F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə117/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   113   114   115   116   117   118   119   120   ...   161

 

587 


cəmiyyətinin  bütün  qeyd-şərtləri,  ədəb-ərkanı  çox  yaxşıdır. 

Bu  şeylərin  əxlaq  cəhətdən  deyil,  ümumiyyətlə,  qoruyucu, 

rahatedici  cəhətdən  çox  dərin  mənası  var,  bu  da,  məlum 

şeydir ki, daha yaxşıdır, çünki əslində əxlaq özü də rahatlıq 

deməkdir,  yəni  ancaq  rahatlıq  üçün  kəşf  edilmişdir.  Ədəb-

ərkan  barəsində  sonra  danışarıq,  indi  mətləbdən 

uzaqlaşıram, sonra bunu mənim  yadıma salarsınız. Sözümə 

belə nəticə verirəm: siz məni əxlaqsızlıqda, föhşdə, rəzalətdə 

təqsirləndirirsiniz,  amma  mən  indi  bəlkə  də  ancaq  o 

cəhətdən  müqəssirəm  ki,  başqalarından  açıq  danışıram, 

vəssalam.  Bayaq  dediyim  kimi,  başqalarının  hətta  öz-

özündən gizlətdikləri şeyləri mən gizlətmirəm... Bu pis işdir, 

amma  mən  indi  belə  istəyirəm!  –  sonra  istehzalı  bir 

təbəssümlə  əlavə  etdi:  –  Siz  narahat  olmayın,  mən  bayaq 

“müqəssirəm”  dedimsə  də,  sizdən  bunun  üçün  heç  də  üzr 

istəmirəm.  Bir  şeyi  də  nəzərdə  saxlayın:  mən  sizi 

utandırmıram, sizin də belə sirləriniz olduğunu soruşmuram 

ki,  bunlarla  özümü  təmizə  çıxarım...  Mən  ləyaqətlə,  nəcib 

hərəkət  edirəm.  Ümumiyyətlə,  mən  həmişə  nəcib  hərəkət 

edirəm. 


downloaded from KitabYurdu.org


 

588 


Mən nifrətlə ona baxaraq dedim: 

– Siz mənasız şeylər danışırsınız. 

–  Mənasız  şeylər  danışıram,  ha-ha-ha!  Deyim  siz  bu 

saat  nə  fikirləşirsiniz?  Siz belə  fikirləşirsiniz: niyə  mən  sizi 

buraya  gətirmişəm,  heç  mətləbə  dəxli  olmadan,  sizin 

qarşınızda niyə belə ürəyimi açıb tökürəm? Elədirmi? 

– Elədir. 

– Bunu siz sonra biləcəksiniz. 

–  Əslində  budur  ki,  az  qala  ikinci  şüşəni  də  içib 

qurtarırsınız... Keflənmisiniz. 

–  Yəni  sərxoşam  demək  istəyirsiniz.  Ola  bilər. 

“Keflənmisiniz!” – bu söz sərxoş sözündən bir az zəifdir. Ey 

nəzakətlə  başdan-başa  dolu  olan  insan!  Lakin  biz,  deyəsən, 

yenə  də  dalaşmağa  başladıq,  amma  gör  necə  bir  maraqlı 

məsələdən  danışırdıq!  Bəli,  şairim,  əgər  dünyada  hələ  də 

yaxşıca, şirincə bir şey varsa, o da qadındır! 

–  Bilirsiniz,  knyaz,  mən  yenə  də  bir  şeyi  başa  düşə 

bilmirəm:  siz  axı  niyə  məni  öz  sirlərinizə,  sevgi  işlərinizə 

məhrəm etmək fikrinə düşmüsünüz? 

downloaded from KitabYurdu.org




 

589 


–  Bəli...  Mən  sizə  dedim  ki,  bunu  sonra  biləcəksiniz. 

Narahat  olmayın,  lap  elə  tutaq  ki,  kefim  gəlib  deyirəm, 

bunun  heç  bir  səbəbi  yoxdur,  siz  şairsiniz,  siz  məni  başa 

düşərsiniz,  bir  də  axı  mən  bunu  sizə  demişəm.  Maskanı 

birdən-birə  çıxarmaqda  da,  bu  həyasızlıqda  da  xüsusi  bir 

ləzzət  var.  Adam  birdən  özünü  başqasına  elə  bir  şəkildə 

göstərir  ki,  hətta  bundan  utanmağı  heç  özünə  layiq  də 

görmür. Mən sizə belə bir lətifə söyləyim: Parisdə bir nəfər 

dəli  məmur  varmış,  bu  məmurun,  doğrudan  da,  dəli 

olduğunu  yəqin  etdikdən  sonra,  onu  aparıb  dəlixanaya 

salmışlar. O, dəli olmağa başlayarkən öz kefi üçün belə bir 

şey  edərmiş:  evində lüt-anadangəlmə  soyunarmış,  ayağında 

ancaq  ayaqqabısı  qalarmış,  lap  topuğuna  kimi  çiyninə  enli 

bir  plaş  atarmış,  plaşa  bürünüb,  üzünə  əzəmətli  bir  ifadə 

verərək, təşəxxüslə küçəyə çıxarmış. Yandan baxanda hesab 

edirsən ki, enli plaş geyinmiş bu adam da başqaları kimi öz 

kefi  üçün  gəzib-dolanır.  Lakin  o,  təklikdə  bir  adama  rast 

gələn  kimi,  çox  fikirli,  çox  ciddi  halda  dinməz-söyləməz 

onun  üstünə  gedər,  birdən  onun  qarşısında  dayanıb  plaşını 

açar,  nəyi  varsa  hamısını...  lap  səmimi-qəlbən  göstərərmiş. 

downloaded from KitabYurdu.org



 

590 


Bir  az  belə  durduqdan  sonra  yenə  də  plaşına  bürünər, 

üzündə qətiyyən bir hərəkət əlaməti göstərmədən, Hamletin 

kölgəsi  kimi,  təşəxxüslə,  aramla,  heyrətdən  donub  qalmış 

adamın  yanından  ötüb  gedərmiş.  Bu  hərəkətini  o,  kişilərin 

də  qarşısında  edərmiş,  arvadların  da,  uşaqların  da...  Onun 

aldığı  bütün  ləzzət  də  bundan  ibarət  imiş.  Bir  nəfər  Şillerə 

də, heç  gözləmədiyi  halda,  birdən  dilini  çıxarıb  göstərəndə, 

o  çaşmış  halda  qalanda,  adam  çox  vaxt  belə  ləzzət  alır. 

“Çaşmış”  –  görürsünüz  necə  sözdür?  Mən  bu  sözü  sizin 

müasir ədəbiyyatda oxumuşam. 

– Yaxşı, o dəli imiş, bəs sizin... 

– Ağlınız başınızdadır ki, – demək istəyirsiniz? 

– Bəli. 

Knyaz qəhqəhə ilə güldü. 

Onun üzündə çox həyasızcasına bir ifadə göründü. 

– Mənim əzizim, siz düzgün mühakimə yürüdürsünüz. 

Mən onun həyasızlığından hiddətlənərək dedim: 

–  Knyaz,  siz  bizə,  o  cümlədən  mənə  nifrət  edirsiniz, 

indi  isə  hamının  və  başınıza  gələn  işlərin  qisasını  məndən 

alırsınız. 

Bunlar 

da 


hamısı 

sizin 


ən 

xırda 


downloaded from KitabYurdu.org


 

591 


xudpəsəndliyinizdən  meydana  gəlir.  Siz  kinlisiniz,  özü  də 

xırdaca  bir  adam  kimi  kinlisiniz.  Biz  sizi  acıqlandırmışıq, 

bəlkə  də  sizi  ən  çox  o  axşamkı  söhbət  acıqlandırıb.  Məlum 

şeydir  ki,  siz  bu  qəti  nifrətinizdən  başqa  heç  bir  şeylə 

məndən  belə  bərk  qisas  ala  bilməzdiniz,  siz,  hətta  hamının 

bir-birinə 

göstərməyə  borclu  olduğu  adi  nəzakət 

qaydalarından  da  özünüzü  azad  etmisiniz.  Siz  mənim 

qarşımda  öz  iyrənc  maskanızı  belə  açıb,  belə  qəfildən 

çıxararkən,  özünüzü  belə  əxlaqsız,  həyasız  bir  şəkildə 

göstərərkən  məndən  utanmırsınız,  hətta  məndən  utanmağı 

özünüzə layiq də görmürsünüz, siz bu cəhətinizi mənə aydın 

göstərmək istəyirsiniz... 

Knyaz kinli-kinli, kobud halda mənə baxıb soruşdu: 

–  Bunu  siz  nə  üçün  mənə  deyirsiniz?  Yoxsa,  öz 

arifliyinizi göstərmək istəyirsiniz? 

–  Göstərmək  istəyirəm  ki,  mən  sizin  nə  demək 

istədiyinizi başa düşürəm, bunu sizə demək istəyirəm. 

Birdən  o,  ifadə  tərzini  dəyişdi,  əvvəlki  kimi  şən  halda 

ürək açıqlığı ilə gəvəzələməyə başladı: 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə