F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə131/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   127   128   129   130   131   132   133   134   ...   161

 

659 


Nelli  sədəqəni  aldıqdan  sonra  körpüdən  enib  bir 

dükanın qabağına gəldi: dükanın pəncərələrindən parlaq işıq 

düşmüşdü. Yığdığı pulları burada saymağa başladı, mən on 

addım kənarda durub baxırdım. Onun əlində xeyli pul vardı, 

görünür, o lap səhərdən dilənirmiş. Pulları ovcunda sıxaraq 

küçəni  keçdi,  bir  əttar  dükanına  yaxınlaşdı.  Mən  o  saat, 

dükanın  taybatay  açılmış  qapısına  yaxınlaşdım,  baxdım  ki, 

görüm o orada nə edəcək. 

Nelli  pulları  piştaxtanın  üstünə  qoydu,  ona  adi  bir 

fincan  verdilər:  bu  onun  necə  kinli  olduğunu  həm  mənə, 

həm  də  İxmenevə  göstərmək  üçün  sındırdığı  fincana  çox 

oxşayırdı.  Fincanın  qiyməti  on  beş  qəpik,  bəlkə  də  daha 

ucuz olardı. Tacir onu kağıza büküb bağladı, Nelliyə verdi; 

Nelli çox məmnun halda tələsə-tələsə dükandan çıxdı. 

Mənim yanımdan keçəndə onu səslədim: 

– Nelli! Nelli! 

O  diksinib  mənə  baxdı,  fincan  əlindən  sürüşüb  düşdü, 

sındı.  Nellinin  rəngi  solğundu;  lakin  o  mənə  baxdı,  onun 

bütün  tutduğu  işlərini  gördüyümü  bilib  birdən  qızardı:  bu 

qızartı  onun  son  dərəcə  utanıb  xəcalət  çəkdiyini  göstərirdi. 

downloaded from KitabYurdu.org



 

660 


Mən  onun  əlindən  tutub  evə  apardım.  Evimiz  çox  uzaqda 

deyildi.  Yolda  bircə  kəlmə  də  danışmadıq.  Mən  otağa 

girəndə  oturdum;  Nelli,  gözlərini  yerə  dikərək,  mənim 

qabağımda  durmuşdu:  o  fikirli  idi,  utanırdı,  rəngi  əvvəlki 

kimi solğun idi, başını qaldırıb mənə baxa bilmirdi. 

– Nelli, sən dilənirdin? 

O başını daha artıq yerə dikərək pıçıldadı: 

– Hə! 


– Sən istəyirdin pul yığıb, sındırdığın fincanı alasan? 

– Hə… 


–  Məgər  mən  bu  fincanın  üstündə  səni  danladımmı, 

söydümmü?  Nelli,  yoxsa  sən  bu  hərəkətində  nə  qədər  kin, 

məğrurcasına  bir  kin  olduğunu  görmürsən?  Bu  yaxşı  işdir 

sən tutursan? Ayıb deyilmi? Məgər... 

Nelli güclə eşidiləcək bir səslə dedi: 

– Ayıbdır... – onun yanağından bir damla yaş süzüldü. 

Mən də onun ardınca təkrar etdim: 

–  Ayıbdır...  Nelli,  əzizim,  əgər  sənin  qarşında 

müqəssirəmsə, məni bağışla, gəl barışaq. 

downloaded from KitabYurdu.org




 

661 


Nelli mənə baxdı, birdən yaş onun gözlərindən sel kimi 

axdı, o mənim sinəmə sıxıldı. 

Bu  anda  Aleksandra  Semyonovna  cəld  içəri  girdi.  Nə 

olub  axı?  Yaxşı  ki,  evdədir…  İvan  Petroviç,  onu  hardan 

tapdınız? 

Mən  Aleksandra  Semyonovnaya  göz  vurdum  ki,  bu 

barədə  bir  şey  soruşmasın,  o  məni  başa  düşdü.  Mən 

mehribanlıqla  Nellidən  ayrıldım:  o  hələ  də  dərdli-dərdli 

ağlayırdı.  Aleksandra  Semyonovnadan  xahiş  etdim  ki,  mən 

gələnə  kimi  onun  yanında  otursun,  özüm  isə  tez  Nataşanın 

yanına getdim. Gecikmişdim, ona görə də tələsirdim. 

Bu  axşam  bizim  taleyimiz  həll  olunurdu:  biz  bir  çox 

məsələ  haqqında  danışacaqdıq;  amma  mən  Nelli  haqqında 

da  bir-iki  söz  dedim,  sonra  da  baş  verən  hadisəni  bütün 

təfsilatı ilə danışdım. 

Nataşa fikirləşərək dedi: 

– Vanya, bilirsən nə var: mənə elə gəlir ki, o səni sevir. 

Mən buna təəccüb etdim: 

– Nə? Bu necə ola bilər? 

– Bəli, bu – sevginin başlanğıcıdır, qız sevgisinin... 

downloaded from KitabYurdu.org



 

662 


–  Sən  nə  deyirsən,  Nataşa,  belə  şey  ola  bilməz!  O 

uşaqdır! 

– Bu yaxında onun on dörd yaşı tamam olur. Bu sərtlik 

ondandır ki, sən onu başa düşmürsən, bəlkə o özü də özünü 

başa  düşmür;  bu  sərtlikdə  uşaqcasına  şeylər  çoxdur,  amma 

bu  ciddi,  əzabverici  bir  sərtlikdir.  Bunun  başlıca  cəhəti  də 

odur  ki,  o  səni  mənə  qısqanır.  Sən  məni  elə  sevirsən  ki, 

yəqin  evdə  də  ancaq  mənim  fikrimi  çəkirsən,  mənim 

barəmdə danışırsan, mənim barəmdə düşünürsən, buna görə 

də  ona  az  diqqət  yetirirsən.  O  bunu  başa  düşmüşdür,  bu 

onun  ürəyinə  toxunmuşdur.  O  bəlkə  də  səninlə  danışmaq 

istəyir,  öz  ürəyini  sənin  qabağında  açmaq  ehtiyacını  hiss 

edir,  ancaq  bacarmır,  utanır,  özünü  başa  düşmür,  fürsət 

gözləyir, amma sən bu fürsəti yaxınlaşdırmaq əvəzinə, daha 

da uzaqlaşdırırsan, onu qoyub mənim yanıma gəlirsən, hətta 

o  xəstə  olanda  da  onu  günlərlə  tək  qoymusan.  O  elə  bunun 

üçün də  ağlayır:  səni  istəyir,  ona  xüsusilə  ağır  gələn  budur 

ki,  sən  bunu  hiss  etmirsən.  Sən  indi  də,  belə  bir  vaxtda  da 

onu tək qoyub bura gəlmisən. Sabah o bundan xəstələnəcək. 

Sən necə onu tək qoymusan? Bu saat get onun yanına… 

downloaded from KitabYurdu.org



 

663 


– Mən onu tək qoymazdım, ancaq… 

– Elədir, mən səndən xahiş eləmişəm gələsən. İndi get. 

– Gedərəm, ancaq mən buna inanmıram. 

–  Ona  görə  inanmırsan  ki,  bu  sevgi  başqalarının 

sevgisinə  bənzəmir.  Onun  başına  gələn  müsibətləri  yadına 

sal, fikirləş, onda inanarsan, o bizim kimi böyüməyib. 

Mən 

qayıtsam  da  gec  qayıtdım.  Aleksandra 



Semyonovna dedi ki, ogünkü kimi çox ağladı, ondakı kimi 

də “gözüyaşlı yatdı”. İvan Petrovic, mən daha gedim, Filipp 

Filippıc belə tapşırıb. O yazıq məni gözləyir. 

Mən ona təşəkkür edib Nellinin baş tərəfində oturdum. 

Onu  belə  bir  vaxtda  qoyub  getməyimə  özüm  də  peşman 

oldum. 


Gecədən xeyli keçənə qədər mən fikrə dalaraq onu başı 

üstündə oturdum… Bu məşum bir vaxt idi. 

Lakin  bu  iki  həftədə  nələr  olduğunu  nəql  etmək 

lazımdır… 

 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə