F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə2/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   2   3   4   5   6   7   8   9   ...   161

 

bilməz, bu fövqəladə bir itdir, bunda mütləq fantastik, sehrli 



bir  cəhət  olmalıdır.  Bu  bəlkə  də  it  sifətində  zahir  olmuş 

Mefistofeldir,  onun  taleyi  naməlum,  sirli  yollarla  sahibinin 

taleyi  ilə  bağlıdır.  Ona  baxanda  siz  dərhal  deyəcəksiniz  ki, 

yəqin  bu  it  iyirmi  ildir  ki, ağzına  bir  şey  almamışdır. O  elə 

arıq  idi  ki, deyirdin skeletdir, yaxud  skeletdən  heç də  yaxşı 

olmayan ağası kimi arıq idi. Onun tükü tökülmüşdü, ancaq 

ora-burasında  bir  az  qalmışdı,  tüksüz  quyruğu  ağac  kimi 

sallanırdı,  həmişə  də  bərk-bərk  arxasına  qısılmış  olurdu. 

Uzun  qulaqlı  başı  dərdli-dərdli  aşağı  sallanırdı.  Mən  heç 

ömrümdə  belə  murdar  it  görməmişdim.  Onlar  –  sahibi 

qabaqca,  it  də  onun  dalınca,  küçə  ilə  gedəndə,  itin  burnu 

sahibinin  ətəyinə  dəyirdi,  elə  bil  ki,  onun  burnu  sahibinin 

ətəyinə  yapışdırılmışdı.  Bu  zaman  onların  yerişi  də, 

görünüşü  də,  az  qala  hər  addımda  deyirdi:  “Biz  qocayıq, 

ilahi, biz çox qocayıq!” 

Yadımdadır, bir gün ağlıma belə bir şey gəldi: yəqin bu 

qoca  ilə  it  Qofmanın  Qavarni  tərəfindən  illüstrə  edilmiş 

kitabının  səhifəsindən  birtəhər  sürünə-sürünə  çıxıb,  bu 

nəşrin  canlı  bir  afişası  kimi,  yer  üzündə  gəzir...  Küçənin  o 

downloaded from KitabYurdu.org




 

biri  tərəfinə  keçib,  qocanın  ardınca  qənnadı  dükanına 



girdim. 

Əvvəllər  də  burada  qocanın  çox  qəribə  bir  adam 

olduğunu  bilirdilər,  Miller  son  vaxtlarda  piştaxtanın 

arxasında duraraq, bu xoşa gəlməyən adamın içəri girdiyini 

görüb, narazı halda üz-gözünü turşudurdu. Bu qəribə qonaq 

heç bir şey almazdı. Həmişə gələndə birbaşa küncə, sobanın 

yanına  gedər,  orada  stulda  oturardı.  Sobanın  yanındakı  yer 

tutulmuş  olsa,  qoca  mənasızlıq  ifadə  olunan  heyrət  və 

tərəddüdlə,  onun  yerini  tutan  adamın  qarşısında  bir  qədər 

dayanar,  sonra  da  çətinə  düşmüş  kimi,  o  biri  bucağa, 

pəncərənin  qabağına  gedərdi.  Orada  özünə  bir  stul  seçib 

ağır-ağır  oturardı,  şlyapasını  çıxarıb  yerə  qoyar,  əl  ağacını 

da  şlyapasının  yanına  uzadardı,  sonra  da  stulun  arxasına 

söykənər,  heç  tərpənmədən,  üç-dörd  saat  bu  vəziyyətdə 

qalardı.  O  heç  əlinə  qəzet  almazdı,  bircə  kəlmə  söz 

söyləməzdi, heç səsini də çıxarmazdı, ancaq oturub mənasız, 

cansız nəzərlərlə öz önünə baxardı, lap mərc gəlmək olardı 

ki, o heç bir şey görmür, heç bir şey eşitmirdi. İt də, iki-üç 

dəfə  öz  yerində  hərləndikdən  sonra,  sahibinin  ayağı  altında 

downloaded from KitabYurdu.org




 

qəmgin-qəmgin  uzanar,  dərindən  nəfəs  alıb  burnunu  onun 



çəkmələri arasına soxardı, o da sahibi kimi heç tərpənməzdi, 

elə zənn etmək olardı ki, ölmüşdür. Adama elə gəlirdi ki, bu 

iki  məxluq  bütün  günü  haradasa  ölüb  qalır,  gün  batan  kimi 

birdən  dirilir,  özü  də  ancaq  ona  görə  dirilir  ki,  Millerin 

qənnadı  dükanına  gəlsinlər,  bununla  da  heç  kəsə  məlum 

olmayan  sirli  bir  vəzifəni  yerinə  yetirsinlər.  Qoca  üç-dörd 

saat  oturduqdan  sonra  yerindən  qalxar,  şlyapasını  götürüb 

evinə gedərdi. O ayağa qalxanda it də yerindən qalxar, yenə 

də quyruğunu arxasına qısar, başını aşağı əyib, əvvəlki kimi 

ağır-ağır  onun  ardınca  gedərdi.  Dükana  gələnlər  mümkün 

qədər  ondan  uzaq  olmağa  çalışardılar,  hətta  onun  yanında 

oturmazdılar,  sanki  ondan  ikrah  edirdilər.  Lakin  qoca  bu 

şeyləri duymurdu. 

Qənnadı  dükanına  gələnlərin  çoxu  alman  idi.  Onlar 

bura  Voznesenski  küçəsindən  gəlib  toplaşırdılar.  Hamısı 

müxtəlif  emalatxana  sahibi  idi:  kimisi  dülgər,  kimisi 

şlyapaçı,  kimisi  də  sərrac  idi,  hamısı  da  alman  qaydasınca 

patriarxal  adamlar  idi.  Ümumiyyətlə,  Millerin  dükanında 

patriarxallıq  əlaqələri  nəzərə  çarpırdı.  Çox  vaxt  o,  tanış 

downloaded from KitabYurdu.org




 

10 


adamların  oturduğu  stola  yanaşır,  onların  yanında  oturub 

xeyli  punş  içirdi.  Onun  itləri,  xırda  uşaqları  da  bəzən 

müştərilərin yanına gəlirdi, müştərilər də bu itlərə, uşaqlara 

mehribanlıq göstərirdi. Onlar hamısı bir-birilə tanış idi, bir-

birinə  hörmət  edirdi.  Müştərilər  alman  qəzetləri  oxumağa 

başlayanda,  qapı  dalından,  Millerin  mənzilindən  avqustin

1

 

mahnısının  çatırtılı  səsi  eşidilərdi,  onu  Millerin  ağ  siçana 



oxşayan sarışın saçlı, burma hörüklü böyük qızı pozuq səsli 

fortepianoda  çalardı.  Valsa  məmnuniyyətlə  qulaq  asardılar. 

Mən  rus  jurnallarını  oxumaq  üçün  hər  ayın  ilk  günlərində 

Millerin dükanına gedərdim, bu jurnalları o alırdı. 

Dükana girəndə gördüm ki, qoca pəncərənin qabağında 

oturmuş,  it  də  əvvəlki  kimi,  onun  ayaqları  altında 

uzanmışdır. Mən dinməz-söyləməz küncdə oturub, fikrimdə 

öz-özümə  belə  bir  sual  verdim:  “Mən  bura  niyə  gəldim, 

mənim  ki  burada  heç  bir  işim  yoxdur,  mən  axı  xəstəyəm, 

mən  gərək  tez  evə  gedəydim,  çay  içib  yatağımda 

uzanaydım!”  Öz-özümə  acığım  tutdu.  Qocanı  küçədə 

                                                 

1

О zaman аlmanmeşşanları arasında çoxyayılmış оlаn“Меinlibеr Аuistеn” (“mənim 



sevimliАvqustinim” ) mahnısı. 

downloaded from KitabYurdu.org





Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə