F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə144/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   140   141   142   143   144   145   146   147   ...   161

 

726 


Anna Andreyevna yenə də çəkinə-çəkinə soruşdu: 

–  Sənin  anan  xaricilərdəndi,  nədi?  İvan  Petroviç,  siz 

deyəsən, belə demişdiniz? 

Nelli qara gözlərilə mənə baxdı, sanki o məni köməyə 

çağırırdı. O, həyəcanla və ağır-ağır nəfəs alırdı. 

Mən dedim ki: 

–  Anna  Andreyevna,  onun  nənəsi  rus,  babası  ingilis 

olmuşdur,  anası  isə  ingilisdən  artıq  rus  imiş;  Nelli  özü 

xaricdə anadan olmuşdur. 

–  Yaxşı,  necə  olub  ki,  onun  anası  öz  əri  ilə  xaricə 

getmişdir? 

Nelli  birdən  qızardı.  Anna  Andreyevna  artıq  söz 

danışdığını  dərhal  hiss  edərək  Nikolay  Sergeiçin  hiddətli 

baxışları  altında  diksindi.  Nikolay  Sergeiç  sərt-sərt  ona 

baxaraq üzünü pəncərəyə tərəf döndərdi. Sonra birdən Anna 

Andreyevnaya dedi: 

–  Onun  anasını  pis,  əclaf  bir  adam  aldatmışdır.  O, 

atasını  atıb  o  adamla  çıxıb  getmişdir,  atasının  pulunu  da  o 

adama  vermişdir;  o  adam  pulu  ondan  aldadıb  almışdır, 

özünü də xaricə aparmışdır, pulu ələ keçirdikdən sonra onu 

downloaded from KitabYurdu.org



 

727 


atmışdır. Bir yaxşı adam ona rast gəlmiş, o adam lap ölənə 

kimi ona kömək etmişdir. O adam öləndən sonra, o da iki il 

bundan  əvvəl  atasının  yanına  qayıtmışdır.  Vanya,  sən  belə 

danışmamışdınmı? 

Nelli böyük  bir həyəcan içində  yerindən qalxıb  qapıya 

tərəf getmək istədi. 

Nikolay Sergeiç yerindən qalxıb əlini ona uzatdı: 

–  Nelli,  bura gəl!  Otur burda, burda,  mənim  yanımda, 

bax, burda, otur! 

Əyilib qızın alnından öpdü, başını üsulluca sığallamağa 

başladı. Nellinin bütün bədəni əsdi... Amma özünü ələ aldı. 

Nikolay  Sergeiçin  nəhayət,  bu  yetim  qızı  oxşayıb 

əzizləməsinə  Anna  Andreyevna  riqqət  və  sevinclə,  ümidlə 

baxırdı. 

Nikolay  Sergeiç  Nellinin  başını  sığallaya-sığallaya 

sözünə davam etdi: 

–  Nelli,  mən  bilirəm  ki,  sənin  ananı  zalım  bir  adam, 

zalım,  əxlaqsız  bir  adam  məhv  etmişdir,  lakin  bunu  da 

bilirəm  ki,  o  öz  atasını  istəyirmiş,  onun  hörmətini 

saxlayırmış. 

downloaded from KitabYurdu.org



 

728 


Nikolay  Sergeiç  bu  son  sözləri  həyəcanla  dedi,  bu 

zaman bu meydanoxuyucu sözləri bizim üzümüzə çırpmaya 

bilmədi.  Buna  səbri  çatmadı.  Onun  solğun  yanaqları  azca 

qızardı, o bizə baxmamağa çalışırdı. 

Nelli  də  heç  kəsə  baxmamağa  çalışaraq  çəkinə-çəkinə, 

lakin qəti bir ifadə ilə dedi: 

– Anam babamı, babam onu istədiyindən çox istəyirdi. 

Nikolay  Sergeiç  uşaq  kimi  özünü  saxlaya  bilməyərək 

sərt halda dedi: 

– Sən bunu hardan bilirsən? – o sanki bu cür səbirsizlik 

göstərməsindən utandı. 

Nelli həyəcanla cavab verdi: 

–  Bilirəm,  o,  anamı  öz  yanına  buraxmadı...  onu 

qovdu... 

Mən  gördüm  ki,  Nikolay  Sergeiç  nəsə  demək,  etiraz 

etmək  istəyir,  məsələn,  demək  istəyir  ki,  “qoca  lap  yerində 

qızını öz yanına buraxmayıb”... Lakin bizə baxıb susdu. 

Anna Andreyevna soruşdu: 

–  Baban  sizi  öz  yanına  qoymayanda,  bəs  siz  harada 

yaşadınız, necə yaşadınız? 

downloaded from KitabYurdu.org



 

729 


Bu söhbəti davam etdirmək üçün birdən onun qəlbində 

inad və arzu oyanmışdı. 

Nelli dedi: 

–  Biz  gələndə  babamı  çox  axtardıq.  Tapa  bilmədik. 

Anam  onda  mənə  dedi  ki,  baban  əvvəllər  çox  dövlətli  idi, 

fabrik  tikmək  istəyirdi,  amma  indi  çox  kasıbdır,  çünki  o 

adamla ki mən getmişdim, o məndən babanın bütün pullarını 

aldı, sonra da qaytarmadı. Bunu mənə anam özü dedi. 

Nikolay Sergeiç deyindi: 

– Bəli... 

Nelli get-gedə canlanırdı, sanki Nikolay Sergeiçə etiraz 

etmək  istəyirdi,  lakin  Anna  Andreyevnaya  müraciət  edərək 

sözünə davam etdi: 

–  Anam  bunu  da  mənə  dedi  ki,  “Babanın  mənə  çox 

acığı  tutmuşdur,  mən  özüm  onun  qarşısında  günahkaram, 

indi  mənim  bütün  dünyada  babandan  başqa  heç  kəsim 

yoxdur”.  Bunu  mənə  deyəndə  ağladı  hətta...  Hələ  biz 

xaricdən gələndə o mənə deyirdi: “O məni bağışlamayacaq, 

ancaq bəlkə səni görüb sevdi, sənə görə də məni bağışladı”. 

Anam məni çox istəyirdi, bu sözləri deyəndə o həmişə məni 

downloaded from KitabYurdu.org



 

730 


öpürdü, ancaq babamın yanına getməyə çox qorxurdu. Məni 

öyrətmişdi ki, babam üçün dua eləyim, özü də dua eləyirdi. 

Anam  bundan  başqa  mənə  çox  şeylər  danışmışdı:  babamla 

əvvəl  necə  yaşadıqlarını,  babamın  onu  necə  çox  istədiyini, 

hətta  hamıdan  çox  istədiyini  demişdi.  Anam  onun  üçün 

fortepiano  çalarmış,  axşamlar  ona  kitab  oxuyarmış,  babam 

onu  öpərmiş,  ona  çox  şeylər  bağışlayarmış...  Hər  şey 

bağışlayarmış,  belə  ki,  bir  dəfə  onlar  bunun  üstündə  söz-

sözə də gəlmişlər, bu, anamın ad günündə olub: babam elə 

bilirmiş  ki,  anam  onun  necə  bir  hədiyyə  alacağını  bilmir, 

amma  anam  bunu  çoxdan  bilirmiş.  Anam  sırğa  alınmasını 

istəyirmiş, babam onu qəsdən aldadırmış, deyirmiş ki, sırğa 

yox,  saç  sancağı  alacağam.  Babam  sırğa  alıb  gətirir,  anam 

ona  deyir  ki,  mən  bilirdim  sən  sırğa  alıb  gətirəcəksən, 

sancaq yox. Anamın bunu bilməsindən babamın acığı tutur, 

günortaya kimi onunla danışmır, sonra özü gəlib onu öpür, 

ondan üzr istəyir... 

Nelli  həvəslə  danışırdı,  hətta  onun  xəstəlikdən  solmuş 

yanaqları qızarmışdı. 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə