694
açaraq, heyrət və kədərlə Nataşaya baxır, onun əlini əlindən
buraxmırdı.
Birdən Nataşa soruşdu:
– Siz onu çox sevirsiniz?
– Bəli. Mən də sizdən bir şey soruşmaq istəyirəm, elə
bu fikirlə də gəlmişəm: deyin görüm, siz onu nəyinə görə
sevirsiniz?
Nataşa cavab verdi:
– Bilmirəm, – sanki onun cavabından acı bir səbirsizlik
hissi duyuldu.
Katya soruşdu:
– Siz necə bilirsiniz: o ağıllıdırmı?
– Yox, mən onu ancaq elə sevirəm…
– Mən də. Mənim elə bil ona yazığım gəlir.
– Mənim də.
Katya həyəcanla dedi:
– İndi biz onunla nə edək?! Sizi o məndən ötrü necə
atıb gedir, – başa düşmürəm! İndi bax, sizi görürəm, bunu
başa düşə bilmirəm! – Nataşa cavab verməyərək yerə
baxırdı. Katya bir az susdu, sonra birdən stuldan qalxıb
downloaded from KitabYurdu.org
695
Nataşanı üsulluca qucaqladı. Onlar bir-birini qucaqlayaraq
ağladılar. Katya Nataşanı qucağından buraxmayaraq,
kreslosunun qoltuğu üstündə oturub onun əllərini öpməyə
başladı.
Sonra ağlaya-ağlaya dedi:
– Əgər bilsəniz ki, mən sizi nə qədər sevirəm! Gəlin
bacı olaq, gəlin həmişə bir-birimizə məktub yazaq… Mən
sizi həmişə sevəcəyəm… Sizi elə sevəcəyəm, elə sevəcəyəm
ki…
Nataşa ondan soruşdu:
– O sizə deyibmi ki, iyunda bizim toyumuz olacaq?
– Deyib. O deyirdi ki, siz də razısınız. Siz yəqin ki,
bunu elə-belə demisiniz, ona təsəlli vermək üçün, elə
deyilmi?
– Əlbəttə.
– Mən bunu belə də başa düşdüm. Nataşa, mən onu
çox-çox sevəcəyəm, hər bir şeyi sizə yazacağam. Deyəsən,
bu yaxında o mənim ərim olacaq, – iş belə göstərir. Onlar
hamısı belə deyir. Əzizim Nataşa, indi siz daha… öz evinizə
gedəcəksiniz?
downloaded from KitabYurdu.org
696
Nataşa ona cavab vermədi, lakin dinməz-söyləməz
bərk-bərk onu öpdü.
– Xoşbəxt olun!
Katya:
– Siz də… siz də… – dedi. – Bu anda qapı açıldı,
Alyoşa içəri girdi. O daha özü ilə bacara bilməmişdi, bu
yarım saatı gözləmək iqtidarında olmamışdı. O, Nataşa ilə
Katyanı bir-birini qucaqlamış, ağlamış görüb, gücdən
düşmüş, iztirab çəkmiş bir adam kimi, onların qabağında diz
çökdü.
Nataşa ona dedi:
– Daha sən niyə ağlayırsan? Məndən ayrıldığın üçün
ağlayırsan? Bu ayrılıq çox sürməyəcək. İyunda qayıdıb
gələcəksən?
Katya da, Alyoşaya təsəlli vermək üçün, göz yaşları
içində tez dedi:
– Toyunuz da onda olacaq…
– Nataşa, mən səni bircə gün, bircə gün də qoyub gedə
bilmirəm. Mən sənsiz öləcəyəm… İndi sən mənim üçün nə
qədər əzizsən, – sən bunu bilmirsən! Bəli, indi!..
downloaded from KitabYurdu.org
697
Birdən Nataşa canlandı:
– Sən belə elə: qrafinya heç olmasa bir qədər
Moskvada qalacaqmı?
Katya:
– Bəli, bir həftəyə qədər olacaq, – dedi.
– Bir həftə! Bundan yaxşı nə olar: sən sabah onları
Moskvaya kimi ötürərsən, bu bircə günlük işdir, elə o saat
da yanıma qayıdarsan. Eləki onlar Moskvadan getməli oldu,
– onda biz biraylığa ayrılarıq, – sən onları ötürmək üçün
Moskvaya qayıdarsan.
– Bax belə, belə… Siz də heç olmasa, dörd gün yenə
bir yerdə olarsınız. – Bu fikir Katyanın çox xoşuna gəldi,
mənalı bir nəzərlə, bir-birinə baxdılar.
Bu yeni plandan Alyoşanın duyduğu sevinci ifadə edə
bilmirəm. O birdən tamamilə sakitləşdi, üzü fərəhlə güldü,
Nataşanı qucaqladı, Katyanın əllərini öpdü, məni də
qucaqladı. Nataşa dərdli-dərdli gülümsəyərək ona baxırdı;
lakin Katya buna tab gətirə bilmədi: odlu, parlaq bir nəzərlə
mənə baxdı, Nataşanı qucaqladı, getmək üçün ayağa qalxdı.
Lap elə bil qəsdən fransız qadını bu zaman adam göndərib
downloaded from KitabYurdu.org
698
xahiş edirdi ki, görüşü tez qurtarsınlar, deyilən yarım saat
qurtarmışdır.
Nataşa ayağa qalxdı. Onlar qabaq-qabağa durub bir-
birindən tutmuşdu, sanki ürəklərindəki dərdlərini öz
baxışları ilə bir-birinə ifadə etməyə çalışırdılar.
Katya dedi:
– Biz, axı, bir daha bir-birimizi görməyəcəyik.
Nataşa da cavab verdi:
– Bir daha bir-birimizi görməyəcəyik, Katya!
– Elə isə gəl görüşüb ayrılaq. – Onlar qucaqlaşdı.
Katya tez-tez pıçıldadı:
– Məni qarğımayın… Mən isə… həmişə… arxayın
olun… o xoşbəxt olacaq… – Alyoşanın əlindən tutaraq tez
dedi: – Gedək, Alyoşa, məni ötür!
Onlar çıxandan sonra Nataşa həyəcanla, ağır iztirab
içində dedi:
– Vanya! Sən də get… Qayıdıb gəlmə: Alyoşa axşam
saat səkkizə kimi mənim yanımda olacaq: axşam o daha
burda qala bilməz, gedəcək. Mən tək qalacağam… Saat
doqquzda gəl. Xahiş edirəm!
downloaded from KitabYurdu.org
699
Axşam saat doqquzda Nellini (fincanı sındırandan
sonra) Aleksandra Semyonovna ilə bir yerdə qoyub
Nataşanın yanına getdim: o tək idi, məni səbirsizliklə
gözləyirdi. Mavra samovarı gətirdi. Nataşa mənə çay töküb
divanda oturdu, məni yanına çağırdı.
Diqqətlə mənə baxaraq dedi:
– Budur, hər şey bitdi! – Mən bu baxışları heç vaxt
unutmayacağam.
Sonra əlimi sıxaraq əlavə etdi:
– Budur, bizim sevgimiz bitdi! Yarımillik bir həyat!
Amma bütün ömrüm boyu unudulmayacaq! – Onun əlləri od
kimi yanırdı. Mən ona isti paltar geyib yatağında uzanmağı
məsləhət gördüm.
– Bu saat, Vanya, bu saat, – mənim mərhəmətli
dostum! Qoy bir az danışım, bəzi şeyləri yadıma salım…
Mən indi lap əldən düşümşəm, xəstə kimiyəm… Mən onu
sabah saat onda axırıncı dəfə görəcəyəm… axırıncı dəfə!..
– Nataşa, sən xəstəsən, bu saat titrədəcəksən, özünə
yazığın gəlsin.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |