F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə122/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   118   119   120   121   122   123   124   125   ...   161

 

613 


ağladığımı  görüb,  güc  ilə  və  gərgin  halda  diqqətini 

toplayaraq,  gözlərini  qırpmadan,  xeyli  mənə  baxdı,  sanki 

nəyi isə təsəvvür etmək, anlamaq istəyirdi. Hiss olunurdu ki, 

bunu  o  çox  çətinliklə  edir.  Nəhayət,  onun  üzündə  fikrə 

bənzər bir şeyin  ifadəsi göründü, bərk  ürəkgetmədən sonra, 

o adətən bir qədər öz fikrini toplaya bilmirdi, sözü də aydın 

söyləməyi bacarmırdı. İndi də belə oldu: mənə nəsə demək 

üçün  özünü  son  dərəcə  zorlamışdı,  lakin  söylədiyi  sözlərin 

başa  düşülmədiyini  hiss  edərək  öz  kiçik  əlini  mənə  tərəf 

uzatdı, gözümün yaşını silməyə başladı, sonra da boynumu 

qucaqladı, məni özünə sarı əyib öpdü. 

Aydın görünürdü ki, mən burada olmayanda onun ürəyi 

getmişdir,  özü  də  ürəyi  gedəndə  o  qapının  qabağında 

durubmuş. Ayılanda, yəqin, o xeyli özünə gələ bilməmişdi. 

Bu  zaman  həqiqətlə  qeyri-həqiqət  onun  təsəvvüründə  bir-

birinə  qarışmış,  onun  gözünə  dəhşətli,  qorxunc  şeylər 

görünmüşdür.  Eyni  zamanda  mənim  qayıdacağımı,  gəlib 

qapını döyəcəyimi tutqun şəkildə dərk edirmiş, buna görə də 

qapının  qabağında  uzanaraq,  mənim  gəlməyimi  gözləmiş, 

qapı döyülən kimi açmışdır. Düşünürdüm ki “O axı qapının 

downloaded from KitabYurdu.org



 

614 


qabağına  niyə  gedibmiş?”  Birdən  gördüm  ki,  o  əyninə  xəz 

gödəkcə  geyinmişdir  (mən  onu,  otağıma  gələn  tanış  bir 

alverçi qarıdan almışdım: satdığı şeyini o bəzən mənə nisyə 

verərdi).  Deməli,  Nelli  harasa  getmək  istəyirmiş,  yəqin  ki, 

elə qapını da açıbmış, birdən ürək getməsi tutub yıxılmışdır. 

O  hara  getmək  istəyirmiş?  Bəlkə  onda  da  ağlı  üstündə 

deyilmiş? 

Lakin onun qızdırması düşmürdü; çox çəkmədi ki, yenə 

də  huşunu  itirdi.  Mənim  otağımda  onun  iki  dəfə  ürəyi 

getmişdi,  ancaq  ikisində  də  yaxşı  qurtarmışdı,  indi  isə  o 

sanki qara qızdırmaya tutulmuşdu. Yarım saata qədər onun 

yanında  oturdum,  sonra  divanın  qabağında  bir  neçə  stul 

qoyub, paltarımı soyunmadan, ona yaxın bir yerdə uzandım 

ki, çağıranda tez ayılım. Şamı söndürmədim. Gözümə yuxu 

gedənə kimi yenə də bir neçə dəfə ona baxdım. Onun rəngi 

qaçmışdı,  dodaqları  qızdırmadan  qurumuşdu,  həm  də  qanlı 

idi,  görünür,  yıxılanda  qanayıbmış.  Qorxu  və  əzabverici 

kədər  əlaməti  üzündən  silinmirdi,  sanki  bu  şeylər  hətta 

yuxuda  da  ondan  əl  çəkmirdi.  Mən  bu  qərara  gəldim  ki, 

sabah  onun  halı  xarablaşsa,  mümkün  qədər  tezdən  həkimə 

downloaded from KitabYurdu.org



 

615 


gedim.  Qorxurdum  ki,  birdən  onu  doğrudan  da  qara 

qızdırma tutar. 

Mən  əsəbi  halda  titrəyərək  düşündüm:  “Onu  knyaz 

qorxutmuşdur!”  Bu  zaman  knyazın  bir  qadın  haqqında 

danışdığı  sözlər  yadıma  düşdü:  bu  qadın  öz  pulunu  onun 

üzünə çırpmışdı. 

 

downloaded from KitabYurdu.org




 

616 


II FƏSİL 

 

...İki  həftə  keçdi;  Nelli  sağalırdı.  Onu  qara  qızdırma 



tutmadı,  lakin  bərk  xəstələndi.  O  ancaq  aprelin  sonlarında, 

aydın,  günəşli  bir  gündə,  yataqdan  qalxdı.  Strastnaya

1

 

həftəsi idi. 



Yazıq qız! Mən öz hekayəmi əvvəlki qayda ilə davam 

etdirə bilmirəm. Mən indi o keçmiş şeyləri qeyd edirəm – o 

gündən çox vaxt keçmişdir, lakin hələ indi də onun solğun, 

arıq üzünü, qara gözlərinin nüfuzedici halda mənə zillənən, 

uzun-uzadı  məni  seyr  edən  baxışlarını  ürək  parçalayan  ağır 

kədərlə  xatırlayıram:  bəzən  görərdin  ki,  biz  ikimiz  tək 

olanda öz yatağından uzun-uzadı mənə baxar, elə bil deyərdi 

ki,  əgər  bilsən  mənim  ürəyimdən  nələr  keçir!..  Amma 

görəndə ki, mən onun ürəyindən keçənləri başa düşmürəm, – 

yavaşcadan,  sanki  öz-özünə  gülümsər,  birdən  arıq,  cılız 

barmaqlı, isti əlini mehribanlıqla mənə uzadardı. İndi bunlar 

hamısı  keçib  getmişdir,  indi  hər  şey  məlumdur,  lakin  mən 

                                                 

1

Pasxa ərəfəsindəki sonuncu həftə 



downloaded from KitabYurdu.org


 

617 


hələ  də  bu  əzab  çəkmiş,  təhqir  olunmuş  xəstə  qəlbin  bütün 

sirlərini bilmirəm. 

Mən  hiss  edirəm  ki,  əsl  mətləbdən  uzaq  düşəcəyəm, 

lakin  bu  anda  mən  ancaq  Nelli  haqqında  düşünmək 

istəyirəm.  Qəribədir:  indi  mən  xəstəxanada  təkbaşına 

çarpayıda  uzanmışam,  vaxtilə  böyük  bir  məhəbbətlə 

sevdiyim  adamlar  məni  tərk  etmişlər;  bu  halımda  bəzən  o 

keçmiş  günlərin  xırdaca  bir  təfərrüatı  xəyalımda  canlanır, 

lakin  o  zaman  bu  mənim  bəlkə  də  heç  nəzərimə  çarpmırdı, 

çarpsa  da  tez  yaddan  çıxıb  gedərdi;  həmin  bu  xırdaca 

təfərrüat  birdən  yadıma  düşür,  mənim  nəzərimdə  tamamilə 

başqa bir məna kəsb edir; bu isə hətta bu vaxta qədər başa 

düşə bilmədiyim bir şeyi mənə tamamilə izah edir. 

Nellinin  xəstəliyi  dörd  gün  məni  də, həkimi  də  yaman 

qorxutdu;  beşinci  gün  həkim  məni  kənara  çəkib  dedi  ki, 

daha qorxmaq lazım deyil, qız mütləq sağalıb duracaq. Bu, 

Nelli  ilk  dəfə  xəstələnərkən  çağırtdığım  və  çoxdan  mənim 

tanışım  olan  xoş  və  qəribə  təbiətli,  subay  həkim  idi,  onun 

boynundan  asılan  iri  Stanislav  ordeni  Nellini  o  zaman  son 

dərəcə təəccübləndirmişdi. 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə