F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə159/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   153   154   155   156   157   158   159   160   161

 

803 


–  O  alçaq  knyaz  hələ  iki  həftə  bundan  əvvəl  məni 

yaman  acıqlandırıb,  elə  acıqlandırıb  ki,  indi  də  heç  acığım 

soyumayıb. 

–  Nə,  nə  olub?  Yoxsa,  sən  hələ  də  knyazla  əlaqə 

saxlayırsan? 

–  Sənə  də  söz  demək  olmur,  o  saat  özündən  çıxırsan: 

“Nə, nə olub?” elə bil ki, böyük bir şey olub. Vanya, qardaş, 

sən qəribə adamsan, mənim o Aleksandra Semyonovnam da, 

ümumiyyətlə,  bütün  bu  zəhlətökən  arvadlar...  Bu 

arvadlardan  lap  zəhləm  gedir!..  Qarğa  qarıldayan  kimi,  o 

saat “nə, nə olub?” 

– Sən acıqlanma. 

–  Mən  heç  də  acıqlanmıram.  Hər  şeyə  adi  gözlə 

baxmaq lazımdır, böyütmək lazım deyil... 

O bir az susdu, sanki hələ də mənə acığı tuturdu. Mən 

onun sözünü kəsmədim. 

O yenə də sözə başladı: 

–  Bilirsən,  qardaş,  mən  yenə  də  bir  işin  izinə 

düşmüşəm... Yəni əslində düşüb-eləməmişəm, heç bir iz də 

yoxdur,  mənə  elə  gəlirdi...  Yəni  bəzi  mülahizələrdən  mən 

downloaded from KitabYurdu.org



 

804 


belə bir nəticə çıxarmışam ki, Nelli... bəlkə də... Hə, xülasə, 

knyazın qanuni qızıdır. 

– Sən nə deyirsən? 

– Yenə də o saat bağırdı: “Sən nə deyirsən!” – qəzəblə 

əlini yelləyərək, bərkdən dedi. – Yəni bu adamlarla heç bir 

şey  danışmaq  olmur!  Mən  sənə  qəti  bir  şey  dedimmi,  ay 

yelbeyin  adam?  Mən  sənə  dedimmi  ki,  o,  knyazın  isbat 

olunmuş qanuni qızıdır? Dedim, ya yox? 

Mən böyük bir həyəcan içində onun sözünü kəsdim: 

–  Qulaq  as,  əzizim,  sən  Allah,  çığırma,  məsələni 

düzgün,  aydın  surətdə  izah  elə.  Vallah,  səni  başa  düşərəm. 

Bir anla ki, bu son dərəcə mühüm məsələdir, bunun necə bir 

nəticəsi... 

–  Bəli,  nəticəsi  ola  bilər,  amma  nədən?  Sübut  hanı? 

Məsələni  belə  həll  etmirlər,  mən  indi  bunu  sənə  gizli 

deyirəm. Niyə mən bunu sənə deyirəm – sonra izah edərəm. 

Deməli,  belə  lazımdır.  Sus,  qulaq  as,  bil  ki,  bu  dediklərim 

hamısı gizlindir... 

Bilirsən,  məsələ  necə  olub?  Hələ  qışda,  hələ  Smit 

ölməmişdən  qabaq,  knyaz  Varşavadan  qayıdan  kimi,  bu 

downloaded from KitabYurdu.org




 

805 


məsələni başlamışdır. Yəni bu işi o çox qabaq, hələ keçən il 

başlamışdır. Ancaq onda o bir şey axtarırdı, indi başqa şey 

axtarır.  Əsas  məsələ  burasındadır  ki,  o,  kələfin  ucunu 

itirmişdir.  On  üç  ildir  ki,  o,  Parisdə  Smitin  qızından 

ayrılmış,  onu  atmışdır,  amma  bu  on  üç  ildə  o  həmişə  onu 

izləmişdir,  bilirmiş  ki,  bu  gün  burada  haqqında  danışılan 

Henrix ilə yaşayır, bilirmiş ki, Nelli adlı qızı var, bilirmiş ki, 

o  xəstədir,  xülasə,  hamısını  bilirmiş,  amma  birdən  kələfin 

ucunu itirir. Bu da, deyəsən, Henrix öləndən az sonra olur, o 

zaman  ki,  Smitin  qızı  Peterburqa  gəlməyə  hazırlaşırmış. 

Əlbəttə,  o  hansı  bir  ad  altında  Rusiyaya  qayıtsa  da,  knyaz 

onu Peterburqda tez bir zamanda tapa bilərdi, ancaq məsələ 

burasındadır  ki,  knyazın  xaricdəki  agentləri  onu  yalan 

xəbərlərlə  aldatmışlar,  onu  inandırmışlar  ki,  Smitin  qızı 

cənubi  Almaniyada  ucqar  bir qəsəbədə  yaşayır, onlar özləri 

də  ehtiyatsızlıq  edərək  aldanıblarmış,  Smitin  qızını  bir 

başqası ilə dəyişik salıblarmış. Bu vəziyyət bir il, ya da daha 

çox davam etmişdir. Bunun üstündən bir il keçəndən sonra 

knyaz şübhələnməyə başlamışdır. Bəzi məsələlərdən o daha 

əvvəllər  hiss  etmişdir  ki,  Smitin  qızı  onlar  deyən  deyil. 

downloaded from KitabYurdu.org



 

806 


Onun qarşısında belə bir məsələ durur: bəs Smitin qızı necə 

olmuşdur?  Onun  ağlına  gəlmişdir  ki  (elə-belə,  heç  bir 

sübutsuz-filansız),  bəlkə  o  Peterburqdadır?  Xaricdən 

məlumat  gələnə  kimi,  o  özü  burada  işə  başlayır,  amma, 

görünür,  çox  da  rəsmi  yollara  əl  atmaq  istəməmişdir.  Bu 

zaman  o  mənimlə  tanış  oldu.  Mənimlə  tanış  olmağı  ona 

məsləhət  görmüşdülər,  demişdilər  ki,  o  belə-belə  işlərlə 

məşğul olur, həvəskardır və sairə və sairə... 

Bəli,  məsələni  o  mənə  izah  elədi,  ancaq  şeytan  oğlu, 

çox üstüörtülü, iki mənalı danışdı. Səhvləri çox idi, bir neçə 

dəfə  təkrar  etdi,  faktları  eyni  zamanda  bir  neçə  şəkildə 

söylədi.  Əlbəttə,  məlumdur  ki,  hər  necə  biclik  işlətsən  də, 

məsələnin  hamısını  gizlədə  bilməzsən.  Mən,  əlbəttə, 

yaltaqlıqla, sadə bir qəlb ilə işə başladım, bir sözlə, qul kimi 

sədaqət  göstərdim,  amma  mənim  həmişəlik  qəbul  etdiyim 

qayda-qanun  üzrə,  həm  də  təbiət  qanunu  üzrə  (çünki  bu 

təbiət  qanunudur),  düşündüm  ki,  əvvəla,  mənə  lazım  olan 

şeymi  deyilib?  İkincisi  də,  mənə  söylənilən  bu  lazımlılıq 

altında  başqa  bir  şey  gizlənmir  ki?  Çünki  bu  sonuncu 

məsələdə  yəqin  ki,  sən  də,  əziz  oğul,  öz  şairanə  əqlinlə 

downloaded from KitabYurdu.org



 

807 


anlaya bilərsən ki, o məni aldatmışdır. Çünki bir lazımlı işin 

qiyməti  tutaq  ki,  bir  manatdır,  amma  başqa  bir  lazımlı  işin 

qiyməti  dörd  dəfə  bundan  bahadır,  mən  onda  gərək  axmaq 

olum  ki,  dördmanatlıq  işi  ona  bir  manata  eləyim.  Mən  işə 

girişdim,  götür-qoy  elədim,  yavaş-yavaş  məsələnin  izinə 

düşə  bildim,  bəzi  şeyləri  müxtəlif  yollarla  onun  özündən 

öyrəndim, bəzisini kənar adamlardan, bəzisini də öz ağlımla 

tapdım.  Yəqin  sən  soruşacaqsan  ki,  niyə  mən  belə  elədim? 

Cavab  verim:  elə  bircə  ona  görə  ki,  knyaz  həddindən  artıq 

əl-ayağa  düşdü,  nədənsə  yamanca  qorxdu.  Əslinə  qalanda 

axı  niyə  də  qorxsun?  Qızı  tovlayıb  aparıb,  qızın  boynuna 

uşaq  düşüb,  o  da  qızı  atıb  gedib.  Burada  axı  təəccüblü  nə 

var?  Bu,  xoş,  nəşəli  bir  nadinclikdir,  başqa  bir  şey  deyil. 

Knyaz kimi bir adam bundan qorxmaz! Amma o qorxurdu... 

Mən  də  bundan  şübhələnməyə  başladım.  Mən,  qardaş,  bir 

neçə  çox  maraqlı  izlər  tapmışam,  özü  də  Henrix  vasitəsilə. 

O,  əlbəttə,  ölüb  gedib.  Ancaq  onun  əmisi  qızları  vardır, 

onlardan  biri  (indi  Peterburqda  bir  bulkaçıda  ərdədir) 

əvvəllər Henrixə bərk vurulubmuş, onun şıq geyimli, kök bir 

bulkaçı  əri,  bu  ərdən  də  təsadüfən  səkkizcə  uşağı  olduğu 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə