F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə141/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   137   138   139   140   141   142   143   144   ...   161

 

710 


Knyaz  Nataşanın  qabağında  oturub,  mehriban,  dərdə 

qalan bir nəzərlə ona baxır. Sonra ah çəkərək deyir: 

–  Əzizim,  mən  sizin  dərdinizi  başa  düşürəm;  mən  bu 

dəqiqənin  nə  qədər  ağır  olacağını  bilirdim,  buna  görə  də 

sizin yanınıza gəlməyi özümə borc bildim. Əgər mümkünsə 

–  təsəlli  tapın,  heç  olmasa,  elə  bircə  ona  görə  ki,  Alyoşanı 

tərk etməklə siz onu xoşbəxt etdiniz. Siz bunu məndən yaxşı 

başa  düşürsünüz,  ona  görə  ki,  belə  bir  qərara  gəldiniz:  bu 

alicənab bir hərəkətdir… 

Nataşa  mənə  belə  nəql  edirdi:  “Mən  oturub  qulaq 

asırdım; əvvəl elə bil ki, onun dediklərini başa düşmürdüm. 

Ancaq yadımda olan budur ki, çox diqqətlə ona baxırdım. O 

mənim  əlimi  əlinə  alıb  sıxmağa  başladı.  Bu,  deyəsən,  ona 

çox  ləzzət  verirdi.  Amma  mənim  huşum  o  qədər  başımda 

deyildi  ki,  əlimi  onun  əlindən  çıxartmağı  heç  ağlıma 

gətirmirdim”. 

Knyaz sözünə davam etdi: 

–  Siz  başa  düşürsünüz  ki,  Alyoşanın  arvadı  olmaqla 

sonralar  onda  özünüzə  qarşı  nifrət  oyada  bilərsiniz,  bunu 

dərk  etmək,  qəti  qərara  gəlmək  üçün  sizin  nəcibanə 

downloaded from KitabYurdu.org



 

711 


qürurunuz  kifayət  etmişdir…  Lakin  mən  sizi  tərifləmək 

üçün  gəlməmişəm.  Mən  ancaq  bunu  deməyə  gəlmişəm  ki, 

siz  heç  vaxt,  heç  yerdə  özünüzə  məndən  yaxşı  dost  tapa 

bilməzsiniz. Mən sizin dərdinizə qalıram, sizə yazığım gəlir. 

Bütün  bu  işlərdə  mən  qeyri-ixtiyari  oaraq  iştirak  etmişəm, 

lakin  mən  öz  borcumu  yerinə  yetirmişəm.  Sizin  gözəl 

qəlbiniz  bunu  hiss  edər,  mənim  qəlbimlə  barışar…  Mən 

sizdən də artıq iztirab çəkirdim, – inanın! 

Nataşa: 

– Knyaz, bəsdir, – dedi. – Məni rahat buraxın. 

–  Mütləq,  mən  bu  saat  gedəcəyəm;  lakin  mən  sizi  öz 

qızım  kimi  sevirəm,  sizin  yanınıza  gəlməyə  mənə  icazə 

verin. İndi siz mənə öz atanız kimi baxın, sizin üçün xeyirli 

bir adam olmağıma icazə verin. 

Nataşa yenə də onun sözünü kəsdi: 

– Mənə heç bir şey lazım deyil, məni rahat buraxın. 

–  Bilirəm,  siz  məğrursunuz…  Lakin  mən  səmimi 

deyirəm,  lap  ürəkdən  deyirəm.  İndi  siz  nə  etmək 

fikrindəsiniz?  Ata-ananızla  barışmaqmı?  Bu  yaxşı  bir  iş 

olardı,  ancaq  sizin  atanız  ədalətsizdir,  məğrurdur,  zalımdır; 

downloaded from KitabYurdu.org



 

712 


məni  bağışlayın,  ancaq  belədir.  İndi  siz  öz  evinizdə  ancaq 

məzəmmət  və  yeni  əzab  görəcəksiniz…  Lakin  lazımdır  ki, 

siz  sərbəst  olasınız;  mənim  vəzifəm  də,  mənim  müqəddəs 

borcum  da  –  sizin  qayğınıza  qalmaq,  sizə  kömək  etməkdir. 

Alyoşa  mənə yalvarıb ki, sizi tərk etməyim, sizin dostunuz 

olum.  Lakin  məndən  başqa  sizə  çox-çox  sədaqətli  olan 

adamlar da var. Siz yəqin ki, mənə icazə verərsiniz qraf N.-i 

sizə təqdim edim. Onun çox gözəl qəlbi vardır, özü də bizim 

qohumumuzdur,  hətta  demək  olar  ki,  bütün  ailəmizin  vəli-

nemətidir; o, Alyoşa üçün çox şey etmişdir. Alyoşa ona çox 

hörmət  edərdi,  onu  çox  sevərdi.  O  çox  böyük  iqtidar 

sahibidir, böyük nüfuza malikdir, özü də qocadır, siz, bir qız 

kimi,  onu  qəbul  edə  bilərsiniz.  Mən  sizin  barənizdə  ona 

məlumat  vermişəm.  O  sizi  bir  işə  düzəldə  bilər,  əgər 

istəsəniz,  sizə  çox  gözəl  bir  yer  tapar…  öz  qadın 

qohumlarından birinin yanında. Mən çoxdandır bizim bütün 

işimizi  açıq-aydın  ona  izah  etmişəm,  onun  gözəl,  nəcib 

hissləri  o  qədər  cuşə  gəlmişdir  ki,  o  hətta  indi  özü  məndən 

xahiş edir: mümkün qədər tezliklə sizə təqdim olunsun… O, 

bütün  gözəl  şeylərə  hüsn-təvəccöh  göstərən  bir  adamdır, 

downloaded from KitabYurdu.org



 

713 


inanın  mənə;  o,  insan  ləyaqətini  təhqir  etməyə  qabil  olan 

əliaçıq,  möhtərəm  bir  qocadır,  hətta  bu  yaxında  bir  məsələ 

haqqında  sizin  atanızla  çox  nəcibanə  surətdə  hərəkət 

etmişdir. 

Nataşa ilan vurmuş kimi bir az yerindən qalxdı: indi o, 

knyazın nə demək istədiyini başa düşürdü. 

Çığıraraq dedi: 

– Çıxın gedin, bu saat gedin! 

–  Axı,  mənim  əzizim,  siz  bir şeyi  yaddan  çıxarırsınız; 

qraf sizin atanız üçün də xeyirli bir adam ola bilər… 

–  Mənim  atam  sizdən  heç  bir  şey  qəbul  etməz…  – 

Nataşa yenə də çığırdı: – Siz gedəcəksiniz, ya yox? 

Knyaz bir az təşvişlə ətrafına baxaraq dedi: 

–  Ah,  ilahi!  Siz  necə  səbirsizsiniz,  necə  adama 

inanmayansınız!  Mən  buna  heç  layiqəmmi,  hər  halda,  siz 

mənə  icazə  verərsiniz,  –  cibindən  bir  iri  dəstə  pul  çıxarıb 

sözünə davam etdi, – hər halda, siz mənə icazə verərsiniz ki, 

sizin  dərdinizə  qaldığımı,  xüsusilə,  öz  məsləhəti  ilə  məni 

təhrik edən qraf  N.-in sizin dərdinizə  qaldığını sübut  etmək 

üçün, bunu burada qoyam… Bu paketdə on min manat pul 

downloaded from KitabYurdu.org



 

714 


var.  –  Nataşanın  hiddətlə  yerindən  qalxdığını  görərək  tez 

dedi:  –  Əzizim,  bir  dayanın,  səbirlə  axıra  kimi  qulaq  asın: 

siz  bilirsiniz  ki,  atanız  bizim  aramızda  gedən  məhkəmə 

çəkişməsində  məğlub  olmuşdur,  bu  on  min  manat  bunun 

mükafatı ola bilər, elə bir mükafat ki… 

Nataşa çığırdı: 

– Rədd olun, rədd olun pulunuzla bir yerdə! Mən sizin 

bütün qəlbinizi görürəm… ax, alçaq adam, alçaq, alçaq! 

Knyaz stuldan qalxdı; acığından onun rəngi qaçmışdı. 

Görünür,  o  yeri  bələdləmək,  vəziyyəti  öyrənmək  üçün 

gəlibmiş,  özü  də,  yəqin,  yoxsul  bir  vəziyyətə  düşmüş,  hər 

kəs tərəfindən tərk edilmiş Nataşaya bu on minin çox böyük 

təsir  bağışlayacağını  nəzərə  alıbmış…  Bu  alçaq,  kobud 

adam  dəfələrlə,  şəhvətpərəst  bir  qoca  olan  qraf  N.-ə  belə 

işlərdə  qulluq  göstərmişdi.  O,  Nataşaya  nifrət  edirdi:  işin 

düz  gətirmədiyini  görüb  o  saat  ifadə  tərzini  dəyişdi,  heç 

olmasa,  buradan  boş  yerə  getməmək  üçün  kam  almaq 

məqsədilə Nataşanı təhqir etmək fikrinə düşdü. 

Edəcəyi təhqirin təsirini tezliklə görməyə, bundan həzz 

almağa tələsərək, o bir az titrək səslə dedi: 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə