F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə17/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   13   14   15   16   17   18   19   20   ...   161

 

81 


səni  nahaq  yerə  təhqir  edilmiş  hesab  edir,  bunun  da  hələ 

intiqamı  alınmamışdır!  İndi  isə,  mütləq  indi  Alyoşanı 

təzədən qəbul etdiyinizdən çoxdan bəri əzab verən bu köhnə 

ədavət  yenə  də  alovlanmış,  güclənmişdir.  Knyaz  yenə  də 

sənin atanı təhqir etmişdir, bu yeni təhqir atanın ürəyinə təzə 

od qoymuşdur, indi isə, birdən, bu şeylər, bu böhtanlar, bu 

ittihamlar doğru olacaq! Kimin ki işdən xəbəri var – knyaza 

haqq  qazandıracaq,  səni,  sənin  atanı  müqəssir  tutacaqlar! 

Yaxşı,  onda  sənin  atanın  halı  necə  olar?  Bu  hadisə  onu 

dərhal  öldürər!  Belə  bir  biabırçılığa  o  dözə  bilməz!  Özü  də 

kimdən?  Sənin  tərəfindən,  öz  qızı,  gözünün  ağı-qarası  olan 

öz  övladı,  öz  balası  tərəfindən!  Bəs  anan?!  Atanın 

müsibətinə o tab gətirə bilməz… Nataşa! Nataşa! Sən axı, nə 

edirsən? Qayıt! Ağlını başına yığ! 

Nataşa  susurdu;  nəhayət,  o  sanki  məzəmmətlə  mənə 

baxdı:  onun  gözlərində  o  qədər  ürək  parçalayan  kədər,  o 

qədər iztirab vardı ki, mən sözsüz də onun yaralı qəlbindən 

qara qanlar axdığını bildim; bildim ki, onun qərarı necə ağır 

əzablar  nəticəsində  başa  gəlmişdir,  mən  də  bu  gecikmiş 

lazımsız  sözlərimlə  ona  nə  qədər  əzab  vermişəm,  onun 

downloaded from KitabYurdu.org



 

82 


yaralı  qəlbinə  necə  ağır  zərbələr  endirmişəm…  Mən  bunu 

bilə-bilə, yenə də özümü saxlaya bilmədim: 

– Axı, sən özün indicə Anna Andreyevnaya deyirdin ki, 

bəlkə  evdən…  axşam  ibadətinə  getmədin.  Deməli,  sən 

qalmaq 

istəyirdin; 



deməli, 

sən 


hələ 

qəti 


qərara 

gəlməmisən… 

Bu  sözün  cavabında  o  ancaq  acı-acı  gülümsədi.  Bunu 

axı  mən  ondan niyə  soruşdum?  Mən  başa  düşməli  idim  ki, 

onun  qərarı  qətidir.  Lakin  mən  özüm  də  nə  etdiyimi 

bilmirdim. 

Qəlbim  donmuş  kimi,  ona  baxdım,  nə  dediyimi  heç 

özüm də başa düşməyərək çığırdım: 

– Doğrudanmı, sən onu bu qədər sevirsən? 

O yenə də bayaqkı kimi acı-acı gülümsədi: 

–  Vanya,  mən  sənə  axı  nə  cavab  verim?  Özün 

görürsən!  O  mənə  deyib  ki,  gəl,  mən  də  gəlmişəm,  onu 

gözləyirəm. 

Batan  adam  saman  çöpünə  əl  atan  kimi,  mən  də  son 

imkanlara əl ataraq yenə yalvarmağa başladım. 

downloaded from KitabYurdu.org




 

83 


–  Bir  qulaq  as,  axı,  bir  qulaq  as!  Bu  səhvi  hələ 

düzəltmək  olar,  buna  başqa  cür,  tamamilə  başqa  bir  yol 

tapmaq  olar!  Sən  evdən  getməyə  bilərsən!  Nataşa,  əzizim, 

bunu  necə  etməyi  mən  sənə  öyrədərəm.  Mən  sizin  hər 

işinizi,  hətta  görüşünüzü  də,  hər  işinizi…  yoluna  qoymağı 

boynuma  götürürəm.  Ancaq  evdən  getmə!..  Mən  sizin  bir-

birinizə  yazdığınız  məktublarınızı  da  apararam;  niyə  də 

aparmayım? Sənin çıxıb getməyindən o yaxşıdır. Mən bunu 

edə  bilərəm;  mən  sizin  hər  ikinizi  razı  salaram;  özünüz 

görərsiniz necə razı salaram!.. Nataşa, əzizim! Onda sən də 

özünü indiki kimi  məhv etməzsən!.. Axı sən indi öz-özünü 

tamam  məhv  edirsən!  Nataşa,  razı  ol!  Onda  hər  şey  çox 

yaxşı,  çox  gözəl  olar,  siz  də  istədiyiniz  qədər  bir-birinizi 

sevərsiniz!..  Atalarınız  da  barışandan  sonra  (onlar  mütləq 

dalaşmaqdan əl çəkəcəklər!) siz də… 

Nataşa  mənim  əlimi  bərk-bərk  sıxaraq,  göz  yaşları 

arasından gülümsəyərək sözümü kəsdi: 

– Vanya, daha bəsdir, gəl bu söhbəti kəsək! Vanya, sən 

nə gözəl insansan!  Sən nə  gözəl, nə  vicdanlı adamsan!  Heç 

özün  barədə  bircə  kəlmə  də  söz  demirsən!  Axı,  mən  ata-

downloaded from KitabYurdu.org



 

84 


anamdan  əvvəl  səni  qoyub  gedirəm,  sən  bunu  mənə 

bağışlayırsan,  ancaq  mənim  xoşbəxtliyim  haqqında 

düşünürsən.  Bizim  məktublarımızı  bir-birimizə  aparmaq 

istəyirsən… 

Nataşa bunu deyib ağladı. 

– Vanya, mən, axı, bilirəm sən məni necə sevirdin, hələ 

indi  də  necə  sevirsən!  Lakin  sən  bunun  qabağında,  bu 

tutduğum  iş  üçün  mənə  bircə  kəlmə  də  acı  söz  demədin, 

məni  danlamadın!  Amma  mən,  mən…  gör  mən  sənin 

qabağında  nə  qədər  günahkaram!  Yadındadırmı,  Vanya, 

səninlə keçirdiyimiz günlər yadındadırmı? Ah, kaş mən onu 

heç  görməyəydim,  heç  ona  rast  gəlməyəydim!  Mənim 

mərhəmətli  Vanyam,  mənim  əziz  Vanyam,  onda  mən 

səninlə  yaşardım!..  Yox,  mən  sənə  layiq  deyiləm! 

Görürsənmi  mən  necəyəm:  belə  ağır  dəqiqələrdə,  bizim 

keçmiş  xoşbəxt  günlərimizi  mən  sənin  yadına  salıram,  axı 

sən onsuz da əzab çəkirsən!.. Sən üç həftə idi gəlmirdin, and 

olsun  sənin  canına,  Vanya,  bu  üç  həftədə  bircə  dəfə  də 

mənim ağlıma gəlmədi ki, sən məni lənətlə yad edə bilərsən, 

mənə  nifrət  edərsən!..  Mən  bilirdim  sən  niyə  getmisən:  sən 

downloaded from KitabYurdu.org



 

85 


bizə  mane  olmaq,  bizim  üçün  canlı  bir  məzəmmət  olmaq 

istəmirdin. Bizə baxmaq sənin üçün ağır deyildimi? Amma, 

Vanya,  mən  səni  necə  gözləyirdim,  necə  gözləyirdim!.. 

Vanya,  onu  bil  ki,  mən  Alyoşanı  çılğıncasına,  dəlicəsinə 

sevsəm də, səni də öz dostum, öz yoldaşım kimi, bəlkə daha 

artıq  sevirəm!  Mən  görürəm,  bilirəm  ki,  sənsiz  yaşaya 

bilməyəcəyəm: sən mənə lazımsan, sənin qəlbin, sənin gözəl 

qəlbin mənə lazımdır. Ah, Vanya, gör nə acı, nə ağır günlər 

yaxınlaşır! 

Yaş  onun  gözlərindən  sel  kimi  axdı.  Bəli,  onun 

vəziyyəti çox ağır idi! 

Nataşa ağlamağını kəsərək sözünə davam etdi: 

– Ah, mən səni necə görmək istəyirdim! Sən nə qədər 

arıqlamısan,  gör  necə  xəstəsən,  rəngin  necə  solğundur! 

Vanya, doğrudan da sən kefsizdin? Heç bir soruşmuram da! 

Elə  öz  barəmdə  danışıram;  indi  sənin  jurnalistlərlə  işin 

necədir? Yeni başladığın roman necə gedir? 

–  Nataşa,  indi  heç  roman  yada  düşür,  özüm  yadıma 

düşürəm!  Mənim  işim  necə  olacaq!  Birtəhər  gedir.  Yaxşı, 

Nataşa, o özü tələb etdi ki, sən onun yanına gedəsən? 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə