F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə157/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   153   154   155   156   157   158   159   160   161

 

793 


gətirdiyi  hədiyyə  onu  çox  sevindirdi,  çiçəkləri  stəkanda 

onun qarşısına qoymuşdular, o da nəşə ilə çiçəklərə baxırdı. 

Nikolay Sergeiç dedi: 

–  Nelli,  çiçəyi  sən  çox  xoşlayırsan?  –  Sonra  həvəslə 

əlavə etdi: – Bir dayan! Sabah... sabah özün görərsən. Sənə 

necə çiçək alacağam! 

Nelli: 

–  Çiçəkləri  çox  xoşlayıram,  –  dedi.  –  Yadımdadır, 



anamı  biz  çiçəklə  necə  qarşıladıq...  Biz  hələ  orada  olanda 

(orada sözü indi xaric deməkdi) anam bir ay bərk xəstələndi. 

Henrixlə mən bu qərara gəldik ki, anam ilk dəfə yatağından 

qalxanda  (o  bir  ay  idi  ki,  yataqdan  durmamışdı),  bütün 

otaqları  çiçəklə  bəzəyək.  Elə  də  elədik.  Anam  axşamdan 

bizə  dedi  ki,  sabah  səhər  sizinlə  bir  yerdə  yemək 

yeyəcəyəm.  Biz  lap  tezdən  durduq.  Henrix  çoxlu  çiçək 

gətirdi,  biz  bütün  otağı  çiçəklərlə,  yaşıl  yarpaqlarla, 

çələnglərlə  bəzədik.  Burda  bağ  sarmaşığı  da  vardı,  bir  çox 

iri yarpaqlar da vardı, elə yarpaqlar ki, hər şeyə sarmaşırlar, 

iri,  ağ güllər də  vardı,  nərgiz də  (mən  nərgiz  gülünü  bütün 

güllərdən  çox  istəyirəm),  qızılgül  də,  özü  də  elə  qəşəng 

downloaded from KitabYurdu.org



 

794 


güllər  idi,  başqa  cür  də  çox-çox  güllər  vardı.  Biz  bunların 

hamısını  çələng  kimi  hörüb  asdıq,  dibçəklərə  də  qoyduq, 

burada elə çiçəklər də vardı ki, lap bir ağac kimi, özü də iri 

çəlləklərdə  idi.  Bunları  da  bucaqlara,  anamın  kreslosunun 

ətrafına qoyduq, anam bu otağa gələn kimi, bu qədər çiçəyi 

görüb təəccübləndi, özü də çox sevindi, Henrix də sevindi... 

Bu indi də yadımdadır... 

Bu  axşam  Nelli  çox  zəif  və  çox  əsəbi  idi.  Həkim 

narahat  halda  ona  baxırdı.  Nelli  çox  istəyirdi  ki,  danışsın. 

Lap  hava  qaralana  kimi  bizə  orada  olan  dolanışıqlarından 

danışdı.  Biz  onun  sözünü  kəsmirdik.  Orada  o,  anası  ilə, 

Henrixlə  çox  yerlər  gəzmişdi...  Keçmiş  xatirələr  parlaq  bir 

şəkildə  onun  xəyalında  canlanırdı.  O  bizə  mavi  göylərdən, 

görüb  gəzdiyi  qarlı,  buzlu  hündür  dağlardan,  dağ 

şəlalələrindən 

həyəcanla 

danışdı, 

sonra 


İtaliyanın 

göllərindən,  dərələrindən,  güllərindən,  ağaclardan,  kənddə 

yaşayan  adamlardan,  onların  geyimindən,  qarayanız 

üzlərindən,  qara  gözlərindən,  sonra  da  başlarına  gələn 

cürbəcür hadisələrdən, təsadüflərdən danışdı. İri şəhərlərdən, 

saraylardan, birdən-birə cürbəcür rənglərlə çıraqban olan iri 

downloaded from KitabYurdu.org



 

795 


qübbə  və  hündür  kilsələrdən  söhbət  açdı,  bundan  sonra  da 

mavi  səmalı,  mavi  dənizli  cənub  şəhərlərindən  odlu-odlu 

danışdı...  Hələ  indiyə  kimi  o  bizə  öz  xatirələrini  belə 

müfəssəl danışmamışdı. Biz ona çox diqqətlə qulaq asırdıq. 

Bu vaxta qədər o bizə ancaq tutqun, qaraqabaq bir şəhərdən, 

onun  insana  təzyiq  edən,  baş  gicəlləndirən,  zəhərli 

havasından, həmişə çirkli olan zəngin palatalarından, sönük, 

solğun  günəşindən,  dəli  kimi,  acıqlı  adamlarından,  bu 

adamlardan  həm  onun,  həm  də  anasının  çəkdiyi 

müsibətlərdən  bəhs  etmişdi.  Bu  zaman  onların,  rütubətli, 

qaranlıq  bir  axşamçağında  çirkli  zirzəmidə,  öz  kasıb 

yataqlarında  qucaqlaşaraq  keçmiş  günləri  xatırlamaqları, 

mərhum  Henrix,  başqa  ölkələrin  füsunkar  gözəllikləri 

mənim  təsəvvürümdə  canlanırdı...  Nelli  də  ayrıca  mənim 

təsəvvürümdə  canlanırdı,  o  zaman  ki,  bu  şeyləri  təkbaşına, 

anasız  xatırlayırdı,  o  zaman  ki,  Bubnova  onu  döyə-döyə, 

vəhşicəsinə  bir  zalımlıqla  onun  iradəsini  qırmağa  çalışaraq, 

onu pis yollara getməyə məcbur etmək istəyirdi... 

Axırda Nellinin halı pisləşdi, onu öz yatağına apardılar. 

Nikolay  Sergeiç  bərk  qorxdu.  Nelliyə  bu  qədər  danışmağa 

downloaded from KitabYurdu.org



 

796 


imkan verilməsindən peşman oldu. O bayılmaq vəziyyətində 

idi.  Bir  neçə  dəfə  idi  ki,  o  belə  olurdu.  Özünə  gəldikdən 

sonra  məni  təkidlə  yanına  çağırırdı.  Nelli  yalnız  mənə  nəsə 

demək istəyirdi. O bunu elə xahiş etdi ki, bu dəfə həkim özü 

onun  arzusunun  yerinə  yetirilməsini  tələb  etdi  və  hamı 

otaqdan çıxdı. 

Biz ikimiz otaqda tək qaldıqdan sonra Nelli dedi: 

–  Vanya,  bilirsən  nə  var,  onlar  elə  bilir  ki,  mən  də 

onlarla gedəcəyəm, amma mən getməyəcəyəm, ona görə ki, 

gedə  bilmirəm,  mən  hələlik  sənin  yanında  qalacağam,  mən 

bunu sənə demək istəyirdim. 

Mən  onu  yola  gətirmək  istədim,  dedim  ki,  İxmenevlər 

hamısı  səni  çox  istəyir,  səni  öz  qızları  hesab  edirlər.  Əgər 

getməsən,  onlar  buna  çox  təəssüf  edəcəklər.  Mən  səni  nə 

qədər çox istəsəm də, əlac yoxdur, ayrılmaq lazım gələcək. 

Nelli inadla: 

– Yox, mən getməyəcəyəm, – dedi, – ona görə ki, mən 

çox  tez-tez  anamı  yuxuda  görürəm,  o  mənə  deyir  ki,  sən 

onlarla  getmə,  burda  qal.  O  deyir  ki,  mən  babamı  tək 

qoymaqda çox günah iş tutmuşam, bunu da deyəndə həmişə 

downloaded from KitabYurdu.org



 

797 


ağlayır.  Vanya,  mən  burda  qalmaq  istəyirəm  ki,  babama 

qulluq eləyim. 

Mən onun sözünə qulaq asaraq təəccüb etdim, dedim: 

– Nelli, axı sənin baban ölüb... 

Nelli fikirləşərək diqqətlə mənə baxdı. 

–  Vanya,  bir də  mənə  danış görüm,  babam  necə öldü, 

hamısını danış, heç bir şey ötürmə. 

Mən  onun  tələbinə  heyrət  etdim,  bununla  belə,  o 

hadisəni  bütün  təfsilatı  ilə  danışdım.  Mənə  elə  gəlirdi  ki, 

Nelli  sayıqlayır,  ya  da  keçirdiyi  bayqınlıqdan  sonra  fikri 

hələ tamam açılmamışdı. 

O,  diqqətlə  mənim  söylədiyim  sözləri  dinləyirdi. 

Yadımdadır,  mən  hadisəni  danışıb  qurtarana  kimi  o, 

qızdırmadan  parıldayan  qara  gözlərilə  diqqətlə  məni 

müşahidə edirdi. Otağa qaranlıq çökmüşdü. 

Nelli  axıra  kimi  mənə  qulaq  asıb,  bir  də  fikirləşərək 

qəti dedi: 

–  Yox,  Vanya,  o  ölməmişdir!  Anam  tez-tez  mənə 

babam  haqqında  danışır,  dünən  mən  ona  deyəndə  ki,  “axı 

babam ölmüşdür” – anam çox qəmgin oldu, ağladı, dedi ki, 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə