F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə116/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   112   113   114   115   116   117   118   119   ...   161

 

582 


doğrudan da, bir təlxəyə oxşayıram, təlxək axı açıq danışır, 

elə deyilmi? 

– Knyaz, qulaq asın, indi daha gecdir, bir də ki... 

–  Nə?  İlahi,  belə  də  səbirsizlik  olar?!  Axı  hara 

tələsirsiniz?  Oturaq,  şərab  içə-içə,  iki  yaxşı  dost  kimi, 

dostcasına,  səmimiyyətlə  söhbət  edək.  Siz  elə  bilirsiniz  ki, 

mən kefliyəm? Kefli də olsam, eybi yoxdur. Bu yaxşıdır, ha-

ha-ha!  Doğrudan  da,  bu  dostcasına  görüşlər  həmişə  uzun 

zaman  yadda  qalır,  adam  bunu  çox  ləzzətlə  xatırlayır.  İvan 

Petroviç,  siz  yaxşı  adam  deyilsiniz!  Sizdə  sentimentallıq, 

hissiyyat  deyilən  şey  yoxdur.  Mənim  kimi  bir  dost  üçün 

bircə saat vaxt sərf etmək nədir ki?! Bir də, axı bu özü də işə 

aiddir...  Bunu  başa  düşməmək  olarmı?  Hələ  bir 

ədəbiyyatçısınız  da!  Siz  belə  bir  fürsətin  əlinizə  düşməsinə 

şükür  etməlisiniz!  Siz  mənim  şəxsiyyətimdən  bir  tip  kimi 

istifadə edə bilərsiniz, ha-ha-ha! İlahi, mən bu gün nə qədər 

açıq danışıram, bu nə qədər xoşdur! 

Görünür, o lap keflənirdi. Onun üzü dəyişərək kinli bir 

ifadə  aldı.  Yəqin  o  istəyirdi  ki,  məni  acılasın,  sancsın, 

dalasın,  mənə  gülsün.  Mən  düşünərək  öz-özümə  dedim: 

downloaded from KitabYurdu.org



 

583 


“Onun  sərxoş  olması  bir  cəhətdən  yaxşıdır:  sərxoş  həmişə 

ürəyindəkini açıb deyir”. Lakin onun ağlı başında idi. 

Görünür, o öz vəziyyətindən həzz alırdı. 

–  Dostum,  –  deyərək  sözünə  davam  etdi,  –  mən  indi 

sizə  bir  şeyi  etiraf  etdim,  bəlkə  də  bu  yersiz  bir  etiraf  idi, 

dedim ki, bəzən məndə böyük bir arzu oyanır, istəyirəm ki, 

yeri  düşəndə  dilimi  çıxarıb  birisinə  göstərim,  onun  ağzını 

əyim.  Siz  məni  belə  sadədilliklə,  belə  təmiz  ürəklə  açıq 

danışdığım  üçün  təlxəyə  oxşatdınız,  mən  də  buna  lap 

ürəkdən güldüm. Əgər siz məni, indi sizinlə kobud, hətta bir 

mujik  kimi  nalayiq  surətdə  rəftar  etdiyim  üçün,  bir  sözlə, 

ifadə tərzini birdən dəyişməyim üçün məzəmmət edirsinizsə, 

ya  buna  təəccüblənirsinizsə,  bu  dəfə  tamamilə  haqsızsınız. 

Əvvəla,  budur  ki,  mən  belə  danışmaq  istəyirəm,  ikincisi, 

mən  öz  evimdə  deyiləm,  sizin  yanınızdayam...  Yəni  demək 

istəyirəm  ki,  biz  indi,  iki  yaxşı  dost  kimi,  içib  kef  eləyirik, 

üçüncüsü  də,  şıltaqlıq  eləməyi  mən  yaman  xoşlayıram. 

Bilirsinizmi,  bir  zamanlar  mən  şıltaqlıq  üzündən  hətta 

metafizik,  filantrop  da  oldum,  başımda  da  az  qala,  sizin 

ideyalarınız  kimi  ideyalar  hərlənirdi.  Bu  çox-çox  bundan 

downloaded from KitabYurdu.org



 

584 


əvvəl  idi,  gəncliyimin  ən  xoşbəxt  günlərində  idi. 

Yadımdadır, onda mən insanpərvər bir məqsədlə öz kəndimə 

gəldim,  məlum  şeydir  ki,  çox  yaman  darıxmağa  başladım. 

Onda,  bilirsinizmi,  mənim  başıma  nə  gəldi,  siz  buna 

inanmazsınız! Darıxdığım üçün qəşəng qızlarla tanış olmağa 

başladım... Yenə də olmaya üz-gözünüzü qırışdırırsınız? Ey 

mənim  cavan  dostum!  Biz  axı  indi  oturub  kef  eləyirik! 

Adam  ki  içir  –  ürəyini  açıb  tökür!  Mənim  təbiətim  rus 

təbiətidir, saxta olmayan  rus təbiətidir, mən vətənpərvərəm, 

ürəyimi  açıb  tökməyi  xoşlayıram,  bir  də  fürsəti  əldən 

verməmək,  kef  çəkmək  lazımdır.  Ölüb  gedəcəyik,  bizdən 

heç  bir  şey  qalmayacaq.  Bəli,  qızlarla  kef  eləyirdim. 

Yadımdadır, bir naxırçı arvadın  əri vardı, qəşəng cavan bir 

mujik  idi.  Mən  onu  yamanca  cəzalandırdım,  istədim 

əsgərliyə  göndərim  (mənim  şairim,  bunlar  hamısı  keçmişin 

dəcəllikləridir),  bəli,  istədim  əsgərliyə  verəm,  amma 

vermədim. O mənim xəstəxanamda öldü... Axı onda mənim 

kəndimdə  çox  gözəl  düzəldilmiş,  on  iki  çarpayılı  bir 

xəstəxana  da  vardı,  özü  tərtəmiz,  yeri  parket...  Mən  onu 

çoxdan ləğv etmişəm, amma onda həmin xəstəxana ilə fəxr 

downloaded from KitabYurdu.org



 

585 


edirdim,  insanpərvər  idim,  amma  mujiki  az  qalmışdı  ki, 

arvadının üstündə çubuqla döydürüm. Yenə üz-gözünüzü nə 

qırışdırırsınız?  Bunlar  hamısı  keçib  getmişdir.  Bunu  mən 

romantik  duyğulara  aludə  olanda,  insanlara  xeyirxahlıq 

etmək, 

insanpərvər 



cəmiyyət 

düzəltmək 

istəyəndə 

etmişdim...  Onda  belə  bir  yola  düşmüşdüm.  O  zaman 

döydürmüşdüm,  indi  döydürmərəm,  indi  ağız-burun  əymək 

lazımdır,  indi  biz  hamımız  ağız-burnumuzu  əyirik, 

zəmanəmiz  belədir...  Amma  indi  hamıdan  çox,  məni  o 

axmaq  İxmenev  güldürür.  Mən  əminəm  ki,  mujikin  başına 

gələn  qəribə  əhvalatı  o  yaxşı  bilirdi...  Bununla  belə,  o  nə 

etdi?  Gözəl,  saf,  elə  bil  ki,  şirədən  yaradılmış  bir  qəlbə 

malik  olduğundan,  həm  də  o  zaman  məni  hədsiz  dərəcədə 

istədiyindən,  məni  lap  üzümə  tərif  eləyirdi,  bu  qərara  gəldi 

ki,  heç  bir  şeyə  inanmasın,  inanmadı  da,  yəni  olan  şeylərə 

inanmadı, on iki il mənim arxamda dağ kimi durdu, o vaxta 

qədər durdu ki, axırda mən onun özünə də toxunmalı oldum. 

Ha-ha-ha!  Eh,  bunlar  hamısı  boş-boş  şeydir!  İçək,  mənim 

cavan  dostum!  Mənə  baxın:  “Sizin  arvaddan  xoşunuz 

gəlirmi?” 

downloaded from KitabYurdu.org



 

586 


Onun  sualına  cavab  vermədim.  Mən  ancaq  ona  qulaq 

asırdım. O ikinci şüşəni başladı. 

–  Amma  mən  axşam  yeməyində  onlardan  danışmağı 

xoşlayıram. Yeməkdən sonra sizi mademoiselle Phileber te-

la tanış etsəm necə olar, hə? Necə bilirsiniz? Sizə nə oldu? 

Siz heç mənə baxmaq da istəmirsiniz... Bəli! 

O  elə  bil  ki,  fikrə  getdi.  Lakin  birdən  başını  qaldırdı, 

mənalı-mənalı mənə baxıb sözünə davam etdi: 

–  Şairim,  bilirsiniz nə  var,  mən  istəyirəm  sizə təbiətin 

bir  sirrini  açım,  deyəsən,  bu  sizə  heç  məlum  deyil.  Mən 

yəqin bilirəm ki, indi siz məni öz ürəyinizdə günahkar, hətta 

bəlkə  də  alçaq  bir  adam,  əxlaqsızlıq  və  rəzalət  əjdahası 

hesab edirsiniz. Amma görün mən sizə nə deyirəm! Əgər biz 

hamımız  bütün  sirlərimizi  açıb  söyləsəydik  (bu  qətiyyən 

insan  təbiətinə  xas  olan  şey  deyil),  bəli  açıb  söyləsəydik, 

nəinki başqasına, hətta  ən  yaxın dostlarımıza deməyə, hətta 

bəzən  öz-özümüzə  etiraf  etməyə  qorxduğumuz  sirlərimizi 

söyləməkdən  qorxmasaydıq,  yer  üzünü  elə  bir  üfunət 

bürüyərdi  ki,  biz  hamımız  bu  üfunətdən  boğulub  ölərdik. 

Buna  görə  də  mötərizə  içində  desək,  bizim  kübar 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə