F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə22/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   18   19   20   21   22   23   24   25   ...   161

 

106 


Əsas  məsələ  budur  ki,  ona  pul  verəcəklər...  Sizə  ki  pul 

verirlər... 

Mən gülümsəməyə bilmədim. 

O da gülümsəyərək dedi: 

–  Siz  gülürsünüz!  –  sonra  o  heç  ağlagəlməz  bir 

sadəlövhlüklə  əlavə  etdi.  –  Bir  qulaq  asın,  siz  mənə  belə 

baxmayın,  doğrudan  da,  məndə  çox  böyük  müşahidəçilik 

var,  özünüz  görəcəksiniz.  Niyə  bir  gücümü  sınamayım? 

Bəlkə bir şey çıxdı... Amma deyəsən, siz haqlısınız: mən axı 

əsl  həyata  heç  bələd  deyiləm.  Nataşa  da  bunu  mənə  deyir, 

əslində bunu mənə hamı deyir, bəs onda mən necə yazıçı ola 

bilərəm?  Gülün,  gülün,  mənim  səhvimi  düzəldin,  siz  axı 

bunu  Nataşanın  xətri  üçün  edərsiniz,  siz  ki  onu  sevirsiniz. 

Mən sizə doğrusunu deyim: mən ona heç layiq deyiləm, mən 

bunu  hiss  edirəm,  bu  mənə  çox  ağır  gəlir,  ancaq  heç 

bilmirəm, o məni nə üçün bu qədər sevir?! Doğrudan da, bu 

vaxta  qədər  mən  heç  bir  şeydən  qorxmurdum,  amma  indi 

qorxuram, axı bu nə işdir biz tuturuq?! İlahi! Bir adam ki, öz 

borcuna  tamamilə  sədaqətlə  yanaşır,  niyə  axı  bu  borcunu 

yerinə  yetirmək  üçün,  elə  bil  qəsdən,  onun  bacarığı  və 

downloaded from KitabYurdu.org



 

107 


möhkəm  iradəsi  olmur?  Heç  olmasa  siz  bizə  kömək  edin, 

bizim dostumuz! Bizim indi bircə dostumuz qalmışdır – o da 

sizsiniz. Mən axı nə başa düşürəm? Məni bağışlayın ki, sizə 

bu qədər arxayınlıq göstərirəm! Mən sizi çox nəcib bir insan 

hesab  edirəm,  siz  məndən  çox-çox  yaxşı  bir  adamsınız! 

Lakin siz lap əmin olun ki, mən özümü düzəldəcəyəm, sizin 

hər ikinizə layiq bir adam olacağam. 

Alyoşa yenə də əlini sıxdı, onun gözəl gözlərində xoş, 

gözəl  bir  hiss  parıldadı.  O,  əlini  böyük  bir  inamla  mənə 

uzadır, mənim dostluğuma ürəkdən inanırdı! 

O, sözünə davam edərək dedi: 

– Nataşa mənim düzəlməyimə kömək eləyər. Siz bizim 

barəmizdə  çox  da  pis  fikirdə  olmayın,  çox  da  bizim 

dərdimizi  çəkməyin!  Mənim  hər  halda,  ümidim  çoxdur, 

maddi  cəhətdən  də  biz  tamamilə  təmin  olunacağıq.  Mən, 

məsələn,  roman  yazmağa  müvəffəq  olmasam  (doğrusunu 

deyim ki, mən bu barədə əvvəllər də düşünmüşdüm, roman 

axmaq  şeydir,  bayaq  bunu  ancaq  ona  görə  dedim  ki,  sizin 

rəyinizi  bilim),  bəli,  müvəffəq  olmasam,  onda  mən  bəd 

ayaqda,  musiqi  dərsi  verə  bilərəm.  Musiqiyə  bələd 

downloaded from KitabYurdu.org



 

108 


olduğumdan, sizin xəbəriniz yoxdur, elə deyilmi? Mən belə 

bir  əməklə  yaşamaqdan  da  utanmıram.  Bu,  tamamilə  yeni 

bir  fikirdir.  Bir  də  ki,  mənim  çox  qiymətli,  lakin 

əhəmiyyətsiz tualet şeylərim vardır, onlar axı nəyə lazımdır? 

Mən onları sataram, heç bilirsən biz bu pula nə qədər yaşaya 

bilərik? Lap, bəd ayaqda, mən bəlkə qulluğa girərəm. Atam 

hətta buna sevinər də, o elə həmişə deyir ki, get qulluq elə, 

mən  də  kefsiz  olduğumu  bəhanə  edib  getmirəm  (amma  o 

mənim adımı harasa yazdırmışdır). O görəndə ki evlənməyin 

mənə xeyri olmuşdur, məni ağıllandırmışdır, mən doğrudan 

da, qulluq etməyə başlamışam, sevinəcək, məni əfv edəcək... 

– Aleksey Petroviç, bu işdən sonra sizin atanızla onun 

atası  arasında  necə  bir  hadisə  baş  verəcəyini  heç 

düşünmürsünüzmü?  Sizin  fikrinizcə,  bu  axşam  Nataşagilin 

evində nələr olacaqdır? 

Mən  ona,  mənim  bu  sözlərimdən  meyit  kimi  donub 

qalan Nataşanı göstərdim. Mən amansız idim. 

Alyoşa dedi: 

– Bəli, bəli, siz haqlısınız, bu dəhşətdir! Mən bu barədə 

düşünmüşəm,  qəlbən  əzab  da  çəkmişəm...  Ancaq  nə  etmək 

downloaded from KitabYurdu.org



 

109 


olar? Siz haqlısınız, heç olmasa, Nataşanın ata-anası bizi əfv 

edəydi!..  Siz  bilirsiniz,  mən  onları  nə  qədər  istəyirəm!  Axı 

onlar  mənə  ata-analıq  ediblər,  amma  mən,  gör  bunun 

əvəzində  nə  edirəm!..  Buna  görə  də  mən  onların  dərdinə 

yanıram!.. Ah, bu dava-dalaş, bu məhkəmə çəkişmələri! Heç 

bilirsinizmi bu indi bizim üçün necə bir ovqattəlxlikdir, siz 

buna  inana  bilməzsiniz!  Axı  onlar  nə  üçün  dalaşırlar? 

Hamımız  gör  bir-birimizi  necə  sevirik,  amma  dalaşırıq  da! 

Barışaydılar, məsələ də qurtarıb gedəydi! Düzü, mən onların 

yerinə  olsaydım,  belə  edərdim...  Sizin  sözlərinizdən  mən 

dəhşətə gəlirəm! Nataşa, bizim bu tutduğumuz iş çox yaman 

işdir!  Mən  əvvəl  də  bunu  deyirdim...  Sən  özün  israr 

edirsən... İvan Petroviç, bir qulaq asın, bəlkə bu iş yaxşılıqla 

başa  gəldi,  siz  necə  bilirsiniz?  Axı  onlar  bir  gün 

barışacaqlar! Biz onları barışdırarıq. Bu mütləq belə olacaq! 

Onlar  bizim  sevgimizin  qarşısında  dura  bilməyəcəklər... 

Qoy  onlar  bizə  qarğısınlar,  amma  biz  onları  yenə  də 

sevəcəyik,  onda  onlar  dayana  bilməyəcəklər,  barışacaqlar. 

Bəzən  atamın  ürəyi  elə  yumşaq  olur  ki,  siz  buna  heç  inana 

bilməzsiniz!  Siz  onun  elə  qaşqabaqlı  baxmasına  fikir 

downloaded from KitabYurdu.org



 

110 


verməyin,  ayrı-ayrı  məsələlərdə  çox  düşüncəlidir!  Heç 

bilirsiniz  bu  gün  o  mənimlə  necə  yumşaq  danışırdı,  məni 

necə  inandırırdı!  Amma  mən  elə  bu  gün  də  onun  əleyhinə 

gedirəm,  bu  mənə  çox  ağır  gəlir.  Hamısı  da  nədəndir?  O 

yaramaz  adətlərdən!  Dəlilikdir,  ayrı  bir  şey  deyil!  O  heç 

olmasa,  bircə  kərə  Nataşaya  əməlli-başlı  baxsaydı,  onunla 

yarımca  saat  oturub  söhbət  eləsəydi,  nə  olardı?!  Elə  o  saat 

hər şeyə icazə verərdi, məsələ də qurtarıb gedərdi. 

Alyoşa  bunu  deyərkən  Nataşaya  mehribanca  və 

ehtirasla baxdı, yenə də gəvəzələyərək dedi: 

–  Atam  Nataşanı  tanıyandan  sonra  onu  çox-çox 

sevəcək.  Nataşa  onları  özünə  valeh  edəcək,  mən  bunu  azı 

min  dəfə  məmnuniyyətlə  təsəvvür  etmişəm!  Axı  onlar  belə 

bir qız görməmişlər! Atam bu fikirdədir ki, Nataşa fitnəkar 

bir qızdır. Mənim borcum budur ki, onun namuslu, təmiz bir 

qız olduğunu isbat edim, mən bunu edəcəyəm! Ah, Nataşa! 

Hamı səni sevəcək, hamı! – sonra iftixarla əlavə etdi. – Elə 

bir  adam  yoxdur  ki,  o  səni  sevməyə  bilsin!  Mən  sənə 

tamamilə layiq olmasam da, sən məni sev, Nataşa, mən də... 

Sən ki məni tanıyırsan! Bir də ki, bizim xoşbəxt olmağımız 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə