F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə3/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   2   3   4   5   6   7   8   9   ...   161

 

11 


görərkən  duyduğum  qəribə  xəstə  hisslər  yadıma  düşdü, 

fikirləşərək  öz-özümə  dedim:  “O  axı  mənim  nəyimə 

lazımdır?  Bu  can  sıxan  almanlar  mənim  nəyimə  gərəkdir? 

Ruhun  bu  fantastik  vəziyyəti  nə  üçündür?  Son  vaxtlarda 

mən  özümdə  hiss  etdiyim  bu  həyəcan,  mənasız  şeylər 

üstündə keçirdiyim bu əhəmiyyətsiz həyəcanlar nə üçündür? 

Bu  axı  yaşamağa,  həyata  aydın  gözlə  baxmağa  mane  olur! 

Mənim  son  povestimi  qəzəblə  təhlil  edən  dərin  fikirli  bir 

tənqidçi bunu mənə söyləmişdi!” Lakin bu şeyləri düşünsəm 

də,  öz-özümü  danlasam  da,  yenə  də  durub  getmirdim, 

xəstəlik  isə  öz  təsirini  get-gedə  daha  da  artırırdı,  axırda  elə 

oldu ki, bu isti otağı qoyub getməyə heyfim gəldi. Frankfurt 

qəzetini  götürdüm,  iki  sətir  oxuduqdan  sonra  məni  yuxu 

apardı. Almanlar mənə mane olmadılar. Onlar qəzet oxuyur, 

papiros çəkir, yarım saatdan bir, bir-birinə Frankfurtda olan 

bir  yeniliyi,  məşhur alman  lətifəçisi  Safirin bir  məsəlini, ya 

da  lətifəsini  astadan  söyləyirdilər,  sonra  daha  artıq  milli 

qürurla yenə qəzet oxumağa başlayırdılar. 

Yarım  saat  yatmışdım  ki,  bərk  üşütmədən  ayıldım. 

Mütləq evə getmək lazım idi. Lakin bu zaman baş verən bir 

downloaded from KitabYurdu.org



 

12 


hadisə  yenə  də  məni  saxladı.  Bayaq  dedim  ki,  qoca  stulda 

oturan kimi gözlərini bir yerə dikib durar, ta qalxıb gedənə 

kimi  başqa  bir  şeyə  baxmazdı.  Mən  də  bir  neçə  dəfə  bu 

mənasızca  zillənmiş  və  heç  bir  şey  sezməyən  baxışların 

altına düşmüşdüm, duyduğum təsir çox ağır idi, hətta buna 

dözmək mümkün deyildi, mən də bu zaman tez durub yerimi 

dəyişmişdim. İndi isə  qocanın  baxışları  altına balaca boylu, 

girdə  bir  alman  düşmüşdü.  O,  son  dərəcə  təmiz  və  səliqəli 

geyinmişdi,  dik  duran  boyunluğu  lap  çox  kraxmallanmışdı, 

üzü  də  həddindən  artıq  qırmızı  idi,  sonradan  bildim  ki,  o, 

Riqadan gəlmiş bir tacir, Millerin yaxın dostu Adam İvanıç 

Şultsdır,  lakin  o,  qocanı,  buraya  gələn  adamlardan  çoxunu 

tanımırdı. O, məmnuniyyətlə “Dorfbarbier”

1

 qəzetini oxuya-



oxuya  punş  içirdi,  birdən  başını  qaldıranda  qocanın  ona 

zillənmiş  sakit  baxışını  gördü.  Bu  onu  təəccübləndirdi. 

Adam İvanıç, bütün “nəcib” almanlar kimi, çox tez inciyən, 

vasvası  bir  adam  idi.  Kənar  bir  adamın  belə  diqqətlə  və 

nəzakətsiz  halda  baxması  ona  çox  qəribə  göründü,  həm  də 

onun  qüruruna  toxundu.  O  duyduğu  qəzəbi  büruzə 

                                                 

1

“Kənd dəlləyi”



 о zamanda çıxan alman qəzeti 

downloaded from KitabYurdu.org



 

13 


verməyərək, gözünü bu nəzakətsiz adamdan çəkib, öz-özünə 

nə  isə  mızıldandı  və  dinib-danışmadan  qəzeti  üzünə  tutdu. 

Lakin  səbri  çatmadı,  bir-iki  dəqiqədən  sonra  qəzetin 

üstündən şübhə ilə ona baxdı: yenə də həmin adam mənasız 

baxışlarını ona zilləyib durmuşdu. Adam  İvanıç bu dəfə də 

bir  söz  demədi.  Amma  bu  vəziyyət  bir  daha  təkrar 

olunduqda  o  daha  dözə  bilməyib  acıqlandı,  öz  nəcibliyini 

müdafiə  etməyi  və  gözəl  Riqa  şəhərini  buradakı  nəcib 

adamların nəzərindən salmamağı özünə borc bildi, yəqin ki, 

o  özünü  Riqa  şəhərinin  nümayəndəsi  hesab  edirdi.  Səbri 

tükənmiş halda əlindəki qəzeti stolun üstünə ataraq, qəzetin 

bənd  olduğu  ağacı  stola  çırpdı,  öz  ləyaqətini  müdafiəyə 

qalxan bir adam hiddətilə, içdiyi punşdan və təkəbbüründən 

qızarmış  halda,  xırda,  şişkin  gözlərini  onu  narahat  edən 

qocaya  zillədi.  Sanki  onlar  bir-birinin  gözündəki  maqnit 

qüvvəsinə üstün gəlmək istəyir, kimin daha tez uzanıb başını 

aşağı  dikəcəyini  gözləyirdilər.  Stola  dəyən  ağacın  səsi, 

Adam  İvanıçın  çox  qəribə  və  gülünc  bir  vəziyyət  alması 

hamının  diqqətini  cəlb  etdi.  Dükandakı  müştərilər  dərhal 

işlərini  buraxıb,  özlərini  tox  tutaraq,  dinib-danışmadan,  bu 

downloaded from KitabYurdu.org



 

14 


iki  adama  maraqla  baxmağa  başladılar.  Vəziyyət  çox 

gülməli bir şəkil alırdı. Lakin qırmızı sifətli Adam İvanıçın 

meydan  oxuyan  gözlərinin  maqnitizmi  lap  nahaq  yerə  itib 

getdi.  Qoca  heç  bir  şey  haqqında  düşünməyərək,  özündən 

çıxan  cənab  Şultsa  yenə  də  bayaqkı  kimi  baxırdı,  buradakı 

adamların  onunla  maraqlandığını  qətiyyən  hiss  etmirdi,  elə 

bil ki, onun başı yerdə deyil, ayda idi. Axırda Adam İvanıçın 

səbri  tükəndi,  kəskin,  nazik  bir  səslə  çığıraraq,  təhdidedici 

bir hərəkətlə almanca dedi: 

– Niyə siz mənə belə diqqətlə baxırsınız? 

Lakin  qoca  yenə  də  susurdu,  sanki  deyilən  sözü  başa 

düşmürdü,  hətta  onu  heç  eşitmirdi.  Adam  İvanıç  rusca 

danışmalı oldu. 

Daha  qəzəblə  çığıraraq  rus  sözlərini  və  cümlələrini 

pozuq bir şəkildə ifadə edərək dedi: 

–  Mən  sizdən  soruşuram,  niyə  siz  mənə  elə  diqqətlə 

baxırsınız?  –  Sonra  yerindən  sıçrayaraq  əlavə  etdi.  –  Məni 

sarayda tanıyırlar, amma sizi tanımırlar! 

Qoca  heç  qımıldanmadı  da.  Almanlar  acıqlı-acıqlı 

donquldanmağa başladılar. Miller də səs-küyü eşidərək, içəri 

downloaded from KitabYurdu.org



 

15 


girib məsələnin nə yerdə olduğunu bildi və elə zənn etdi ki, 

qoca kardır, lap onun qulağına tərəf əyildi, bu qəribə adama 

diqqətlə  baxa-baxa,  Şults  kimi,  rus  sözlərini  və  cümlələrini 

pozuq bir şəkildə ifadə edərək, var gücü ilə çığırdı: 

–  Cənab  Şults  sizdən  xahiş  edir  ki,  ona  belə  diqqətlə 

baxmayasınız. 

Qoca  qeyri-ixtiyari  olaraq,  Millerə  baxdı:  birdən  onun 

bu  vaxta  qədər  cansız  görünən  üzündə  həyəcanlı  bir  fikrin, 

narahatlıq  ifadə  edən  bir  təşvişin  əlaməti  duyuldu.  O,  əl-

ayağa  düşdü,  hıqqıldaya-hıqqıldaya  şlyapasına  tərəf  əyildi, 

onu  tələsə-tələsə  ağacı  ilə  bərabər  yerdən  götürdü,  stuldan 

qalxıb  otaqdan  çıxmağa  hazırlaşdı,  bu  zaman  onun  üzündə 

acınacaqlı  bir  təbəssüm  göründü:  bu  səhvən  başqasının 

yerində  oturan  və  bu  yerdən  qovulan  kasıb  bir  adamın 

üzündə görünən  və zəlillik  ifadə  edən bir  təbəssüm  idi.  Bu 

əldən düşmüş sakit, müti və zavallı qocanın tələsməsində elə 

acınacaqlı,  qəlbi  alt-üst  edən  elə  bir  hal  vardı  ki,  Adam 

İvanıçdan  tutmuş,  oradakı  adamların  hamısı,  dərhal  qocaya 

olan münasibətini dəyişdi. Aydın oldu ki, bu qoca heç kəsi 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə