F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə114/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   110   111   112   113   114   115   116   117   ...   161

 

572 


içib  lülqənbər  olmağı,  gizlində  çox  iyrənc  bir  şəkildə 

əxlaqsızlıq  etməyi  xoşlayır...  Mən  onun  barəsində  dəhşətli 

şeylər  eşitmişdim...  Deyirlər  ki,  Alyoşa  atasının  hərdən 

içdiyini  bilir,  lakin  bunu  hamıdan,  xüsusilə,  Nataşadan 

gizlətməyə çalışırdı. Bir dəfə az qalmışdı ki, bunu mənə açıb 

desin,  ancaq  tez  söhbəti  dəyişdi,  mənim  suallarıma  cavab 

vermədi. Hər halda, bu  məsələni  mən  ondan  eşitməmişdim, 

etiraf  edirəm  ki,  əvvəllər  buna  inanmırdım.  İndi  isə 

gözləyirdim, görüm işin axırı necə olacaq. 

Şərab  gətirdilər,  knyaz  iki  qədəhə  şərab  tökdü:  birini 

özünə, birini mənə. 

O,  məmnuniyyətlə,  ləzzət  ala-ala  şərabı  içərək  sözünə 

davam etdi: 

– O məni danlasa da, sevimli qızdır, çox sevimli qızdır! 

Ancaq  bu  sevimli  qızlar  elə  bu  zaman,  belə  vaxtlarda 

sevimlidir... Yəqin onda,  yadınızdadırmı, həmin  gecə, o  elə 

zənn  edirdi  ki,  məni  utandırmış,  tapdalayıb  yerlə  yeksan 

etmişdir.  Ha-ha-ha!  Qızarmaq  ona  nə  yaxşı  yaraşır!  Sizin 

qadınlardan  yaxşı  başınız  çıxırmı?  Bəzən  qəfil  qızarmaq 

downloaded from KitabYurdu.org




 

573 


solğun üzə çox gözəl yaraşır, siz bunu hiss etmisinizmi? Ba, 

deyəsən, sizin yenə də acığınız tutur? 

Mən daha özümü saxlaya bilmədim: 

– Əlbəttə, acığım tutur! İndi sizin Natalya Nikolayevna 

haqqında  danışmağınızı  istəmirəm...  Yəni  sizin  bu  cür 

danışmağınızı istəmirəm. Mən... mən buna yol vermərəm! 

–  Paho!  Yaxşı,  buyurun,  sizə  güzəştə  gedib  söhbəti 

dəyişərəm.  Axı  mən  güzəştə  gedən  adamam,  xəmir  kimi 

yumşağam.  Onda  sizdən  danışaq,  İvan  Petroviç,  mən  sizin 

xətrinizi istəyirəm, siz kaş ki, bilsəniz, mən sizin işlərinizdə 

necə dostcasına, necə səmimi olaraq iştirak edirəm... 

Mən onun sözünü kəsdim: 

– Knyaz, əsl məsələdən danışsaq, yaxşı olmazmı? 

–  Yəni  siz  bizim  məsələdən  demək  istəyirsiniz?  Mon 

ami, ağzınızı açan kimi mən sizi başa düşürəm, əgər biz indi 

sizdən  danışsaq,  əgər,  əlbəttə,  siz  mənim  sözümü 

kəsməsəniz,  biz  əsl  məsələyə  lap  yaxınlaşmış  olarıq,  amma 

siz  bunu  təsəvvür  etmirsiniz.  Bəli,  sözümə  davam  edirəm: 

mənim  çox  qiymətli  olan  İvan  Petroviçim,  mən  sizə  onu 

demək istəyirəm ki, o cür ki siz yaşayırsınız, elə yaşamaq – 

downloaded from KitabYurdu.org



 

574 


özünü  məhv  etmək  deməkdir.  Siz  bu  incə  məsələyə 

toxunmağa  mənə  icazə  verin,  bunu  mən  dostluq  cəhətdən 

edirəm. Siz kasıbsınız, siz nəşriyyat sahibindən qabaqcadan 

pul  alırsınız,  bunun  bir  hissəsi  ilə  borclarınızı  verirsiniz, 

qalan  pula  da  altı  ay  bircə  çay  ilə  dolanırsınız,  öz 

çardağınızda  soyuqdan  titrəyə-titrəyə  oturub  gözləyirsiniz 

ki,  nə  vaxt  romanınız  yazılıb  qurtaracaq,  siz  də  onu  aparıb 

jurnal sahibinə verəcəksiniz, belə deyilmi? 

– Belə də olsa, axı bu şeylər... 

–  Oğurluq  etməkdən,  yaltaqlıq  etməkdən,  rüşvət 

almaqdan,  fitnə-fəsad  törətməkdən,  bir  çox  bu  kimi 

şeylərdən  çox-çox  yaxşıdır.  Bilirəm,  bilirəm,  siz  nə  demək 

istəyirsiniz, bunlar çoxdan çap olunmuşdur. 

–  Buna  görə  də  mənim  işlərim  barəsində  sizin 

danışmağınız  nahaqdır.  Knyaz,  yoxsa,  mən  sizə  nəzakət 

qaydalarını öyrətməliyəm? 

–  Ancaq  siz  yox!  Amma  nə  etməli  ki,  biz  mütləq  bu 

incə məsələyə toxunmalı oluruq. Axı bunun yanından ötüb-

keçmək  olmaz.  Yaxşı,  çardağı  qoyaq  qalsın  bir  kənarda. 

Mən  özüm  də,  müəyyən  hallarda  olmasa,  bunun  həvəskarı 

downloaded from KitabYurdu.org



 

575 


deyiləm  (bunu  deyib  iyrənc  bir  halda  qəhqəhə  ilə  güldü). 

Məni  təəccübləndirən  başqa  şeydir:  ikinci  şəxs  rolunu 

oynamaqda  sizin  marağınız  nədir?  Əlbəttə,  sizin 

yazıçılardan  biri,  haradasa  belə  demişdir,  yadımdadır,  əgər 

insan  həyatda  ikinci  şəxs  rolunu  oynamaqla  kifayətlənə 

bilsə,  bu  onun  ən  böyük  qəhrəmanlığıdır.  Deyəsən,  buna 

oxşar bir sözdür! Bu barədə mən haradasa  yenə söz-söhbət 

eşitmişəm.  Axı  Alyoşa  sizin  evlənmək  istədiyiniz  qızı 

əlinizdən  almışdır,  mən  bunu  bilirəm,  amma  siz,  bir  Şiller 

kimi,  onlardan  ötrü  özünüzü  öldürürsünüz,  onlara  qulluq 

göstərirsiniz,  hətta  az  qala,  onlara  nökərçilik  edirsiniz... 

Mənim əzizim, siz məni bağışlayın, bu axı alicənab hisslərlə 

oynanılan iyrənc bir oyundur... Doğrudan da, bu sizi necə də 

usandırmır!  Bu  hətta  ayıbdır!  Mən  sizin yerinizə olsaydım, 

xəcalətdən ölərdim, xüsusilə ayıbdır, ayıbdır! 

Mən özümdən çıxaraq bərkdən dedim: 

–  Knyaz!  Siz,  deyəsən,  məni  qəsdən  bura  gətirmisiniz 

ki, təhqir edəsiniz! 

– Yox, dostum, yox, mən bu anda ancaq, ancaq işgüzar 

bir  adamam,  sizin  xoşbəxt  olmağınızı  istəyirəm.  Bir  sözlə, 

downloaded from KitabYurdu.org



 

576 


mən  bütün  işləri  yoluna  qoymaq  istəyirəm.  Amma  hələlik 

bütün işləri qoyaq bir kənara, siz isə axıra qədər mənə qulaq 

asın,  çalışın,  lap  ikicə  dəqiqəliyə  də  olsa,  acıqlanmayın. 

Yaxşı,  siz  necə  bilirsiniz,  əgər  evlənsəniz,  necə  olar? 

Görürsünüzmü, mən bu saat lap kənar şeylərdən danışıram, 

siz nə üçün mənə elə təəccüblə baxırsınız? 

Mən doğrudan da, ona təəccüblə baxırdım: 

– Gözləyirəm ki, siz bütün sözünüzü deyib qurtarasınız. 

– Burda deyilib qurtarılası elə bir şey də yoxdur. Mən 

bir  şeyi  bilmək  istəyirəm,  sizə  ani  deyil,  əsaslı,  həqiqi 

xoşbəxtlik  arzu  edən  dostlarınızdan  birisi  cavanca,  qəşəng, 

lakin bəzi şeylər dadmış olan bir qız təklif etmiş olsa... Mən 

rəmz  ilə  danışıram,  amma  siz  məni  başa  düşürsünüz,  yəni 

tutaq  ki,  Natalya  Nikolayevna  kimi  bir  qız,  özü  də  məlum 

şeydir  ki,  layiqli  bir  mükafatla...  təklif  etmiş  olsa  (Nəzərə 

alın  ki,  mən  öz  işimizdən  deyil,  kənar  bir  şeydən 

danışıram!), yaxşı, siz buna nə deyərdiniz? 

– Mən sizə deyim ki, siz... dəli olmusunuz! 

– Ha-ha-ha! Paho! Siz az qalır ki, məni döyəsiniz! 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə