F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə20/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   16   17   18   19   20   21   22   23   ...   161

 

96 


bu  şeyləri  izah  edəcəkdi:  necə  oldu  ki,  belə  bir  uşaq 

Nataşanı özünə məftun edə bildi, onun qəlbində belə çılğın 

bir  sevgini  oyada  bildi;  elə  bir  sevgi  ki,  bu  ona  ən  əsas 

vəzifəsini  unutdura  bilmişdir,  elə  bir  sevgi  ki,  bu  ona  ən 

müqəddəs sandığı adamları qurban vermək dərəcəsinə, belə 

bir ağılsızlığa gətirib çıxarmışdır?! Knyaz mənim əllərimdən 

tutub  bərk-bərk  sıxdı:  bu  zaman  onun  aydın  və  mülayim 

baxışları qəlbimə nüfuz etdi. 

Mən hiss edirdim ki, o mənim düşmənim olduğu üçün, 

–  elə  bircə  bunun  üçün  mən  onun  barəsində  qəti  bir  fikrə 

gəlməkdə  səhv  edə  bilərdim.  Bəli,  mən  onu  sevmirdim, 

boynuma  alıram  ki,  mən  onu  heç  vaxt  sevə  də  bilməzdim, 

bəlkə də onu tanıyanlar içərisində  yalnız mən  onu sevməyə 

bilərdim. Onun bir çox cəhəti, hətta zərif zahiri görünüşü də 

mənim  heç  xoşuma  gəlmirdi,  bəlkə  də  ona  görə  xoşuma 

gəlmirdi ki, o zahirən həddindən artıq zərifdi. Sonralar başa 

düşdüm  ki,  bu  barədə  də  düzgün  fikirləşməmişəm, 

üzgörənlik  eləmişəm.  Alyoşanın  boyu  uca,  bədəni  düz  və 

nazik  idi.  Həmişə  solğun  olan  sifəti  uzunsovdu;  saçları 

sarışındı;  iri  mavi  gözlərində  dalğınlıq  və  məsumluq  ifadə 

downloaded from KitabYurdu.org



 

97 


olunurdu; bu gözlərdə bəzən, birdən, çox sadəlövhcəsinə və 

uşaqcasına  bir  sevinc  parıldayırdı.  Tünd-qırmızı,  kiçik, 

dolğun  və  çox  qəşəng  dodaqlarında  həmişə  bir  ciddiyyət 

sezilirdi,  buna  görə  də  birdən  onun  dodaqlarında  görünən 

təbəssüm  heç  gözlənilməz  bir  şey  olurdu,  həm  də  adamı 

özünə  məftun  edirdi;  bu  təbəssüm  o  qədər  sadə,  o  qədər 

sadəlövhcəsinə  olurdu  ki,  ona  baxan  adam  necə  bir  əhvali-

ruhiyyədə olsa da, elə o saat, onun ardınca, eynən onun kimi 

gülümsəmək  ehtiyacını  duyurdu;  o  şıq  geyinmirdi,  amma 

həmişə  zərif  geyinirdi;  aydın  görünürdü  ki,  hər  işdə  belə 

zəriflik  göstərməkdə  o  zərrə  qədər  də  çətinlik  çəkmir,  –  bu 

zəriflik  onda  fitridir.  Doğrudur,  onda  da  bir  qədər  pis 

hərəkətlər,  kübar  cəmiyyətində  yaxşı  hesab  edilən  pis 

adətlər,  yüngülməcazlıq,  özünü  bəyənmək,  nəzakətlilik, 

ədabazlıq vardı. Lakin o, həddindən artıq ürəyiaçıq və sadə 

idi,  bu  pis  adətlərini  hamıdan  əvvəl  özü  ifşa  edirdi,  bunun 

peşmançılığını çəkər, özü öz hərəkətlərinə gülərdi. Mənə elə 

gəlir ki, bu  uşaq  heç  vaxt, hətta  zarafat üçün  də olsa, yalan 

deyə bilməzdi, yalan desə də bunda pis bir cəhət görməzdi. 

Onun  xudbinliyi  özü  də  adamı  özünə  cəzb  edirdi, bəlkə də 

downloaded from KitabYurdu.org



 

98 


ona  görə  cəzb edirdi  ki,  bu xudbinliyini o gizlətmirdi,  açıq 

göstərirdi.  Onda  gizli  heç  bir  şey  yox  idi.  O  zəifdi,  adama 

tez  inanırdı,  özü  də  ağciyərdi;  qətiyyən  iradəsi  yox  idi. 

Körpə uşağı aldatmaq, incitmək günah olduğu kimi, onu da 

aldatmaq  və  incitmək  günahdı,  həm  də  adamın  ona  yazığı 

gələrdi. O öz yaşına görə çox sadəlövh idi, əsl həyatdan heç 

başı çıxmırdı, yəqin o, qırx yaşında da həyatı bilməyəcəkdi. 

Belə  adamlar,  adətən,  bütün  ömürləri  boyu  uşaq  olub 

qalırlar.  Mənə  elə  gəlir  ki,  onu  sevməyən  bircə  adam  da 

tapılmazdı;  o,  körpə  uşaq  kimi  sizə  mehribanlıq  edərdi. 

Nataşa doğru deyirdi: o, başqa bir adamın təsirinə qapılaraq 

pis  bir  iş  də  tuta  bilərdi;  lakin  sonra  bu  işin  nəticəsni  dərk 

edərək,  peşman  olub  xəcalətdən  yerə  girərdi.  Nataşa  hiss 

edirdi ki, o, Alyoşanın ağası, hökmdarı, hətta onun qurbanı 

olacaqdır.  O,  istədiyi  adamı  dəlicəsinə  sevmək,  onu  əzab 

çəkmək dərəcəsinə qədər incitmək həzzini indidən duyurdu; 

ancaq sevdiyi üçün incitmək! Buna görə də bəlkə o əvvəlcə 

özünü qurban verməyə tələsirdi. Lakin Alyoşanın da gözləri 

məhəbbətlə  gülürdü;  o,  fərəhlə  Nataşaya  baxırdı.  Nataşa 

qalibiyyət  təntənəsilə  mənə  baxdı.  Bu  anda  o  hər  şeyi 

downloaded from KitabYurdu.org



 

99 


unutmuşdu:  ata-anasını  da,  bağışlanacağını  da,  şübhələrini 

də… O xoşbəxt idi. 

Çığıraraq dedi: 

– Vanya! Mən bunun qarşısında müqəssirəm, mən buna 

layiq  deyiləm!  Alyoşa,  mən  elə  bilirdim  sən  daha 

gəlməyəcəksən. Vanya, mənim söylədiyim pis fikirləri unut! 

– Sonra dərin bir məhəbbətlə Alyoşaya baxaraq əlavə etdi: – 

mən bunları düzəldərəm! – Alyoşa gülümsəyərək Nataşanın 

əlini  öpdü  və  onun  əlini  əlindən  buraxmayaraq  mənə  tərəf 

döndü. 


–  Məni  də  müqəssir  tutmayın,  –  dedi.  –  Mən  çoxdan 

istəyirdim ki, sizi bir qardaş kimi qucaqlayıb bağrıma basım; 

Nataşa  sizin  haqqınızda  mənə  çox  şeylər  danışmışdır!  Bu 

vaxta  qədər  biz  bir-birimizi  tanıyırıq,  amma  yaxından  tanış 

deyilik.  Gəlin  dost  olaq…  bizi  əfv  edin,  –  lakin  bunu  elə 

gözəl  bir  təbəssümlə  dedi  ki,  mən  bütün  qəlbimdə  onun 

təbrikinə cavab verməyə bilmədim. 

Nataşa onun sözünə qüvvət verərək dedi: 

–  Hə,  hə,  Alyoşa,  Vanya  bizimdir,  o  bizim 

qardaşımızdır,  o  bizi  əfv  etmişdir,  onsuz  biz  xoşbəxt  ola 

downloaded from KitabYurdu.org



 

100 


bilmərik! Mən sənə demirdimmi… Ah, Alyoşa, biz amansız 

uşaqlarıq! Biz üçlükdə yaşayacağıq… Vanya! – Qız sözünə 

davam edib dodaqları titrədi. – İndi sən evə, onların yanına 

qayıdacaqsan. Sənin elə gözəl bir qəlbin var ki, onlar məni 

əfv etməsələr də, sənin əfv etdiyini görüb, heç olmasa bir az 

yumşalarlar… sən öz ürək sözünlə bunların hamısını onlara 

danış;  bu  sözləri  tap…  məni  müdafiə  et,  xilas  et;  bunun 

səbəblərini,  necə  özün  başa  düşmüsənsə,  elə  də  onlara  de. 

Bilirsənmi, Vanya, sən bu gün olmasaydın, bəlkə də mən bu 

qərara  gəlməzdim!..  Sən  mənim  xilaskarımsan;  mən  o  saat 

ümidimi sənə bağladım, ürəyimdə dedim ki, sən bunu onlara 

elə  deyə  bilərsən  ki,  heç  olmasa,  bunun  ilk  dəhşətini  onlar 

üçün  yumşaltmış  olarsan.  Ah,  ilahi,  ilahi!..  Vanya,  mənim 

adımdan  onlara  de  ki,  mən  bilirəm,  indi  məni  əfv  etmək 

olmaz,  onlar  əfv  etsə  də,  Allah  əfv  etməz,  lakin  əgər  onlar 

məni qarğısalar da, mən bütün ömrüm boyu onlara xeyir-dua 

edəcəyəm.  Mənim  bütün  qəlbim  onların  yanında  olacaqdır! 

Ah,  niyə  biz  hamımız  xoşbəxt  deyilik?!  Niyə  axı  niyə?.. 

İlahi! Bu nə iş idi mən tutdum! – deyərək öz qəbahətini başa 

düşmüş  kimi,  birdən  çığırdı,  əllərilə  üzünü  örtdü,  bütün 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə