F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə28/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   24   25   26   27   28   29   30   31   ...   161

 

136 


– Bir bunu görürsünüzmü?  – dedi. – Həmişə  mənimlə 

belə rəftar edir, amma bilir ki, biz onun bütün hiyləsini başa 

düşürük.  Niyə  axı  o  özünü  mənə  belə  göstərir?  Mən 

özgəyəm nədir?! Bax, qızı ilə də belədir. Axı onu bağışlaya 

bilər,  kim  bilir,  bəlkə  lap  bağışlamaq  da  istəyir!  Gecələr 

ağlayır – özüm eşitmişəm! Amma üzdən özünü tox göstərir. 

Lovğalıq  canını  alıb...  Atam,  İvan  Petroviç,  bir  tez  de 

görüm, axı o hara getmişdi? 

–  Nikolay  Sergeiç?  Bilmirəm,  mən  sizdən  soruşmaq 

istəyirdim. 

–  O,  evdən  çıxanda  mən  lap  donub  qaldım.  O  axı 

xəstədir, belə havada axşam vaxtı bayıra çıxır. Dedim, yəqin 

mühüm bir iş üçün gedir, sizə məlum olan şeydən başqa ayrı 

mühüm  nə  ola  bilər?  Mən  bunları  öz-özümə  fikirləşirəm, 

amma  soruşmağa  cürət  eləmirəm.  Axı  indi  mən  ondan  heç 

bir şey soruşa bilmirəm. Pərvərdigara, mən həm onun, həm 

də  qızın  dərdindən  lap  key  olub  qalmışam.  Deyirəm,  bəlkə 

qızın yanına gedib? Bəlkə onu bağışlamaq istəyir? Axı o nə 

varsa, hamısını eşidib, qızın barəsində olan son xəbərləri də 

bilir,  mən  elə  güman  edirəm  ki,  bilir,  ancaq  heç  başa 

downloaded from KitabYurdu.org



 

137 


düşmürəm  ki,  bunları  o  haradan  bilir.  Dünən  o  çox  kədərli 

idi, darıxırdı, bu gün də elə! Siz axı niyə dinmirsiniz? Atam, 

deyin  görüm,  orada  təzə  nə  olub?  Sizi  göydən  enən  bir 

mələk  kimi  gözləyirdim,  gözləməkdən  gözümün  kökü 

saraldı! Yaxşı, o xəbis, Nataşadan əl çəkir, yox? 

Mən bütün bildiklərimi elə o saat Anna Andreyevnaya 

söylədim.  Mən  onunla  həmişə  açıq  danışırdım.  Dedim  ki, 

deyəsən,  doğrudan  da,  Nataşa  ilə  Alyoşa  bir-birindən 

ayrılacaq,  onların  arasında  olan  indiki  narazılıq 

əvvəlkilərdən  ciddidir.  Nataşa  dünən  mənə  bir  kağız 

göndərib, kağızda yalvarır ki, bu gün axşam saat doqquzda 

onun  yanına  gedim,  ona  görə  də  mən  bu  gün  heç  sizin 

yanınıza  gəlmək  fikrində  deyildim,  məni  Nikolay  Sergeiç 

özü dartıb gətirdi. Anna Andreyevnaya lap müfəssəl surətdə 

danışdım,  izah  etdim  ki,  onlar  bu  saat  ümumiyyətlə,  çox 

böhranlı  bir  vəziyyət  içərisindədir.  Alyoşanın  atası  iki 

həftədir ki, səfərdən qayıdıb gəlmişdir, o heç bir şeyi nəzərə 

almaq  istəmir,  Alyoşanın  işinə  çox  ciddi  girişmişdir.  Lakin 

məsələnin ən mühüm cəhəti budur ki, Alyoşa özü, deyəsən, 

o  qızı  almaq  istəyir,  deyilənə  görə,  hətta  qıza  vurulmuşdur 

downloaded from KitabYurdu.org



 

138 


da.  Mən  bunu  da  əlavə  etdim  ki,  başa  düşdüyümə  görə, 

Nataşa  kağızı  böyük  bir  həyəcanla  yazmışdır.  Nataşa  yazır 

ki, bu axşam hər şey həll olunacaq, amma nə həll olunacaq – 

məlum deyil. Burası da qəribədir ki, kağızı dünən yazmışdır, 

amma  yanına  getməyimi  bu  günə  təyin  etmişdir,  hətta 

vaxtını  da  göstərmişdir:  saat  doqquzda!  Buna  görə  də  mən 

mütləq getməliyəm, özü də gərək tez gedim. 

Anna Andreyevna əl-ayağa düşdü: 

– Get, atam, get, mütləq get! Bu saat Nikolay Sergeiç 

gələcək,  ancaq  sən  çay  iç...  Ah,  samovarı  hələ  heç 

gətirməyiblər!  Matryona!  Samovar  hanı?  Heç  belə 

haramzadə  qız  olar?!  Çay  içərsən,  bir  yaxşı  bəhanə  tapıb 

gedərsən. Sabah mütləq yanıma gələrsən, nə varsa, hamısını 

danışarsan, ancaq tez gəl. İlahi! Bəlkə yenə bir bədbəxtlik üz 

verib?!  Yoxsa,  indikindən  də  betəri  olacaq?!  Nikolay 

Sergeiç  nə  varsa,  hamısını  eşidib,  ürəyim  mənə  deyir  ki, 

hamısını eşidib! Mən Matryona vasitəsilə çox xəbər alıram, 

o  da  Aqaşadan  öyrənir.  Aqaşa  da  knyazın  evində  olan 

Mariya  Vasilyevnanın  xaç  anasıdır...  Bunu  sən  özün  də 

bilirsən.  Nikolay  bu  gün  yaman  acıqlı  idi.  Mən  bir  balaca 

downloaded from KitabYurdu.org



 

139 


ordan-burdan söz açdım, mənim üstümə çığırdı, sonra elə bil 

mənə yazığı gəldi, dedi ki, pul azdır. Elə bil ki, puldan ötrü 

çığırmışdı.  Nahardan  sonra  yatmağa  getdi.  Mən  qapının 

deşiyindən ona baxdım (qapıda belə bir deşik vardı, bundan 

onun  xəbəri  yoxdur),  gördüm  ki,  o,  əzizim,  kiotun

1

 



qabağında  dizləri  üstə  durub  Allaha  dua  eləyir.  Mən  bunu 

görən  kimi  dizlərim  taqətdən  düşdü.  Nə  çay  içdi,  nə  yatdı, 

şapkasını götürüb getdi. Saat beş idi. Mən heç soruşmağa da 

cürət  eləmədim  ki,  hara  gedirsən,  çünki  yenə  üstümə 

çığırardı.  İndi  o  tez-tez  çığırır,  çox  vaxt  da  Matryonanın 

üstünə çığırır, hərdən mənim də üstümə çığırır, çığıran kimi 

də  ürəyim  düşür,  ayaqlarım  quruyur.  Onu  da  bilirəm  ki, 

sərsəmlik  eləyir,  amma  yenə  də  qorxuram.  O  gedəndən 

sonra, düz bir saat dua eləmişəm ki, qoy Allah onun ürəyinə 

insaf salsın. Nataşanın yazdığı kağız hanı, göstər görüm! 

Mən  kağızı  göstərdim.  Mən  bilirdim  ki,  Anna 

Andreyevnanın çox sevdiyi bir fikri vardı. O ümid edirdi ki, 

onun  gah  xəbis,  gah  da  hissiz,  axmaq  uşaq  adlandırdığı 

Alyoşa  axırda  Nataşa  ilə  evlənəcək,  knyaz  Pyotr 

                                                 

1

K i o t  – ikona üçün şüşəlikiçik qutu(red. qeydi) 



downloaded from KitabYurdu.org


 

140 


Aleksandroviç də buna icazə verəcək. O hətta bir dəfə bunu 

mənə demişdi, amma sonra peşman olaraq öz dediyini inkar 

etmişdi. Öz ümidlərini o heç vaxt Nikolay Sergeiçin yanında 

söyləməyə cəsarət etmirdi. Lakin bunu da bilirdi ki, Nikolay 

Sergeiç onun belə bir ümidlə yaşadığını duyur, hətta bunun 

üstündə bir neçə dəfə onu dolayısı ilə məzəmmət də etmişdi. 

Mən  elə  düşünürəm  ki,  əgər  o  belə  bir  evliliyin  baş 

tutacağını  bilsəydi,  Nataşaya  qəti  olaraq  qarğıyar,  onu  öz 

qəlbindən həmişəlik qoparıb atardı. 

Biz  hamımız  onda  belə  düşünürdük.  O  öz  qızının 

qayıtmasını  bütün  qəlbilə  arzu  edirdi,  lakin  tutduğu  işdən 

peşman olaraq, öz Alyoşasının xatirəsini ürəyindən qoparıb 

ataraq  tək  qayıtmağını  arzu  edirdi.  Bu  Nataşanın 

bağışlanması  üçün  yeganə  şərt  idi,  bunu  o  söyləməmişdisə 

də, üzünə baxanda başa düşülür, heç bir şübhə yeri qalmırdı. 

Anna Andreyevna yenə sözə başladı: 

–  O  iradəsizdir,  iradəsiz  bir  uşaqdır,  iradəsiz  və 

daşqəlbli  bir  adamdır,  mən  həmişə  bunu  demişəm.  Onu 

tərbiyə də edə bilməyiblər, ondan yelbeyin bir şey çıxmışdır. 

Pərvərdigara,  Nataşa  onu  bu  cür  sevdiyi  halda,  o,  Nataşanı 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə