F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə156/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   153   154   155   156   157   158   159   160   161

 

788 


kefini açmağı, onu güldürməyi çox gözəl bacarırdı. Nellinin 

yanına gələn kimi o saat gülüş, hətta dəcəllik də başlayardı. 

Xəstə  qız  uşaq  kimi  sevinərdi,  qoca  ilə  zarafatlaşardı,  ona 

gülərdi, gördüyü yuxuları söyləyərdi, həmişə də özündən bir 

şey uydurardı, qocanı da bir şey danışmağa məcbur eləyərdi, 

qoca da öz “kiçik qızı Nelliyə” baxıb son dərəcə fərəhlənər, 

ondan razı qalar, onun xətrini daha çox istəyərdi. 

Bir  gün  o,  Nellinin  yanından  gedərkən,  adəti  üzrə, 

yatmazdan qabaq ona xaç vurub, mənə dedi: 

–  Bu  bizim  çəkdiyimiz  əziyyətin  mükafatıdır,  bunu 

bizə Allah göndərib. 

Hər  gün  axşam  biz  hamımız  bir  yerə  yığışanda 

(Masloboyev  də  az  qala  hər  axşam  gəlirdi),  bəzən  qoca 

doktor  da  gəlirdi,  indi  o  bütün  qəlbilə  İxmenevgilə 

bağlanmışdı,  Nellinin  də  kreslosunu  girdə  stolun  yanına 

gətirərdilər.  Eyvana  olan  qapı  açılardı.  Batan  günəşin  şüası 

ilə  işıqlanmış  yaşıl  bağ  tamamilə  göz  qabağında  olardı. 

Oradan  tər  yaşıllıq  və  yenicə  açılmış  yasəmən  qoxusu 

gəlirdi.  Nelli  öz  kreslosunda  oturub  bizim  hamımıza 

mehribanlıqla baxır, söhbətimizə qulaq asırdı. Bəzən özü də 

downloaded from KitabYurdu.org



 

789 


həvəsə gələrək, heç hiss olunmadan, söhbətə qarışırdı. Lakin 

belə  hallarda  biz  ona  hətta  narahatlıqla  qulaq  asırdıq, çünki 

onun  söylədiyi  xatirələrində  elə  şeylər  vardı  ki,  bundan 

danışmaq olmazdı. Mən onu ilk dəfə İxmenevgilə gətirəndə 

o,  titrəyə-titrəyə,  əzab  çəkə-çəkə  başına  gələn  hadisələri 

danışmalı  idi.  Biz  hamımız:  mən  də,  Nataşa  da,  Nikolay 

Sergeiç də, Anna Andreyevna da bu məsələdə öz təqsirimizi 

hiss  edirdik.  Xüsusilə,  həkim  bu  xatirələrin  söylənilməsi 

əleyhinə idi, buna görə də Nelli öz xatirələrindən danışmağa 

başlayanda,  biz  söhbəti  dəyişməyə  çalışırdıq.  Belə  hallarda 

Nelli  bunu  başa  düşdüyünü  göstərmək  istəmir,  həkimlə,  ya 

da Nikolay Sergeiçlə birlikdə gülüşməyə başlayırdı... 

Lakin  onun  halı  get-gedə  xarablaşırdı.  O,  hədsiz 

dərəcədə  həssas  olmuşdu.  Ürəyi  düzgün  işləmirdi.  Hətta 

həkim mənə dedi ki, o çox tezliklə ölə bilər. 

Mən 


bunu 

İxmenevlərə  demədim,  bu  onları 

həyəcanlandıra  bilərdi.  Nikolay  Sergeiç  əmin  idi  ki,  yola 

düşənə kimi o sağalacaqdır. 

Nataşa Nikolay Sergeiçin səsini eşidib dedi: 

– Budur, atam da gəldi. Vanya, gedək. 

downloaded from KitabYurdu.org



 

790 


Nikolay  Sergeiç  qapıdan  içəri  girən  kimi,  adəti  üzrə, 

bərkdən  danışmağa  başladı.  Anna  Andreyevna  elə  o  saat 

əlini  onun  üstünə  yellədi.  Qoca  dərhal  susdu,  məni  və 

Nataşanı  görüb  pıçıldaya-pıçıldaya,  tələsə-tələsə  öz  işindən 

söhbət  açdı,  onun  çalışıb  girmək  istədiyi  qulluğu  ona 

verirdilər, o bundan çox sevinirdi. 

O, əlini əlinə sürtərək: 

–  İki  həftədən  sonra  gedə  bilərik,  –  deyib  çəp-çəp 

Nataşaya baxdı. 

Lakin  Nataşa  gülümsəyərək  onu  qucaqladı,  belə  ki, 

Nikolay Sergeiçin şübhəsi o saat dağıldı. 

Nikolay Sergeiç sevinərək dedi: 

– Gedərik, gedərik, əzizlərim, gedərik! Ancaq, Vanya, 

səndən ayrılmaq çətin olacaq... (Burasını da qeyd edim ki, o 

hələ  indiyə  kimi  bircə  dəfə  də  olsa,  özləri  ilə  bərabər 

getməyi mənə təklif etməmişdi, lakin onun xasiyyəti nəzərə 

alınsa, başqa bir vəziyyət olsaydı, yəni əgər mənim Nataşanı 

sevdiyimi bilməsəydi, o mütləq bu təklifi edərdi...) 

–  Nə  etmək  olar,  əzizlərim,  nə  etmək  olar!  Vanya, 

səndən  ayrılmaq  mənə  çox  ağır  olacaq,  ancaq  yerimizi 

downloaded from KitabYurdu.org



 

791 


dəyişmək bizim hamımızı canlandıracaq... – Yenə də qızına 

baxaraq  əlavə  etdi:  –  Yer  dəyişmək  –  hər  şeyi  dəyişmək 

deməkdir. 

O buna inanırdı, inandığına da sevinirdi. 

Anna Andreyevna soruşdu: 

– Bəs Nelli? 

– Nelli? Nə  olar ki... Əzizim, o bir az xəstədir, amma 

biz  gedənə  yəqin  ki,  yaxşı  olacaq.  İndi  də  onun  vəziyyəti 

yaxşıdır...  –  sonra  qorxmuş  kimi  əlavə  etdi:  –  Vanya,  sən 

necə bilirsən? 

Bunu  deyərək  təşviş  içində  mənə  baxdı,  sanki  mən 

onun şübhəsini həll etməli idim. 

–  O  necədir?  Necə  yatıb?  Bir  şey  olmayıb  ki?  İndi 

oyanmayıb ki? Anna Andreyevna, bilirsən nə var, biz stolu 

tez  eyvana  çıxaraq,  samovar  da  qoyarlar,  bizimkilər  də 

gələr,  hamımız  oturarıq.  Nelli  də  bizim  yanımıza  gələr... 

Çox  yaxşı  olar.  Ayılmayıb  ki?  Gedim  onun  yanına.  Ancaq 

ona  baxacağam...  –  Yenə  də  Anna  Andreyevnanın  əlini 

yellədiyini  görüb  əlavə  etdi:  –  Oyatmayacağam,  narahat 

olma! 


downloaded from KitabYurdu.org


 

792 


Lakin  Nelli  oyanmışdı.  On  beş  dəqiqədən  sonra  yenə 

də hamımız stolun ətrafında oturub axşam çayı içirdik. 

Nellini 

kresloda 

gətirdilər. 

Həkim 


də 

gəldi. 


Masloboyev  bir  iri  dəstə  yasəmən  gətirmişdi,  lakin  özü 

fikirli görünürdü, elə bil ki, nədənsə narazı idi. 

Yeri gəlmişkən, bunu da deyim ki, Masloboyev az qala 

hər  gün  bura  gəlirdi.  Mən  əvvəl  demişdim  ki,  evdəkilər 

hamısı,  xüsusilə,  Anna  Andreyevna  onu  son  dərəcə 

sevmişdi,  lakin  Aleksandra  Semyonovna  haqqında  bircə 

kəlmə də söz deyilmirdi, Masloboyev özü də ondan bir söz 

danışmırdı.  Anna  Andreyevna  məndən  xəbər  alıb  bilmişdi 

ki,  Aleksandra  Semyonovna  hələ  Masloboyevin  qanuni 

arvadı  ola  bilməmişdir,  buna  görə  də  o  öz-özlüyündə  bu 

qərara  gəlmişdi  ki,  onu  qəbul  etmək  və  onun  barəsində 

danışmaq olmaz. Bu müşahidə olunurdu. Anna Andreyevna 

da  bunu  aydınca  nəzərə  çarpdırırdı.  Bəlkə  də  Nataşa  onun 

yanında olmasaydı, xüsusilə, baş verən hadisə olmasaydı, bu 

məsələyə o bu qədər diqqət yetirməzdi. 

Nelli  bu  axşam  çox  qəmgin  və  fikirli  idi.  Sanki  pis 

yuxu  görmüşdü,  bu  barədə  düşünürdü.  Masloboyevin 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə