F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə27/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   23   24   25   26   27   28   29   30   ...   161

 

131 


adından...  Onu  razı  sal...  Başa  düşürsən?  Mən  çoxdan 

istəyirdim bunu səndən xahiş edim, gedib onu başa salasan, 

qoy  razı  olsun,  mənim  ondan  çox  xahiş  eləməyim  mənə 

birtəhər  gəlir...  Axı  boş-boş  şeydən  danışmağın  nə  mənası! 

Qız  axı  mənim  üçün  nədir?  Mənə  heç  lazım  da  deyil,  belə 

də, baş qarışdırmaq üçün... Evdən uşaq səsi gəlsin, uşaq səsi 

eşidəsən...  Əslinə  qalanda,  lap  düzü,  mən  bunu  qarı  üçün 

eləyirəm,  bir  az  ürəyi  açılar,  yoxsa  qalıb  tək  mənimlə... 

Bunlar  hamısı  boş-boş  şeylərdir!  Bilirsən,  Vanya,  belə  biz 

gec  gedib  çatacağıq,  gəl  bir  araba  tutaq,  yolumuz  uzaqdır, 

indi Anna Andreyevna bizi gözləməkdən yorulub. 

Biz Anna Andreyevnanın yanına gələndə saat səkkizin 

yarısı idi. 

 

downloaded from KitabYurdu.org




 

132 


XII FƏSİL 

 

Qarı  ilə  qoca  bir-birini  çox  sevirdi.  Məhəbbət,  uzun 



zamandan  bəri  aralarında  olan  ülfət  onları  ayrılmaz  şəkildə 

bir-birinə  bağlamışdı.  Lakin  Nikolay  Sergeiç  yalnız  indi 

deyil,  əvvəllər  də,  ən  xoşbəxt  günlərində  də,  öz  Anna 

Andreyevnasına  bir  qədər  ünsiyyətsizlik  göstərərdi,  hətta 

bəzən, xüsusilə adamlar içində, onunla sərt rəftar edərdi. Elə 

zərif,  incə  hissli  adamlar  olur  ki,  bəzən  onlar  bir  qədər 

inadcıllıq edir, yalnız başqaları içində deyil, təklikdə də, ən 

əziz  tutduqları  şəxslərə  öz  mehribanlıq  duyğularını  açıb 

göstərmək istəmir, bunu bir bikarət kimi saxlayırlar. Ancaq 

çox az hallarda bu mehribanlıq onlarda özünü büruzə verir, 

bunun  qarşısı  nə  qədər  çox  saxlanırsa,  o  bir  o  qədər  də 

qızğınlıq  və  coşqunluqla  meydana  çıxır.  Qismən,  Nikolay 

Sergeiç də öz Anna Andreyevnasına, lap cavanlığından, belə 

bir  münasibət  bəsləyirdi.  O,  Anna  Andreyevnaya  hədsiz 

dərəcədə hörmət bəsləyir, onu hədsiz dərəcədə sevirdi. Anna 

Andreyevna  xoştəbiətli  bir  qadın  idi.  Nikolay  Sergeiçi 

sevməkdən  başqa  bir  şey  bacarmırdı,  Nikolay  Sergeiçin  bir 

downloaded from KitabYurdu.org




 

133 


şeyə  çox  acığı  tuturdu,  Anna  Andreyevna  öz  sadəliyi 

üzündən  onunla  bəzən  həddindən  artıq  açıq  olur, 

ehtiyatsızlıq  göstərirdi.  Nataşa  gedəndən  sonra  onlar  bir-

birinə daha mehriban oldular. Onlar dünyada tək qaldıqlarını 

ürəkağrısı  ilə  hiss  edirdilər.  Nikolay  Sergeiç  bəzən  son 

dərəcə  tutqun  olurdu,  bununla  belə,  onlar  ikicə  saat  da 

dərdsiz,  iztirabsız  bir-birindən  ayrıla  bilmirdilər.  Sanki 

danışmadan şərtləşmişdilər ki, Nataşa haqqında bircə kəlmə 

də  söz  söyləməsinlər,  elə  bil  ki,  o  heç  bu  dünyada 

olmamışdı. Anna Andreyevna üçün bu nə qədər ağır olsa da, 

ərinin  yanında  cəsarət  edib  Nataşanı  yada  sala  bilən  bircə 

kəlmə  də  söz  söyləyə  bilməzdi.  O  öz  ürəyində  Nataşanı 

çoxdan bağışlamışdı. Bizim aramızda sanki belə bir uzlaşma 

əmələ  gəlmişdi:  mən  gərək  hər  dəfə  gələndə  onun  əziz, 

unudulmaz balası haqqında bir xəbər gətirəydim. 

Qızından  gec  məlumat  alanda  xəstələnirdi,  lakin  mən 

gələndə  Nataşaya  aid  olan  ən  xırda  şeylərlə  maraqlanır, 

bədəni  əsə-əsə  hər  şeyi  soruşur,  “ürəyini  boşaldırdı”.  Bir 

dəfə  eşitdi  ki,  Nataşa  xəstələnmişdir,  az  qaldı  ki,  qorxudan 

bağrı çatlasın, hətta özü onun yanına getsin. Ancaq bu bircə 

downloaded from KitabYurdu.org



 

134 


dəfə  olmuşdu.  Əvvəllər,  o  hətta  mənim  də  yanımda  cəsarət 

edib  qızı  ilə  görüşmək  arzusunda  olduğunu  bildirmirdi, 

həmişə də Nataşa haqqında olan söhbətdən, hər şeyi məndən 

soruşduqdan  sonra  mənim  qarşımda  sıxılmağı  özü  üçün 

zəruri hesab edər və mütləq deyərdi: “Mən qızımın taleyi ilə 

maraqlansam  da,  o  elə  bir  cinayət  işləmişdir  ki,  onu  heç 

bağışlamaq olmaz!” Ancaq bu sözlər, Andreyevna qızından 

ötrü  hədsiz  dərəcədə  darıxanda,  gözdən  yaylıq  asmaq  üçün 

idi. Elə vaxtlar olurdu ki, Anna dərdindən ölürdü, ağlayırdı. 

Nikolay  Sergeiçdən  acı-acı  şikayətlənirdi,  lakin  onun 

yanında  insanların  lovğa,  daşürəkli  olmasından  eyhamla  və 

çox  ehtiyatla  danışırdı,  deyirdi  ki,  biz  insanlar  təhqir 

edilməyimizi  bağışlaya  bilmərik,  Allah  da  belə  adamları 

bağışlamayacaq,  ərinin  yanında  o  daha  bundan  artıq 

söyləmirdi.  Anna  Andreyevna  belə  danışmağa  başlayanda 

qoca  dərhal  tutulurdu,  qaşqabağını  tökərək  susurdu,  acıqlı 

olurdu,  ya  da  birdən  çox  kobud  şəkildə,  bərkdən,  başqa  bir 

şeydən  danışırdı,  yaxud  da  durub  öz  otağına  gedirdi. 

Bununla  da  Anna  Andreyevnaya  mənim  yanımda  gözyaşı 

tökə-tökə  deyinməyə,  şikayətlənməyə,  bütün  dərdini  açıb 

downloaded from KitabYurdu.org



 

135 


tökməyə  imkan  verirdi.  Həmişə  mən  gələndə  eynən  belə 

edirdi: mənimlə salamlaşan kimi öz otağına gedirdi, bununla 

da,  vaxt  verirdi  ki,  mən  Nataşa  haqqında  gətirdiyim  yeni 

xəbərdən  Anna  Andreyevnaya  söyləyə  bilim.  İndi  də  belə 

etdi. 

Otağa girən kimi, Anna Andreyevnaya dedi: 



–  Mən  islanmışam,  gedim  öz  otağıma,  Vanya,  sən 

burda  otur.  Bunun  başına  bir  əhvalat  gəlib  –  otaq 

məsələsində,  sən  bunu  Anna  Andreyevnaya  danış.  Mən  bu 

saat qayıdaram... 

O  tələsə-tələsə  çıxıb  getdi,  hətta  çalışdı  ki,  bizə  heç 

baxmasın  da,  o  özü  axı  məni  bura  gətirmiş,  Anna 

Andreyevna  ilə  görüşdürmüşdü,  sanki  bundan  xəcalət 

çəkirdi.  Belə  hallarda,  xüsusilə,  qayıdıb  bizim  yanımıza 

gələndə, həmişə həm mənimlə, həm də Anna Andreyevna ilə 

çox  sərt,  acıqlı  rəftar  edirdi.  Hətta  heç  nədən  söz  çıxarırdı, 

sanki yumşaqlıq göstərdiyi, güzəştə getdiyi üçün sıxılır, öz-

özünə acığı tuturdu. 

Anna Andreyevna son vaxtlarda mənimlə daha əvvəlki 

kimi sərt rəftar etmirdi, məndən öz fikrini gizlətmirdi. 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə