F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə132/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   128   129   130   131   132   133   134   135   ...   161

 

664 


V FƏSİL 

 

Knyazla  bərabər  B-nin  aşxanasında  keçirdiyim  o 



unudulmaz  axşamdan  sonra,  mən  bir  neçə  gün  Nataşanın 

başına  bir  iş  gələcəyindən  qorxdum.  Tez-tez  öz-özümdən 

soruşdum:  “Bu  məlun  knyaz  ona  nə  etmək  və  ondan  necə 

qisas  almaq  istəyir?”  Ağlıma  cürbəcür  şeylər  gəlirdi.  Mən, 

nəhayət, bu nəticəyə gəldim ki, onun hədə-qorxusu boş yerə 

deyil,  gop  deyil,  nə  qədər  ki,  Nataşa  Alyoşa  ilə  yaşayır, 

knyaz doğrudan da ona çox pisliklər elə bilər. Knyaz xırdaçı 

adamdır,  qisas  alandır,  kinlidir,  pulpərəstdir.  O,  təhqir 

olunduğunu çətin unuda bilər, əlinə fürsət düşsə, Nataşadan 

mütləq  qisas  alacaqdır.  Hər  halda,  bütün  bu  işdə  bir 

məsələni  mənim  nəzərimə  çatdırdı,  bu  məsələ  haqqında  öz 

fikrini  çox  aydın  söylədi:  o,  Alyoşa  ilə  Nataşanın  bir-

birindən  ayrılmasını  təkidlə  tələb  edirdi,  gözləyirdi  ki,  mən 

Nataşanı  bu  yaxında  olacaq  ayrılığa  hazırlayım,  elə 

hazırlayım  ki:  “pastorallıq,  şillerçilik  və  başqa  şeylər” 

olmasın.  Məlum  şeydir  ki,  o  hər  şeydən  çox  bir  məsələnin 

fikrini çəkirdi: istəyirdi ki, Alyoşa ondan razı qalsın, yenə də 

downloaded from KitabYurdu.org




 

665 


onu  mehriban  bir  ata  hesab  eləsin;  bu  ona,  sonradan 

Katyanın  pullarını  rahatca  ələ  keçirmək  üçün  çox  lazımdı. 

Deməli, mən gərək Nataşanı bu yaxında baş verəcək ayrılığa 

hazırlayaydım.  Lakin  Nataşada  mən  böyük  bir  dəyişiklik 

əmələ gəldiyini görürdüm: onun əvvəlki kimi mənimlə açıq 

ürəklə  danışmasından  heç  əsər  qalmamışdı;  hələ  bu 

harasıdır,  o  elə  bil  ki,  daha  mənə  etibar  etmirdi.  Mənim 

söylədiyim  təsəllilər  ona  ancaq  əzab  verirdi;  mənim  sorğu-

sualım  onu  get-gedə  daha  artıq  darıxdırırdı,  hətta 

acıqlandırırdı.  Görürdün  ki,  gedib  onlarda  oturmuşam,  ona 

baxıram. O da əllərini döşündə çarpazlayaraq, otaqda o baş-

bu  başa  gəzişir,  o  tutqundur,  bənizi  solğun  idin,  elə  bil  ki, 

özünü də, hətta mənim burada, onun yanında olduğumu da 

unutmuşdur.  Hərdən  görərdin  ki,  mənə  baxdıqda  (o  hətta 

mənim  baxışlarımdan  da  çəkinirdi)  –  üzündə  dərhal  bir 

narazılıq ifadə olunurdu, tez üzünü yana çevirirdi. Mən başa 

düşürdüm  ki,  o,  bu  yaxında  baş  verəcək  ayrılıq  haqqında 

düşünür,  bəlkə  də  öz  planını  qururdu,  –  bunu  o  əzab  və 

iztirab  çəkmədən  düşünə  bilərdimi?  Mən  əmindim  ki, 

ayrılmağı  o  qət  etmişdir.  Bununla  belə,  onun  keçirdiyi 

downloaded from KitabYurdu.org



 

666 


məyusluq,  ümidsizlik  mənə  əzab  verirdi,  həm  də  məni 

qorxudurdu.  Bir  də  ki,  mən  cəsarət  edib  onunla  danışa 

bilmirdim,  ona  təsəlli  verə  bilmirdim,  buna  görə  də  bu 

şeylərin necə həll olunacağını qorxu içində gözləyirdim. 

O ki qaldı, Nataşanın belə sərt, amansız görünüşü – bu 

məni narahat etsə də, mənə əzab versə də, mən öz ürəyimdə 

Nataşaya arxayın idim; mən görürdüm ki, o çox ağır iztirab 

çəkir,  onun  ovqatı  çox  təlxdir.  Kənardan  başqasının  onun 

işinə qarışması – onu ancaq darıxdırır və acıqlandırırdı. Belə 

hallarda,  xüsusilə  bizim  sirrimizi  bilən  yaxın  dostlarımızın 

işə qarışması bizi daha artıq darıxdırır və narazı edir. Lakin 

mən  bunu  da  yaxşı  bilirdim  ki,  son  dəqiqədə  Nataşa  özü 

yenə də mənim yanıma gələcək, mənim qəlbimdə özünə bir 

yüngüllük axtaracaqdır. 

Məlum  şeydir  ki,  knyazla  olan  söhbətimiz  haqqında 

mən ona heç bir söz demədim: bu hadisə onu ancaq daha da 

həyəcanlandırar,  ovqatını  daha  da  təlx  edərdi.  Mən  ancaq 

sözarası  ona  –  knyazla  bərabər  qrafinyagilə  getdiyimi, 

knyazın  son  dərəcə  alçaq  bir  adam  olduğuna  qəti  surətdə 

inandığımı  söylədim.  Nataşa  knyaz  haqqında  heç  bir  şey 

downloaded from KitabYurdu.org



 

667 


soruşmadı,  mən  də  buna  çox  sevindim;  lakin  Katya 

haqqında  söylədiklərimə  çox  maraqla  qulaq  asdı,  amma 

onun  barəsində  də  heç  bir  söz  demədi;  ancaq  solğun  üzü 

qızardı, az qala bütün günü çox bərk həyəcan keçirdi. Mən 

Katya  haqqında  heç  bir  şey  gizlətmədim,  hətta  Katyanın 

mənə  çox  gözəl  təsir  bağışladığını  da  etiraf  etdim.  Niyə  də 

gizlədəydim? Nataşa hiss edəcəkdi ki, mən nəsə gizlədirəm, 

bunun üstündə mənə ancaq acığı tutacaqdı. Buna görə də, nə 

olmuşdusa, daha heç sorğu-suala yer qalmasın; həm də o elə 

bir  vəziyyətdə  idi  ki,  mənə  sual  verməyə  heç  halı 

olmayacaqdı:  doğrudan  da,  onun,  laqeydlik  pərdəsi  altında 

öz  rəqibinin  gözəl  xüsusiyyətlərini  soruşub  bilməsi  asan 

şeydimi? 

Mən  elə  zənn  edirdim  ki,  o  hələ  knyazın  qəti 

sərəncamını  –  Alyoşanın  qrafinya  ilə  Katyanı  kəndə 

aparacağını  bilmir,  buna  görə  də  məsələni  açıb  söyləməyə 

çətinlik çəkir, zərbəni mümkün qədər zəiflətmək istəyirdim. 

Lakin mən ağzımı açan kimi o mənim sözümü kəsib dedi ki, 

mənə  təsəlli  vermək  lazım  deyil,  beş  gündür  ki,  mən  bunu 

bilirəm. Mən buna heyrət etdim. 

downloaded from KitabYurdu.org



 

668 


– İlahi! Bunu sənə kim dedi? 

– Alyoşa. 

– Necə? Alyoşa dedi? 

–  Bəli;  mən  də,  Vanya,  qəti  qərara gəlmişəm.  –  Bunu 

söylərkən  onun  üzündə  başqa  bir  ifadə  göründü,  bu  ifadə 

aydınca, həm də  səbirsizliklə xəbərdarlıq edirdi ki,  mən bu 

söhbəti davam etdirməyim. 

Alyoşa  Nataşanın  yanına  tez-tez  gəlsə  də,  bircə 

dəqiqəliyə gəlirdi; ancaq bir dəfə bir neçə saat onun yanında 

oturmuşdu;  bunda  da  mən  orada  olmamışam.  O  həmişə 

gələndə  qəmgin  gələrdi,  Nataşaya  çəkinə-çəkinə,  həm  də 

nəvazişlə  baxardı;  lakin  Nataşa  onu  elə  nəvazişlə,  elə 

mehribanlıqla  qarşılardı  ki,  o  dərhal  hər  şeyi  unudar,  kefi 

açılardı.  Alyoşa  mənim  də  yanıma  tez-tez  gəlməyə 

başlamışdı: o, az qala, hər gün gələrdi. Hərçənd, o çox əzab 

çəkirdi, ancaq bircə dəqiqə də təkbaşına dərd çəkə bilmirdi, 

təsəlli almaq üçün hər dəqiqə mənim yanıma yüyürərdi. 

Mən  ona  nə  deyə  bilərdim?  O  məni  ona  qarşı  soyuq 

rəftar etməkdə, laqeydlik göstərməkdə, hətta kin bəsləməkdə 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə