F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə26/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   22   23   24   25   26   27   28   29   ...   161

 

126 


–  Bəli...  Sənə  axı  nə  olmuşdu?  Yoxsa  azarlamışdın? 

Gör nə vaxtdır bizə gəlmirsən? 

Mən  Smitlə  olan  əhvalatı  ona  danışdım,  üzr  istəyərək 

dedim ki, bu iş mənim başımı qarışdırdı, bir də az qalmışdı 

lap  azarlayım,  bu  qədər  işin  içində,  uzaq  olduğundan,  sizə 

gedə  bilmədim  (onda  onlar  Vasilyevskidə  yaşayırdı).  Lakin 

bu vaxt içərisində fürsət tapıb Nataşanın yanına getmişdim, 

bunu açıb deyəcəkdim ki, tez özümü saxladım. 

Smitin  başına  gələn  hadisə  qocanı  çox  maraqlandırdı. 

O  mənə  diqqətlə  qulaq  asmağa  başladı. Eşidəndə  ki  mənim 

təzə tutduğum otaq rütubətlidir, bəlkə əvvəlkindən də pisdir, 

ayda da altı manat kirayə pulu verirəm, o hətta acıqlandı da. 

Ümumiyyətlə,  o  son  dərəcə  səbirsiz  olmuşdu,  çox  tez 

özündən çıxırdı. Yalnız Anna Andreyevna belə hallarda onu 

sakitləşdirə  bilirdi,  ancaq  o  da  buna  həmişə  müvəffəq 

olmurdu. 

Qoca acıqlı-acıqlı çığırdı: 

– Hə! Vanya, bunların hamısı sənin ədəbiyyatındandır! 

Səni  aparıb  çardağa  çıxartdı,  qəbiristanlığa  da  aparıb 

downloaded from KitabYurdu.org




 

127 


çıxaracaq!  O  vaxt  mən  sənə  dedim,  sənə  xəbərdarlıq 

elədim!.. B. nə edir, yenə də tənqid yazırmı? 

–  B.  vərəmdən  ölmüşdür.  Mən  gərək  ki,  bunu  sizə 

demişdim. 

–  Ölmüşdür,  hə...  Ölmüşdür!  Elə  belə  də  olmalı  idi! 

Yaxşı,  arvadına,  uşaqlarına  bir  şey  qoyub  gedib?  Sən 

deyirdin, axı onun arvadı var, nədir... Belə adamlar, axı niyə 

evlənirlər? 

– Yox, – dedim, – heç bir şey qoymayıb. 

– Mən elə belə də bilirdim! – bu sözü elə ehtirasla, elə 

bərkdən dedi ki, sanki söhbət ona yaxın, ona qohum olan bir 

adam  haqqında  gedirdi,  sanki  ölən  B.  onun  doğma  qardaşı 

idi.  –  Heç  bir  şey!  Əcəb  sözdür:  heç  bir  şey!  Bilirsən, 

Vanya,  onda  ki  sən  onu  həmişə  mənə  tərif  eləyirdin, 

yadındadırmı,  mən  hələ  onda  hiss  edirdim  ki,  onun  aqibəti 

belə  olacaq.  Heç  bir  şey  qoyub  getməyib  –  bunu  demək 

asandır! Hə... Şöhrət sahibi olub... Tutaq ki, elə əbədi şöhrət 

qazanıb,  axı  şöhrət  ilə  qarın  doymur.  Vanya  qardaş,  mən 

onda  da  sənin  aqibətini  görürdüm,  səni  tərif  eləyirdim, 

amma  öz-özlüyümdə  sənin  aqibətini  görürdüm.  Deməli,  B. 

downloaded from KitabYurdu.org



 

128 


ölmüşdür?  Necə  də  ölməsin!  Dolanacaq  da  yaxşı...  Yer  də 

yaxşı... Bir bax! 

O  sanki  qeyri-ixtiyari  olaraq  cəld  bir  hərəkətlə, 

rütubətli  çən  içərisində  titrəyə-titrəyə  parıldayan  fənərlərlə 

zəifcə  işıqlanmış  küçəni,  çirkli  evləri,  rütubətdən  işıldayan 

səkiləri,  əyin-başı  islanmış,  qaşqabaqlı,  acıqlı  adamları, 

sanki tuş tökülmüş Peterburq göyünün qara qübbəsi ilə əhatə 

olunmuş bütün bu şeyləri mənə göstərdi. Biz gəlib meydana 

çatmışdıq. Qarşımızda, zülmət içərisində, aşağıdan qaz işığı 

ilə  işıqlanmış  abidə,  bir  qədər  kənarda  da,  qaranlıq  göydən 

yaxşı  seçilməyən  böyük  İsakiya  kilsəsinin  qara  kütləsi 

yüksəlirdi. 

–  Vanya,  sən  axı  deyirdin  ki,  o,  alicənab,  xoşməzac, 

sevimli,  rəhmdil,  gözəl  duyğulu,  yaxşı  bir  adamdır.  Sənin 

bütün  bu  rəhmdil,  sevimli  adamların  belədir!  Ancaq  onu 

bilirlər  ki,  yetimlərin  sayını  artırsınlar!  Hə...  Ölməyi  də  o, 

elə  bilirəm,  Allahdan  istəyirmiş!..  E-e-eh!  Heç  olmasa, 

burdan bir yana çıxıb gedəydi, lap elə Sibirə də olsa!.. 

Birdən o, küçədə dilənən bir uşağı görüb soruşdu: 

– Balaca, nə istəyirsən? 

downloaded from KitabYurdu.org



 

129 


Bu, çirkli, cır-cındır geyinmiş, yeddi-səkkiz yaşlı arıq, 

balaca  qız  uşağı  idi.  Onun  xırdaca,  corabsız  ayaqlarında 

yırtıq çəkmə vardı. O, balaca, kapota oxşayan, daha əyninə 

gəlməyən, köhnə bir şeylə soyuqdan titrəyən kiçik bədənini 

örtməyə  çalışırdı.  Qızın  solğun,  arıq,  xəstə  üzü  bizə  tərəf 

çevrilmişdi,  o  çəkinə-çəkinə,  kirimişcə  bizə  baxır,  rədd 

ediləcəyini itaətkarlıqla, qorxa-qorxa gözləyərək, titrək əlini 

bizə  tərəf  uzatmışdı.  Qoca  onu  görən  kimi  bütün  bədəni 

titrədi, elə tez ona tərəf döndü ki, qızı hətta qorxutdu da. Qız 

diksinərək geri çəkildi. 

–  Sən  nə  istəyirsən,  ay  qız,  nə  istəyirsən?  Nə? 

Dilənirsən? Hə? Al, al, al, götür! 

O  əl-ayağa  düşərək,  həyəcandan  bədəni  əsə-əsə 

ciblərini axtarıb iki-üç gümüş pul çıxartdı. Lakin bu pul ona 

az görünürdü. Sonra portmanatını çıxartdı, orada olub-qalan 

bir manat kağız pulu götürüb dilənçi qızın ovcuna qoydu. 

–  İsa  səni  öz  pənahında  saxlasın,  bala...  Mənim  tifil 

balam! Mələklər köməyin olsun! 

Sonra  da  titrək  əli  ilə  zavallı  qıza  bir  neçə  dəfə  xaç 

vurdu,  lakin  birdən  mənim  də  burada  olduğumu  və  ona 

downloaded from KitabYurdu.org



 

130 


baxdığımı  görüb  qaşqabağını  tökdü,  yeyin  addımlarla 

yoluna düzəldi. 

O, xeyli acıqlı-acıqlı susduqdan sonra sözə başladı: 

– Vanya, mən bu körpə, məsum uşaqların... məlun ata-

anaların üzündən... küçədə soyuqdan belə titrəmələrinə baxa 

bilmirəm...  Burası  da  var  ki,  ancaq  ən  bədbəxt  ana  uşağını 

belə  dəhşətli  işə  göndərə  bilər!..  Yəqin  ki,  onun  orada, 

küncdə yenə bir neçə yetim uşağı oturub, ən böyüyü budur. 

Qarı özü də xəstədir və bəli! Knyaz uşaqları deyil ki! Vanya, 

dünyada knyaz uşağı olmayanlar çoxdur! Bəli! 

O nədənsə çətinlik çəkirmiş kimi bir az susdu. 

Sonra  cümlələri  bir  qədər  qırıq-qırıq,  adda-budda 

söyləyə-söyləyə sözünə davam etdi: 

–  Bilirsən,  Vanya,  mən  Anna  Andreyevnaya  vəd 

eləmişəm... Yəni Anna Andreyevna ilə bu fikrə gəlmişik ki, 

bir yetim götürüb saxlayaq... Belə bir yetim,  yəni kasıb bir 

uşaq,  balaca...  Evə  gətirək,  həmişəlik,  başa  düşürsənmi? 

Yoxsa  darıxırıq,  iki  qoca  tək  başımıza...  Hə...  Ancaq 

bilirsənmi, Anna İvanovna bunun əleyhinə oldu. Sən onunla 

danış... Belə ha, bilirsənmi, mənim adımdan yox, elə bil öz 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə