F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə29/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   25   26   27   28   29   30   31   32   ...   161

 

141 


atıb gedir, belə də şey olar?! Yazıq onsuz nə edəcək? Təzə 

qızda axı o nə tapıb, mən buna təəccüb edirəm! 

Dedim ki: 

– Anna Andreyevna, mən eşitmişəm ki, o qız çox gözəl 

qızdır. Nataşa Nikolayevna da o barədə mənə danışmışdır... 

Anna Andreyevna mənim sözümü kəsdi: 

– Sən bu sözlərə inanma! Nəyi gözəldir axı? Sizin kimi 

cızma-qaraçılar  üçün  elə  hamısı  gözəldir,  təki  ayağında 

yubkası olsun! O ki qaldı, Nataşanın onu tərifləməsinə, bunu 

o,  qəlbinin  nəcibliyinə  görə  eləyib.  Nataşa  onu  əlində 

saxlamağı bacarmır, onun hər bir hərəkətini ona bağışlayır, 

amma  özü  əzab  çəkir.  Gör  neçə  dəfə  Alyoşa  ona  xəyanət 

etmişdir!  Daşürəkli  xəbis!  Amma  məni,  İvan  Petroviç, 

dəhşət  alır!  Lovğalıq  hamının  canını  alıb!  Heç  olmasa, 

mənimki  yumşalaydı,  mənim  əziz  balamı  bağışlayaydı, 

gedib  gətirəydi...  Mən  onu  qucaqlayıb  bağrıma  basardım, 

ona bir baxardım! Arıqlayıbmı? 

– Anna Andreyevna, arıqlayıb. 

– Mənim əziz balam! İvan Petroviç, mənim başıma axı 

bir  iş  gəlib!  Bu  gün  bütün  gecəni  də  ağlamışam,  gündüzü 

downloaded from KitabYurdu.org



 

142 


də... Heç bilirsən nə olub?! Sonra danışaram! Neçə kərə mən 

uzaqdan-uzağa,  eyhamla  ona  demişəm  ki,  qızı  bağışla,  açıq 

deyə  bilmirəm,  uzaqdan-uzağa  cürbəcür  yollarla  söz  açıb 

demişəm. Dedikcə də, qorxudan ürəyim tir-tir əsib, deyirəm 

indi  acığı  tutar,  qıza  tamam  qarğıyar.  Mən  ondan  hələ 

Nataşanı qarğıdığını eşitməmişəm... Buna görə də qorxuram 

ki,  birdən  qızı  qarğıyar...  Onda  axı  gör  nə  olar!  Ata 

qarğıyanda, Allah da bəla göndərər. Bu gəlib durur gözümün 

qabağında,  hər  gün  qorxudan  tir-tir  əsirəm.  İvan  Petroviç, 

sənə  də  ayıb  olsun!  Gərək  ki,  sən  bizim  evimizdə 

böyümüsən,  amma  başlamısan  ki,  gözəldir!  Onların  Marya 

Vasilyevnası  ki  var,  o,  yaxşı  danışır.  Mən  axı  bir  günah  iş 

tutmuşam:  Nikolay  Sergeiç  səhər  evdən  öz  işinin  dalınca 

gedəndə,  onu  çağırıb  qəhvəyə  qonaq  eləmişəm.  O  mənə 

bütün sirri açıb deyib. Knyaz – Alyoşanın atası, bir qrafinya 

ilə  yaxınlıq  eləyirmiş...  Deyirlər  ki,  qrafinya  çoxdan  onu 

məzəmmət  eləyirmiş  ki,  niyə  məni  almırsan,  knyaz  həmişə 

bundan  boyun  qaçırırmış.  Həmin  bu  qrafinya,  hələ  əri  sağ 

olanda  əxlaqsızlıq  eləyirmiş.  Əri  ölən  kimi  də  xaricə  gedib 

orada  italyanlarla,  fransızlarla  gəzirmiş,  yanına  baronlar 

downloaded from KitabYurdu.org



 

143 


gəlib-gedirmiş,  knyaz  Pyotr  Aleksandroviçi  də  orada  ələ 

keçirib.  Qrafinyanın  bir  ögey  qızı  var,  bu  onun  əvvəlki 

ərinin qızıdır, bu qız da yavaş-yavaş böyüyürmüş. Qrafinya 

var-dövlətini  satıb,  sovub,  xərcləyib.  Amma  ögey  qızı 

Katerina Fyodorovnanın iki milyon pulu var. Qız böyüdükcə 

pul  da  artıb,  iltizamçı  atası  bu  pulu  onun  üçün  lombarda 

qoyub.  Deyirlər  ki,  indi  qızın  üç  milyon  pulu  var.  Knyaz 

istəyir  ki,  bu  pulu  ələ  keçirmək  üçün,  həmin  qızı  Alyoşaya 

alsın!  Görürsən  nə  bic  adamdır!  Öz  xeyrini  başa  düşür! 

Knyazın  bir  qraf  qohumu  var,  yadındadır  da,  adlı-sanlı  bir 

adamdır,  saray  adamlarındandır,  o  da  razıdır.  Üç  milyon 

zarafat deyil! Deyib ki, yaxşı, qrafinya ilə danış. Knyaz da 

öz fikrini qrafinyaya deyib. O da qiyamət qoparıb! Deyirlər 

ki, həyasızın biridir, yaman davakar şeydir! Deyirlər ki, indi 

elə adamlar var ki, daha onu evinə buraxmır, daha xaricdəki 

kimi  deyil.  Deyib  ki,  knyaz,  sən  mənimlə  evlən,  amma 

mənim ögey qızım Alyoşanın olmayacaq. Deyirlər ki, bu qız 

ögey  anasının  heç  sözündən  çıxmır,  az  qalır  ki,  ona  səcdə 

eləsin,  hər  nə  deyirsə,  onu  edir.  Deyirlər  ki,  elə  məsumdur 

ki,  lap  mələk  kimi  qızdır.  Knyaz  görür  ki,  məsələ  ayrı 

downloaded from KitabYurdu.org



 

144 


cürdür, deyir ki, qrafinya, sən narahat olma! Sən bütün var-

dövlətini satıb-sovmusan, üstəlik də çoxlu borcun var. Elə ki 

sənin  ögey  qızın  mənim  Alyoşama  ərə  getdi,  olacaqlar  bir-

birinin  tayı:  səninki  –  məsum,  mənimki  –  axmaq.  Biz  də 

onları  alarıq  öz  qanadlarımızın  altına,  bir  yerdə  onlara 

qəyyumluq  eləyərik.  Onda  sənin  də  pulun  olar...  Deyib  ki, 

axı  sənin  mənə  ərə  gəlməyindən  nə  olacaq?  Bic  adamdır! 

Masondur!  Bu  söhbət  olub  altı  ay  bundan  əvvəl.  Qrafinya 

onda  razı  olmurmuş,  deyirlər  ki,  indi  Varşavaya  gediblər, 

orada  razılığa  gəliblər.  Mən  bu  cür  eşitmişəm!  Bunun 

hamısını,  bütün  bu  sirri  mənə  Marya  Vasilyevna  danışdı, 

özü  də  bunları  lap  mötəbər  bir  adamdan  eşidib.  İndi 

görürsənmi,  burada pul  məsələsi var,  milyonlar var,  sən də 

başlamısan ki, gözəl qızdır!.. 

Anna  Andreyevnanın  danışdıqları  məni  son  dərəcə 

təəccübləndirdi.  Bu  sözlər,  bu  yaxında  Alyoşanın  özündən 

eşitdiyim  sözlərlə  tamam  düz  gəlirdi.  Alyoşa  bu  sözləri 

danışanda  lovğa-lovğa  deyirdi  ki,  mən  pula  görə 

evlənməyəcəyəm. 

Lakin 


Katerina 

Fyodorovna 

onu 

maraqlandırmış,  özünə  məftun  etmişdir.  Mən  Alyoşadan 



downloaded from KitabYurdu.org


 

145 


bunu  da  eşitmişəm  ki,  onun  atası  bəlkə  də  evlənəcəkdir, 

lakin  knyaz  özü  qrafinyanı  hələlik  əsəbiləşdirməmək  üçün 

bunu  inkar  edir.  Mən  əvvəl  də  demişdim  ki,  Alyoşa  atasını 

çox  sevir,  onunla  fərəhlənir,  fəxr  edir,  ona  bir  kahin  kimi 

inanırdı. 

Mən  Alyoşanın  almaq  istədiyi  qızı  tərif  etdiyim  üçün 

Anna Andreyevna son dərəcə acıqlandı: 

–  Axı  sənin  o  gözəlin  də  qraf  nəslindən  deyil!  Amma 

Nataşa  cavan knyaza  lap  yaxşı  tay  ola  bilərdi!  O,  iltizamçı 

qızdır,  amma  Nataşa  qədim  dvoryan  nəslindəndir,  alicənab 

qızdır!  Dünən  mənim  qocam  öz  mücrüsünü  açmışdı  (heç 

sizə  demirəm,  yadımdan  çıxıb),  dəmir  mücrüsünü, 

bilirsinizmi?  Gecə  keçənə  kimi  mənim  qarşımda  oturub 

bizim bütün qədimdən qalma kağızlarımızı yoxlayırdı. Özü 

də  çox  ciddi  idi.  Mən  əlimdə  corab  toxuyurdum,  ona 

baxmırdım,  baxmağa  qorxurdum.  O  gördü  ki,  mən 

dinmirəm,  acıqlandı,  özü  məni  yanına  çağırdı,  lap  gecə 

keçənə  kimi  bizim  şəcərəmizdən,  ata-babalarımızın  kim 

olduğundan danışdı. Belə çıxır ki, biz İxmenyevlər hələ lap 

İvan  Vasilyeviç  Qroznı  vaxtında  dvoryanmışıq,  mənim 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə