F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə147/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   143   144   145   146   147   148   149   150   ...   161

 

741 


ver,  gör  o,  məktubu  necə  oxuyacaq,  nə  deyəcək,  nə 

eləyəcək... Sən onun qabağında dizi üstə dur, onu öp, yalvar 

ki,  sənin  ananı  bağışlasın...  Anam  çox  ağladı,  məni  çox 

öpdü,  yola  salmamışdan  qabaq  məni  xaçladı,  Allaha  dua 

elədi, ikonaların qabağında özü də dizi üstə durdu, məni də 

dizi üstə qoydu, çox bərk xəstə olsa da, məni ötürmək üçün 

darvazadan bayıra çıxdı, mən dönüb baxanda gördüm ki, o 

yenə də orada durub dalımca baxır... 

Mən  babamgilə  gəlib  qapını  açdım  –  qapı  cəftəsiz  idi. 

Babam stol arxasında oturub kartofla çörək yeyirdi, Azorka 

da  onun  qabağında  durub,  quyruğunu  bulaya-bulaya  onun 

çörək  yeməsinə  baxırdı.  Babamın  o  biri  otağının  da 

pəncərələri  alçaq  idi,  qaranlıq  idi,  bu  otaqda  da  bircə  stolla 

stulu  var  idi.  O,  tək  yaşayırdı.  Mən  içəri  girdim.  Məni 

görəndə o elə qorxdu ki, ağappaq ağardı, bütün bədəni əsdi. 

Mən də qorxdum, heç bir söz demədim, ancaq yaxına gedib, 

məktubu  stolun  üstünə  qoydum.  Babam  məktubu  görəndə 

elə acıqlandı ki, tez yerindən qalxdı, əlağacını qapıb üstümə 

qolaylandı,  ancaq  vurmadı,  məni  dəhlizə  çıxarıb  bayıra 

itələdi. Mən hələ heç birinci pilləkəndən düşməmişdim ki, o 

downloaded from KitabYurdu.org



 

742 


yenə  də  birdən  qapını  açdı,  məktubu  heç  açılmamış  halda 

dalımca  atdı.  Mən  evə  qayıdıb  bunun  hamısını  anama 

danışdım. Anam yenə də bərk xəstələndi... 

 

downloaded from KitabYurdu.org




 

743 


VIII FƏSİL 

 

Bu  anda  göy  bərk  guruldadı,  yağan  leysan  pəncərə 



şüşələrinə  dəyərək  səsləndi,  otaq  qaranlıqlaşdı.  Anna 

Andreyevna  sanki  qorxaraq  xaç  vurdu.  Biz  hamımız  birdən 

susduq. 

Nikolay Sergeiç pəncərəyə baxaraq: 

–  Bu  saat  dayanacaq,  –  dedi  və  sonra  yerindən  qalxıb 

otaqda var-gəl etməyə başladı. 

Nelli  çəp-çəp  ona  baxırdı,  özü  də  böyük  həyəcan  və 

iztirab  içində  idi.  Mən  bunu  görürdüm,  lakin  o  mənə 

baxmaqdan çəkinirdi. 

Nikolay Sergeiç yenə də öz kreslosunda oturdu: 

– Yaxşı, sonra? 

Nelli qorxa-qorxa ətrafını gözdən keçirtdi. 

– Sən sonra daha öz babanı görmədin? 

– Gördüm... 

Anna Andreyevna onun sözünə qüvvət verdi: 

– Hə, hə, əzizim, danış, danış! 

Nelli yenə də sözə başladı: 

downloaded from KitabYurdu.org




 

744 


– Mən onu üç həftə görmədim, lap qışa kimi. Qış girdi, 

qar yağdı. Mən yenə də əvvəlki yerdə babama rast gələndə 

çox  sevindim...  Ona  görə  sevindim  ki,  anam  onun 

gəlməməsindən  çox  dərd  çəkirdi.  Mən  babamı  görən  kimi 

qəsdən küçənin o biri tərəfinə qaçdım ki, görsün mən ondan 

qaçıram.  Dönüb  geri  baxdım:  babam  əvvəl  tez-tez  mənim 

dalımca  gəldi,  sonra  yüyürməyə  başladı,  mənə  çatmaq 

istəyirdi, sonra da: “Nelli, Nelli!” – deyib çığırdı. Azorka da 

onun  ardınca  qaçırdı.  Babama  yazığım  gəldi,  dayandım.  O 

yaxınlaşıb  əlimdən  tutdu,  məni  özü  ilə  apardı,  görəndə  ki 

ağlayıram,  dayandı,  mənə  baxdı,  əyilib  məni  öpdü.  Bu 

zaman gördü ki, mənim ayaqqabılarım yırtıqdır, soruşdu ki, 

sənin başqa ayaqqabın yoxdur? Mən o saat tələsə-tələsə ona 

dedim ki, anamın heç pulu yoxdur, mənzil yiyələri yazıqları 

gəldiyindən,  bizə  yemək  verir.  Babam  heç  bir  söz  demədi, 

ancaq məni bazara apardı, mənə ayaqqabı aldı, elə o saat da 

dedi  ki,  geyin.  Mən  də  geyindim.  Sonra  məni  Qoroxova 

küçəsində olan evinə apardı, yolda bir dükana girib mənə bir 

qutab,  iki  də  konfet  aldı,  evə  gələndə  dedi  ki,  qutabı  ye. 

Qutabı  yeyəndə  mənə  baxırdı,  sonra  da  konfetləri  verdi. 

downloaded from KitabYurdu.org



 

745 


Azorka  qabaq  pəncələrini  stolun  üstünə  qoyub  qutab 

istəyirdi, qutabdan kəsib ona da verdim, babam bunu görüb 

güldü.  Sonra  məni  götürüb  öz  yanına  qoydu,  başımı 

sığallaya-sığallaya  soruşdu:  “Sən  heç  oxumusanmı,  bir  şey 

bilirsənmi?”  Mən  də  ona  oxuyub-oxumadığımı,  bir  şey 

bilib-bilmədiyimi  dedim.  O  mənə  tapşırdı  ki,  əlinə  fürsət 

düşən kimi, hər gün saat üçdə yanıma gəl,  mən özüm sənə 

dərs deyəcəyəm. Sonra  mənə  dedi ki, çevril  pəncərəyə  bax, 

ancaq mən deyəndə yenə də mənə tərəf çevrilərsən. Mən də 

o deyəni elədim, ancaq gizlincə dönüb geri baxdım, gördüm 

ki,  o  öz  balışının  aşağı  qulağını  sökdü,  oradan  dörd  manat 

pul çıxartdı. Çıxardandan sonra gətirib mənə verdi, dedi ki: 

“Bunu  tək  sənə  verirəm”.  Mən  əvvəl  pulu  almaq  istədim, 

sonra  fikirləşib  dedim:  “Tək  mənə  verirsənsə,  onda 

almıram”.  Babam  birdən  acıqlanıb  dedi  ki:  “Yaxşı,  al  get, 

necə bilirsən, o cür də elə”. Mən otaqdan çıxdım, o məni heç 

öpmədi də. 

Evə gələn kimi, bunun hamısını anama dedim. Anamın 

halı  getdikcə  xarablaşırdı.  Tabutçunun  yanına  bir  tələbə 

downloaded from KitabYurdu.org




 

746 


gəlirdi,  o  anamı  müalicə  edirdi,  tapşırırdı  ki,  dərmanları 

içsin. 


Mən  babamın  yanına  tez-tez  gedirdim,  bunu  anam 

demişdi.  Babam  Əhdi-cədid,  bir  də  coğrafiya  kitabı  alıb 

mənə  dərs  verməyə  başladı.  Hərdən  də  nağıl  edərdi  ki, 

dünyada  necə  yerlər  var,  necə  insanlar  yaşayır,  hansı 

dənizlər  var,  əvvəllər  nələr  olub.  İsa  necə  bizim  hamımızı 

bağışlayıb... Mən özüm ona sual verməyə başlayanda o çox 

sevindi, buna görə də mən tez-tez sual verməyə başladım, o 

da  cürbəcür  şeylər  danışırdı.  Allahdan  da  çox  şeylər 

danışırdı.  O  mənə  hərdən  dərs  demirdi,  mən  də  Azorka  ilə 

oynayırdım.  Azorka  məni  çox  istəyirdi,  mən  də  ona  ağac 

üstündən  atılmağı  öyrədirdim,  babam  bunu  görüb  gülürdü, 

həmişə  bə  başımı  sığallayırdı.  Ancaq  o  çox  az  gülürdü. 

Hərdən çox danışırdı, birdən susurdu, elə otururdu ki, elə bil 

yatıb, ancaq gözləri açıq olurdu, hava qaralana kimi bu cür 

otururdu, hava qaralmağa başlayanda çox qorxunc, çox qoca 

görünürdü... Hərdən də onun yanına gələndə görərdim ki, o 

öz stulunda oturub fikirləşir, heç bir şey eşitmir, Azorka da 

onun  qabağında  uzanıb.  Mən  durub  gözləyirdim, 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə