F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə146/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   142   143   144   145   146   147   148   149   ...   161

 

736 


köçdük,  kapitan  arvadı  da  bizimlə  bir  yerdə  köçdü,  köçən 

kimi  də  anam  bərk  xəstələndi,  üç  həftə  yatdı,  mən  də  ona 

qulluq  eləyirdim.  Bizim  pulumuz  lap  qurtarmışdı,  bizə 

kapitan arvadı, bir də İvan Aleksandroviç kömək edirdi. 

Mən izahat məqsədilə dedim: 

– İvan Aleksandroviç tabutçudur, mənzilin sahibi odur. 

–  Sonra  anam  yataqdan  durub  gəzməyə  başlayanda 

Azorkadan mənə danışdı. 

Nelli  susdu.  Nikolay  Sergeiç  sanki  Azorkadan  söhbət 

düşdüyünə sevindi. 

O sanki üzünü daha artıq gizlətmək, yerə baxmaq üçün 

öz kreslosunda daha da əyilərək soruşdu: 

– Azorkadan o sənə nə danışdı? 

– O mənə həmişə babamdan danışırdı, xəstə olanda da 

ondan  danışırdı,  sayıqlayanda  da.  Sağalmağa  başlayanda 

yenə  də  əvvəl  necə  yaşadığından  danışmağa  başladı... 

Azorkadan  da  onda  danışdı.  Bir  gün  uşaqlar  şəhərin 

kənarında  Azorkanın  başına  ip  bağlayıb,  çəkə-çəkə  çayda 

boğmağa aparırlarmış. Anam onlara pul verib Azorkanı alır. 

Babam Azorkanı görən kimi ona baxıb gülür. Ancaq Azorka 

downloaded from KitabYurdu.org



 

737 


qaçır. Anam ağlamağa başlayır, babam bundan qorxub deyir 

ki, kim Azorkanı tapıb gətirsə, ona yüz manat verərəm. İki 

gündən sonra Azorkanı tapıb gətirirlər. Babam da yüz manat 

verir,  o  gündən  Azorkadan  xoşu  gəlir.  Anam  onu  elə 

istəyirmiş  ki,  lap  öz  yatağına  buraxırmış.  Anam  mənə 

deyirdi  ki,  Azorka  əvvəllər  oyunbazlarla  bir  yerdə  küçələri 

gəzirmiş,  özü  də  oyun  çıxara  bilirmiş,  belində  meymun 

gəzdirirmiş, tüfəng oyunu çıxarırmış, bir çox başqa şeylər də 

bilirmiş...  Anam  babamın  yanından  gedəndən  sonra  babam 

Azorkanı öz yanında saxlayır, o hara getsə, Azorka da onun 

dalınca  gedərmiş,  buna  görə  də  anam  küçədə  Azorkanı 

görən kimi, o saat bilmişdi ki, babam da oradadır... 

Nikolay Sergeiç, görünür, Azorka barəsində belə sözlər 

deyiləcəyini  gözləmirmiş,  buna  görə  də  get-gedə  daha  artıq 

tutulur,  qaşqabağını  tökürdü.  O  daha  heç  bir  şey 

soruşmurdu. 

Anna Andreyevna soruşdu: 

– Yaxşı, siz daha babanızı görə bilmədiniz? 

–  Anam  sağalmağa  başlayanda  mən  yenə  də  babama 

rast  gəldim.  Dükana  çörək  almağa  getmişdim,  birdən  bir 

downloaded from KitabYurdu.org



 

738 


adam  gördüm,  Azorka  da  yanında  idi,  baxıb  gördüm  ki, 

babamdır.  Kənara  çəkilib  divara  sıxıldım.  Babam  mənə 

baxdı,  çox  baxdı,  özü  də  elə  pis  halda  idi  ki,  mən  bərk 

qorxdum, yanımdan ötüb getdi. Azorka məni tanıdı, mənim 

qabağımda  atılıb-düşməyə  başladı,  əllərimi  yaladı.  Mən tez 

evə  qayıtdım,  gedəndə  dönüb  geri  baxdım:  gördüm  ki, 

babam dükana girdi. Dedim ki, yəqin soruşmağa girib, mən 

daha  bərk  qorxdum,  evə  gələndə  anama  heç  bir  söz 

demədim, qorxdum ki, desəm, yenə də azarlayar. Ertəsi gün 

dükana getmədim, dedim ki, başım ağrıyır. İki gündən sonra 

gedəndə  babamı  görmədim,  yamanca  qorxurdum,  yüyürə-

yüyürə  evə  gəldim.  Bundan  bir  gün  sonra  da  yenə  dükana 

gedirdim, tindən dönəndə bir də gördüm  babam da, Azorka 

da qabağımda durub. Mən qaçıb o biri küçəyə getdim, o biri 

tərəfdən dükana girdim. Birdən yenə də ona rast gəldim, elə 

də  qorxdum  ki,  o  saat  dayandım,  daha  yeriyə  bilmədim. 

Babam  mənim  qabağımda  dayandı,  yenə  də  xeyli  mənə 

baxdı, sonra başımı tumarladı, əlimdən tutub apardı, Azorka 

da  quyruğunu  bulaya-bulaya  bizim  dalımızca  gəlirdi.  Mən 

indi gördüm ki, babam heç yeriyə bilmir, ağacına söykənə-

downloaded from KitabYurdu.org



 

739 


söykənə  yeriyir,  əlləri  də  bərk  əsir.  O  məni  tində  dayanan 

xırdavatçının yanına apardı, xırdavatçı şəkərçörəyi ilə alma 

satırdı.  Babam  xoruz,  bir  də  balıqşəkilli  şəkərçörəyi,  bir 

konfet,  bir  də  alma  aldı,  meşin  kisədən  pul  çıxarıb  vermək 

istəyəndə,  əli  bərk  əsdiyindən,  yerə  bir  şahılıq  düşdü, 

götürüb ona verdim. O da bu şahılığı mənə bağışladı, şəkər 

çörəklərini  də  verdi,  başımı  da  sığalladı,  ancaq  heç  bir  söz 

demədi, çıxıb getdi. 

Mən  evə  gəlib  bunun  hamısını  anama  danışdım,  əvvəl 

babamdan qorxduğumu da, qaçıb gizləndiyimi də – hamısını 

dedim. Anam əvvəl mənə inanmadı, sonra elə sevindi ki, lap 

gecə  olana  kimi  bu  barədə  mənə  suallar  verdi,  məni  öpdü, 

ağladı. Mən ki hamısını açıb ona danışdım, anam tapşırdı ki, 

bundan  sonra  babandan  qorxmazsan,  o  ki  qəsdən  səni 

görməyə gəlib, deməli, səni istəyir. Sən babana mehribanlıq 

göstər,  onunla  danış.  Mən  anama  demişdim  ki,  babam  ora 

ancaq ikindi vaxtı gəlir, anam bunu bilə-bilə ertəsi gün səhər 

tezdən  məni  bir  neçə  dəfə  ora  göndərdi,  özü  də  uzaqdan 

mənim dalımca gəlirdi, tinə çatanda özünü gizlədirdi. O biri 

gün  də  belə  elədi,  ancaq  babam  gəlmədi.  Bu  günlər  yağış 

downloaded from KitabYurdu.org



 

740 


yağırdı,  anama  bərk  soyuq  dəydi,  çünki  həmişə  mənim 

dalımca gəlirdi, o yenə də yorğan-döşəyə düşdü. 

Babam  bir  həftədən  sonra  gəldi,  yenə  də  mənə 

balıqşəkilli  bir  şəkərçörəyi,  bir  dənə  də  alma  aldı,  yenə  də 

heç  bir  söz  demədi.  O  mənim  yanımdan  uzaqlaşanda  mən 

gizlincə  onun  ardınca  getdim,  fikrim  bu  idi  ki,  babamın 

harada  yaşadığını bilim,  sonra  da gəlib  anama  deyim.  Mən 

babamdan xeyli aralı, küçənin o biri tərəfi ilə gedirdim, elə 

gedirdim  ki,  babam  məni  görməsin.  Heç  demə  babam  çox 

uzaqda olurmuş, onda hələ o sonra yaşadığı və öldüyü yerdə 

yaşamırdı. Qorova küçəsində, o biri ev kimi böyük bir evdə, 

dördüncü  mərtəbədə  yaşayırdı.  Mən  bunları  bilib,  evimizə 

xeyli  gec  qayıtdım.  Anam  mənim  gec  gəlməyimdən  çox 

qorxmuşdu,  çünki  haraya  getdiyimi  bilmirdi.  Mən 

gördüklərimi  danışanda  anam  yenə  də  çox  sevindi,  dərhal 

ertəsi  gün  babamın  yanına  getmək  istədi,  ancaq  ertəsi  gün 

fikirləşməyə  başladı,  getməyə  qorxdu,  üç  gün  fikirləşdi, 

qorxdu,  axırda  getmədi.  Sonra  məni  çağırıb  dedi  ki,  Nelli, 

mən  indi  xəstəyəm,  yeriyə  bilmirəm,  sənin  babana  məktub 

yazmışam, onun yanına get, məktubu ona ver. Özün də fikir 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə