F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə23/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   19   20   21   22   23   24   25   26   ...   161

 

111 


üçün çox şeymi lazımdır?! Yox, mən inanıram, inanıram ki, 

bu axşam özü ilə bizim hamımıza xoşbəxtlik, barışıq, razılıq 

gətirəcək!  Bu,  müqəddəs  bir  axşam  olacaq!  Elə  deyilmi, 

Nataşa? Sənə nə oldu? İlahi! Sənə nə oldu? 

Nataşanın  rəngi  meyit  kimi  ağarmışdı.  Alyoşa 

danışdıqca Nataşa diqqətlə ona baxırdı, baxdıqca da gözləri 

get-gedə dumanlanır, bir nöqtəyə dikilib qalır, bənizi də get-

gedə  ağarırdı.  Mənə  elə  gəlirdi  ki,  o  daha  Alyoşaya  qulaq 

asmırdı,  sanki  özündən  getmişdi.  Alyoşanın  son  sözləri 

sanki  onu  birdən  ayıltdı.  O,  ətrafına  baxdı,  birdən  mənim 

üstümə  gəldi.  Tələsə-tələsə,  sanki  Alyoşadan  gizlədirmiş 

kimi, cibindən bir məktub çıxarıb mənə verdi. Məktub onun 

ata-anasına  çatacaqdı,  özü  də  dünən  yazılmışdı.  Məktubu 

verərkən  diqqətlə  mənə  baxdı,  sanki  o  öz  baxışı  ilə  mənə 

zəncirlənmişdi.  Onun  baxışında  dərin  bir  ümidsizlik  vardı, 

bu  dəhşətli  baxışlar  heç  vaxt  yadımdan  çıxmayacaq.  Məni 

də dəhşət aldı, mən gördüm ki, tutduğu işin bütün dəhşətini 

o ancaq indi tamamilə hiss etmişdi. O çalışırdı ki, mənə bir 

söz  desin,  hətta  deməyə  də  başladı,  lakin  birdən  özündən 

getdi.  Mən  onu  tutdum,  yıxılmağa  qoymadım.  Qorxudan 

downloaded from KitabYurdu.org



 

112 


Alyoşanın  rəngi  qaçdı:  o,  Nataşanın  gicgahlarını  ovur, 

əllərini, dodaqlarını öpürdü. Bir-iki dəqiqədən sonra Nataşa 

ayıldı.  Alyoşanın  gəldiyi  kareta  bir  az  kənarda  durmuşdu, 

Alyoşa  sürücünü  çağırdı.  Nataşa  karetaya  minərkən,  dəli 

kimi  əlimi  tutdu,  barmaqlarımın  üstünə  bir  damcı  isti 

gözyaşı  düşdü,  bu  gözyaşı  od  kimi  barmağımı  yandırdı. 

Kareta  yola  düşdü.  Mən  xeyli  öz  yerimdə  durub  onların 

ardınca  baxdım.  Mənim  bütün  xoşbəxtliyim  də  bu  anda 

məhv oldu, həyatım parçalanıb iki yerə bölündü. Mən bunu 

böyük bir ürəkağrısı ilə hiss etdim...  Gəldiyim  yol ilə ağır-

ağır  Nataşanın  qoca  ata-anasının  yanına  döndüm.  Mən 

bilmirdim  onlara  nə  deyəcəyəm,  içəri  necə  girəcəyəm! 

Fikrim başımda donur, ayaqlarım tutulurdu... 

Bəli,  mənim  bütün  xoşbəxtliyimin  tarixi  bundan 

ibarətdir,  mənim  sevgim  bu  cür  həll  olunub  qurtardı.  İndi 

mən yarımçıq qoyduğum söhbətimi davam etdirəcəyəm. 

 

downloaded from KitabYurdu.org




 

113 


X FƏSİL 

 

Smit öləndən beş gün sonra mən onun otağına köçdüm 



və  bütün  günü  son  dərəcə  qəmgin  oldum.  Hava  pis  idi, 

soyuq  idi,  sulu  qar  yağırdı.  Ancaq  ikindi  vaxtı  günəş  bir 

anlığa  göründü,  azğın  düşmüş  bir  parça  şüa,  yəqin  ki, 

maraqlandığı  üçün  mənim  də  otağıma  düşdü.  Bu  otağa 

köçdüyümə  peşman  olmuşdum.  Otaq  böyük  olsa  da,  çox 

alçaq idi, hisli idi, ondan kif iyi gəlirdi, içində bir az mebel 

olsa  da  boş  görünürdü,  bu  boşluq  adama  pis  təsir 

bağışlayırdı. Elə onda mən düşünmüşdüm ki, bu otaqda az-

çox  qalan səhhətimi  də  mütləq pozub  məhv  edəcəyəm.  Elə 

belə də oldu. 

Bütün  səhəri  öz  kağızlarımla  məşğul  oldum,  onları 

nizama salırdım. Portfelim olmadığından, onları balışüzündə 

gətirmişdim,  buna  görə  də  bütün  kağızlar  əzilmişdi,  bir-

birinə  qarışmışdı.  Sonra  oturub  yazmağa  başladım.  Mən 

onda  öz  böyük  romanımı  yazırdım.  Lakin  iş  yenə  də  irəli 

getmədi, çünki başım ayrı şeylərlə dolu idi... 

downloaded from KitabYurdu.org



 

114 


Qələmi  stolun  üstünə  atıb,  pəncərənin  qabağında 

oturdum. Hava qaralırdı, məni daha artıq qəm-qüssə basırdı. 

Cürbəcür  ağır  fikirlər  hər  tərəfdən  məni  bürüyürdü.  Mənə 

elə gəlirdi ki, Peterburqda, nəhayət, məhv olacağam, bu fikir 

məndən əl çəkmirdi. Yaz yaxınlaşırdı, düşünürdüm ki, yəqin 

mən  bu  qoz  qabığından  geniş  dünyaya  çıxsam,  çöllərin, 

meşələrin  təravətli  qoxusunu  tənəffüs  etsəm,  sağalacağam, 

çoxdandı  bu  çölləri,  meşələri  görmürdüm!  Yadımdadır, 

ağlıma belə bir şey gəldi, bir sehrlə, yaxud möcüzə ilə son 

illərdə  bütün  olmuş  şeyləri,  keçirdiyim  həyatı  tamamilə 

unutsaydım,  nə  yaxşı  olardı!  Hər  şeyi  unudaydım,  fikrim 

təzələnəydi,  sonra  yenə  də  yeni  qüvvə  ilə  başlayaydım. 

Onda  hələ  də  bu  xəyal  ilə  yaşayırdım,  yenidən 

dirçələcəyimə  ümid  edirdim.  Nəhayət,  bu  qərara  gəldim: 

“Heç olmasa, gedim dəlixanaya girim ki, qoy bütün beynim 

alt-üst olsun, başqa cür qurulsun, sonra yenə də sağalım. Axı 

məndə  yaşamaq  ehtirası  və  buna  inam  vardı!..  Bu  da 

yadımdadır  ki,  elə  o  saat  öz-özümə  güldüm:  Dəlixanadan 

çıxandan  sonra  nə  etməli  idim?  Yenə  də  romanmı 

yazmaq?..” 

downloaded from KitabYurdu.org



 

115 


Bu  qayda  ilə  mən  düşünürdüm,  kədərlənirdim,  amma 

vaxt  keçirdi.  Hava  qaralmışdı.  Bu  axşam  Nataşa  ilə 

görüşəcəkdim,  vədələşmişdik,  hələ  dünən  kağız  göndərib 

məni  öz  yanına  çağırtdırmışdı.  Tez  yerimdən  qalxıb 

hazırlaşmağa başladım. Onsuz da istəyirdim ki, bu otaqdan 

tez  çıxım,  hara  olsa,  lap  yağışın  altına  da  olsa,  çiskinə  də 

olsa çıxım. 

Hava  qaraldıqca  otağım  sanki  genişlənirdi,  sanki  get-

gedə böyüyürdü. Mənə elə gəlirdi ki, hər axşam hər bucaqda 

Smiti  görəcəyəm,  o  oturub,  qənnadı  dükanında  Adam 

İvanoviçə baxan kimi,  tərpənmədən  mənə  baxacaq,  Azorka 

da ayağının altında yatmış olacaq. Bax, elə bu anda başıma 

bir hadisə gəldi və bu məni son dərəcə təəccübləndirdi. 

Lakin  bir  şeyi  açıqca  etiraf  etmək  lazımdır:  bilmirəm 

əsəblərimin  pozğunluğundanmı,  ya  da  bu  yaxında 

keçirdiyim  malxulyadanmı,  hər  nədənsə,  hər  gün  hava 

qaralmağa başlayanda, mən yavaş-yavaş, ağır-ağır qəribə bir 

ruhi vəziyyətə düşürəm. Bu isə indiki xəstəliyimdə axşamlar 

tez-tez başıma gəlir, mən buna mistik dəhşət deyirəm. Bu ən 

ağır,  ən  əzabverici  bir  qorxudur.  Mən  bu  zaman  nədənsə 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə