F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə18/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   14   15   16   17   18   19   20   21   ...   161

 

86 


– Yox, tək o tələb etmədi, mən özüm daha çox istədim. 

Doğrudur,  o  dedi,  amma  mən  özüm  də…  Bilirsən,  əzizim, 

nə  var,  qoy  mən  hamısını  açıb  sənə  deyim:  onu  yüksək 

kübar  cəmiyyətindən  olan  dövlətli  bir  qız  ilə  evləndirirlər; 

bu  qızın  çox  yüksək  rütbəli  adamlarla  qohumluğu  çatır. 

Alyoşanın  atası istəyir  ki,  o  mütləq  bu  qızı  alsın;  sən  özün 

bilirsən  ki,  onun  atası  çox  yaman,  fitnəkar  bir  adamdır;  o, 

əlində  olan  bütün  imkanları  işə  salıb:  belə  fürsət  çətin  ələ 

düşər;  yüksək  rütbəli  adamlarla  qohumluq,  əlaqə,  pul… 

deyirlər  ki,  qız  da  təhsil  almış,  çox  qəşəng,  mərhəmətli  bir 

qızdır; hər barədə yaxşıdır. Alyoşa da ona uyub. Bir tərəfdən 

də  atası  istəyir  ki,  onu  tez  başından  eləsin,  özü  evlənsin, 

buna  görə  də  hər  necə  olsa,  mütləq  bizi  bir-birimizdən 

ayırmaq  istəyir.  O  məndən,  mənim  Alyoşaya  olan 

təsirimdən qorxur. 

Mən təəccüblə onun sözünü kəsdim: 

– Yoxsa, knyaz sizin bir-birinizi sevdiyinizi bilir? Axı, 

o  belə  bir  şeyin  olduğunu  ancaq  güman  edirdi,  güman  etsə 

də buna inanmırdı. 

– Bilir, hamısını bilir. 

downloaded from KitabYurdu.org



 

87 


– Bilir, kim deyib? 

–  Alyoşa  bu  yaxında  hamısını  açıb  deyib.  Özü  mənə 

dedi ki, hamısını açıb demişəm. 

–  İlahi!  Bu  nə  işdir  siz  tutursunuz!  Özü  açıb  deyib? 

Özü də belə bir vaxtda? 

Nataşa mənim sözümü kəsdi: 

–  Vanya,  onu  müqəssir  tutma,  ona  gülmə!  Başqaları 

kimi  onun  haqqında hökm  yürütmək  olmaz!  Ədalətli  ol!  O 

axı  bizim  kimi  deyil:  o  lap  uşaqdır:  bir  də  onu  başqa  cürə 

tərbiyə  etmişlər.  O  heç  başa  düşürmü  nə  iş  tutur?  İlk 

təəssürat,  yad  bir  adamın  ilk  təsiri  onu  bir  az  əvvəl  and 

içərək  bağlandığı  bir  işdən  çox  asanlıqla  ayıra  bilər.  O, 

iradəsiz  bir  adamdır;  bu  gün  sənə  sədaqətli  olacağını  and 

içər, lakin elə  o  gün də özünü eyni  sədaqətlə bir  başqasına 

təqdim  edər:  həm  də  əvvəl  özü  gəlib  bunu  sənə  söylər.  O 

yəqin  ki,  pis  iş  də  görə  bilər,  ancaq  bu  iş  üstündə  onu 

müqəssir  tutmaq  olmaz,  buna  ancaq  təəssüf  etmək  olar. 

Hətta  özünü  bir  başqasının  yolunda  lap  fəda  edər,  özü  də, 

bilirsən  necə?!  Ancaq  yeni  bir  təsirə  qədər;  yeni  bir  təsir 

oldumu,  yenə  hamısını  yaddan  çıxarar.  Əgər  mən  həmişə 

downloaded from KitabYurdu.org



 

88 


onun  yanında  olmasam,  o  məni  də  yaddan  çıxarar.  O  belə 

adamdır! 

–  Ah,  Nataşa,  bəlkə  də  bunlar  heç  doğru  deyil,  ancaq 

dedi-qodudur. Belə bir uşağın, axı, nə evlənmək vaxtıdır? 

– Sənə deyirəm ki, onun atası başqa fikirdədir. 

–  Sən  axı,  haradan  bilirsən  ki,  o  qız  qəşəng  qızdır, 

Alyoşa da ona meyil edir? 

– Özü dedi. 

–  Necə?!  Özü  dedi?  Özü  sənə  dedi  ki,  mən  başqasını 

sevə  bilərəm?  Səndən  də  özünü  bu  yolda  fəda  etməyi  tələb 

etdi? 

–  Yox,  Vanya,  yox!  Sən  onu  tanımırsan,  sən  onu  az 



görmüsən, ona gərək yaxından bələd olasan, sonra da onun 

haqqında  hökm  verəsən.  Dünyada  onun  qəlbindən  təmiz, 

düz  bir  qəlb  yoxdur!  Yaxşı,  bəs  necə  olsun:  yalan  desin. 

Yalan  desə  yaxşı  olar?  Onun  başqasına  meyil  etməsi  də 

belədir:  bircə  həftə  mən  onu  görməsəm  –  o  məni  unudar, 

başqasını sevər,  lakin  məni  görən kimi  yenə də  ayaqlarıma 

düşər.  Yox!  Yaxşı  ki,  bunu  məndən  gizlətmir,  mən  bunu 

bilirəm,  yoxsa  şübhə  məni  öldürərdi,  Vanya!  Mən  qəti 

downloaded from KitabYurdu.org



 

89 


qərara  gəlmişəm:  əgər  mən  həmişə,  hər  gün,  hər  dəqiqə 

onun  yanında  olmasam,  o  daha  məni  sevməyəcək,  məni 

unudacaq,  məni  atıb  gedəcək.  O  belədir:  hər  yetən  onu  öz 

ardınca  çəkib  apara  bilər.  Onda  mən  nə  edə  bilərəm?  Mən 

ölərəm… ölmək nədi axı! Mən indi də ölməyimə sevinirəm! 

Mən onsuz axı, necə yaşaya bilərəm? Bax, ölümün özündən 

də,  bütün  əzablardan  da  betər  budur!  Ah,  Vanya,  Vanya! 

Mən ki ondan ötrü atamı, anamı atmışam, görünür, bunun da 

bir  səbəbi  vardır.  Mənə  nahaq  yerə  öyüd-nəsihət  verirsən: 

mən  qəti  qərara  gəlmişəm!  O  hər  saat,  hər  dəqiqə  mənim 

yanımda  olmalıdır!  Mən  qayıda  bilmərəm.  Mən  bilirəm  ki, 

məhv olmuşam, başqalarını da məhv etmişəm… – birdən o: 

–  Ah,  Vanya!  –  deyərək  çığırdı  və  bütün  bədəni  titrədi.  – 

Bəlkə o, doğrudan da, daha məni sevmir?! Bəlkə sən indicə 

doğru dedin ki, o ancaq səni aldadır, o sənə elə səmimi, elə 

sədaqətli görünür, o əslində pis və lovğa adamdır (lakin mən 

belə  bir  şey  deməmişdim).  Budur,  indi  mən  onu  sənin 

qarşında müdafiə edirəm, amma o bəlkə elə bu anda başqası 

ilə əylənir, mənə gülür… amma mən, mən alçaq, hamını atıb 

küçələri gəzirəm, onu axtarıram… Ah, Vanya! 

downloaded from KitabYurdu.org



 

90 


Bu  inilti  onun  könlündən  elə  bir  kədərlə  qopdu  ki, 

mənim  bütün  qəlbim  dərdli-dərdli  sızıldadı.  Mən  başa 

düşdüm ki, o öz-özünə hakim olmaq qabiliyyətini tamamilə 

itirmişdir. Yalnız hər şeyə göz yuman, ifrat dərəcəyə varan 

çılğın bir qısqanclıq onu belə bir sərsəm qərara gətirib çıxara 

bilərdi. Lakin mənim də qəlbimdə qısqanclıq hissi alovlanıb 

özünü  büruzə  verdi.  Mən  özümü  saxlaya  bilmədim:  bu 

iyrənc hiss məni öz təsiri altına aldı. 

Dedim ki: 

–  Nataşa,  mən  ancaq  bir  şeyi  başa  düşmürəm:  bu 

şeyləri  ki  indicə  sən  onun  haqqında  dedin,  –  bundan  sonra 

sən  onu  necə  sevə  bilərsən?  Sən  ona  heç  hörmət  etmirsən, 

hətta  onun  sevgisinə  inanmırsan,  amma  həmişəlik  onun 

yanına gedirsən, hamını ondan ötrü məhv edirsən! Axı bu nə 

olan şeydir! Bütün ömrün boyu o səni incidəcək, sən də onu 

incidəcəksən!  Sən  onu  həddindən  artıq  sevirsən,  Nataşa, 

həddindən  artıq  sevirsən!  Mən  belə  bir  sevgini  başa  düşə 

bilmirəm. 

Nataşanın  rəngi,  elə  bil  ki,  duyduğu  bir  ağrıdan 

ağappaq ağardı: 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə