F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə25/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   21   22   23   24   25   26   27   28   ...   161

 

121 


Deyirdim  ki,  o  hələ  pilləkəndən  düşüb  gedə  bilməz,  buna 

görə də dəhlizdə durub qulaq asdım. Lakin heç bir səs-səmir 

yox  idi.  Heç  kəsin  ayaq  səsi  eşidilmirdi.  Ancaq  aşağı 

mərtəbədə kiminsə qapısı örtüldü, yenə də sakitlik oldu. 

Mən  cəld  aşağı  düşməyə  başladım.  Pilləkən  mənim 

otağımdan,  yəni  beşinci  mərtəbədən  dördüncü  mərtəbəyə 

kimi  burma-burma,  dördüncü  mərtəbədən  isə  düz  idi.  Bu 

pilləkən  də  xırda  otaqlı  böyük  evlərin  pilləkənləri  kimi, 

çirkli  və  qara  idi,  həmişə  də  qaranlıq  olurdu.  İndi  isə  bura 

lap  qaranlıq  idi.  Əllərimi  pilləkənə  sürtə-sürtə  dördüncü 

mərtəbəyə  enib  dayandım.  Birdən  elə  bil  mənə  dedilər  ki, 

burda  kim  isə  var,  səndən  gizlənmişdir.  Əllərimlə  yan-

yörəmi  yoxlamağa  başladım:  qız  burada  idi,  küncdə  durub 

üzünü  divara  çevirərək  astadan  ağlayırdı,  elə  ağlayırdı  ki, 

onun səsini heç eşitmək olmurdu. 

Dedim ki: 

–  Mənə  bax,  sən  axı  nədən qorxursan?  Səni qorxudan 

mən  oldum,  təqsir  məndədir.  Baban  öləndə  sənin  barəndə 

danışdı,  bu  onun  son  sözləri  idi..  Onun  kitabları  da  məndə 

downloaded from KitabYurdu.org




 

122 


qalmışdır,  yəqin  səninkilərdir.  Sənin  adın  nədir?  Harada 

yaşayırsan? O deyirdi ki, altıncı küçədə... 

Mən  sözümü  qurtara  bilmədim.  O  birdən  diksinib 

çığırdı,  sanki  harada  yaşadığını  bildiyim  üçün  qorxmuşdu, 

sümükləri  çıxmış  arıq  əli ilə  məni itələyib,  pilləkənlə  aşağı 

yüyürdü.  Mən  də  onun  arxasınca  qaçdım,  onun  ayaq  səsi 

hələ  də  aşağıdan  gəlirdi.  Səs  birdən  kəsildi...  Küçəyə 

çıxdım:  o  yox  idi.  Voznesenski  küçəsinə  qədər  yüyürdüm, 

gördüm  ki,  mənim  bu  səyim  nahaqdır.  Qız  yox  olmuşdu. 

Düşünərək  öz-özümə  dedim:  “Mən  pilləkəndən  düşəndə, 

görünür, o qaçıb haradasa gizlənmişdir”. 

 

downloaded from KitabYurdu.org




 

123 


XI FƏSİL 

 

Mən  küçənin  palçıqlı,  yaş  səkisinə  ayaq  basan  kimi, 



yoldan keçən bir adama rast gəldim: o, başını aşağı əyərək, 

yəqin  ki,  fikrə  dalmış  halda,  tələsə-tələsə  harasa  gedirdi. 

Mən  onun  qoca  İxmenyev  olduğunu  görüb  çox  təəccüb 

etdim. Bu axşam mənim üçün gözlənilməz təsadüflər axşamı 

idi.  Mən  qocanın  üç  gün  bundan  əvvəl  bərk  kefsizləşdiyini 

bilirdim,  indi  isə  belə  rütubətli  havada  ona  küçədə  rast 

gəldim.  Bir  də  ki,  o,  əvvəllər  çox  az  hallarda  axşamçağı 

evdən bayıra çıxardı. Nataşa gedəndən sonra, az qala yarım 

il  idi  ki,  lap  xanənişin  olmuşdu.  Məni  görəndə  həddindən 

artıq sevindi, elə  bil ki, nəhayət, ürəyini açıb deyə biləcəyi 

öz  dostunu  tapmışdı,  əlimdən  tutub  bərk-bərk  sıxdı,  hara 

getdiyimi  soruşmayaraq,  məni  özü  ilə  apardı.  O,  nədənsə 

həyəcanlı idi, hərəkətləri sərt idi, özü də tələsirdi. Düşünərək 

öz-özümə  dedim:  “Görəsən,  bu  hara  gedirmiş?!”  Bunu 

ondan soruşmaq olmazdı. O çox vasvası olmuşdu, bəzən ən 

adi bir sualda, ya da sözdə ürəyinə toxunan kimi bir eyham 

və təhqir görürdü. 

downloaded from KitabYurdu.org




 

124 


Mən çəpəki ona baxdım: onun üzü xəstə adamların üzü 

kimi  idi,  son  vaxtlarda  o  çox  arıqlamışdı,  saqqalı  bir  həftə 

olardı  ki,  qırxılmamışdı,  tamamilə  ağarmış  uzun  saçı, 

əzilmiş  şlyapası  altından  dağınıq  halda  çıxaraq,  köhnə 

paltosunun  boynuna  tökülmüşdü.  Mən  hələ  əvvəllər  də 

görürdüm ki, o bəzən elə bil fikir aydınlığını itirir, məsələn, 

otaqda  tək  olmadığını  unudaraq  öz-özü  ilə  danışırdı,  əl-

qolunu oynadırdı. Adamın ona yazığı gəlirdi. 

–  Hə,  Vanya,  nə  var,  nə  yox?  Hara  gedirsən?  Budur, 

qardaş, mən də evdən çıxmışam, işim vardı. Kefin necədir? 

– Sizin kefiniz necədir? – dedim. – Siz axı xəstə idiniz, 

amma evdən çıxmısınız. 

Qoca cavab vermədi, sanki sözümü eşitməmişdi. 

– Anna Andreyevnanın kefi necədir? 

– Yaxşıdır, yaxşıdır... O da bir balaca kefsizləşib. Fikir 

çəkir...  Səni  soruşurdu.  Niyə  gəlmirsən?  Vanya,  sən  indi 

bizə  gedirsən,  ya  yox?  –  birdən  o,  şübhə  ilə  mənə  baxaraq 

soruşdu. – Bəlkə sənə mane oldum, səni yolundan elədim? 

Bu  vasvası  qoca  o  qədər  həssas  və  əsəbi  olmuşdu  ki, 

əgər “sizə getmirəm” desəydim, o mütləq bundan inciyəcək, 

downloaded from KitabYurdu.org



 

125 


soyuq  halda  məndən  ayrılacaqdı.  Mən  tez  dedim  ki,  “yox, 

düz elə Anna Andreyevnaya dəyməyə gedirdim”, lakin onu 

da bilirdim ki, Nataşagilə gecikirəm, bəlkə heç macal tapıb 

onun yanına gedə bilməyəcəyəm. 

Qoca mənim verdiyim cavabdan tamamilə sakitləşərək 

dedi: 


– Bu lap yaxşı oldu, lap yaxşı... 

Birdən o, sözünü yarımçıq kəsib susdu, fikrə getdi. Beş 

dəqiqədən  sonra,  dərin  fikirdən  ayılmış  kimi,  qeyri-şüuri 

olaraq dedi: 

–  Bəli,  bu  yaxşıdır!  Hə...  Bilirsən,  Vanya,  sən  bizim 

üçün həmişə öz doğma oğlumuz kimi olmusan. Allah Anna 

Andreyevna  ilə  mənə...  oğul  əta  eləmədi...  Səni  bizə 

göndərdi,  mən  həmişə  bu  fikirdə  olmuşam.  Qarı  da...  Bəli. 

Sən  həmişə  nəcib  bir  oğul  kimi,  bizə  hörmət  eləmisən, 

bizimlə mehriban olmusan. Vanya, qoy Allah bunun üçün öz 

mərhəmətini  sənin  üstündən  əskik  eləməsin,  biz  qocalar  da 

həmişə sənin üçün Allaha dua edirik, səni sevirik... Bəli! 

Qocanın səsi titrədi, o bir az susdu. 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə