F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə145/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   141   142   143   144   145   146   147   148   ...   161

 

731 


Aydın  görünürdü  ki,  onun  anası  zirzəminin  bir 

bucağında  oturub,  öz  kiçik  Nellisini  qucaqlayaraq  (həyatda 

onun  təsəllisi  yalnız  o  imiş),  ağlaya-ağlaya  keçmiş  xoşbəxt 

yaşayışından  dəfələrlə  ona  danışmışdır.  Onun  danışdığı 

sözləri ürəyinə salıb iztirab çəkən bu xəstə uşağın tez inkişaf 

edən  həssas  qəlbində  bunun  necə  bir  qüvvətlə  əks 

olunacağını heç ağlına da gətirməmişdir. 

Nelli söhbətə uymuşdu, sanki birdən o nə etdiyini başa 

düşərək,  şübhə  ilə  ətrafını  gözdən  keçirib  susdu.  Nikolay 

Sergeiç alnını qırışdıraraq yenə də barmaqlarını stola vurdu. 

Anna  Andreyevnanın  gözləri  yaşardı,  o,  dinməz-söyləməz 

yaylıqla gözlərini sildi. 

Nelli yavaşca əlavə etdi: 

–  Anam  bura  gələndə  bərk  xəstə  idi,  döşü  bərk 

ağrıyırdı.  Babamı  çox  axtardıq,  tapa  bilmədik,  gedib  bir 

zirzəmidə özümüzə bir bucaq tutduq. 

Anna Andreyevna həyəcanla dedi: 

– Bir bucaq, xəstə adam?! 

Nelli: 

downloaded from KitabYurdu.org




 

732 


– Bəli... bir bucaq, – deyərək cavab verdi. Sonra yavaş-

yavaş canlanaraq əlavə etdi: – Anam kasıb idi. Amma mənə 

deyirdi  ki,  kasıb  olmaq  günah  deyil,  günah  –  dövlətli  olub 

başqalarını incitməkdir... Mən Allahın qəzəbinə gəlmişəm... 

Nikolay  Sergeiç  mənə  tərəf  döndü,  öz  sualı  ilə  bir 

qədər etinasızlıq ifadə etməyə çalışaraq soruşdu: 

–  O  Vasilyevskidə  tutduğunuzdur?  O  Bubnovadır, 

nədir, onun evində? 

Bunu o elə soruşdu ki, elə bil susub oturmaqdan xəcalət 

çəkirdi. 

Nelli: 

– Yox, – dedi, – orada deyildi... Əvvəl Meşşanskayada 



tutmuşduq. – Bir az susduqdan sonra  əlavə etdi: – Ora çox 

qaranlıq idi, rütubət idi, anam çox bərk xəstələndi, onda hələ 

gəzirdi. Mən onun paltarını yuyurdum, o da ağlayırdı. Orada 

bir  qarı  da  yaşayırdı,  kapitan  arvadı  idi,  bir  də  qulluqdan 

çıxmış bir məmur yaşayırdı, o həmişə kefli gəlirdi, hər gecə 

də  çığırırdı,  hay-küy  salırdı.  Mən  ondan  çox  qorxurdum. 

Anam  məni öz yatağına alıb qucaqlayırdı, özü isə görürdün 

ki,  tir-tir  əsir,  məmur  da  çığırır,  söyüş  söyür.  Bir  dəfə  o 

downloaded from KitabYurdu.org



 

733 


istədi  ki, kapitanın  arvadını  döysün,  o  lap  qoca  bir  qarı  idi, 

özü  də  ağacla  gəzirdi.  Anamın  ona  yazığı  gəldi,  qarıya 

havadarlıq elədi, məmur anamı vurdu. Mən də məmuru... 

Nelli  dayandı.  Xatirələr  onu  həyəcanlandırır,  gözləri 

parıldayırdı. 

Anna Andreyevna bərkdən səsləndi: 

– Ah, ilahi! 

Nellinin 

danışdığı 

sözlər 


onu 

son 


dərəcə 

maraqlandırırdı, o gözlərini  Nellidən ayırmırdı.  Nelli də  ən 

çox ona müraciət edərək danışırdı. 

Nelli sözünə davam etdi: 

–  Onda  anam  evdən  çıxdı,  məni  də  özü  ilə  apardı. 

Gündüz idi. Biz axşama qədər küçələri gəzdik, anam elə hey 

ağlayırdı,  məni  də  qolumdan  tutub  aparırdı.  Mən  çox 

yorulmuşdum, biz o gün heç bir şey yeməmişdik. Anam elə 

öz-özü  ilə  danışırdı,  mənə  də  elə  deyirdi:  “Nelli,  kasıb  ol, 

mən  öləndən  sonra  heç  kəsə  qulaq  asma,  heç  kəsin  yanına 

getmə,  tək  ol,  kasıb  ol,  işlə,  iş  olmasa,  get  dilən,  amma 

onların  yanına  getmə”.  Hava  qaralanda  biz  böyük  bir 

küçədən keçirdik, birdən anam çığırdı: “Azorka! Azorka!” O 

downloaded from KitabYurdu.org




 

734 


saat  tükü  tökülmüş  böyük  bir  it  anamın  yanına  yüyürdü, 

zingildəyib onun üstünə atıldı, anamın qorxudan rəngi qaçdı, 

çığırıb  uca  boylu  bir  qocanın  qarşısında  dizi  üstə  düşdü. 

Qoca  əlində  ağac,  başını  aşağı  dikib  gedirdi.  Bu  uca  boylu 

qoca mənim babam imiş, özü də çox arıq idi, əyninin paltarı 

çox köhnə idi. Babamı mən birinci dəfə burda gördüm. O da 

çox  qorxdu,  rəngi  ağappaq  ağardı.  Elə  ki  gördü  onun 

qabağında  yıxılan,  qıçlarını  qucaqlayan  anamdır,  anamın 

qolları arasından çıxdı, onu itələdi, əlağacını daşa vurub tez 

getdi.  Azorka  hələ  bizim  yanımızda  idi,  elə  hey  ulayırdı, 

anamı  yalayırdı,  sonra  babamın  yanına  qaçdı,  onun 

ətəyindən  tutub  geriyə  dartdı,  babam  onu  ağacla  vurdu. 

Azorka yenə də bizə tərəf qaçdı, amma babam onu səslədi, o 

dönüb  babamın  dalınca  getdi,  yenə  də  ulayırdı.  Anam  ölü 

kimi yerdə sərilib qalmışdı. Camaat başımıza toplaşdı, polis 

işçiləri  gəldi.  Mən  çığıra-çığıra  anamı  qaldırırdım,  anam 

qalxdı,  ətrafına  baxıb  mənim  dalımca  gəldi.  Mən  onu  evə 

apardım.  Adamlar  bizə  çox  baxdı,  hamısı  da  başını 

yırğalayırdı... 

downloaded from KitabYurdu.org




 

735 


Nelli  nəfəsini  dərmək  və  toxdamaq  üçün  dayandı. 

Onun rəngi çox solğun idi, lakin gözləri parıldayırdı. Aydın 

görünürdü ki, o hər şeyi açıb deməyi qət etmişdir, hətta onun 

üzündə meydanoxuyucu bir ifadə vardı. 

Nikolay  Sergeiç  qırıq  ifadə  ilə,  həm  də  əsəbi  bir 

kəskinliklə dedi: 

–  Nə  olsun  ki,  sənin  anan  öz  atasını  təhqir  edib,  o  da 

sənin ananı lap yerində rədd etmişdir... 

Nelli onun sözünə qüvvət verərək sərt halda dedi: 

–  Anam  da  bunu  mənə  deyirdi.  Biz  evə  qayıdanda 

anam  elə  bir  ucdan  deyirdi:  “Nelli,  o  sənin  babandır,  mən 

onun  qarşısında  günahkaram,  o  məni  qarğıyıb,  Allahın  da 

bunun üçün mənə qəzəbi keçib”. Axşam da, o biri günlər də, 

yenə də elə bunu deyirdi. Özü də elə deyirdi ki, elə bil huşu 

başında deyildi... 

Qoca susurdu. 

Anna Andreyevna həzin-həzin ağlayaraq deyirdi: 

– Sonra siz o biri otağa necə köçdünüz? 

–  Anam  elə  o  axşam  xəstələndi.  Kapitan  arvadı  gedib 

Bubnovanın  evində  bir  otaq  tapdı,  ertəsi  gün  də  biz  ora 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə