F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə30/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   26   27   28   29   30   31   32   33   ...   161

 

146 


nəslim  olan  Şumilovlar  da  hələ  lap  Aleksey  Mixayloviçin 

vaxtında  məşhur  imiş,  bunun  üçün  sənədlər  də  var, 

Karamzinin  tarixində  də  bu  qeyd  olunmuşdur.  Bəli,  atam, 

belə  görünür  ki,  biz  də  bu  barədə  başqalarından  geri 

qalmırıq. Elə ki qoca başladı bunları mənə danışmağa, mən 

o  saat  başa  düşdüm  ki,  bunu  o  nə  üçün  deyir.  Görünür, 

knyazın Nataşaya xor baxması onun ürəyinə toxunub. Ancaq 

dövlət  sarıdan  biz  geridəyik.  Yaxşı,  qoy  o  quldur,  o  Pyotr 

Aleksandroviç, dövlət hayına qalsın! Hamıya məlumdur ki, 

o  daşürəkli  bir  şeydir,  tamahkarın  biridir!  Deyirlər  ki, 

Varşavada  gizlincə  yezuitlər  təşkilatına  girib.  Görəsən,  bu 

doğrudur? 

Mən ona dedim ki: 

– Boş sözdür. 

Lakin  inadla  təkrar  edilən  bu  söz  məni  qeyri-ixtiyari 

olaraq  maraqlandırdı.  Amma  Nikolay  Sergeiçin  qədimdən 

qalan kağızlarını yoxlaması məsələsi maraqlı idi. Əvvəllər o 

heç də öz şəcərəsi ilə lovğalanmazdı. 

Anna Andreyevna sözünə davam etdi: 

downloaded from KitabYurdu.org




 

147 


– Hamısı xəbis, daşürəkli adamlardır! Yaxşı, mənim o 

əziz balam nə edir? Qəm-qüssə çəkir, ağlayır? Ah, sən gərək 

axı ora gedəsən! Matryona, Matryona! Heç belə haramzadə 

qız olmaz! Yaxşı, Nataşanı təhqir eləməyiblər ki? Vanya, de 

də! 

Ona  axı  nə  deyəydim?!  Anna  Andreyevna  ağladı. 



Sonra ona dedim: 

– Bayaq mənə söylədiniz ki, başıma bir iş gəlib, bunu 

mənə danışmaq istəyirdiniz, nə olub ki? 

– Ah, atam, dərdimiz az imiş kimi biri də üstəlik gəldi! 

Yadındadır,  əzizim,  ya  yox,  mənim  qızıla  tutulmuş  balaca 

bir 


medalyonum 

vardı, 


yadigar 

saxlamaq 

üçün 

düzəldilmişdi, onda Nataşanın uşaqlıq şəkli vardı. O zaman 



mənim  mələyimin səkkiz yaşı vardı. Hələ onda həmin şəkli 

Nikolay  Sergeiçlə,  əcnəbi  bir  rəssama  çəkdirtmişdik, 

görünür, atam, sənin yadından çıxıb! Yaxşı rəssam idi, onu 

balaca  bir  mələk  şəklində  çəkdi,  onda  Nataşanın  qıvrım, 

sarışın saçları vardı, rəssam onu kiseyi köynəkdə çəkmişdi, 

belə  ki,  bədəni  də  görünürdü,  elə  yaxşı  çıxmışdı  ki,  adam 

baxmaqdan  doymurdu.  Rəssamdan  xahiş  elədim  ki,  ona 

downloaded from KitabYurdu.org




 

148 


qanad da çəksin, rəssam da razı olmadı. İndi, atam, bizim o 

müsibətimizdən  sonra  medalyonu  mücrüdən  çıxartdım, 

qaytana  taxıb  boynumdan  asdım,  döşümdə  xaçla  yan-yana 

dururdu,  özüm  də  qorxurdum  ki,  Nikolay  Sergeiç  birdən 

bunu  görər.  Axı  onda  Nikolay  Sergeiç  əmr  eləmişdi  ki, 

Nataşanın  nəyi  varsa,  evdən  bayıra  atsınlar,  ya  da 

yandırsınlar, belə ki, onu yada salan bir şey olmasın. Mən də 

istəyirdim  ki,  heç  olmasa,  onun  şəklinə  də  olsa  baxım. 

Hərdən  ona  baxanda  ağlayırdım,  ürəyim  bir  balaca 

ovunurdu.  Hərdən  də  tək  qalanda  öpməkdən  doymurdum, 

elə  bil  ki,  onun  özünü  öpürdüm,  ona  zərif,  mehriban  adlar 

tapırdım.  Hər  gün  də  yatmazdan  qabaq  ona  xaç  vururdum. 

Tək  olanda  onunla  bərkdən  danışırdım,  ondan  bir  şey 

soruşurdum, elə bil ki, o mənim sualıma cavab verirdi, sonra 

yenə  də  bir  şey  soruşurdum.  Ax,  əzizim  Vanya,  bunu 

danışmaq özü də ağırdır! Sevinirdim ki, heç olmasa, Nikolay 

Sergeiç medalyonu məndə görməyib, bundan xəbəri yoxdur. 

Dünən  səhər  birdən  baxıb  gördüm  ki,  medalyon  döşümdə 

yoxdur, bircə elə qaytanı sallanır, yəqin qaytan yeyilib, o da 

qopub  düşüb.  Eləcə  donub  qaldım!  Dedim  axtarım,  bəlkə 

downloaded from KitabYurdu.org



 

149 


tapdım,  axtardım,  axtardım,  daha  yer  qoymadım,  amma 

tapılmadı. Elə bil ki, heç yox imiş! Axı bu hara düşə bilərdi? 

Dedim  ki,  yəqin  yatağa  düşmüş  olar.  Yorğan-döşəyi  alt-üst 

elədim,  yenə  tapmadım!  Dedim  ki,  əgər  o  qopub  düşübsə, 

onda  bəlkə  onu  tapan  olub,  evdə  də  ondan,  bir  də 

Matryonadan  ayrı  kim  olar?  Tapsa,  onlar  tapacaq. 

Matryonadan  arxayınam,  o  bütün  qəlbi  ilə  mənə 

sədaqətlidir,  tapsa  verər...  (Matryona,  sənin  samovarın  nə 

vaxt hazır olacaq?) Amma deyirəm, Nikolay Sergeiç tapsa, 

onda  nə  olar?  Oturub  dərd  çəkirəm,  ağlayıram,  ağlayıram, 

gözyaşı tökürəm, ovuna bilmirəm. Nikolay Sergeiç də mənə 

daha çox mehribanlıq eləyir,  mənə baxanda o da dərdlənir, 

elə bil ki, mənim nə üçün ağladığımı bilir, mənə rəhmi gəlir. 

Öz-özümə  deyirəm  ki,  bunu  o  haradan  bilər?  Bəlkə,  o, 

doğrudan  da,  medalyonu  tapıb,  pəncərədən  atıb  bayıra? 

Hirslənəndə belə şey eləyə bilər, pəncərədən atıb bayıra, indi 

də  atdığına  peşman  olub,  dərd  çəkir.  Mən  də  gedib 

Matryona  ilə  pəncərənin  qarşısını  axtardım,  tapmadım.  Elə 

bil  ki,  quyuya  düşmüşdü.  Bütün  gecəni  ağladım.  Birinci 

gecə  idi  ki,  mən  ona  xaç  vurmadım.  Ah,  İvan  Petroviç, 

downloaded from KitabYurdu.org



 

150 


bunun  yəqin  bir  sədəməsi  olacaq,  belə  şeydən  heç  xeyir 

gözləmə! O biri gün də ağladım, gözümün yaşı dayanmırdı... 

Əzizim,  sizi  gözləyirdim,  Allah  tərəfindən  göndərilən  bir 

mələk  kimi  gözləyirdim,  deyirdim,  heç  olmasa,  danışsam, 

ürəyimi boşaldaram. 

Anna Andreyevna bunu deyib, dərdli-dərdli ağladı. 

Birdən onun yadına bir şey düşdü, buna sevindi. 

– Ah yadımdan çıxıb, heç sizə demirəm! Siz yetim qız 

barədə bir şey eşitmisinizmi? 

–  Anna  Andreyevna,  eşitmişəm,  o  mənə  deyirdi  ki, 

fikirləşmişik,  bu  qərara  gəlmişik  ki,  zavallı,  yetim  bir  qız 

var, onu götürüb saxlayaq. Bu doğrudurmu? 

– Bu mənim heç ağlıma da gəlməyib, atam, heç ağlıma 

da gəlməyib! Heç bir yetim-zad istəmirəm! O mənə həmişə 

bizim  bu  qara  bəxtimizi,  bizim  bu  bədbəxtliyimizi 

xatırladacaq... Nataşadan başqa heç kəsi istəmirəm! Mənim 

bircə  qızım  vardı,  bircə  də  qızım  olacaq!  Atam,  bu  axı  nə 

olan  şeydir,  bu  yetim  qız  hardan  onun  ağlına  gəlib?  İvan 

Petroviç,  sən  bilən,  bu  nə  deməkdir?  Yoxsa  mənim  göz 

yaşımı  görüb,  mənə  təsəlli olmaq  üçün  bunu  eləyir?  Ya  da 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə