F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə133/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   129   130   131   132   133   134   135   136   ...   161

 

669 


məzəmmət edərdi, darıxardı, dərd çəkərdi, ağlardı, Katyanın 

yanına gedər, orada təsəlli tapardı. 

O  gün  ki  Nataşa  mənə  Alyoşanın  kəndə  getməsindən 

xəbərdar  olduğunu  söyləmişdi  (bu,  mənim  knyazla  olan 

söhbətimdən bir həftə sonra idi), həmin gün Alyoşa ümidsiz 

halda  yanıma  gəldi,  məni  qucaqladı,  sinəmə  sıxılaraq  uşaq 

kimi ağladı. Mən susub onun nə deyəcəyini gözləyirdim. 

– Vanya, – dedi, – mən alçaq adamam, əclaf adamam! 

Sən məni öz-özümdən xilas et. Mən ona görə ağlamıram ki, 

alçaq  və  əclaf  adamam,  ona  görə  ağlayıram  ki,  Nataşa 

mənim  üzümdən  bədbəxt  olacaq.  Axı,  mən  onu  bədbəxt 

eləyib  gedəcəyəm…  Vanya,  əzizim,  de  görüm,  həll  elə 

görüm! Mən kimi çox sevirəm: Katyanı, ya Nataşanı? 

–  Alyoşa,  bunu  mən  həll  edə  bilmərəm,  bunu  sən 

məndən yaxşı bilərsən… 

–  Yox,  Vanya,  mən  onu  demirəm;  mən  elə  axmaq 

deyiləm  ki,  sənə  belə  bir  sual  verəm,  məsələ  də  elə 

orasındadır ki, mən özüm bu işdən baş çıxara bilmirəm. Mən 

bunu  öz-özümdən  soruşuram,  ancaq  cavab  verə  bilmirəm. 

downloaded from KitabYurdu.org




 

670 


Sən  kənardan  baxırsan,  bəlkə  məndən  çox  bilirsən... 

Bilməsən də, de görüm: bu sənə necə gəlir? 

– Mənə elə gəlir ki, sən Katyanı çox sevirsən. 

–  Sənə  elə  gəlir!  Yox,  yox,  elə  deyil!  Sən  tapa 

bilmədin!  Mən  Nataşanı  hədsiz  dərəcədə  sevirəm.  Mən  heç 

cürə, heç vaxt onu buraxa bilmərəm; mən bunu Katyaya da 

demişəm;  Katya  da  tamamilə  mənimlə  razıdır.  Sən  niyə 

danışmırsan?  Mən  indicə  gördüm  ki,  sən  gülümsədin.  Ah, 

Vanya,  mənim  dərdim  indiki  kimi  həddindən  artıq  çox 

olanda sən mənə heç təsəlli verməmisən… Sağ ol! 

O  cəld  otaqdan  çıxdı.  Nelli  kirimişcə  bizim 

söhbətimizə  qulaq  asırdı;  Alyoşa  ona  çox  qəribə  təsir 

bağışlamışdı, onu təəccübləndirmişdi. Nelli onda hələ xəstə 

idi,  yataqda  yatır,  dərman  içirdi.  Alyoşa  heç  onunla 

danışmazdı, gələndə ona heç bir əhəmiyyət verməzdi. 

İki  saatdan  sonra  o  yenə  də  gəldi:  onun  kefi  kök  idi, 

üzü  gülürdü;  mən  buna  təəccüb  etdim.  O  yenə  də  məni 

qucaqlayıb həyəcanla dedi: 

–  İş  qurtardı!  Bütün  düyünlər  həll  olundu.  Sizin 

yanınızdan birbaş Nataşanın yanına getdim: mənim ovqatım 

downloaded from KitabYurdu.org



 

671 


təlx  idi,  mən  onsuz  dura  bilməzdim.  İçəri  girən  kimi  onun 

qabağında  diz  çöküb  ayaqlarını  öpdüm:  bu  mənə  lazımdı, 

mən  bunu  istəyirdim,  bunsuz  mən  qəm-qüssədən  ölərdim. 

Nataşa  dinməz-söyləməz  məni  qucaqlayıb  ağladı.  Elə 

buradaca ona dedim ki, Katyanı səndən çox sevirəm... 

– O nə dedi? 

–  O  heç  bir  söz  demədi,  ancaq  məni  əzizlədi,  mənə 

təsəlli  verdi:  məni,  ona  elə  bir  söz  deyən  adamı!  İvan 

Petroviç,  o  təsəlli  verməyi  bacarır!  Mən  ağlaya-ağlaya, 

bütün  dərdimi  açıb  ona  dedim!  Elə  lap  açıqca  dedim  ki, 

Katyanı  çox  sevirəm,  ancaq  onu  nə  qədər  sevsəm  də,  kim 

olur olsun, nə qədər sevsəm də Nataşasız yaşaya bilmərəm, 

ölərəm.  Hə,  Vanya,  bircə  gün  də  onsuz  yaşaya  bilmərəm, 

mən bunu hiss edirəm, hə! Buna görə də bu qərara gəldik ki, 

tezliklə  evlənək;  ancaq  kəndə  gedənə  kimi  bunu  etmək 

mümkün  deyil,  çünki  indi  böyük  pəhrizdir,  nikah 

oxumayacaqlar,  gərək  mənim  qayıdıb  gəlməyimi  gözləyək, 

bu da iyunun başlanğıcında olacaq. Atam razılıq verəcək, – 

buna heç şübhə yoxdur. O ki qaldı Katya – axı nə olsun ki! 

downloaded from KitabYurdu.org




 

672 


Mən  Nataşasız  yaşaya  bilmərəm…  Evlənəcəyik,  sonra  da 

Nataşa ilə bərabər Katyagilə gedəcəyik. 

Yazıq Nataşa! Bu uşağa təsəlli verməklə, onun yanında 

oturub  etirafına  qulaq  asmaqla,  bu  sadəlövh,  xudbin  adamı 

sakitləşdirmək üçün bu yaxında onunla evlənmək əfsanəsini 

uydurmaqla  sən nə  əzab  çəkmisən!  Alyoşa  doğrudan  da bir 

neçə gün sakitləşdi. Əslində o, Nataşanın yanına – təkbaşına 

öz  zəif  qəlbi  ilə  kədərə  tab  gətirə  bilmədiyi  üçün  gəlirdi. 

Lakin ayrılıq vaxtı yaxınlaşarkən o yenə də narahat olmağa, 

gözyaşı  tökməyə  başladı,  yenə  də  mənim  yanıma  gəlir,  öz 

dərdini  söyləyərək  ağlayırdı.  Son  vaxtda,  o,  Nataşaya  elə 

yaxınlıq göstərirdi ki, ay yarım nədi, heç bircə gün də onsuz 

yaşaya  bilməzdi.  Lap  son  dəqiqəyə  kimi  o  əmindi  ki, 

Nataşanı  ancaq  ayyarımlığa qoyub gedir,  qayıdandan sonra 

onların  toyu  olacaq.  O  ki  qaldı  Nataşa,  –  o  tamamilə  başa 

düşürdü ki, onun bütün taleyi dəyişir, Alyoşa bir daha onun 

yanına qayıtmayacaq, bu elə belə də olmalıdır. 

Ayrılıq  günü  gəlib  çatdı.  Nataşa  xəstə  idi;  onun  rəngi 

solmuşdu,  gözləri  qızarmışdı,  dodaqları  qurumuşdu,  arabir 

öz-özü  ilə  danışırdı,  hərdən  cəld  və  diqqətlə  mənə  baxırdı; 

downloaded from KitabYurdu.org



 

673 


ağlamırdı,  mənim  suallarıma  cavab  vermirdi.  Alyoşanın 

səsini  eşidəndə  yarpaq  kimi  əsirdi,  şəfəq  kimi  qıpqırmızı 

qızarır, tələsə-tələsə ona tərəf gedirdi, Alyoşanı  əsəbi halda 

qucaqlayırdı, öpürdü, gülürdü... Alyoşa diqqətlə ona baxırdı, 

bəzən  də  xəstə  olub-olmadığını  təşvişlə  soruşurdu,  ona 

təsəlli  verərək  deyirdi  ki,  tezliklə  qayıdıb  gələcəyəm,  sonra 

da toyumuz olacaq. Nataşa var qüvvəsini toplayaraq özünü 

ələ  alırdı,  ağlamamağa  çalışırdı.  O,  Alyoşanın  yanında 

ağlamırdı. 

Alyoşa bir dəfə ona dedi ki, qayıdıb gələnə kimi gərək 

sənə  xərcləməyə  pul  verəm,  sən  narahat  olma,  çünki  atam 

mənə  yol  üçün  çoxlu  pul  verəcəyini  vəd  etmişdir.  Nataşa 

qaşqabağını  tökdü.  Sonra  biz  ikimiz  tək  qalanda  mən 

Nataşaya dedim ki, hər ehtimala qarşı, mən sənin üçün yüz 

əlli  manat  saxlamışam.  Nataşa  bu  pulu  mənim  haradan 

tapdığımı  soruşmadı.  Bu  söhbət  Alyoşa  gedəndən  iki  gün 

əvvəl  olmuşdu;  Nataşanın  Katya  ilə  ilk  və  son  görüşü  də 

bundan  bir  gün  qabaq  olmuşdu.  Alyoşa  ilə  kağız  göndərib 

Nataşadan  xahiş  etmişdi  ki,  sabah  onun  yanına  gəlməsinə 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə