F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə118/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   114   115   116   117   118   119   120   121   ...   161

 

592 


–  Quelle  idee,  mon  cher

1

  siz  ancaq  məni  mətləbdən 



uzaqlaşdırdınız.  Buvons,  mon  ami

2

,  icazə  verin  qədəhinizə 



şərab töküm. Amma mən istəyirdim ki, sizə çox gözəl, çox 

maraqlı  bir  əhvalat  söyləyim.  İndi  bunu  sizə  ümumi  bir 

şəkildə  danışım.  Bir  zaman  mən  bu  xanımla  tanış 

olmuşdum,  o,  yetişmiş  qız  idi,  iyirmi  yeddi-iyirmi  səkkiz 

yaşı olardı, əla bir gözəl idi. Elə döşü, elə duruşu, elə yerişi 

vardı ki, gəl görəsən! Baxışı, dişi qartal baxışı kimi adamın 

ürəyinə  sancılırdı.  Lakin  bu  baxışlar  həmişə  sərt  idi,  ciddi 

idi. O özünü çox əzəmətli tutardı, deyirdin ki, ona heç yaxın 

durmaq  olmaz.  O,  məşəqqətli  qış  kimi  soyuq  olması  ilə  ad 

çıxarmışdı.  Hamını  öz  qüruru,  qorxunc  xeyirxahlığı  ilə 

qorxudurdu. Bəli, qorxunc xeyirxahlığı ilə! Onun dairəsində 

onun  kimi  amansız  bir  hakim  yox  idi.  O  başqa  qadınları 

nəinki  qəbahətləri,  hətta  ən  cüzi  zəiflikləri  üstündə 

pisləyərdi,  özü  də  ən  qəti  şəkildə  pislərdi,  heç  kəslə 

hesablaşmazdı. Onun öz dairəsində böyük nüfuzu vardı. Öz 

xeyirxahlıqları cəhətdən ən məğrur, ən amansız olan qarılar 

                                                 

1

Nə gözəl fikirdir, mənim əzizim (frans.) 



2

İçək dostum(frans.) 

downloaded from KitabYurdu.org



 

593 


belə  ona  hörmət  edərdi,  hətta  ona  yaltaqlanardılar.  O 

hamıya, orta əsr monastırı abessası kimi, soyuq, amansız bir 

nəzərlə baxardı. Cavan qadınlar onun baxışları, mühakiməsi 

qarşısında  tir-tir  əsərdi.  Onun  bircə  sözü,  eyhamı  adamın 

bütün  adını  batıra  bilərdi,  o  özünü  cəmiyyətdə  belə 

tanıtmışdı, hətta kişilər də ondan qorxardı. Bundan başqa, o, 

sakit  idi,  əzəmətli  idi...  Axırda  nə  oldu?  Bununla  belə,  bu 

qadından  əxlaqsız  bir  qadın  ola  bilməzdi.  Mənə  də  onun 

inamını  qazanmaq  xoşbəxtliyi  müyəssər  oldu.  Bir  sözlə, 

mən  onun  gizlin,  sirli  bir  oynaşı  oldum.  Bizim  əlaqəmiz, 

görüşümüz  elə  məharətlə,  elə  ustalıqla  düzəldilmişdi  ki, 

hətta  onun  ev  adamlarından  heç  biri  bu  barədə  zərrə  qədər 

də  şübhələnə  bilməzdi.  Ancaq  onun  çox  qəşəng  bir 

qulluqçusunun  –  bir  fransız  qadınının  bu  şeylərdən  xəbəri 

vardı, lakin bu qulluqçu qıza tamamilə arxayın olmaq olardı, 

o  da  bu  işdə  iştirak  edirdi,  ancaq  necə?  Mən  bunu  indi 

danışmıram.  Mənim  yaxınlıq  etdiyim  bu  qadın  elə  şəhvətli 

idi ki, markiz de-Sad

1

 özü ondan bir çox şey öyrənə bilərdi. 



                                                 

1

Fransız erotik yazıçısı 



downloaded from KitabYurdu.org


 

594 


Lakin  onun  verdiyi  zövqün  ən  qüvvətli,  ən  təsirli,  ən 

sarsıdıcı cəhəti – onun sirli və həyasızcasına olmasında idi. 

Qrafinyanın  kübar  cəmiyyətində  ali  mənəviyyat,  yüksək 

əxlaq, sədaqət haqqında söylədiyi sözlərə istehza etməsi, bir 

də  ki,  onun  daxili  iblisanə  qəhqəhələri,  çirkaba  atılmayan 

şeyləri,  şüurlu  olaraq,  ayaq  altına  alıb  tapdalaması,  bu 

zövqün  başlıca  cəhəti,  ən  əsas  xüsusiyyəti  idi.  Bunun  da 

həddi-hüdudu  yox  idi,  bu  ən  sonuncu  dərəcəsinə  gətirilib 

çatdırılmışdı,  elə  bir  dərəcəyə  çatdırılmışdı  ki,  ən  odlu 

beyinlər  də  bunu  təsəvvür  edə  bilməzdi.  Bəli,  bu  zövq-

təcəssüm  etmiş  iblisdir,  lakin  o,  son  dərəcə  cazibədardır. 

Mən  indi  də  o  qadını  həyəcansız  xatırlaya  bilmirəm.  Kefin 

ən  qızğın  dəmində  birdən  dəli  kimi  qəhqəhə  ilə  gülərdi... 

Mən bu qəhqəhənin səbəbini  başa  düşərdim, tamamilə  başa 

düşərdim,  özüm  də  qəhqəhə  ilə  gülərdim...  Bu  əhvalatdan 

çox keçmişdir, lakin o yadıma düşəndə indi də həyəcandan 

boğuluram. Bir ildən sonra o məni başqası ilə əvəz etdi. Mən 

istəsəydim  də,  ona  ziyan  yetirə  bilməzdim.  Axı  mənə  kim 

inanardı? Görürsünüz necə arvaddır? Buna siz nə deyirsiniz, 

mənim cavan dostum? 

downloaded from KitabYurdu.org



 

595 


Mən onun sözlərinə nifrətlə qulaq asaraq dedim: 

– Belə də alçaqlıq olarmı? 

–  Siz  başqa  cürə  cavab  versəydiniz,  mənim  cavan 

dostum  olmazdınız!  Mən  bilirdim  ki,  elə  belə  də 

deyəcəksiniz. Ha-ha-ha! Mon ami, dayanın, yaşayarsınız, siz 

də  bu  şeyləri  başa  düşərsiniz,  amma  indi  sizə  hələ  qaqqa 

vermək  lazımdır.  Yox,  belə  olandan  sonra  siz  daha  şair 

deyilsiniz,  o  qadın  həyatı  başa  düşürdü,  ondan  istifadə 

etməyi bacarırdı. 

– Axı belə vəhşilik dərəcəsinə çatmaq nəyə lazımdır? 

– Hansı vəhşilik dərəcəsinə? 

–  Qadının  və  onunla  bərabər  sizin  gəlib  çatdığınız 

vəhşilik dərəcəsinə! 

– Hə, siz bunu vəhşilik hesab edirsiniz? Bu onu göstərir 

ki, siz hələ başqasının təsiri altındasınız, müstəqil deyilsiniz. 

Əlbəttə, mən bilirəm ki, siz müstəqil ola bilərsiniz, tamamilə 

əks  cəhətdən,  ancaq...  Gəlin  sadəcə  danışaq,  mon  ami... 

Özünüz razı olarsınız ki, bunlar hamısı boş şeydir. 

– Boş şey olmayan nədir? 

downloaded from KitabYurdu.org




 

596 


–  Boş  şey  olmayan  –  şəxsiyyətdir,  mən  özüməm.  Hər 

şey,  bütün  dünya  mənim  üçün  yaranmışdır.  Qulaq  as, 

dostum, mən hələ inanıram ki, dünyada yaxşı yaşamaq olar. 

Bu  isə  nə  yaxşı  bir  inamdır,  çünki  bunsuz  heç  pis  də 

yaşamaq  olmaz,  onda  gərək  adam  özünü  zəhərləyib 

öldürsün.  Deyirlər  ki,  axmağın  birisi  elə  belə  də  etmişdir: 

filosofluq edə-edə  bir  səfehliyə  gəlib  çıxmışdır ki, hər şeyi, 

hər  şeyi,  hətta  insanın  bütün  normal,  təbii  vəzifələrinin 

qanuniliyini  də  pozub  dağıtmışdır,  axırda  o  dərəcəyə 

çatmışdır  ki,  onun  heç  bir  şeyi  qalmamışdır,  ondan  qalan 

ancaq  bircə  sıfır  olmuşdur,  buna  görə  də  demişdir  ki, 

dünyada  ən  yaxşı  şey  –  sianlı  hidrogen  turşusudur.  Siz 

deyəcəksiniz  ki,  bu  –  hamletçilikdir,  dəhşətli  bir 

ümidsizlikdir,  bir  sözlə,  yüksək,  əzəmətli  bir  şeydir  ki,  bu 

sizin heç yuxunuza da girməz. Siz şairsiniz, amma mən sadə 

adamam, buna görə də deyirəm ki, məsələyə ən sadə praktik 

nöqteyi-nəzərdən baxmaq  lazımdır.  Məsələn,  lap  çoxdandır 

ki,  mən  özümü  bütün  buxovlardan,  hətta  vəzifələrdən  azad 

etmişəm. Mən özümü ancaq o şeydə borclu bilirəm ki, o şey 

mənə  bir  xeyir  gətirmiş  olsun.  Siz,  əlbəttə,  məsələyə  belə 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə