F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə139/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   135   136   137   138   139   140   141   142   ...   161

 

700 


– Nə etmək olar? Vanya, o gedəndən sonra yarım saat 

idi  ki,  mən  səni  gözləyirdim,  həm  də  bilirsən,  mən  nə 

fikirləşirdim,  öz-özümdən  nə  soruşurdum?  Soruşurdum  ki: 

mən onu sevirdimmi, ya sevmirdim, bizim bu sevgimiz necə 

sevgi  idi?  Vanya,  bunu  mənim  ancaq  indi  öz-özümdən 

soruşmağım, deyəsən, sənə gülməli görünür? 

– Nataşa, özünü həyəcanlandırma… 

–  Bilirsən,  Vanya,  mən  bu  qərara  gəldim  ki,  onu  mən 

özümə tay bir adam kimi sevməmişəm, adətən, qadın kişini 

sevən  kimi.  Mən  onu…  demək  olar  ki,  bir  ana  kimi 

sevmişəm. Mənə hətta elə gəlir ki, dünyada heç elə bir sevgi 

yoxdur ki, hər iki tərəf bir-birini özünə tay kimi sevsin, hə? 

Sən necə bilirsən? 

Mən  təşviş  içində  ona  baxır,  onun  xəstələnməsindən 

qorxurdum.  Sanki  bir  şey  onu  özünə  cəlb  edirdi;  o 

danışmağa  böyük  bir  ehtiyac  hiss  edirdi,  onun  bəzi  sözləri 

elə  bil  ki,  başsız-ayaqsız  idi.  Hətta  bəzən  bu  sözləri  yaxşı 

tələffüz etmirdi. Mən çox qorxurdum. 

Nataşa sözünə davam edərək deyirdi: 

downloaded from KitabYurdu.org




 

701 


– O mənim idi. Bəlkə də lap ilk görüşdə məndə böyük 

bir  arzu  əmələ  gəldi:  mən  arzu  edirdim  ki,  o  mənim  olsun, 

tezliklə  mənim  olsun,  o  məndən  başqa  heç  kəsə  baxmasın, 

heç  kəsi  tanımasın,  ancaq  mənə  baxsın,  məni  tanısın… 

Katya bayaq yaxşı dedi: mən onu elə sevirdim ki, elə bil nə 

üçünsə  həmişə  ona  yazığım  gəlirdi…  Mən  tək  qalanda 

həmişə  məndə  böyük  bir  arzu  olurdu,  hətta  mən  əzab 

çəkirdim:  arzum  bu  idi  ki,  o  həmişə  və  çox-çox  xoşbəxt 

olsun.  Mən  onun  üzünə  (Vanya,  sən  onun  üzündəki  ifadəni 

görmüsən), mən onun üzünə sakit baxa bilmirdim: heç kəsin 

üzündə  belə  bir  ifadə  olmur,  o  güləndə  mənim  bədənim 

titrəyir, məni üşütmə tuturdu… Vallah!.. 

– Nataşa, qulaq as… 

O mənim sözümü kəsdi: 

– Deyirdilər ki, sən də deyirdin, o iradəsiz adamdır, bir 

də ki uşaq kimi ağlı azdır. Amma mən onun hər şeydən çox 

bu  cəhətini  xoşlayırdım…  Buna  inanırsanmı?  Mən  onun 

ancaq  bu  cəhətini  xoşlayırdım?  Bunu  da  bilmirəm;  onu 

bütün  xoşlayırdım,  sevirdim,  o  başqa  cürə  olsaydı,  iradəli, 

ya bundan ağıllı olsaydı, bəlkə də onu mən belə sevməzdim. 

downloaded from KitabYurdu.org



 

702 


Bilirsən,  yadındamı,  üç  ay  bundan  əvvəl  mən  onunla 

dalaşmışdım… Minnadı-nədi, onun yanına getmişdi… Mən 

bunu bildim, güdüb görmüşdüm, inanırsanmı: bu mənə çox 

ağır gəldi, həm də elə bil ki, mənə xoş idi… heç bilmirəm nə 

üçün…  bəlkə  də  bircə  elə  ona  görə  ki,  o  da  o  biri  böyük 

adamlar  kimi,  o  biri  böyük  adamlarla  bərabər  gözəl 

arvadların  yanına  gedir…  O  da  Minnanın  yanına  gedib! 

Mən… Onda bu dalaşmaq, sonra da onu bağışlamaq mənə o 

qədər ləzzət verdi… ah, əzizim! 

O  üzümə  baxıb  qəribə  halda  güldü.  Sonra  elə  bil  ki, 

fikrə  getdi,  sanki  yenə  də  bu  şeyləri  yadına  salırdı.  O, 

dodaqları  gülümsəyə-gülümsəyə,  keçmişləri  yada  sala-sala 

xeyli bu vəziyyətdə oturdu. 

–  Vanya,  mən  onu  bağışlamağı  çox  xoşlayırdım. 

Bilirsənmi,  o  məni  tək  qoyub  gedəndə,  görərdin  ki,  mən 

otaqda gəzişirəm, əzab çəkirəm, ağlayıram, özüm də hərdən 

fikirləşirəm  ki,  o  mənim  qabağımda  nə  qədər  çox 

günahkarsa, bir o qədər yaxşıdır… bəli! Bilirsənmi, həmişə 

mənə  elə  gəlirdi  ki,  o  balaca  uşaqdır;  mən  oturmuşam,  o 

başını  dizimin  üstünə  qoyub  yatıb,  mən  də  üsulluca  onun 

downloaded from KitabYurdu.org



 

703 


başını  sığallayıram…  O  yanımda  olmayanda,  mən  həmişə 

onu belə təsəvvür edirdim. – Birdən əlavə etdi: – Mənə bax, 

Vanya, bu Katya nə yaxşı qızdır! 

Mənə  elə  gəldi  ki,  o  qəsdən  öz  yarasını  qanadır,  buna 

ehtiyac hiss edir, – məyus olmaq, iztirab çəkmək ehtiyacı… 

Böyük  itkilərə  məruz  qalan  adamlarda  çox  vaxt  belə  hal 

olur. 

Nataşa sözünə davam etdi: 



–  Mənə  elə  gəlir  ki,  Katya  onu  xoşbəxt  edə  bilər.  O 

iradəli  qızdır,  özü  də  elə  danışır  ki,  elə  bil  dediyinə  lap 

arxayındır; onunla çox ciddi rəftar edir, özünü çox tox tutur, 

–  həmişə  də  ağıllı  şeylər  danışır,  elə  bil  ki,  yaşlı  adamdır. 

Amma  özü,  özü  –  xaliscə  uşaqdır!  Mənim  əzizim,  əzizim! 

Ah! Qoy onlar xoşbəxt olsunlar! Qoy, qoy, olsunlar, qoy!.. 

Birdən  onun  gözlərindən  yaş  sel  kimi  axdı,  o  hönkür-

hönkür ağlamağa başladı. O, yarım saat özünə gələ bilmədi, 

az da olsa sakitləşmədi. 

Mənim əziz mələyim, Nataşa! Elə bu axşam, o nə qədər 

dərdli  olsa  da,  yenə  də  imkan  tapıb  mənim  dərdimə  şərik 

oldu;  mən  onun  azca  sakitləşdiyini,  daha  doğrusu, 

downloaded from KitabYurdu.org



 

704 


yorulduğunu  görüb,  fikrini  dağıtmaq  üçün  Nellidən  söhbət 

açdım… Biz bu axşam gec ayrıldıq; yatana kimi mən onun 

yanında oturdum; gedəndə Mavradan xahiş etdim ki, bütün 

gecəni öz xəstə xanımının yanından ayrılmasın. 

Mən evə qayıdarkən həyəcanla öz-özümə deyirdim: 

–  Ah,  bircə  bu  tez  qurtaraydı,  tez  qurtaraydı!  Bu 

əzablar,  iztirablar  tez  qurtaraydı!  Hər  cürə  olsa,  hər  necə 

olsa qurtaraydı, ancaq tez qurtaraydı, tez! 

Səhər,  düz  doqquzda,  onun  yanına  getdim.  Alyoşa  da 

bu  zaman…  vidalaşmaq  üçün  onun  yanına  gəldi.  Mən  bu 

görüşü  təsvir  etməyəcəyəm:  bunu  xatırlatmaq  istəmirəm. 

Nataşa  sanki  söz  vermişdi  ki,  özünü  möhkəm  tutsun,  şən, 

laqeyd  göstərsin,  ancaq  bacarmadı.  Alyoşanı  əsəbi  halda 

bərk-bərk  qucaqladı. Onunla  az  danışırdı,  lakin  iztirab  dolu 

bir  nəzərlə,  diqqətlə,  sanki  dəli  kimi  ona  baxırdı,  ondan 

gözünü çəkmirdi. Onun hər sözünə ehtirasla qulaq asırdı, elə 

bil  ki,  onun  dediklərindən  heç  bir  şey  başa  düşmürdü. 

Yadımdadır,  Alyoşa  ondan  xahiş  edirdi,  deyirdi  ki,  məni 

bağışla,  bu  vaxta  qədər  səni  təhqir  etdiklərimi,  mənim 

xəyanətlərimi,  Katyaya  olan  sevgimi,  getməyimi  mənə 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə