F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə15/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   11   12   13   14   15   16   17   18   ...   161

 

69 


hiss  edirdim,  bilirdim,  lakin  inanmırdım  ki,  bu  hadisədən 

başqa bir hadisə də vardır, bu onları hər şeydən çox narahat 

etməlidir,  mən  dərd  içində  əzab  çəkirdim;  mən  bunu 

bilməyə,  buna  inanmağa  qorxurdum,  var  qüvvəmlə  bu 

məşum  dəqiqəni  özümdən  uzaqlaşdırmağa  çalışırdım. 

Amma indi mən bunun üçün gəlmişdim. Sanki bu axşam bir 

şey məni onlara cəzb edirdi! 

Birdən qoca özünə gəlmiş kimi soruşdu: 

– Hə, Vanya, olmaya xəstə idin? Niyə gəlmirdin? Mən 

sənin  qarşında  müqəssirəm:  çoxdan  gedib  sənə  dəymək 

istəyirdim,  ancaq  heç  fürsət  düşmürdü...  –  O  yenə  də  fikrə 

getdi. 


Cavab verdim ki: 

– Xəstə idim. 

Beş  dəqiqədən  sonra  mənim  sözümü  təkrar  edərək 

dedi: 


–  Hə,  xəstə  idin!  Xəstə  idin!  Onda  sənə  dedim, 

xəbərdarlıq  elədim  –  sözümə  baxmadın!  Hə!  Yox,  Vanya 

qardaş: şeir pərisi lap əzəldən bəri çardaqda ac oturmuşdur, 

ac da oturacaq! Bu belədir! 

downloaded from KitabYurdu.org



 

70 


Bəli,  qocanın  ovqatı  təlx  idi.  Onun  qəlbində  öz  yarası 

olmasaydı,  o  mənə  ac  şeir  pərisindən  söz  açmazdı.  Mən 

diqqətlə  onun  üzünə  baxdım:  onun  üzü  saralmışdı, 

gözlərində  tərəddüd,  həll  etməyə  gücü  çatmadığı  sual 

şəklində  bir  fikir  ifadə  olunurdu.  O  indi  coşqun,  sərt 

hərəkətli  və  acıqlı  idi,  –  əvvəllər  o  belə  acıqlı  olmazdı. 

Arvadı  narahat  halda  ona  baxır,  başını  yelləyirdi.  Qoca 

üzünü  yana  çevirəndə,  o  mənə  baxaraq  başı  ilə  ərinə  işarə 

etdi. 

Anna Andreyevna dərdli görünürdü. 



Mən ondan soruşdum: 

– Natalya Nikolayevnanın səhhəti necədir? Evdədirmi? 

O sanki suala cavab verməyə çətinlik çəkirdi: 

–  Evdədir,  atam,  evdədir,  –  dedi.  –  İndi  bu  saat  özü 

sizin  yanınıza  gələcək.  Zarafat  deyil!  Üç  həftədir 

görüşmürsünüz.  Özü  də  birtəhər  olub...  Heç  baş  çıxarmaq 

olmur: bilmirsən xəstədir, sağlamdır... Allah bilir. 

Bunu deyərək qorxa-qorxa ərinə baxdı. 

Nikolay  Sergeiç,  sözləri  qırıq-qırıq  ifadə  edərək, 

könülsüz halda dedi: 

downloaded from KitabYurdu.org



 

71 


– Nə olub ki? Heç bir şey olmayıb! Sağlamdır! Qızdır, 

yaşa dolur, daha uşaqlıqdan keçib, vəssalam! Qız dərdindən, 

qız şıltaqlığından baş çıxarmaq olur ki? 

Anna Andreyevna inciklik ifadə olunan bir səslə dedi: 

– Əcəb şıltaqdır! 

Qoca susaraq barmaqlarını stola vurdu. 

Mən  qorxu  içində  düşündüm:  “İlahi,  yoxsa  onların 

arasında bir şey olmuşdur?” 

Qoca yenə də sözə başladı: 

– Hə, sizdə nə var, nə yox? B. yenə də tənqid yazır? 

– Bəli, yazır, – dedim. 

Sonra əlini yelləyərək sözünü tamamladı: 

– Axı, Vanya, Vanya! Tənqidin axı nə köməyi! 

Qapı açıldı, Nataşa içəri girdi. 

 

downloaded from KitabYurdu.org




 

72 


VII FƏSİL 

 

Şlyapası  da  əlində  idi;  aparıb  fortepianonun  üstünə 



qoydu, sonra mənə yaxınlaşdı, dinməz-söyləməz əlini mənə 

uzatdı. Dodaqları azca tərpəndi; o sanki mənə nəsə demək, 

məni salamlamaq istəyirdi, ancaq heç bir şey demədi. 

Üç həftə idi ki, bir-birimizi görmürdük. Mən qorxu və 

tərəddüdlə  ona  baxırdım.  Bu  üç  həftədə  o  nə  qədər 

dəyişmişdi!  Mən  onun  yıpranmış,  solğun  yanaqlarına, 

isitmədən  qurumuş  kimi  görünən  dodaqlarına,  uzun,  qara 

kirpikləri  arasından  qızdırma  atəşilə  və  ehtiraslı  bir 

qətiyyətlə parıldayan gözlərinə baxanda ürəyim dərdli-dərdli 

sızıldadı. 

Lakin,  ilahi,  o  nə  qədər  gözəl  idi!  Mən  bu  məşum 

gündən əvvəl onu belə gözəl görməmişdim, bundan sonra da 

onu  belə  gözəl  görmədim!  Bu  həmin  Nataşa,  həmin  qız 

idimi  ki,  hələ  bir  il  bundan  əvvəl  gözlərini  məndən 

ayırmırdı,  dodaqlarını  mənim  kimi  tərpədə-tərpədə 

oxuduğum romana qulaq asırdı, axşam yeməyində atası ilə, 

mənimlə zarafat edirdi, şən, qayğısız qəhqəhələrlə gülürdü?! 

downloaded from KitabYurdu.org




 

73 


Bu  həmin  Nataşa  idimi  ki,  o  biri  otaqda  başını  əyərək  və 

qıpqırmızı qızararaq mənə: hə demişdi?! 

Kilsə  zənginin  axşam  ibadətinə  çağıran  gur  səsi 

eşidildi. Nataşa bu səsdən diksindi, qarı xaç vurub dedi: 

–  Nataşa,  sən  axşam  ibadətinə  kilsəyə  getməyə 

hazırlaşırdın, budur, zəng də çalınır. Nataşenka, get, get dua 

elə, yaxşı olarsan! Bir az da gəzərsən; həmişə evdə oturmaq 

olmaz ki! Gör bənizin necə solub, elə bil sənə göz dəyib… 

Nataşa astadan və ağır-ağır dedi: 

–  Mən...  bəlkə...  bu  gün  getmədim...  –  sonra  da:  – 

Kefim  yoxdur,  –  deyərək  əlavə  etdi  və  rəngi  kətan  kimi 

ağardı. 


Anna  Andreyevna  qızına  elə  baxırdı  ki,  sanki  ondan 

qorxurdu, onu yola gətirməyə çalışırdı. 

–  Nataşa,  getsən  yaxşı  olar;  sən  ki  bayaq  getmək 

istəyirdin,  budur,  şlyapanı  da  gətirmisən.  Nataşenka,  get, 

dua elə, qoy Allah sənin canını salamat eləsin! 

Qoca  da  narahat  halda,  qızının  üzünə  baxaraq,  əlavə 

etdi: 

downloaded from KitabYurdu.org




 

74 


– Hə, elədir, get, bir az da gəzərsən, anan doğru deyir! 

Vanya səni ötürər. 

Mənə  elə  gəldi  ki,  Nataşanın  dodaqlarında  bir  anlığa 

acı  bir  təbəssüm  göründü.  O,  fortepianoya  yaxınlaşdı, 

şlyapasını götürüb başına qoydu; onun əlləri əsirdi. O sanki 

qeyri-şüuri olaraq hərəkət  edirdi, sanki nə  etdiyini bilmirdi. 

Atası ilə anası ona diqqətlə baxırdı. 

Nataşa güclə eşidilən bir səslə dedi: 

– Sağlıqla qalın! 

–  Ah,  mələyim,  nə  sağlıqla  qal,  uzağa  getmirsən  ki! 

Heç olmasa sənə bir hava dəyər; gör rəngin necə solub! Ah! 

Gör  necə  yadımdan  çıxıb  (indi  hər  şey  yadımdan  çıxır). 

Mələyim,  sənə  bir  dua  tikmişəm,  keçən  il  Kiyevdən  gələn 

bir rahibə mənə öyrətmişdi: xeyirli duadır, bayaq tikmişəm. 

Nataşa, onu tax boynuna! Bəlkə, Allah sənin canını salamat 

eləyər. Sən axı bizim bircə dənəmizsən! 

Anna  Andreyevna  iş  qutusundan  Nataşanın  altdan 

boynuna  taxdığı  qızıl  xaçı  çıxartdı;  indicə  tikdiyi  dua  da 

xaçın qaytanına keçirilmişdi. 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə