F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə126/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   122   123   124   125   126   127   128   129   ...   161

 

633 


nifrəti  –  o  mənim  yanımdan  tamamilə  gedənə  qədər,  bizim 

romanı nəticələndirən o fəlakət baş verənə qədər davam etdi. 

Bu barədə sonra bəhs edəcəyik. 

Bəzən  görərdin  ki,  o  birsaatlığa  mənimlə  əvvəlki  kimi 

mehriban olurdu. Bu anda onun mehribanlığı sanki daha da 

artırdı,  amma  çox  vaxt  bu  zaman  dərdli-dərdli  ağlayırdı: 

lakin  bu  hal  tez  keçib  gedirdi:  o  yenə  də  əvvəlki  kimi 

qəmgin olurdu, yenə də mənə kinli-kinli baxırdı, ya həkimin 

yanında olduğu kimi, şıltaqlıq edirdi, ya da görəndə ki, onun 

yeni  bir  şıltaqlığı  xoşuma  gəlmir  –  qəhqəhə  ilə  gülməyə 

başlayırdı, çox vaxt da bu hal gözyaşı ilə qurtarardı. 

O hətta bir dəfə Aleksandra Semyonovna ilə dalaşdı da, 

dedi  ki,  sənin  mənə  heç  bir  şeyin  lazım  deyil.  Mən 

Aleksandra  Semyonovnanın  yanında  onu  danlayanda,  o 

birdən  acıqlandı,  ürəyi  kinlə,  ədavətlə  dolu  bir  adam  kimi, 

mənə  sərt  cavab  qaytardı,  lakin  sonra  birdən  susdu,  iki  gün 

mənimlə bircə kəlmə də danışmadı, nə dərman qəbul etmək, 

nə yeyib-içmək istədi, ancaq qoca həkim öyüd-nəsihət verə-

verə onu birtəhər yola gətirə bildi. 

downloaded from KitabYurdu.org




 

634 


Mən  demişdim  ki,  dərman  içməyə  başladığı  gündən 

həkimlə  onun  arasında  qəribə  bir  rəğbət  hissi  əmələ 

gəlmişdi.  Nelli  onu  çox  sevirdi,  nə  qədər  qəmgin  olsa  da, 

həkim  gələndə  həmişə  onu  gülərüzlə  qarşılayırdı.  Qoca  da 

hər  gün  bizə  gəlməyə  başladı,  hətta  bəzən  elə  olurdu  ki, 

gündə  iki  dəfə  gəlirdi:  Nelli  gəzməyə  başlayandan,  lap 

sağalandan  sonra  da  gəlirdi,  o  sanki  həkimi  ovsunlamışdı: 

qoca,  elə  bil  Nellinin  gülüşünü,  çox  vaxt  qəribə  olan 

zarafatlarını eşitməsə, bircə gün də yaşaya bilmirdi. Həkim 

ona  şəkilli  kitablar  gətirirdi,  kitabların  da  hamısı  öyüd-

nəsihət verən kitablardı. Bir kitabı onun adına almışdı. Sonra 

ona şirniyyat, qəşəng qutularda konfet gətirməyə başladı. Bu 

cür şeylər gətirəndə o həmişə təntənə ilə içəri girərdi, elə bil 

ki, Nellinin ad günü idi: Nelli də o saat başa düşərdi ki, qoca 

hədiyyə  gətirmişdir.  Amma  həkim  gətirdiyi  hədiyyəni  ona 

göstərməzdi,  bic-bic  gülərək,  Nellinin  yanında  oturar, 

eyhamla  deyərdi  ki,  əgər  bir  qız,  mən  burda  olmayanda, 

özünü  yaxşı  aparmağı  bacarırsa,  hörmətə  layiq  ola  bilirsə, 

belə  bir  cavan  qız  mükafat  almağa  layiqdir.  Bunu 

söyləyərkən  qoca  sadədilliklə,  mehribanca  Nelliyə  baxar, 

downloaded from KitabYurdu.org



 

635 


Nelli  də  lap  açıqca  ona  gülərdi,  eyni  zamanda  onun 

parıldayan gözlərində səmimi, nəvazişli bir əlaqənin ifadəsi 

duyulardı.  Nəhayət,  qoca  həkim  təntənə  ilə  stuldan  qalxar, 

konfet  qutusunu  cibindən  çıxarıb  Nelliyə  verər,  həmişə  də: 

“Mənim gələcəkdə sevimli arvadım olacaq qıza” – sözlərini 

əlavə edərdi. Bu zaman o bəlkə Nellinin özündən daha çox 

sevinərdi. 

Sonra  söhbət  başlardı,  hər  dəfə  də  qoca  ona  səhhətini 

qoruması  üçün,  ciddi,  inandırıcı  bir  şəkildə  öyüd-nəsihət 

verər, tibbi məsləhətlər söyləyərdi. 

Qəti bir ifadə ilə deyərdi: 

–  Hər  şeydən  çox,  adam  gərək  öz  səhhətini  qorusun, 

əvvəla,  başlıca  olaraq,  ona  görə  qorusun  ki,  sağ  qalsın, 

ikincisi  də,  həmişə  sağlam  olsun,  beləliklə  də  həyatda 

xoşbəxtliyə çatsın. Mənim əziz balam, əgər sizin bir dərdiniz 

varsa  –  onu  yadınızdan  çıxarın,  ya  da  yaxşısı  budur  ki, 

çalışın, o barədə fikirləşməyin. Əgər heç bir dərdiniz yoxsa, 

onda...  yenə  də  onun  barəsində  fikirləşməyin,  çalışın  zövq 

və nəşə haqqında... şən, oynaq bir şey haqqında fikirləşin... 

Nelli ondan soruşardı: 

downloaded from KitabYurdu.org



 

636 


–  O  hansı  şən,  oynaq  şeylərdir  ki,  onun  barəsində 

fikirləşim? 

Həkim o saat çıxılmaz bir vəziyyətə düşərdi. 

– Nə deyim axı... Sizin yaşınıza layiq olan zərərsiz bir 

oyun, ya da... buna bənzər bir şey... 

Nelli: 


–  Mən  oynamaq  istəmirəm,  –  deyərdi,  –  mənim  oyun 

oynamaqdan  xoşum  gəlmir.  Amma  mənim  təzə  paltardan 

xoşum gəlir. 

–  Təzə  paltar!?  Bəli.  Bu  bir  az  yaxşı  olmadı.  Adam 

gərək həyatda hər bir şeyə yanaşanda təvazökarlıq göstərsin. 

Amma... niyə ki... adamın təzə paltardan da xoşu gələ bilər... 

–  Mən  sizə  ərə  gedəndə,  siz  mənə  çox  paltar 

tikdirəcəksiniz? 

–  Bir  fikrə  bax!  –  Həkim  qeyri-ixtiyari  olaraq 

qaşqabağını tökürdü. Nelli isə bic-bic gülümsəyirdi, hətta bir 

dəfə  mənə  olan  əlaqəsini  unudaraq,  gülümsəyə-gülümsəyə 

mənə də baxdı. – Sözüm yox... sizə paltar tikdirərəm... Əgər 

siz öz hərəkətlərinizlə buna layiq olsanız... 

downloaded from KitabYurdu.org




 

637 


–  Mən  sizə  ərə  gedəndə  hər  gün  gərək  paroşok  da 

içəm? 


Həkim gülümsəməyə başlardı: 

– Onda həmişə içməmək də olar. 

Nelli söhbəti gülüşlə kəsərdi. Qoca da gülər, onun belə 

gülşad  olmasına  məhəbbətlə  baxardı.  Sonra  mənə  tərəf 

dönərək deyərdi: 

– Oynaq zəkalı qızdır! Ancaq hələ də şıltaqlığı var, bir 

az da – inad eləyir, əsəbilik göstərir. 

O doğru deyirdi. Mən heç bilmirdim onunla nə edim. O 

elə  bil  mənimlə  heç  danışmaq  istəmirdi,  sanki  mən  onun 

haqqında  pis  bir  iş  tutmuşdum.  Bu  mənə  çox  ağır  gəlirdi. 

Hətta  mən  özüm  də  qaşqabaqlı  oldum,  bir  gün  onunla  heç 

danışmadım,  lakin  ertəsi  gün  bu  tutduğum  işdən  xəcalət 

çəkdim.  O,  tez-tez  ağlayırdı,  heç  bilmirdim  onu  necə 

ovundurum. Bir gün o özü mənimlə danışdı. 

İkindi vaxtı idi, evə qayıtmışdım, içəri girəndə gördüm 

ki,  Nelli  tez  balışın  altında  bir  kitab  gizlətdi.  Bu  mənim 

romanım idi: mən evdə olmayanda stolun üstündən götürüb 

oxuyarmış. Fikirləşdim ki: kitabı axı, o niyə gizlətdi? Elə bil 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə