu barədə xüsusi fikrim var. Bunu sonra deyərəm... 

Mən həyəcanla dedim: 

downloaded from KitabYurdu.org



 

570 


–  Knyaz!  Qulaq  asın,  knyaz!  Mən  sizin  belə  tez 

dəyişməyinizin  səbəbini  başa  düşmürəm,  ancaq...  Söhbəti 

dəyişin, xahiş edirəm! 

– Siz yenə də özünüzdən çıxırsınız! Yaxşı... dəyişərəm, 

dəyişərəm! Ancaq sizdən bir şey soruşmaq istəyirəm, mənim 

saf qəlbli dostum, siz o qızın xətrini çox istəyirsiniz? 

Mən kobudluq ifadə olunan bir səbirsizliklə dedim: 

– Əlbəttə! 

Knyaz  iyrənc  bir  şəkildə  dişlərini  ağartdı,  gözlərini 

qıyaraq sözünə davam etdi: 

– Deməli... deməli, sevirsiniz də? 

Mən çığırıb dedim: 

– Siz özünüzü unudursunuz! 

– Yaxşı, yaxşı, bu barədə daha danışmayacağam! Sakit 

olun! Bu gün mənim əhvali-ruhiyyəm çox gözəldir! Çoxdan 

mənim kefim belə kök olmayıb. Gəlsənə, bir şampan şərabı 

içək? Şairim, siz buna necə baxırsınız? 

– Mən içməyəcəyəm, istəmirəm! 

–  Elə  şey  yoxdur!  Siz  mütləq  bu  gün  mənimlə 

içməlisiniz.  Mən  özümü  çox  gözəl  hiss  edirəm,  mən 

downloaded from KitabYurdu.org



 

571 


sentimentallıq dərəcəsinə varan xoş bir təbiətə malikəm, ona 

görə də təkbaşına xoşbəxt ola bilmərəm. Kim bilir, biz bəlkə 

də  o  dərəcəyə  gəlib  çatacağıq  ki,  bir-birimizə  “sən”  deyib, 

“sən” sağlığına içəcəyik, ha-ha-ha! Mənim gənc dostum, siz 

hələ  məni  yaxşı  tanımırsınız!  Əminəm  ki,  mən  sizin 

xoşunuza gələcəyəm. Mən istəyirəm ki, siz bu gün mənimlə 

həm  dərdə,  həm  sevincə,  həm  fərəhə,  həm  də  gözyaşına 

şərik olasınız, ancaq əminəm ki, mən ağlamayacağam. İvan 

Petroviç,  bəs  necə?  Bir  özünüz  təsəvvür  edin:  mənim 

istədiyim  olmasa,  onda  bütün  ilhamım  ötüb  keçəcək,  heçə 

çıxacaq, uçub gedəcək, siz də heç bir şey eşitməyəcəksiniz. 

Siz  isə  bura  ancaq  ona  görə  gəlmisiniz  ki,  məndən  bir  şey 

eşidəsiniz.  –  O  yenə  də  mənə  həyasızcasına  göz  vuraraq 

əlavə etdi. – Elə deyilmi? İndi bunun ikisindən birini seçin. 

Bu  mühüm  bir  təhdid  idi.  Mən  onun  dediyinə  razı 

oldum.  Fikirləşdim  ki,  “Görəsən,  bu  məni  içirib  sərxoş 

etmək  istəyir?”  Yeri  gəlmişkən,  knyaz  haqqında  danışılan 

bir  sözü  qeyd  etmək  istəyirəm,  bunu  mən  çoxdan 

eşitmişdim. Deyirdilər ki, o, kübar cəmiyyətində özünü çox 

abırlı, nəzakətli göstərsə də, bəzən gecələr sərxoşluq etməyi, 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə