F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə24/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   20   21   22   23   24   25   26   27   ...   161

 

116 


qorxmağa başlayıram, lakin bu şeyin nədən ibarət olduğunu 

heç  özüm  də  müəyyən  edə  bilmirəm.  Bu  ağlagəlməz,  adi 

qayda üzrə meydanda olmayan bir şeydir, amma elə bil ki, 

bu şey bu saat mütləq meydana çıxacaqdır, sanki əqlin bütün 

dəlillərinə  zidd  olaraq,  bu  şey  yanıma  gələcək,  dəfedilməz, 

dəhşətli,  çirkin,  rəhmsiz  bir  fakt  kimi  qarşımda  duracaqdır. 

Bu qorxu, şüurun bütün dəlillərinə baxmayaraq, adətən, get-

gedə  daha  da  artır,  belə  ki,  əql  bu  anda  bəlkə  də  daha 

aydınlıq  kəsb  etsə  də,  bu  qorxu  hissinə  qarşı  durmaq 

imkanından  məhrum  olur.  Əqlin  dəlillərinə  qulaq  asılmır, 

bu,  mənfəətsiz  bir  şey  olur,  bu  ikiləşmə  qorxu  və  intizar 

kədərini daha da qüvvətləndirir. Mənə elə gəlir ki, meyitdən 

qorxan  adamların  duyduğu  kədər  də  qismən  belə  bir 

kədərdir.  Lakin  mənim  kədərimlə  təhlükənin  müəyyən 

olmaması əzabı daha da artırır. 

Yadımdadır, mən arxası qapıya durub stoldan şlyapamı 

götürürdüm,  elə  bu  anda,  birdən  ağlıma  belə  bir  şey  gəldi: 

geri  dönüb  baxanda  mütləq  Smiti  görəcəyəm.  O,  əvvəl 

qapını  yavaşca  açacaq,  astanada  dayanacaq,  otağı  gözdən 

keçirəcək,  sonra  da  başını  aşağı  dikərək  astadan  içəri 

downloaded from KitabYurdu.org



 

117 


girəcək,  qarşımda  dayanacaq,  sönük  gözlərini  mənə 

zilləyəcək,  birdən  dişsiz  ağzını  açaraq,  düz  gözümün  içinə 

səssizcə,  uzun-uzadı  güləcək,  bu  gülüşdən  onun  bütün 

bədəni  xeyli  titrəyəcək.  Bu  şeylər  son  dərəcə  açıq-aydın 

şəkildə  birdən  mənim  təsəvvürümdə  canlandı,  eyni 

zamanda,  birdən  məndə  çox  dolğun,  dəfedilməz  bir  inam 

əmələ  gəldi  ki,  bu  şeylər  mütləq  olacaq  və  artıq  olmuşdur 

da,  ancaq  mən  bunu  görmürəm,  çünki  mən  arxam  qapıya 

tərəf  durmuşam,  lap  elə  bu  anda  bəlkə  də  qapı  açılır.  Tez 

dönüb baxdım. Nə gördüm? Qapı doğrudan da, bir az əvvəl 

təsəvvür  etdiyim  kimi,  səssizcə,  yavaş-yavaş  açılırdı.  Mən 

çığırdım. Xeyli vaxt keçdi, içəri girən olmadı, elə bil ki, qapı 

öz-özünə  açılmışdı.  Birdən  astanada  qəribə  bir  məxluq 

göründü,  qaranlıqda  kiminsə  gözləri  diqqətlə  düz  mənə 

baxırdı. Bütün bədənimə üşütmə doldu. Dəhşət içində baxıb 

gördüm  ki,  bu  bir  uşaqdır,  qızdır.  Hətta  bu  gələn  Smit  özü 

olsaydı,  bəlkə  də  o  məni,  belə  bir  vaxtda  tanımadığım  bir 

uşağın  çox  qəribə  bir  halda,  heç  gözlənilmədən  otağıma 

gəlməsi qədər qorxutmazdı. 

downloaded from KitabYurdu.org




 

118 


Bayaq dedim ki, o, qapını çox yavaşca açmışdı, elə bil 

ki, içəri girməkdən qorxurdu. Sonra da astanada durub xeyli 

vaxt  heyrətlə  mənə  baxdı.  O,  tetanus  xəstəliyinə  tutulmuş 

adam  kimi,  yerində  donub  qalmışdı.  Nəhayət,  səssizcə, 

yavaş-yavaş  iki  addım  atıb  qarşımda  dayandı.  O  hələ  də 

bircə kəlmə söz demirdi. Yaxından ona diqqətlə baxdım. Bu, 

on iki-on üç yaşlı, balaca boylu, arıq, solğun bənizli bir qız 

idi,  elə  bil  ki,  ağır  xəstəlikdən  təzəcə  durmuşdu.  Onun  iri, 

qara  gözləri  parıldayırdı.  Qız  sol  əli  ilə  sinəsinə  sıxdığı 

köhnə, yırtıq yaylığını tutmuşdu, bu yaylıqla hələ də axşam 

soyuğundan  titrəyən  sinəsini  örtmüşdü.  Onun  əynindəki 

paltarını,  tam  mənası  ilə  cır-cındır  adlandırmaq  olardı.  Sıx, 

qara saçı pırtlaşıb bir-birinə qarışmışdı. Biz bu qayda ilə iki 

dəqiqə durub diqqətlə bir-birimizə baxdıq. 

Nəhayət, o, güclə eşidilən xırıltılı səslə dedi: 

–  Babam  hanı?  –  sanki  onun  döşü,  yaxud  boğazı 

ağrıyırdı. 

Bu  sual  ilə  bütün  mistik  dəhşət  məndən  rədd  oldu. 

Smiti  soruşurdular,  heç  gözlənilmədiyi  halda  onun  adamı 

gəlmişdi. 

downloaded from KitabYurdu.org



 

119 


Mən  onun  sualına  cavab  verməyə  qətiyyən  hazır 

deyildim, birdən: 

–  Sənin  baban?  O  ki  ölüb!  –  dedim,  dediyimə  də 

peşman oldum. 

Qız bir az əvvəlki vəziyyətdə dayandı, birdən titrəməyə 

başladı, o elə bərk titrəyirdi ki, sanki təhlükəli, əsəbi bir ürək 

getməsinə  tutulacaqdı.  Yıxılmamaq  üçün  onu  tutmaq 

istədim. Bir neçə dəqiqədən sonra onun halı yaxşılaşdı, mən 

aydın görürdüm ki, o, fövqəladə bir qüvvə ilə öz həyəcanını 

məndən gizlətməyə çalışır. 

–  Qızım,  bağışla  məni,  bağışla!  –  dedim.  –  Bağışla, 

körpə balam! Mən bunu belə qəfildən sənə dedim. Bəlkə də 

bu  heç  sən  deyən  deyil...  Yazıq  qız!  Sən  kimi  axtarırsan? 

Burada yaşayan qocanı? 

O,  güclə  pıçıldayaraq,  narahat  halda  mənə  baxaraq 

dedi: 


– Bəli. 

– Onun familiyası Smit idi? Hə? 

– Bəli! 

downloaded from KitabYurdu.org




 

120 


–  Elə  odur...  Hə,  ölən  elə  o  özüdür...  Mənim  körpə 

balam,  ancaq  sən  dərd  çəkmə!  Bəs  niyə  gəlmirdin?  İndi 

hardan gəlmisən? Onu dünən basdırdılar. O, qəfildən öldü... 

Sən onun nəvəsisən? 

Qız  mənim  tələsik  və  nizamsız  suallarıma  cavab 

vermirdi.  O,  dinməz-söyləməz,  üzünü  çevirib,  yavaş-yavaş 

qapıya tərəf getdi. Mən elə bir dərin həyəcan içində idim ki, 

onu daha nə saxlaya bildim, nə də ondan əlavə bir şey soruşa 

bildim.  Qız  yenə  də  qapının  ağzında  dayandı,  bir  az  mənə 

tərəf dönərək soruşdu: 

– Azorka da öldü? 

–  Hə,  Azorka  da  öldü,  –  dedim  və  onun  sualı  mənə 

qəribə göründü. 

Sanki  o  da  yəqin  bilirdi  ki,  Azorka  mütləq  qoca  ilə 

bərabər ölməlidir. 

Qız  mənim  cavabımı  eşitdikdən  sonra  otaqdan  çıxıb, 

qapını üsulluca örtdü. 

Bir  dəqiqə  sonra  mən  onun  arxasınca  yüyürdüm,  onu 

əldən buraxdığım üçün öz-özümü danlayırdım! O elə yavaş 

getmişdi  ki,  pilləkən  qapısını  açdığını  da  heç  eşitmədim. 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə