F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə12/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   8   9   10   11   12   13   14   15   ...   161

 

54 


vətən  məhəbbətindən  danışar,  ya  da  ki,  belə  ha, 

ümumiyyətlə  xeyirxahlıqdan...  Bəli!  Mən,  qardaş,  fikrimi 

açıb  deməyi  bacarmıram,  amma  sən  məni  başa  düşürsən, 

səni istədiyimdən deyirəm. 

Nəhayət, mən kitabı gətirəndə, hamı çaydan sonra girdə 

stol ətrafında oturanda qoca bir qədər himayəlik göstərirmiş 

kimi, əlavə etdi: 

– Yaxşı, yaxşı, bir oxu görək! Oxu görək, sən orada nə 

qoşub  düzəltmisən!  Sənin  barəndə  çox  çığır-bağır  salıblar! 

İndi görərik, görərik! 

Kitabı açıb oxumağa hazırlaşdım. Mənim romanım elə 

o  axşam  çapdan  çıxmışdı,  ondan  bir  nüsxə  tapıb  oxumaq 

üçün tez İxmenyevgilə gəlmişdim. 

Romanın əlyazmasını qabaqcadan İxmenyevgilə oxuya 

bilmədiyimə  kədərlənir,  buna  çox  təəssüf  edirdim: 

əlyazması nəşriyyatda idi! Nataşa hətta acığından ağladı da, 

məndən küsdü də, məni məzəmmət edərək dedi ki, başqaları 

sənin  romanını  məndən  tez  oxuyacaq...  Budur, nəhayət,  biz 

stolun  ətrafında  oturmuşduq.  Qoca  üzünə  son  dərəcə  ciddi 

və  tənqidi  bir  ifadə  verdi.  O  istəyirdi  ki,  romana  çox  ciddi 

downloaded from KitabYurdu.org



 

55 


yanaşsın,  “özü  inansın”.  Qarı  da  çox  təntənəli  bir  sima 

almışdı,  o  az  qala  romanın  oxunması  münasibətilə  təzə 

ləçəyini  də  bağlayacaqdı.  O  çoxdan  hiss  etmişdi  ki,  mən 

onun  son  dərəcə  sevdiyi  Nataşasına  hədsiz  bir  məhəbbətlə 

baxıram,  onunla  danışanda  həyəcandan  nəfəsim  tıxanır, 

gözlərimə qaranlıq gəlir, Nataşa özü də mənə əvvəlkilərdən 

daha aydın bir nəzərlə baxır. Bəli! Nəhayət, bu vaxt da gəlib 

çatdı:  müvəffəqiyyət  dəqiqələrilə,  gözəl  ümidlərlə,  tam 

xoşbəxtliklə  bərabər,  hamısı  bir  yerdə,  hamısı  birdən  gəlib 

çıxdı!  Qarı  da  hiss  etdi  ki,  onun  qoca  əri  məni  həddindən 

artıq tərifləyir, mənə və qızına xüsusi bir nəzərlə baxır... və 

birdən qorxdu... hər necə olsa, mən axı nə qraf, nə knyaz, nə 

varlı-dövlətli  bir  şahzadə,  nə  də  heç  olmasa  gənc,  gözəl, 

ordenli  bir  kollejski  sovetnik,  bir  hüquqşünas  idim!  Anna 

Andreyevna orta olan heç nəyi xoşlamırdı. 

Düşünərək öz-özünə deyirdi: “Durub bunu tərifləyirlər, 

özü də heç məlum deyil ki, nə üçün! Söz quraşdıran, şair... 

Axı söz quraşdıran nə olan şeydir?” 

 

downloaded from KitabYurdu.org




 

56 


VI FƏSİL 

 

Romanı onlara bir oturuma oxudum. Biz çay içən kimi 



başladıq,  gecə  saat  ikiyə  kimi  oturduq.  Qoca  əvvəl 

qaşqabağını  tökdü.  O  heç  ağıla  gəlməyən  yüksək  bir  şey 

gözləyirdi, elə bir şey ki, bəlkə heç özü də başa düşmürdü, 

ancaq mütləq yüksək şey gözləyirdi. Bunun əvəzində isə elə 

adi, hamıya məlum olan elə şeylər eşitdi ki... eynən, hər gün 

ətrafımızda  baş  verən  hadisələr...  heç  olmasa  qəhrəman 

böyük,  maraqlı  bir  adam,  ya  Roslavlev,  ya  da  Yuri 

Miloslavski

1

  kimi  tarixi  bir  şəxsiyyət  olaydı.  Yox,  bu  da 



deyildi.  Götürüb  xırdaca,  məzlum,  hətta  gicbəsər  bir 

məmuru  göstərib,  elə  bir  məmuru  ki,  vitsmundirinin 

düymələri də qırılıb tökülmüşdür, özü də elə sadə bir dil ilə 

yazılmışdır  ki,  lap  elə  biz  danışan  kimi...  Qəribədir!  Qarı 

sualedici  bir  nəzərlə  Nikolay  Sergeiçə  baxdı,  hətta  bir  az 

özünü  narazı  göstərdi,  elə  bil  ki,  nədənsə  incimişdi.  Onun 

üzündə  sanki  bu  sözlər  yazılmışdı:  “Belə  boş  şeyi  heç  çap 

                                                 

1

Roslavlev vəYuriMiloslavski  – M.N.Zaqoskinin(1789-1852)eyni adlıromanlarının 



qəhrəmanları 

downloaded from KitabYurdu.org




 

57 


etməyinə,  oxumağına  dəyərmi,  hələ  bir  üstəlik  pul  da 

verirlər!..”  Nataşa  gözlərini  məndən  çəkmirdi,  mənim 

dodaqlarıma, hər sözü necə ifadə etdiyimə baxırdı, özü də öz 

qəşəng dodaqlarını tərpədirdi. Sonrası nə oldu?!  Əsərin  heç 

yarısına  çatmamışdım  ki,  gördüm  hamının  gözündən  yaş 

axır. Anna Andreyevna lap ürəkdən ağlayırdı, bütün qəlbi ilə 

mənim qəhrəmanıma yazığı gəlirdi, sadəlövhlük göstərərək, 

ona düşdüyü bədbəxtlikdə kömək etmək istəyirdi, mən bunu 

onun  həyəcanlı  səsindən  duydum.  Qoca  isə  yüksəklik 

haqqında  olan  bütün  xəyallarını  unutmuşdu.  Deyirdi:  “Elə 

ilk  sözdən  görünür  ki,  hələ  məqsəddən  çox  uzaqsan,  adicə 

bir  hekayədir,  amma  adamın  qəlbini  alt-üst  eləyir,  adam 

ətrafında baş verən hadisələri başa düşür, yadında qalır, başa 

düşür ki, ən məzlum adam da insandır, mənim qardaşımdır!” 

Nataşa  qulaq  asırdı,  ağlayırdı,  stolun  altından  gizlicə  əlimi 

sıxırdı.  Mən  romanı  oxuyub  qurtardım.  Nataşa  yerindən 

qalxdı,  onun  yanaqları  alışıb-yanırdı,  gözlərində  yaş 

damcıları  vardı.  Birdən  o  mənim  əlimi  tutub  öpdü  və 

otaqdan qaçıb getdi. Onun atası ilə anası bir-birinə baxdı. 

Qoca qızının hərəkətinə heyrət edərək dedi: 

downloaded from KitabYurdu.org



 

58 


– Bəli! Gör necə həyəcanlanıb! Bunun eybi yoxdur, bu 

yaxşıdır, yaxşıdır, nəcib hərəkətdir! – elə bil ki, Nataşaya və 

nədənsə  mənə  haqq  qazandırmaq  üçün,  arvadına  gözucu 

baxaraq mızıldadı. – Nataşa yaxşı qızdır. 

Anna Andreyevna roman oxunarkən bir qədər həyəcan 

keçirtsə də, ürəyi riqqətə gəlsə də, indi mənə elə baxırdı ki, 

sanki  bu  sözləri  demək  istəyirdi:  “Söz  yox  ki,  İsgəndər 

Zülqərni  qəhrəmandır,  bəs  axı  stulları  sındırmaq  niyə?”  və 

sairə... 

Çox  çəkmədi  ki,  Nataşa  şən  və  xoşbəxt  halda  qayıtdı, 

yanımdan keçərkən məni gizlincə çimdiklədi. Qoca istədi ki, 

yenə  də  mənim  povestimə  “ciddi”  yanaşsın,  lakin 

sevincindən  özünü  saxlaya  bilməyib,  düşdüyü  təsirə 

qapılaraq dedi: 

– Hə, Vanya qardaş, yaxşı, lap yaxşı! Məni sevindirdin! 

Elə  sevindirdin  ki,  heç  mən  bunu  gözləmirdim!  Yüksək 

deyil,  böyük  deyil,  bu  görünür...  Odur,  bax,  orada 

“Moskvanın  azad  edilməsi”  kitabı  var,  Moskvanın  özündə 

yazılıb.  Qardaş,  elə  ilk  sətirdən  görünür  ki,  necə  deyərlər, 

onu yazan qartal kimi göydə uçub... Bilirsən, Vanya, səninki 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə