F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə160/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   153   154   155   156   157   158   159   160   161

 

808 


halda,  Henrixi  yenə  də  düz  on  beş  il  sevmişdir.  Bax,  mən 

onun  bu  əmiqızısından  cürbəcür  yollarla  mühüm  şeylər 

öyrənə  bildim.  Henrix  ona  alman  adətincə  məktub  və 

gündəlik  yazarmış,  ölməzdən  əvvəl  də  ona  özünün  bəzi 

kağızlarını  göndərmişdir.  Bu  axmaq  arvad  da,  o 

məktublardakı  mühüm  şeyləri  başa  düşmürmüş,  ancaq  bu 

yerləri  başa  düşürmüş  ki,  orada  aydan,  meyn  liber 

Avqustinadan,  bir  də,  deyəsən,  orada  Vilandadan  söhbət 

gedirmiş. Hər halda mən lazım olan məlumatı ondan aldım, 

bu  məktublar  vasitəsilə  yeni  bir  iz  tapdım.  Məsələn,  mən 

cənab  Smit  barəsində,  onun  qızının  atasından  oğurladığı 

pulun miqdarı, bu pulu ələ keçirən knyaz barəsində məlumat 

topladım. Axırda məktubda olan cürbəcür nidalar, eyhamlı, 

iki mənalı sözlər, rəmzlər arasında əsl məsələni görə bildim, 

yəni Vanya, başa düşürsənmi, heç bir şey görə bilmədim. O 

axmaq  Henrix  nahaq  yerə  bunu  gizlətmişdir,  bu 

eyhamlardan, bütün bu şeylərdən ancaq mənim üçün səmavi 

bir  ahəng  meydana  gəldi,  knyaz  axı  Smitin  qızı  ilə 

evlənmişdi!  Amma  harada  evlənib,  necə,  nə  vaxt  evlənib, 

xaricdəmi evlənib, burdamı evlənib, buna aid sənədlər hanı? 

downloaded from KitabYurdu.org



 

809 


Məlum  deyil.  Yəni,  qardaşım  Vanya,  mən  acığımdan 

saçlarımı  yolurdum,  axtardım,  axtardım,  yəni  gecə-gündüz 

axtardım. 

Axırda Smiti tapdım, o da öldü, heç sağ ikən üzünü də 

görə bilmədim. Bu arada mən birdən bir hadisə ilə əlaqədar 

olaraq  bildim  ki,  məndən  ötrü  şübhəli  olan  bir  arvad 

Vasilyevski  adasında  ölmüşdür.  Yoxladım,  lap  izinə 

düşdüm,  Vasilyevskiyə  cumdum,  yadındadır,  biz  onda  bir-

birimizə  rast  gəldik.  Onda  mən  çox  şey  öyrəndim.  Xülasə, 

Nelli də bu işdə mənə kömək etdi... 

Mən onun sözünü kəsdim: 

–  Mənə  bax,  yoxsa  sən  elə  güman  edirsən  ki,  Nelli 

bilir... 

– Nəyi? 


– Knyazın qızı olduğunu! 

O, qəzəb və məzəmmətlə mənə baxaraq dedi: 

–  Axı  sən  özün  də  bilirsən  ki,  o  knyazın  qızıdır,  bəs 

onda niyə belə boş sual verirsən, ay boş adam? Əsas məsələ 

bunda  deyil,  əsas  məsələ  ondadır  ki,  o  nəinki  knyazın  qızı 

downloaded from KitabYurdu.org




 

810 


olduğunu bilir, o həm də knyazın qanuni qızı olduğunu bilir, 

sən bunu başa düşürsənmi? 

Mən həyəcanla dedim: 

– Ola bilməz! 

–  Mən  də  əvvəl  öz-özümə  deyirdim  ki,  “ola  bilməz!” 

Hətta  indi  də bəzən özüm  özümə  deyirəm  ki,  “ola bilməz!” 

Amma məsələ elə burasındadır ki, bu ola bilər, yəqin ki, elə 

belədir

Mən həyəcanla: 

–  Yox,  –  Masloboyev,  –  dedim,  –  bu  belə  deyil,  sən 

hissə  qapılmısan.  O  bunu  bilmir,  o  həm  də  knyazın  qanuni 

qızı  deyil.  Bir  ananın  ki  əlində  belə  bir  vəsiqə  ola,  o  heç 

Peterburqda belə ağır həyat keçirməyə dözə bilərmi, bundan 

başqa, qızını da bu cür yetim qoyub gedərmi? Bəsdir! Bu ola 

bilməz. 


–  Mən  özüm  də  belə  fikirləşirdim,  yəni  bu  hələ  də 

mənim  qarşımda  bir  sual  şəklində  durub.  Amma  yenə  də 

məsələ  burasındadır  ki,  Smitin  qızı  dünyada  ən  gic,  ən 

sarsaq  bir  qız  imiş.  O  qəribə  bir  arvad  imiş,  sən  bütün 

vəziyyəti  bir  təsəvvür  elə:  bu  axı  romantizmdir,  bütün  bu 

downloaded from KitabYurdu.org




 

811 


səmavi axmaqlıqlar, özü də çox əcaib, dəlicəsinə bir şəkildə! 

Elə bir bunu götür: lap əvvəldən o ancaq yerdə cənnət, bir də 

ki,  mələklər  arzusunda  imiş,  vurulur,  dəli-divanə  olur, 

hədsiz  dərəcədə  inanır,  mən  əminəm  ki,  o  sonra  ona  görə 

dəli  olmamışdır  ki,  knyaz  onu  daha  istəməmiş,  atıb 

getmişdir,  ona  görə  dəli  olmuşdur  ki,  knyazı  tanımaqda 

aldanmışdır, knyaz onu aldatmağa, atıb getməyə qabil imiş

ona görə dəli olmuşdur ki, onun mələyi zibilə çevrilmiş, onu 

biabır  etmiş,  alçaltmışdır.  Onun  romantik,  divanə  qəlbi 

mələyinin zibilə çevrilməsinə, xüsusilə, bu təhqirə tab gətirə 

bilməmişdir,  bilirsən  bu  necə  təhqirdir!  O,  dəhşət  içində, 

xüsusilə,  bunu  qüruruna  sığışdıra  bilməyib,  ona  hədsiz 

dərəcədə nifrət edərək, ondan uzaqlaşmış, onunla olan bütün 

əlaqələrini kəsmiş, bütün sənədləri cırmışdır. Knyaza verdiyi 

pula tüpürmüş, hətta bu pulun onun deyil, atasının olduğunu 

unutmuş,  ondan  bir  çirkab  kimi,  toz-torpaq  kimi  imtina 

etmişdir,  bununla  da  öz  mənəvi  yüksəkliyi  ilə  onu  aldadan 

adamı  məhv  etmək,  onu  oğru  hesab  etmək,  bütün  ömrü 

uzunu ona nifrət etmək haqqını əldə etmək istəmişdir, yəqin 

elə  onda  da  demişdir  ki,  mən  özümü  onun  arvadı  hesab 

downloaded from KitabYurdu.org



 

812 


etməyi  özüm  üçün  namussuzluq  hesab  edirəm.  Bizim 

əlimizdə  boşanma  kağızı  yoxdur,  amma  de  facto

1  faktik  (lat.)

 

olaraq,  onlar  bir-birindən  ayrılmışlar,  belə  bir  vəziyyətdən 



sonra  o  heç  knyazdan  kömək  istəyərdimi?!  Unutma  ki,  o 

dəli,  ölüm  halında  Nelliyə  demişdir:  onların  yanına  getmə, 

işlə, məhv ol, amma onların yanına getmə, kim səni çağırmış 

olsa  da,  getmə!  (yəni  o  hələ  bu  zaman  da  belə  bir  fikirdə 

imiş ki, onu çağıra bilərlər, deməli, onu çağıran adamdan bir 

daha  qisas  almaq,  onu  həqarətlə  məhv  etmək  imkanı 

olacaqdır, sözün qısası, özünü çörək əvəzinə kinli bir xəyalla 

qidalandırırmış).  Qardaş,  mən  Nellidən  söz  çəkə-çəkə  çox 

şey  öyrənmişəm,  hətta  indi  də  bəzən  söz  çəkirəm.  Onun 

anası  vərəm  imiş,  bu  xəstəlik  adamı  xüsusilə  acıqlı  edir, 

əsəbiləşdirir,  amma  mən  Bubnovanın  evində  olan  bir 

qohumumuzdan  öyrənib  bilmişəm  ki,  o,  knyaza  məktub 

yazmışdır, bəli, knyaza, knyazın özünə... 

Mən səbirsizliklə soruşdum: 

– Məktub yazıb?! Özü də knyaza çatıb? 

–  Elə  məsələ  də  burasındadır,  mən  bilmirəm  çatıb,  ya 

yox.  Bir  gün  Smitixa  bizim  bu  qohumla  görüşür 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə