F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə161/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   153   154   155   156   157   158   159   160   161

 

813 


(yadındadırmı,  Bubnovanın  evində  olurdu,  üzü  kirşanlı  bir 

qız idi, indi həbsxanadadır), bu məktubu ona verir ki, aparıb 

knyaza  versin,  sonra  geri  alır,  bu  olub,  o  öləndən  üç  həftə 

qabaq...  Bu  çox  mühüm  məsələdir,  əgər  o  belə  bir  qərara 

gəlmişsə  ki  məktubu  göndərsin,  geri  götürsə  də,  heç  fərqi 

yoxdur,  sonra  da  göndərə  bilərdi.  Elə  məsələ  də  burdadır, 

bilmirəm, bu məktubu o göndərib, ya göndərməyib... Ancaq 

əsaslı  bir  zənn  var  ki,  göndərməyib,  çünki  knyaz  onun 

Peterburqda  olduğunu,  hansı  evdə  yaşadığını  yəqin  ki,  o 

öləndən  sonra  bilmişdir.  Bundan  da  görünür,  çox 

sevinmişdir! 

–  Hə,  yadımdadır,  Alyoşa  mənə  bir  məktub  haqqında 

danışmışdı,  deyirdi  ki,  bu  onu  çox  sevindirdi,  ancaq  bu 

çoxdanın sözü deyil, iki ay ancaq olar. Bəs sonra, sonra, sən 

knyazla nə elədin? 

–  Knyazla  nə  elədim?  Başa  düş,  tam  mənəvi  bir 

yəqinlik, amma nə qədər əlləşdimsə, bircə sübut da əldə edə 

bilmədim, bircə sübut da! Böhranlı bir vəziyyət əmələ gəldi! 

Xaricdən  məlumat  almaq  lazım  idi,  ancaq  haradan?  Məlum 

deyildi.  Əlbəttə,  başa  düşürdüm  ki,  mənim  qarşımda  bir 

downloaded from KitabYurdu.org



 

814 


vuruşma  durur,  onu  ancaq  eyhamlarla  qorxuda  bilərəm, 

özümü gərək elə göstərim ki, o elə bilsin ki, mən daha çox 

şey bilirəm... 

– Sonra nə oldu? 

– Onu aldada bilmədim, amma yaman qorxdu, hələ indi 

də  qorxur.  Bizim  bir  neçə  görüşümüz  oldu,  özünü  bədbəxt 

bir adam kimi göstərməyə çalışırdı! Bir dəfə, bir dost kimi, 

özü  mənə  bütün şeyləri danışdı.  Onda  elə  güman  edirdi ki, 

mən  hər  şeyi  bilirəm.  Yaxşı  danışırdı,  hiss  ilə,  açıq,  amma 

məlum şeydir ki, həyasızca yalan deyirdi. Mən burda ölçüb-

biçdim  ki,  o  nə  dərəcədə  məndən  qorxur.  Əvvəllər  mən 

özümü ona lap səfeh göstərdim, amma üzdən hiss etdirdim 

ki, biclik eləyirəm, onu yöndəmsiz halda qorxudurdum, yəni 

qəsdən  belə  qorxudurdum,  qəsdən  onunla  kobud  hərəkət 

edirdim. Sonra ona hədə-qorxu gəldim, bunların da hamısını 

ona  görə  edirdim  ki,  elə  bilsin  mən  səfehəm,  amma  birdən 

ağzımdan başqa söz qaçırtdım, o əclaf məsələni başa düşdü! 

Bir  dəfə  də  özümü  kefliliyə  vurdum,  bundan  da  bir  şey 

çıxmadı,  yaman  bic  şeydir!  Qardaş,  Vanya,  sən  bunu  başa 

düşə  bilərsənmi,  mən  gərək  biləydim,  görüm  o  məndən  nə 

downloaded from KitabYurdu.org



 

815 


qədər qorxur, həm də özümü gərək elə göstərəydim ki, guya 

bildiyimdən daha çox şeylər bilirəm... 

– Axırı nə oldu? 

– Heç bir şey çıxmadı. Mənə sübut, dəlil lazım idi, bu 

da  yox  idi.  O  ancaq  bunu  başa  düşdü  ki,  mən  biabırçılıq 

eləyə  bilərəm.  O  elə  ancaq  biabır  olmaqdan  qorxurdu, 

xüsusilə,  ona  görə  qorxurdu  ki,  yuxarı  dairələrlə  yaxınlıq 

eləməyə  başlamışdı.  O  evlənmək  istəyir,  sən  bunu 

bilirsənmi? 

– Yox... 

– Gələn il! Hələ keçən il özünə bir qız seçib, onda qızın 

on dörd yaşı var idi, indi on beş yaşı var, özü də, deyəsən, 

yazıq  qız  hələ  döşlük  taxır.  Ata-anası  yaman  sevinir!  Heç 

bilirsən  arvadının  ölməsi  ona  nə  qədər  lazım  idi?!  General 

qızıdır,  pullu  qızdır,  pulu  çoxdur!  Vanya,  qardaş,  heç  vaxt 

nə  sən  belə  evlənə  biləcəksən,  nə  də  mən!..  –  birdən  o 

yumruğunu stola çırpıb ucadan dedi: – Ancaq bircə şeyi mən 

bütün  ömrüm  boyu  özümə  bağışlamayacağam,  bu  da  odur 

ki, o məni aldatdı, iki həftə bundan əvvəl... Əclaf! 

– Necə yəni aldatdı? 

downloaded from KitabYurdu.org



 

816 


– Aldatdı da! Mən gördüm ki, o mənim əlimdə heç bir 

sübut olmadığını başa düşmüşdür, bunu da hiss etdim ki, işi 

nə  qədər  çox  uzatsam,  deməli,  o  bir  o  qədər  tez  mənim 

acizliyimi  başa  düşəcək.  Axırda  ondan iki  min  almağa  razı 

oldum. 

– Sən ondan iki min almısan?! 



–  Vanya,  gümüş  pul  hesabı  ilə  canımı  dişimə  tutub 

aldım.  Belə  bir  iş  üçün  iki  min  nədir  ki?!  Özü  də  alçala-

alçala  aldım.  Onun  qarşısında  üzünə  tüpürülmüş  bir  adam 

kimi  durmuşdum,  deyirdi:  Masloboyev,  mən  sizin  əvvəlki 

zəhmətinizin  haqqını  hələ  verməmişəm  (amma  o  əvvəlki 

zəhmətimin  haqqı  olan  yüz  əlli  manatı,  şərtimiz  belə  idi, 

çoxdan  vermişdi),  indi  mən  gedirəm,  bu  iki  min  puldur, 

buna  görə  də  mən  əmin  oluram  ki,  bizim  aramızda  olan 

bütün  iş  tamamilə  qurtarmışdır.  Mən  də  ona  belə  cavab 

verdim: “Bəli, knyaz, tamamilə qurtarmışdır!” Amma özüm 

onun  heç  o  murdar  sifətinə  baxmağa  cürət  eləmirəm, 

fikirləşirəm  ki,  indi  onun  sifətində  bu  sözlər  yazılmışdır: 

“Elə  bilirsən  çox  aldın?  Mən  ancaq  kefim  gələndə 

downloaded from KitabYurdu.org




 

817 


axmaqlara  bu  qədər  pul  verirəm!”  Heç  yadımda  deyil,  mən 

onun yanından necə çıxıb getdim. 

Mən həyəcanla dedim: 

–  Masloboyev,  bu  axı  alçaqlıqdır!  Sən  gör  Nelliyə  nə 

elədin?! 

–  Bu  ancaq  alçaq  bir  iş  deyil,  bu  katorqalıq  işdir,  bu 

murdar  işdir.  Bu...  bu...  Heç  elə  bir  söz  yoxdur  ki,  bunu 

ifadə edəsən! 

– İlahi! O heç olmasa, Nellini təmin etməli idi! 

–  Bəli,  təmin  etməli  idi.  Ancaq  nə  ilə  onu  məcbur 

etmək  olardı?  Qorxutmaqlamı?  O  qorxmaz,  mən  axı  ondan 

pul  almışam.  Mən  özüm,  özüm  onun  qarşısında  etiraf 

eləmişəm  ki,  bütün  qorxunu  ona  iki  min  gümüş  pula 

satmışam, özüm özümə bu qiyməti qoymuşam. İndi onu nə 

ilə qorxutmaq olar? 

Mən bütün ümidimi itirmiş kimi çığırdım: 

–  Yoxsa,  yoxsa,  bununla  da  Nellinin  bütün  işi  məhv 

olub getdi? 

Masloboyev odlu-odlu: 

downloaded from KitabYurdu.org




 

818 


–  Qətiyyən!  –  dedi,  hətta  onun  bütün  bədəni  hərəkətə 

gəldi.  –  Yox,  mən  bununla  ondan  əl  çəkəsi  deyiləm!  Mən 

indi  yeni  bir  işə  başlayacağam,  Vanya,  mən  bunu  qət 

etmişəm!  Nə  olsun  ki,  mən  ondan  iki  min  almışam? 

Tüpürüm buna! Belə çıxır ki, bu pulu mən təhqirin əvəzində 

almışam,  axı  o  yaramaz,  demək  ki,  məni  aldadıb,  məni  ələ 

salıb.  Aldadıb,  hələ  bir  üstəlik  də  ələ  salıb!  Yox,  mən 

qoymaram ki, məni ələ salsınlar!.. Vanya, indi mən Nellinin 

özündən  başlayacağam.  Bəzi  müşahidələr  nəticəsində  mən 

tamamilə əminəm ki, bu işin həlli ondan asılıdır. O bütün bu 

şeyləri  bilir,  bütün...  Anası  özü  ona  deyib.  Bu  şeyləri  ona 

qızdırma içində, dərd içində deyə bilərdi. Ayrı bir adam yox 

idi ki, açıb desin, Nelli əlinə düşüb, hamısını ona danışıb. – 

Sonra əllərini bir-birinə sürtərək ləzzətlə əlavə etdi: – Bəlkə 

bir  sənəddən-zaddan  da  əlimizə  keçdi...  Vanya,  indi  başa 

düşürsənmi,  mən  nə  üçün  buralarda  veyllənirəm?  Əvvəla, 

sənə  olan  dostluğumdan,  bu  öz  yerində,  lakin  əsas  məsələ 

budur  ki,  Nellini  müşahidə  edirəm,  üçüncüsü  də,  əzizim 

Vanya,  istəsən  də,  istəməsən  də,  sən  gərək  mənə  kömək 

edəsən, çünki sənin Nellinin üzərində təsirin var... 

downloaded from KitabYurdu.org



 

819 


–  Mütləq,  sənin  canına  and  içirəm!  Masloboyev,  mən 

əminəm ki, sən əsas etibarilə Nelli üçün çalışacaqsan, təhqir 

olunmuş,  zavallı  bir  yetim  üçün...  Ancaq  öz  xeyrin  üçün 

yox... 


–  Ay  sağ  olmuş,  sənin  nəyinə  gərəkdir  ki,  mən  kimin 

xeyri üçün çalışacağam?! Ancaq mən bunu edə bilim – əsas 

məsələ  budur!  Əlbəttə,  əsasən,  yetim  üçün  çalışacağam, 

insanpərvərlik də bunu tələb edir. Vanyuşa, mən öz barəmdə 

də  çalışsam,  sən  qəti  olaraq  məni  qınama!  Mən  kasıb 

adamam, qoy o kasıb adamları incitməyə cəsarət etməsin. O 

mənim  əlimdəkini  alır,  hələ  bir  üstəlik  də,  əclaf  məni 

aldadır. Sənin fikrincə, mən belə bir dələduzun durub üzünə 

baxacağam? Morqenfri! 

Ertəsi  gün  gül  bayramını  düzəltməyə  müvəffəq 

olmadıq. Nellinin halı xarablaşdı, o daha otaqdan bayıra çıxa 

bilmədi. 

Sonralar da o bir daha bu otaqdan bayıra çıxmadı. 

O iki həftədən sonra öldü. Bu iki həftə içərisində o çox 

ağır  vəziyyətdə  oldu,  bircə  dəfə  də  olsun,  tamamilə  özünə 

gəlmədi, öz qəribə xəyallarından can qurtara bilmədi. Sanki 

downloaded from KitabYurdu.org



 

820 


onun  şüuru  pozulmuşdu.  Lap  ölənə  kimi  möhkəm  inanırdı 

ki,  babası  onu  öz  yanına  çağırır,  getmədiyi  üçün  də 

babasının  ona  acığı  tutur,  ağacını  yerə  vura-vura  ona  əmr 

edir  ki,  gedib  dilənsin,  çörəklə  burunotu  alıb  gətirsin. 

Yuxuda tez-tez ağlayırdı, ayılanda deyirdi ki, anamı yuxuda 

görmüşəm. 

Bəzən  elə  bil  ki,  onun  huşu  tamamilə  başında  olurdu. 

Bir  gün  biz  otaqda  tək  idik.  Nelli  mənə  tərəf  dartındı, 

qızdırmadan yanan kiçik, arıq əli ilə əlimi tutaraq dedi: 

– Vanya, mən öləndən sonra sən Nataşa ilə evlən! 

O,  deyəsən,  çoxdan  belə  bir  fikirdə  imiş.  Mən  heç  bir 

söz deməyərək gülümsədim. Mənim gülümsədiyimi görüb o 

da  gülümsədi,  üzündə  dəcəlcəsinə  bir  ifadə  göründü,  arıq, 

xırdaca  barmağı  ilə  məni  hədələdi,  elə  o  saat  da  məni 

öpməyə başladı. 

Ölümündən  üç  gün  qabaq  gözəl  bir  yay  axşamında, 

pərdələri  qaldırmağı,  pəncərəni  açmağı  xahiş  etdi.  Pəncərə 

bağa  açılırdı,  o  xeyli  müddət  sıx  yaşıllığa,  batan  günəşə 

baxdı, birdən xahiş etdi ki, bizi tək buraxsınlar. 

O çox zəif olduğundan, güclə eşidilən bir səslə dedi: 

downloaded from KitabYurdu.org



 

821 


– Vanya, mən bu yaxında öləcəyəm. Çox tez öləcəyəm, 

sənə bir söz demək istəyirəm: məni unutma... Bunu da sənə 

yadigar  olaraq  qoyub  gedirəm  (o  mənə  xaçla  boynundan 

asılmış  duaya  oxşar  bir  şey  göstərdi).  Bunu  mənə  öləndə 

anam  verib.  Mən  öləndə  sən  bunu  götür, burada  yazılanları 

oxu.  Mən  bu  gün  hamıya  deyəcəyəm  ki,  bunu  ancaq  sənə 

versinlər. Sən onu oxuyandan sonra  onun yanına get, de ki, 

Nelli  öldü,  onu  bağışlamadı.  Bunu  da  ona  de  ki,  mən  bu 

yaxında  İncili  oxudum.  Orada  belə  yazılıb:  bütün 

düşmənlərinizi  bağışlayın.  Mən  bunu  oxudum,  amma  yenə 

də  onu  bağışlamıram,  çünki  anam  öləndə,  hələ  danışa 

biləndə,  onun  mənə  dediyi  son  sözü  bu  oldu:  “onu 



qarğıyıram”,  mən  də  onu  qarğıyıram,  özümdən  ötrü  yox, 

anamdan ötrü qarğıyıram... Anamın necə öldüyünü, mənim 

təkbaşıma  Bubnovanın  yanında  qaldığımı,  sənin  məni  necə 

Bubnovanın yanında gördüyünü danış, hamısını danış, bunu 

da de ki, mən Bubnovanın yanında qalmağı istərdim, amma 

onun yanına getməyi yox... 

downloaded from KitabYurdu.org



 

822 


Bunu  söyləyərkən  Nellinin  rəngi  ağardı,  gözləri 

parıldadı, ürəyi elə bərk döyünməyə başladı ki, başını balışa 

qoyub uzandı, iki dəqiqə heç danışa bilmədi. 

Nəhayət, o, zəif səslə dedi: 

–  Vanya,  onları  çağır  gəlsin,  mən  onların  hamısı  ilə 

halallaşmaq istəyirəm. Əlvida, Vanya!.. 

Nelli  sonuncu  dəfə  olaraq  məni  bərk-bərk  qucaqladı. 

Evdəkilər  hamısı  içəri  girdi.  Nikolay  Sergeiç  başa  düşə 

bilmirdi ki, o ölür, bunu heç ağlına sığışdıra bilmirdi. O, axır 

vaxta  kimi  bizim  hamımızla  mübahisə  edirdi,  bizi 

inandırmağa  çalışırdı  ki,  o  mütləq  sağalacaq.  Qoca  çəkdiyi 

əziyyətdən  qupquru  qurumuşdu.  Nellinin  çarpayısı  yanında 

günlərlə oturur, hətta gecələr də onun yanından ayrılmırdı... 

Son  gecələr  qətiyyən  yatmırdı.  Nellinin  hər  bir  kiçik 

arzusunu,  hər  bir  istəyini  qabaqcadan  hiss  edərək  yerinə 

yetirməyə  çalışırdı,  onun  otağından  çıxıb  bizim  yanımıza 

gələndə  dərdli-dərdli  ağlayırdı,  lakin  bir  az  sonra  yenə  də 

ümid  etməyə  başlayır,  bizi  inandırmağa  çalışırdı  ki,  o 

sağalacaqdır.  Nikolay  Sergeiç  onun  bütün  otağını  gül-

çiçəklə  bəzəmişdi.  Bir  gün  o,  bir  iri  dəstə,  çox  gözəl  ağ, 

downloaded from KitabYurdu.org



 

823 


qırmızı  qızılgül  alıb  öz  Nellisinə  gətirdi,  bunu  gedib  çox 

uzaqdan  almışdı.  Bu  şeylər  Nellini  çox  sevindirirdi, 

həyəcanlandırırdı,  belə  bir  ümumi  məhəbbətə  o  bütün 

qəlbilə  cavab  verməyə  bilmirdi.  O  axşam  ki,  Nelli  bizimlə 

halallaşdı,  qoca  Nikolay  Sergeiç  onunla  həmişəlik 

vidalaşmaq  istəmirdi.  Nelli  ona  baxıb  gülümsəyir,  bütün 

axşamı  şən  görünməyə  çalışırdı.  Nikolay  Sergeiçlə  zarafat 

edirdi,  hətta  gülürdü...  Biz  hamımız  onun  yanından  ümidlə 

çıxdıq,  lakin  ertəsi  gün  o  danışa  bilmədi.  İki  gündən  sonra 

öldü... 


Yadımdadır, qoca Nikolay Sergeiç onun kiçik tabutunu 

güllərlə  bəzəyir,  məyus-məyus  onun  balaca,  arıq  üzünə, 

üzündəki  təbəssümünə,  sinəsində  çalın-çarpaz  qoyulmuş 

əllərinə  baxırdı.  O,  Nellinin  üstündə  elə  ağlayırdı  ki,  sanki 

Nelli onun öz doğma övladı idi. Nataşa, mən, biz hamımız 

ona  təsəlli  verirdik,  lakin  o  ovunmurdu,  Nellinin  dəfnindən 

sonra o, bərk xəstələndi. 

Anna  Andreyevna  Nellinin  boynundan  çıxartdığı 

müşənbəni  mənə  verdi.  Nellinin  anasının  knyaza  yazdığı 

məktub  bu  müşənbənin  içində  idi.  Məktubu  mən  Nellinin 

downloaded from KitabYurdu.org



 

824 


öldüyü gün oxudum. Nellinin anası knyaza lənətlə müraciət 

edərək,  onu  bağışlaya  bilməyəcəyini  söyləyirdi,  həyatının 

son  hissəsini,  Nellinin  düşəcəyi  dəhşətləri  təsvir  edirdi. 

Yazırdı  ki:  “O  sizindir,  o  sizin  qızınızdır,  siz  özünüz  də 



bilirsiniz  ki,  o sizin öz qızınızdır.  Ona  tapşırmışam  ki,  mən 

öləndən  sonra  sizin  yanınıza  getsin,  bu  məktubu  sizin  öz 

əlinizə  versin.  Siz  Nellini  rədd  etməsəniz,  bəlkə  də  mən  

dünyada  sizi  bağışlayaram,  qiyamət  günündə  Allahın  taxtı 

qarşısında  durub  yalvararam  ki,  sizin  günahlarınızdan 

keçsin. Nelli məktubda nələr yazıldığını bilir, məktubu ona 

oxumuşam, mən hər şeyi ona demişəm, o hər şeyi bilir, hər 



şeyi...” 

Lakin Nelli anasının vəsiyyətini yerinə yetirmədi: o hər 

şeyi  bilsə  də,  knyazın  yanına  getmədi,  knyazla  barışmadan 

öldü. 


Nellinin  dəfnindən  qayıdanda  mən  Nataşa  ilə  bağa 

getdim. Hava isti idi, gün işığı par-par parıldayırdı, onlar bir 

həftədən  sonra  gedəcəkdi.  Nataşa  qəribə  bir  nəzərlə  xeyli 

mənə baxdı. 

– Vanya, – dedi, – Vanya, bu ki yuxu idi! 

downloaded from KitabYurdu.org




 

825 


Soruşdum ki: 

– Nə yuxu idi? 

–  Bunların  hamısı,  bu  bir  ildə  olan  şeylərin  hamısı... 

Vanya, axı niyə mən sənin xoşbəxtliyini məhv etdim! 

Mən onun gözlərində oxudum: 

“Biz bir yerdə həmişəlik xoşbəxt ola bilərdik!” 



 

 

 

 

KİTABIN İÇİNDƏKİLƏR 

 

Birinci hissə. . . . . . . . . . . . . . . . . . . . . . 3 



İkinci hissə. . . . . . . . . . . . . . . . . . . . . . .92 

Üçüncü hissə  . . . . . . . . . . . . . . . . . . . .181 

Dördüncü hissə . . . . . . . . . . . . . . . . . . .278 

Epiloq  . . . . . . . . . . . . . . . . . . . . . . . . . 349 



 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə