F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə13/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   9   10   11   12   13   14   15   16   ...   161

 

59 


sadədir,  adam  tez  başa  düşür.  Bax,  elə  tez  başa  düşüldüyü 

üçün də xoşuma gəldi! Elə bil adamın ürəyindən yazılıb, elə 

bil  bu  şeylər  mənim  öz  başıma  gəlib!  Amma  yüksək 

yazılsaydı,  necə  olardı?  Heç  özün  də  başa  düşməzdin. 

Amma  üslubunu  düzəldərdin.  Doğrudur,  mən  bunu 

tərifləyirəm, ancaq  nə  deyirsən  de,  yüksəklik  azdır... Onsuz 

da  indi  daha  gecdir,  çap  olunub  qurtarıb.  Bəlkə  ikinci 

nəşrində düzəltdin? Qardaş, bəs necə, ikinci nəşri də olacaq? 

Onda yenə pul verəcəklər... Bəli! 

Anna Andreyevna öz fikrini söylədi: 

–  İvan  Petroviç,  doğrudan  da,  siz  bu  qədər  pul 

almısınız?  Sizə  baxıram,  heç  inanmağım  gəlmir.  Ah,  ilahi, 

indi gör nəyə pul verməyə başlayıblar! 

Qoca  duyduğu  təsirə  get-gedə  daha  artıq  qapılaraq, 

sözünə davam etdi: 

–  Bilirsən,  Vanya!  Bu  qulluq  olmasa  da,  hər  halda 

karyeradır.  Kitabı  böyük  adamlar  da  oxuyacaq.  Bayaq  sən 

deyirdin  ki,  Qoqol  hər  il  yardım  alır,  özü  də  xaricə 

göndərilmişdir.  Bəlkə  sən  də!  Hə?  Ya  bəlkə  hələ  tezdir? 

Hələ bir şey də yazmaq lazımdır? Sən yaz, qardaş, tez yaz! 

downloaded from KitabYurdu.org



 

60 


Adın çıxdı deyə daha tənbəllik eləmə! Daha durub baxmaq 

niyə? 


Bu sözləri o elə bir inamla, elə bir xoşluqla deyirdi ki, 

onun sözünü kəsməyə, onu xəyalından ayırmağa adam cürət 

etmirdi. 

– Ya da, məsələn, burunotu qabı verərlər... Nə olar ki?! 

Hədiyyənin  pisi-yaxşısı  yoxdur.  Həvəsləndirmək  istəyirlər. 

– Sonra sol gözünü qıyaraq, mənalı bir tərzdə astadan dedi. 

–  Kim  bilir,  bəlkə  saraya  da  düşərsən,  ya  yox?  Ya  bəlkə 

saraya düşmək hələ tezdir? 

Anna Andreyevna bu sözdən incimiş kimi dedi: 

– Elə bircə saray qalmışdı! 

Mən ürəkdən güldüm: 

– Bir az da qalsa, siz məni lap general edəcəksiniz. 

Qoca da güldü. Bu söz onun çox xoşuna gəlmişdi. 

Bu  zaman  Nataşa  bizə  axşam  yeməyi  hazırlayırdı,  o 

çığıraraq dedi: 

– Əlahəzrət cənabları, yemək istəmirsiniz? 

Nataşa qəhqəhə ilə güldü, atasının yanına yüyürüb isti 

qolları ilə onu bərk-bərk qucaqladı: 

downloaded from KitabYurdu.org



 

61 


– Mənim atam yaxşı atadır, yaxşı atadır! 

Qocanın ürəyi kövrəldi: 

–  Yaxşı,  yaxşı!  Mən  elə-belə,  söz  düşüb  deyirəm. 

General qalsın generallığında, biz gedək yeməyimizi yeyək! 

–  sonra  da  əlini  öz  Nataşasının  qızarmış  yanaqlarına 

toxunduraraq  (həmişə  fürsət  düşəndə  bunu  etməyi 

xoşlayardı)  əlavə  etdi.  –  Yamanca  həssas  qızsan!  Vanya, 

bilirsənmi,  mən  səni  istədiyimdən  deyirəm.  Hər  halda, 

general da olmasan (hələ general olmağa çox var), tanınmış 

bir adamsan, özündən şey qoşursan. 

– Ata, indi özündən şey qoşan demirlər, yazıçı deyirlər. 

–  Özündən  şey  qoşan  demirlər?  Mən  bunu  bilmirdim. 

Yaxşı,  tutaq  ki,  lap  elə  yazıçı  olsun.  Mən  bunu  demək 

istəyirəm  ki,  əlbəttə,  roman  yazdığın  üçün  səni  kamerher 

etməzlər,  bu  barədə  heç  düşünmək  də  lazım  deyil,  amma 

mötəbər  adamlar  sırasına  çıxmaq  olar,  məsələn,  bir  attaşe 

olmaq olar. Səhhətini düzəltmək üçün, ya da elmini artırmaq 

üçün  xaricə,  İtaliyaya  göndərə  bilərlər,  pul  ilə  kömək 

edərlər.  Məlum  şeydir  ki,  sən  də  gərək  nəciblik  göstərəsən, 

downloaded from KitabYurdu.org




 

62 


yaxşı  işin,  əsl  işin  qabağında  pulu,  hörməti  qəbul  edəsən, 

daha vasitə ilə, himayə ilə yox... 

Anna Andreyevna gülərək əlavə etdi: 

– İvan Petroviç, onda sən lovğalanma ha! 

–  Ata,  tez  ona  ulduz  versinlər,  attaşe  nədir,  siz  elə 

attaşe deyib durmusunuz! 

Nataşa yenə də mənim qolumu çimdiklədi. 

Nataşanın  yanaqları  alışıb-yanır,  gözləri  ulduz  kimi 

sevinclə parıldayırdı. Qoca qızına iftixarla baxaraq çığırdı: 

–  Bu  da  elə  mənə  gülür!  Uşaqlar,  mən  deyəsən, 

doğrudan  da,  çox  uzaqlara  əl  atdım,  lap  Alnaskarçı  oldum, 

həmişə  də  mən  belə  olmuşam...  Amma  bilirsənmi,  Vanya, 

mən baxıram ki, sən çox sadə adamsan... 

– Ah, ilahi! Ata, bəs axı necə olsun? 

–  Yox,  mən  onu  demək  istəmirəm.  Hər  halda,  Vanya, 

sənin  üzün  birtəhərdir...  Yəni,  heç  elə  bil  ki,  şairanə  bir  üz 

deyil...  Bilirsənmi,  belə  deyirlər  ki,  şairlər  solğun  bənizli 

olur,  saçları  da  birtəhər,  gözlərində  də,  belə  ha,  nəsə  olur. 

Bilirsənmi,  o  Höte  ki  var,  ya  da  başqaları.  Mən  bunu 

downloaded from KitabYurdu.org




 

63 


Abbaddaonnada  oxumuşam...

1

  Necə  bəyəm?  Yoxsa  yenə 



düz demədim? Ay dəcəl, gör mənə necə gülür? Dostlar, mən 

alim deyiləm, ancaq hiss edə bilərəm. Yaxşı, üzü qoyaq bir 

tərəfə, üz deyəndə, bu elə böyük bir bədbəxtlik deyil, mənim 

üçün səninki də yaxşıdır, çox da xoşuma gəlir... Mən axı o 

barədə  demədim...  Ancaq  vicdanlı  ol.  Vanya,  vicdanlı  ol, 

əsas  budur,  vicdanla  yaşa,  ayrı-ayrı  xəyallara  düşmə, 

lovğalanma.  Sənin  qarşında  geniş  bir  yol  vardır.  Öz  işinə 

vicdanla  qulluq  elə,  mən  sənə  bunu  demək  istəyirdim,  mən 

ancaq bunu demək istəyirdim! 

Nə  gözəl  günlər  idi!  Bütün  boş  saatlarımı  onlarda 

keçirir,  bütün  axşamlar  onlarda  olurdum.  Mən  qocaya 

ədəbiyyat  aləmindən,  ədəbiyyatçılardan xəbərlər gətirirdim. 

O  birdən  nədənsə,  ədəbiyyatla  son  dərəcə  maraqlanmağa 

başlamışdı,  hətta  B.-nin  tənqidi  məqalələrini  də  oxuyurdu. 

B. haqqında mən ona çox danışmışdım. O, B.-ni çox az başa 

düşürdü, lakin onu çox tərif edirdi, onun “Severni qrutendə” 

məqalə yazan düşmənlərindən acı-acı şikayətlənirdi. Qarı nə 

məni,  nə  də  Nataşanı  gözdən  qoymurdu,  lakin  o  hər  şeyi 

                                                 

1

“Abb addo nna”



N.А.Polovoyun(1796-1846) romantik povesti 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə