F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə153/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   149   150   151   152   153   154   155   156   ...   161

 

773 


eşidəndə  ki,  mən  Vasilyevskiyə  getmək  istəyirəm,  öz 

karetasında məni oraya aparmasını mehribanlıqla təklif etdi: 

– Mənim, axı təzə karetam var, siz görməmisiniz? Çox 

qəşəng karetadır. 

Biz  qapıya  endik.  Kareta  doğrudan  da,  qəşəng  idi. 

Aleksandr  Petroviç  onu  alandan  bəri  öz  tanışlarını  ona 

mindirib  aparmaqdan  böyük  həzz  duyur,  hətta  buna  bir 

qədər mənəvi ehtiyac da hiss edirdi. 

Aleksandr Petroviç karetada yenə də müasir ədəbiyyat 

haqqında  bir  neçə  dəfə  fikir  yürütməyə  başladı.  Mənim 

yanımda danışmaqdan utanmırdı, başqalarının fikrini sakitcə 

təkrar  edirdi,  bu  fikirləri,  inandığı,  düşüncələrinə  hörmət 

bəslədiyi  hansı  bir  ədəbiyyatçıdansa  bu  günlərdə  eşitmişdi. 

Belə  hallarda bəzən o  çox qəribə  şeylərə hörmət bəsləyirdi. 

Bəzən  də  elə  olurdu  ki, başqasının  fikrini  yanlış  söyləyirdi, 

ya da onu heç lazım olmayan yerdə söyləyirdi, buna görə də 

çox mənasız bir şey əmələ gəlirdi. Mən kirimişcə oturub ona 

qulaq  asır,  insan  ehtiraslarının  bu  qədər  müxtəlif  və  qəribə 

olmasına  təəccüb  edirdim.  Düşünərək  öz-özümə  deyirdim: 

“Belə  də  adam  olar:  sənə  pul  lazımdır  –  özünə  pul  yığ,  nə 

downloaded from KitabYurdu.org



 

774 


qədər istəyirsən yığ, yox, bu ona azlıq eləyir, ona şöhrət də 

lazımdır  –  ədəbiyyat  şöhrəti,  yaxşı  nəşriyyatçı,  tənqidçi 

şöhrəti!” 

Bu  saat  o,  üç  gün  bundan  əvvəl  mənim  özümdən 

eşitdiyi  bir  ədəbi  fikri  müfəssəl  surətdə  mənə  izah  etməyə 

çalışır,  üç  gün  bundan  əvvəl,  bu  fikrin  əleyhinə  olaraq, 

mənimlə mübahisə edirdi, amma indi bu fikri öz adına çıxır. 

Belə  unutqanlıq  Aleksandr  Petroviçdə  tez-tez  baş  verir,  bu 

sadəlövhcəsinə  zəifliyi  ilə  o  bütün  dostları  arasında 

məşhurdur.  Gör  indi  o  öz  karetasında  oturub  natiqlik  edə-

edə  necə  sevinir,  öz  taleyindən  necə  razıdır,  kefi  necə 

kökdür! O, elmi-ədəbi söhbət açmışdır, hətta onun yumşaq, 

ləyaqətli,  yoğun  səsində  alimlik  hiss  olunur.  Lakin  o  get-

gedə  liberallaşdı,  sadəlövhcəsinə  skeptik  bir  əqidəyə  keçdi, 

dedi  ki,  bizim  ədəbiyyatda  və  ümumiyyətlə,  başqa 

millətlərin  ədəbiyyatında,  heç  vaxt  heç  kəslə  düzgünlük, 

təvazökarlıq  olmur,  ancaq  “bir-birinin  sifətinə  şillə  vurmaq 

olur”,  xüsusilə,  yazmağın  başlanğıcında.  Mən  fikirləşib 

deyirəm  ki,  Aleksandr  Petroviçdə  belə  bir  meyil  vardır:  o 

hər  bir  namuslu,  səmimi  ədəbiyyatçını,  onun  namusu  və 

downloaded from KitabYurdu.org



 

775 


səmimi  olması  üstündə,  axmaq  hesab  etməsə  də,  hər  halda 

sarsaq  hesab  edir.  Əlbəttə,  belə  bir  fikir  Aleksandr 

Petroviçin son dərəcə sadəlövh olmasından meydana gəlir. 

Mən  daha  onun  söhbətinə  qulaq  asmıram.  Vasilyevski 

adasında karetadan düşüb,  birbaşa özümüzünkülərin  yanına 

yüyürürəm. Bu da on üçüncü küçə, bu da onların evi! Anna 

Andreyevna  məni  görüb  barmağı  ilə  hədələyir,  mənə  əl 

eləyir, “sss” edib səslənir ki, mən hay-küy salmayım. 

–  Yazıq  qız  indicə  yatıb,  sən  Allah,  oyatma!  Ancaq  o 

çox  zəifdir,  mənim  əziz  balam!  Biz  çox  qorxuruq  ki,  onun 

başına  bir  iş  gələr.  Həkim  deyir  ki,  bunun  hələlik  eybi 

yoxdur. Axı sizin o həkimdən ağıllı-başlı bir şey bilmək olur 

ki?! İvan Petroviç, günah deyilmi siz belə bir iş tutursunuz, 

sizi nahara nə qədər gözləmişik... İki gündür gəlmirsiniz!.. 

Mən də pıçıldayaraq Anna Andreyevnaya deyirəm: 

–  Mən  axı  sizə  xəbərdarlıq  etmişdim  ki,  iki  gün 

gəlməyəcəyəm. İşi qurtarmaq lazım idi... 

–  Bu  gün  nahara  gəlməyə  ki,  söz  vermişdin!  Niyə 

gəlmədin?  Nelli,  mənim  mələyim,  səndən  ötrü  yatağından 

durdu,  onu  rahat  bir  kresloda  oturtduq,  süfrəyə  gətirdik. 

downloaded from KitabYurdu.org



 

776 


Deyirdi  ki,  “sizinlə  bir  yerdə  Vanyanı  gözləyəcəyəm”. 

Bizim  Vanya  da  ki,  gəlmədi.  Saat  altı  olmağa  az  qalıb! 

Harada  veyllənirdin?  Ay  nadincin  biri,  nadinc!  Siz  onun 

ovqatını  elə  təlx  elədiniz  ki,  heç  bilmirdim  necə 

ovundurum...  Sonra  əzizim  birtəhər  yatdı.  Nikolay  Sergeiç 

də  şəhərə  gedib,  çay  içilənə  gələcək,  tək  qalmışdım, 

qorxurdum...  İvan  Petroviç,  ona  qulluq  verirlər,  ancaq 

yadıma düşəndə ki bu Permdədir – az qalır ürəyim qopsun... 

– Bəs Nataşa hanı? 

–  Bağdadır,  mənim  balam,  bağdadır!  Gedin  onun 

yanına... Nədənsə, o birtəhərdir... Heç başa düşmürəm nədir. 

Ah, İvan Petroviç, ürəyim dərdlə doludur!.. Deyir ki, kefim 

kökdür,  rahatam,  amma  mən  onun  sözünə  inanmıram. 

Vanya, get onun yanına, sonra gəl gizlincə de görüm ona nə 

olub... Eşidirsən? 

Mən  daha  Anna  Andreyevnanın  dediyini  eşitmirəm, 

bağa yüyürürəm. Bu bağ evindir, onun uzunluğu iyirmi beş 

addım olar, eni də bir o qədər, özü də başdan-başa yaşıllıq 

içindədir. Orada üç qoca, qolu-budaqlı ağac, bir neçə cavan 

qayınağacı,  bir  neçə  yasəmən,  xanıməli  kolu  var,  bir 

downloaded from KitabYurdu.org



 

777 


bucaqda soruş, iki lək də bağ çiyələyi əkilmişdir, iki ensiz, 

əyri-üyrü yol bağı eninə-uzununa kəsmişdir. Bu bağ Nikolay 

Sergeiçin  çox  xoşuna  gəlir,  deyir  ki,  bu  yaxınlarda  burada 

göbələk də bitəcək. Lakin  əsl məsələ burasındadır ki, Nelli 

bu  bağı xoşlamışdır, onu tez-tez öz kreslosunda bu bağdakı 

yola  çıxardırlar.  Nelli  indi  bütün  evdəkilərin  pərəstişkarı 

olmuşdur.  Budur,  bu  da  Nataşa!  O,  gülərüzlə  məni 

qarşılayır,  əlini  mənə  uzadır.  Gör  o  necə  arıqlayıb,  bənizi 

necə solub! O da xəstəlikdən təzə durub. 

Məndən soruşur ki: 

– Vanya, işi tamam qurtardın? 

– Tamam qurtardım! Bu axşam sərbəstəm. 

– Şükür Allaha! Tələsdin? Korladın? 

– Axı nə eləyim! Bunun eybi yoxdur. Belə gərgin işdə 

məndə  bir  növ  xüsusi  bir  əsəbi  həssaslıq  əmələ  gəlir,  mən 

daha aydın təsəvvür edirəm, daha canlı, daha dərindən hiss 

edirəm, hətta üslubum da tamamilə mənə tabe olur, belə ki, 

bu  gərgin  işdə  mənim  yazdığım  daha  yaxşı  çıxır.  İşim 

yaxşıdır... 

– Ah, Vanya, Vanya! 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə