F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə32/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   28   29   30   31   32   33   34   35   ...   161

 

157 


körpə  uşaqlarım  var!..  Anna  Andreyevna,  deyirsən  belə 

eləyim? Bunu istəyirsən? 

Anna  Andreyevna  qorxudan  get-gedə  daha  artıq 

titrəyərək dedi: 

–  Atam...  Mən  heç  bir  şey  istəmirəm!  Dilim  dinc 

durmadı, dedim. Əgər bununla səni acıqlandırdımsa, bağışla 

məni, ancaq çığırma. 

Mən  yaxşı  bilirdim  ki,  Nikolay  Sergeiçin,  öz  zavallı 

rəfiqəsinin  tökdüyü  gözyaşını,  keçirdiyi  iztirabı  görərək 

ürəyi  sızıldayır,  bütün  varlığı  alt-üst  olur.  Mən  bilirdim  ki, 

Anna  Andreyevnadan  daha  çox,  o  iztirab  çəkir,  ancaq  o 

özünü  saxlaya  bilmirdi.  Bəzən  ən  xoş  təbiətli,  lakin  zəif 

əsəbli adamlarda belə bir hal olur: onlar nə qədər xoş təbiətli 

olsalar  da,  öz  kədər  və  hiddətlərinə  qapılır,  bundan  hətta 

həzz  alırlar.  Onlar  hər  necə  olsa,  heç  təqsiri  olmayan,  çox 

vaxt da ən yaxın adamlarına, lap onları incitməli də olsalar, 

ürəklərindəkini  açıb  söyləmək  istəyirlər.  Məsələn, 

qadınlarda  elə  bir  hal  olur  ki,  heç  kəs  onları  incitməsə  də, 

heç  bir  bədbəxtlik  üz  verməsə  də,  bəzən  onlar  incimək, 

bədbəxt olmaq ehtiyacını hiss edirlər. Bir çox kişilər var ki, 

downloaded from KitabYurdu.org



 

158 


bu cəhətdən qadınlara oxşayırlar, lakin onlar heç də zəif kişi 

deyillər,  qadınlıq  hissləri  də  onlarda  çox  azdır.  Qoca 

Nikolay  Sergeiç  də  dalaşmaq  ehtiyacını  hiss  edirdi,  lakin 

bundan özü də iztirab çəkirdi. 

Yadımdadır, o saat ağlıma belə bir şey gəldi: bəlkə də 

Nikolay Sergeiç, bayaq mənə rast gəlməmişdən əvvəl, Anna 

Andreyevnanın  güman  etdiyi  kimi,  bir  iş  tutmuşdur?!  Kim 

bilir,  bəlkə  də,  Allah  onun  başına  ağıl  qoymuş,  o  da 

Nataşanın  yanına  getmək  istəmişdir,  lakin  yolda  fikrini 

dəyişmiş,  ya  da  başqa  bir  şey  olmuş,  niyyəti  baş 

tutmamışdır. Yəqin elə belə də olmalı imiş. O da acıqlanmış, 

məhv olmuş halda, öz arzusundan, hisslərindən utanaraq evə 

qayıtmış, öz zəifliyinin acığını çıxmaq üçün hirsini kiminsə 

üstünə  tökmək  istəmişdir,  elə  bir  adam  seçmişdir  ki,  o 

adamda  belə  bir  arzu  və  hiss  olduğunu  daha  çox  güman 

edirdi. Bəlkə də, qızını bağışlamaq arzusunda olmaqla, o öz 

zavallı 

Anna  Andreyevnasının  bundan  son  dərəcə 

fərəhlənəcəyini  və  sevinəcəyini  təsəvvür  etmişdir,  lakin 

buna  müvəffəq  olmadığından,  məlum  şeydir  ki,  hamıdan 

əvvəl acığını ondan çıxmışdır. 

downloaded from KitabYurdu.org




 

159 


Lakin  Anna  Andreyevnanın  dərdli  görünüşü,  onun 

qarşısında qorxudan tir-tir əsməsi Nikolay Sergeiçin ürəyini 

riqqətə  gətirdi.  O  sanki  acıqlandığı  üçün  utandı,  bir  anlığa 

özünü  saxladı.  Biz  susurduq.  Mən  çalışırdım  ki,  ona 

baxmayım.  Lakin  bu  gözəl  dəqiqələr  çox  uzun  sürmədi. 

Nikolay  Sergeiç  hər  necə  olsa,  lap  çığır-bağırla  da  olsa, 

Nataşanı qarğımalı da olsa, ürəyini boşaltmalı idi. 

Birdən dedi: 

– Bilirsən, Vanya, mənim yazığım gəlir, mən danışmaq 

istəmirdim, amma elə bir vaxt gəlib çatmışdır ki, mən gərək 

hər bir  düz-doğru adama... Maneəsiz-filansız, necə  lazımsa, 

lap  açıq-aydın  ürəyimi  açıb  danışım...  Başa  düşürsən, 

Vanya?  Sənin  gəldiyinə  sevinirəm,  buna  görə  də  elə  sənin 

yanında elə bərkdən danışmaq istəyirəm ki, qoy başqaları da 

eşitsin, eşitsin ki, bütün bu boş-boş şeylər, bu göz yaşları, bu 

ah-vaylar,  bu  bədbəxtliklər  mənim  zəhləmi  tökmüşdür.  O 

şeyi  ki  mən  ürəyimdən  qoparıb  atmışam,  bəlkə  də  bunu 

qopararkən  ürəyim  parçalanmışdır,  mən  ağır  iztirablar 

çəkmişəm,  o  bir  daha  mənim  qəlbimə  qayıtmayacaq!  Bəli! 

Mən  bunu  deyirəm,  yerinə  də  yetirəcəyəm!  Mən  altı  ay 

downloaded from KitabYurdu.org



 

160 


bundan  əvvəl  olan  hadisəni  deyirəm,  başa  düşürsən, 

Vanya?!  –  Sonra  o,  görünür,  arvadının  qorxu  ifadə  olunan 

baxışlarından yayınmaq istəyərək, qızarmış gözləri ilə mənə 

baxıb  əlavə  etdi.  –  Vanya,  bunu  ona  görə  belə  açıq-aydın 

deyirəm  ki,  sözlərimi  sən  yanlış  başa  düşməyəsən.  Təkrar 

edirəm: bu boş şeydir, mən istəmirəm!.. Məni yandıran odur 

ki,  hamı  məni  belə  alçaq,  belə  zəif  hisslərə  malik  olan  ən 

axmaq,  ən  əclaf,  ən  rəzil  bir  adam  hesab  edir...  Elə  zənn 

edirlər  ki,  mən  dərd  əlindən  dəli-divanə  oluram...  Bu  boş 

sözdür! Mən əvvəlki hissləri özümdən rədd etmirəm, onları 

yadımdan çıxartmışam! Mənim üçün daha xatirə deyilən şey 

yoxdur!.. Bəli! Bəli! Yenə də bəli! 

O, cəld yerindən qalxdı, yumruğunu stola elə çırpdı ki, 

fincanlar cingildədi. 

Mən  daha  özümü  saxlaya  bilmədim,  acıqlı-acıqlı  ona 

baxaraq dedim: 

–  Nikolay  Sergeiç!  Sizin  Anna  Andreyevnaya  heç 

yazığınız  gəlmirmi?  Bir  görün  siz  onun  başına  nə  oyun 

gətirirsiniz!  –  lakin  mənim  sözüm  alovu  daha  da 

şiddətləndirdi. 

downloaded from KitabYurdu.org



 

161 


Nikolay  Sergeiç  titrəyə-titrəyə  və  rəngi  qaçmış  halda 

çığırdı: 

–  Yox,  yazığım  gəlmir!  Ona  görə  yazığım  gəlmir  ki, 

mənə  də  heç  kəsin  yazığı  gəlmir!  Ona  görə  yazığım  gəlmir 

ki,  lənətə,  hər  cür  cəzaya  layiq  olan  əxlaqsız  qızımın 

üstündə,  mənim  evimdə,  mənim  təhqir  edilmiş  şəxsiyyətim 

əleyhinə sui-qəsd düzəldirlər! 

Anna Andreyevna həyəcanla dedi: 

–  Atam,  Nikolay  Sergeiç,  qarğıma!  Hər  nə  eləyirsən 

elə, ancaq qızını qarğıma! 

Qoca Nikolay Sergeiç daha bərkdən çığırdı. 

–  Qarğıyacağam!  Ona  görə  qarğıyacağam  ki,  mənim 

kimi aldadılmış, təhqir edilmiş bir adamdan tələb edirlər ki, 

mən o məlunun yanına gedim, ondan üzr istəyim! Bəli, bəli, 

belədir!  Bununla  da  hər  gün,  gecə-gündüz,  mənim  evimdə 

gözyaşı  ilə,  ah-vayla,  axmaqcasına  eyhamlarla  mənə  əzab 

verirlər!  Mənim  ürəyimi  yumşaltmaq  istəyirlər...  –  o,  titrək 

əllərilə  yan  cibindən  kağızları  tələsə-tələsə  çıxararaq  əlavə 

etdi.  –  Vanya,  bir  bax,  bir  bax,  bizim  məhkəmə  işindən 

burada  kağızlar  var!  Bu  kağızlardan  belə  çıxır  ki,  mən 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə