F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə123/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   119   120   121   122   123   124   125   126   ...   161

 

618 


Mən sevinərək dedim: 

– Deməli, daha heç qorxmaq lazım deyil! 

– Bəli, indi sağalacaq, amma sonra çox tezliklə öləcək. 

Belə bir hökm məni çaşdırdı: 

– Necə yəni öləcək? Axı, niyə? 

–  Bəli,  o  mütləq  çox  tezliklə  öləcək.  Onun  ürəyi 

xəstədir,  vəziyyət  bir  balaca  pisləşən  kimi,  o  yenə  də 

yorğan-döşəyə  düşəcək,  bəlkə  yenə  də  sağalıb  duracaq; 

sağalıb dursa da, sonra yenə də yatacaq və nəhayət, öləcək. 

–  Bəs  onu  xilas  etmək  mümkün  deyil?!  Yox,  bu  ola 

bilməz! 

– Bu belə də olmalıdır! Lakin əmələ gələn pis vəziyyət 

aradan  qaldırılsa,  sakit,  rahat  bir  həyat  yaradılsa,  vəziyyət 

daha  xoş  keçsə,  xəstə  bəlkə  də  hələlik  ölümdən  uzaqlaşa 

bilər.  Hətta  elə  hallar  olur  ki...  gözlənilməyən...  qeyri-adi, 

qəribə  hallar...  Bir  sözlə,  xəstə  hətta  bir  çox  xoş 

vəziyyətlərin əmələ gəlməsi ilə bəlkə də xilas ola bilər, lakin 

tamamilə xilas ola bilməz. 

– Bəs onda nə edək? 

downloaded from KitabYurdu.org




 

619 


– Məsləhətə qulaq asmaq, sakit həyat keçirmək, verilən 

paroşokları qayda ilə qəbul etmək! Mən belə görürəm ki, bu 

qız şıltaqdır, əsəbidir, hətta gülməlidir; o paroşokları qayda 

ilə qəbul etmək istəmir, indi isə qəti surətdə rədd etdi. 

– Elədir, həkim. O, doğrudan da qəribədir, ancaq mən 

elə bilirəm ki, bu hal onda xəstəlikdəndir. Dünən çox yaxşı 

sözə  baxırdı,  amma  bu  gün  mən  ona  dərman  vermək 

istəyəndə,  guya  bilməyərək  birdən  qaşığa  toxundu,  dərman 

da  dağıldı.  Mən  istədim  ona  təzədən  dərman  hazırlayım,  o 

bütün  dərman  qutusunu  əlimdən  alıb  yerə  çırpdı,  sonra  da 

ağlamağa başladı... – Mən düşünərək əlavə etdim: – Ancaq, 

deyəsən, paroşok içməyə məcbur edildiyi üçün ağlamadı! 

– Bəli! Bu irritasiyadır

1

. Onun başına gələn müsibətlər 



(mən Nellinin həyatından həkimə çox şeyi bütün təfsilatı ilə 

açıb danışmışdım, bu onu son dərəcə təəccübləndirmişdi) bu 

şeylərlə  əlaqədardır,  xəstəlik  də  bundandır.  Hələlik  yeganə 

əlac – paroşok qəbul etməkdir, o gərək paroşok qəbul etsin. 

Mən  gedim,  yenə  də  ona  təlqin  etməyə  çalışın  ki,  tibbi 

                                                 

1

Hirslənmə, əsəbiləşmə  



downloaded from KitabYurdu.org


 

620 


məsləhətlərə  qulaq  asmaq  lazımdır...  Yəni,  ümumiyyətlə 

dedikdə... paroşokları qəbul etmək lazımdır. 

Biz  mətbəxdən  çıxdıq  (söhbətimiz  də  elə  burada 

olmuşdu),  həkim  yenə  də  xəstənin  çarpayısına  yaxınlaşdı. 

Nelli, deyəsən, bizim söhbətimizi eşitmişdi: hər halda, başını 

balışdan  qaldırıb,  qulağını  bizə  tərəf  tutaraq,  söhbətin 

əvvəlindən  axırına  kimi,  bizə  diqqətlə  qulaq  asmışdı.  Mən 

bunu, azca açıq qalmış qapının arasından gördüm. Lakin biz 

otağa  girəndə,  bu  hiyləgər  qız  cəld  adyalın  altına  girdi, 

oradan  istehza  ilə  gülümsəyə-gülümsəyə  bizə  baxdı.  Yazıq 

qız  bu  dörd  gündə  çox  arıqlamışdı:  gözləri  çuxura 

düşmüşdü:  qızdırması  hələ  də  vardı.  Üzündəki  nadinclik 

ifadəsi,  dəcəlliklə  parıldayan  gözləri  bu  halında  ona  daha 

artıq  yaraşırdı,  bu  isə  həkimi  çox  təəccübləndirdi:  o, 

Peterburqda yaşayan bütün almanlar içərisində ən xoştəbiətli 

bir adam idi. 

Həkim  ciddi  bir  halda,  lakin  səsini  mümkün  qədər 

yumşaldaraq,  mehribanlıqla,  nəvazişlə  ona  –  paroşokların 

zəruri, həm də xilasedici bir əlac olduğunu, hər bir xəstənin 

də  onları  qəbul  etməyə  borclu  olduğunu  izah  etdi.  Nelli 

downloaded from KitabYurdu.org



 

621 


başını  qaldırmaq  istədi,  lakin  birdən  necə  oldusa  əli  qaşığa 

toxundu,  dərman  yenə  də  yerə  töküldü.  Mən  əminəm  ki,  o, 

bunu qəsdən etdi. Qoca sakitcə dedi: 

– Bu çox pis ehtiyatsızlıqdır: mən elə güman edirəm ki, 

siz bunu qəsdən etdiniz, bu isə heç də tərifəlayiq bir iş deyil. 

Amma… məsələni yenə də düzəltmək olar, yenə də paroşok 

hazırlamaq olar. 

Nelli düz onun gözlərinə baxıb güldü. 

Həkim ağır-ağır başını yellədi. 

Yenə də paroşok hazırlaya-hazırlaya dedi: 

– Bu heç yaxşı deyil. Heç tərifəlayiq bir iş deyil, heç! 

Nelli istədi gülməsin, lakin özünü saxlaya bilmədi: 

–  Mənə  acığınız  tutmasın,  mən  lap  yəqin  içəcəyəm... 

Siz məni sevirsinizmi? 

– Siz özünüzü yaxşı aparsanız, lap çox sevəcəyəm. 

– Çox? 


– Çox. 

– İndi sevmirsiniz? 

– İndi də sevirəm. 

– Mən sizi öpmək istəsəm, siz də məni öpərsinizmi? 

downloaded from KitabYurdu.org



 

622 


– Əgər siz buna layiq olsanız öpərəm. 

Nelli yenə də özünü saxlaya bilməyib güldü. 

Həkim çox ciddi bir halda pıçıldayaraq mənə dedi: 

– Bu xəstə qız güşad təbiətli bir qızdır, amma bu şeylər 

indi əsəbilik, şıltaqlıq əlamətidir. 

Nelli birdən zəif bir səslə çığırdı: 

–  Yaxşı,  paroşoku  içərəm.  Amma  mən  böyüyüb  yekə 

bir qız olanda siz məni alarsınızmı? 

Görünür,  bu  yeni  dəcəllik  Nellinin  çox  xoşuna 

gəlmişdir: onun gözləri parıldayır, dodaqları titrəyir, gülmək 

istəyirdi:  bir  qədər  təəccüblənən  həkimin  cavabını 

gözləyirdi. 

Həkim  onun  bu  yeni  şıltaqlığını  görüb  qeyri-ixtiyari 

gülümsədi: 

–  Əlbəttə, əlbəttə, əgər  siz  yaxşı,  tərbiyəli  qız  olsanız, 

sözə baxsanız, bir də ki… 

– Paroşokları qəbul etsəniz... 

–  Hə!  Əlbəttə,  paroşokları  qəbul  etsəniz!  –  Sonra 

pıçıldayaraq  mənə  baxdı:  –  xoştəbiətli  qızdır.  Qılıqlıdır, 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə