F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə14/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   10   11   12   13   14   15   16   17   ...   161

 

64 


görə bilmirdi! Bizim aramızda bircə kəlmə söz söylənmişdi, 

mən  də,  nəhayət,  Nataşanın  başını  aşağı  dikərək,  xırdaca 

dodaqlarını  azca  açaraq,  astadan  “hə”  dediyini  eşitdim. 

Lakin qocalar da bunu bildi, fikirləşdilər, götür-qoy elədilər, 

Anna  Andreyevna  başını  xeyli  yırğaladı.  Bu  ona  qəribə  və 

dəhşətli görünürdü. O mənə inanmırdı, deyirdi ki: 

– İvan Petroviç, müvəffəqiyyət yaxşı şeydir, axı birdən 

bu  müvəffəqiyyət  olmadı,  ya  ayrı  bir  şey  oldu,  onda  necə 

olsun? Siz heç olmasa, bir yerdə qulluq edəydiniz! 

Qoca da bir az fikirləşdikdən sonra dedi: 

–  Vanya,  gör  sənə  nə  deyirəm:  mən  özüm  də  bunu 

gördüm, duydum, hətta etiraf edirəm, sevindim də ki, sən və 

Nataşa...  daha  nə  deyim  axı!  Bilirsən,  Vanya,  siz  ikiniz  də 

hələ  çox  cavansınız,  mənim  Anna  Andreyevnam  haqlıdır. 

Bir  qədər  gözləyək.  Tutaq  ki,  sən  istedadlı  bir  adamsan, 

hətta çox istedadlı adamsan... Amma dahi deyilsən, necə ki, 

əvvəl sənin haqqında çığır-bağır salırdılar, eləcə istedadlı bir 

adamsan  (mən  bu  gün  “Trutendə”  sənin  barəndə  yazılan 

tənqidi  də  oxudum,  orada  səni  yaman  qısma-boğmaya 

salıblar:  axı  bu  nə  qəzetdir?!)  Bəli,  özün  görürsən,  istedad 

downloaded from KitabYurdu.org



 

65 


dediyin şey, hələ lombarda qoyulan pul deyil, amma siz hər 

ikiniz  kasıbsınız.  Gəlin  il  yarım,  yaxud  heç  olmasa,  bir  il 

gözləyək. Qabağa gedərsən, öz yolunda möhkəm durarsan – 

Nataşa sənindir, yox buna müvəffəq olmasan, onda özün bax 

gör!.. Sən vicdanlı adamsan, bir fikirləş! 

Məsələ  elə  belə  də  qaldı.  Lakin  bir  ildən  sonra  gör  nə 

oldu. 

Bəli,  bir  ilin  tamamına  lap  az  qalmışdı.  Bir  gün  mən, 



aydın  bir  sentyabr  günündə,  ikindi  vaxtı,  qəlbim  donmuş 

kimi, xəstə halda qocaların evinə gedib özümü stula yıxdım. 

Halım çox pis idi, az qala özümdən gedəcəkdim, hətta onlar 

mənə baxıb qorxdular da. Lakin onda mənim başım ona görə 

hərlənmirdi, qəlbim ona görə parçalanmırdı ki, içəri girmək 

üçün,  bəlkə  on  dəfə  onların  qapısına  yaxınlaşmış,  yenə  də 

geri  qayıtmışdım,  ona  görə  yox  ki,  mənim  karyeram  baş 

tutmamışdı,  mənim  hələ  nə  şöhrətim  vardı,  nə  pulum,  ona 

görə  yox  ki,  mən  hələ  “attaşe”  deyildim,  səhhətimi 

yaxşılaşdırmaq  üçün  İtaliyaya  göndərilməkdən  də  çox-çox 

uzaq idim. Yox, mənim başım ona görə hərlənir, ürəyim ona 

görə parçalanırdı ki, mən bir ildə on il yaşamışdım, mənim 

downloaded from KitabYurdu.org



 

66 


Nataşam da bu bir ildə on il yaşamışdı! Bizim aramıza ucu-

bucağı görünməyən bir sonsuzluq çökmüşdü... Yadımdadır, 

mən qocaların qarşısında oturub susurdum, şlyapamın onsuz 

da  əzilmiş  kənarını  əlimlə  daha  da  əzişdirirdim.  Oturub 

Nataşanın gəlməsini gözləyirdim, heç özüm də bilmirdim ki, 

nə  üçün  gözləyirdim.  Əynimdəki  kostyum  pis  idi,  özü  də 

mənə  yaraşmırdı,  arıqlamışdım,  rəngim  saralmışdı,  lakin 

yenə  də  şairə  oxşamırdım,  gözlərimdə  də  heç  bir  böyüklük 

əlaməti  yox  idi,  vaxtilə  xoş  təbiətli  Nikolay  Sergeiç  bunun 

olmasını nə qədər arzu edirdi! Qarı tələsərək mənə təəssüflə 

baxırdı,  özü  də  bunu  gizlətmirdi,  həm  də  düşünərək  öz-

özünə deyirdi: 

“Bax  belə  bir  adam,  az  qalmışdı  Nataşanın  adaxlısı 

olsun. Allah, bizə rəhmin gəlsin, bizi öz pənahında saxla!” 

Sonra  həzin  bir  səslə  soruşdu  (onun  səsi  indi  də 

qulağımdadır): 

– İvan Petroviç, çay içərsinizmi? (samovar stol üstündə 

qaynayırdı)  Necə  dolanırsınız,  atam?  Siz,  deyəsən,  lap 

xəstəsiniz... 

downloaded from KitabYurdu.org




 

67 


İndiki kimi gözümün qarşısındadır: o mənimlə danışır, 

amma  gözlərində  başqa  bir  qayğı  görünürdü.  Həmin  bu 

qayğı qocanın da gözlərində dumanlanırdı, həmin bu qayğı 

ilə  o,  qarşısında  bir  fincan  soyumuş  çay,  stol  arxasında 

oturub  fikrə  getmişdi.  Mən  bilirdim  ki,  indi  onları  knyaz 

Valkovski ilə olan məhkəmə işi çox narahat edir, bu iş indi 

onlar  üçün  pis  bir  şəkil  almışdı.  Bundan  başqa,  yeni  bir 

hadisə də üz vermişdi, bu hadisə Nikolay Sergeiçin ovqatını 

təlx edərək, onu xəstələnmək dərəcəsinə gətirib çıxartmışdı. 

Bütün  bu  hadisələr  gənc  knyazın  üzündən  baş  vermişdi:  o, 

beş  ay  bundan  əvvəl,  fürsət  tapıb  İxmenyevgilə  gəlir,  qoca 

onu, öz doğma oğlu kimi sevdiyi, az qala hər gün xatırladığı 

əziz  Alyoşasını  böyük  bir  sevinclə  qəbul  edir.  Anna 

Andreyevna  Vasilyevski  kəndini  yadına  salaraq  ağlayır. 

Alyoşa  atasından  gizlin,  onlara  tez-tez  gəlməyə  başlayır. 

Nikolay Sergeiç isə təmiz, saf, açıqürəkli, sadədil bir adam 

olduğundan,  ehtiyatlı  tərpənməyi  lazım  bilmir  və  belə  bir 

şeyə  nifrətlə  baxır.  O,  nəciblik  qüruruna  qapılaraq,  heç 

düşünmək  də  istəmirdi  ki,  knyaz  oğlunun  yenə  də  onlara 

getməsini  eşitsə,  nə  deyər,  qabaqcadan  öz  fikrində  onun 

downloaded from KitabYurdu.org



 

68 


bütün mənasız şübhələrini həqarətlə rədd edirdi. Lakin qoca 

yeni  təhqirlərə  gücü  çatıb-çatmayacağını  bilmirdi.  Cavan 

knyaz,  az  qala  hər  gün  onlara  gəlirdi.  Nikolay  Sergeiçlə 

Anna  Andreyevna  onun  gəlişinə  çox  sevinirdi.  O  bütün 

axşamı  və  gecəyarısından  xeyli  keçəndən  sonra  da 

İxmenyevgildə  otururdu.  Nəhayət,  Alyoşanın  atası  bundan 

xəbər tutdu. Çox iyrənc bir dedi-qodu meydana çıxdı. Knyaz 

yenə  də  əvvəlki  məsələ  üstündə  çox  ağır  bir  məktubla 

Nikolay  Sergeiçi  təhqir  etdi,  oğluna  da  İxmenyevgilə 

getməyi  qəti  surətdə  qadağan  etdi.  Bu  hadisə  iki  həftə 

bundan əvvəl olmuşdu. Qoca çox dərd çəkirdi. Heç belə də 

şey olar! Onun məsum, günahsız, nəcib Nataşasını yenə də 

bu  çirkin  böhtana,  bu  rəzalətə  qatmaq?!  Onun  adı  əvvəllər 

də  Nikolay  Sergeiçi  təhqir  edən  adam  tərəfindən  hərarətlə 

çəkilmişdi...  Bunları  cavabsız  qoymaq  olardımı?!  O,  ilk 

günlər  qəm-qüssədən  yatağa  düşdü.  Bunun  hamısını  mən 

bilirdim. Bu hadisələr bütün təfsilatı ilə gəlib mənə çatmışdı: 

mən  onda  üç  həftə  idi  ki,  İxmenyevgilə  getmirdim,  xəstə 

idim,  ağır  kədər  və  ümidsizlik  içində  yatağımda  yatırdım. 

Lakin  mən  bir  şey  edə  bilirdim  ki?  Yox!  Mən  onda  ancaq 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə