F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə33/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   29   30   31   32   33   34   35   36   ...   161

 

162 


oğruyam, yalançıyam, adam aldadanam, mən, mənə səxavət 

göstərən  adamın  dövlətini  oğurlamışam!..  Mən  o  qızın 

üzündən özümü çaşdırmışam, biabır olmuşam! Bir bax! Bir 

bax! 


O  sürtukunun  yan  cibindən  kağızları  bir-bir  çıxarıb 

stolun  üstünə  atır,  mənə  göstərmək  istədiyi  kağızı  tələsə-

tələsə  onların  arasından  axtarırdı,  ancaq  tərs  kimi  tapa 

bilmirdi. Axırda səbri tükənərək, əlinə keçən bütün kağızları 

cibindən  çıxartdı,  birdən  ağır  bir  şey  stolun  üstünə  düşərək 

cingildədi... Anna Andreyevna həyəcanla çığırdı. Bu – itmiş 

medalyon idi! 

Mən  öz  gözlərimə  güclə  inandım.  Qan  qocanın  başına 

vurdu, üzü qıpqırmızı qızardı. O diksindi. Anna Andreyevna 

əllərini  döşünə  qoyaraq,  yalvarıcı  bir  nəzərlə  ona  baxırdı: 

onun  üzündə  ürəkaçan,  gözəl  bir  ümid  gülümsəyirdi. 

Qocanın  qızarması,  onun  özünü  itirməsi...  Bəli,  Anna 

Andreyevna yanılmırmış, indi o başa düşürdü ki, medalyon 

necə  olub  itmişdir!  O  başa  düşürdü  ki,  Nikolay  Sergeiç 

medalyonu  tapmış,  bunu  tapdığına  son  dərəcə  sevinmişdir, 

bəlkə də, sevincindən titrəyərək, onu böyük bir qısqanclıqla 

downloaded from KitabYurdu.org



 

163 


başqalarından  gizlətmişdir.  Tək  olanda  hamıdan  gizlin, 

hədsiz  bir  məhəbbətlə,  öz  sevimli  balasının  medalyondakı 

şəklinə,  onun  kiçik  üzünə  baxmışdır,  baxmaqdan 

doymamışdır, bəlkə o da, Nataşanın zavallı anası kimi, otağa 

girib  qapını  bağlamış,  təkbaşına  oturub,  son  dərəcə  sevdiyi 

Nataşası ilə söhbət etmişdir, ona suallar vermiş, bu suallara 

da  özü  cavab  axtarmışdır.  Gecə  isə  böyük  iztirab  içində, 

hönkürtüsünü  sinəsində  boğaraq,  əziz  surəti  nəvazişlə 

oxşamışdır,  öpmüşdür,  görmək  istəmədiyi,  hamının 

qarşısında  lənət  oxuduğu  qızını  qarğımaq  əvəzinə,  onu  əfv 

etmişdir, ona öz xeyir-duasını göndərmişdir... 

Anna  Andreyevna,  bir  az  bundan  əvvəl  Nataşasına 

qarğış edən bu sərt, bu qəzəbli atanın qarşısında özünü daha 

saxlaya bilməyərək həyəcanla çığırdı: 

– Mənim əzizim, sən onu yenə də sevirsən! 

Lakin  onun  çığırtısını  eşidən  kimi,  Nikolay  Sergeiçin 

gözlərində dəlicəsinə bir qəzəb parıldadı. Medalyonu qapıb 

yerə  çırpdı,  hiddətlə  onu  tapdalamağa  başladı.  Tövşüyə-

tövşüyə, nəfəsi tutula-tutula xırıldadı: 

downloaded from KitabYurdu.org




 

164 


–  Həmişəlik,  həmişəlik  səni  qarğıyıram!  Həmişəlik, 

həmişəlik! 

Anna Andreyevna çığırdı: 

–  İlahi!  Onu,  onumu  qarğıyırsan?!  Mənim  Nataşamı? 

Onun  üzünü...  ayağınla  tapdalayırsan?!  Ayağınla?!  Zalım 

adam! Hissiz adam! Daşqəlbli məğrur adam! 

Çılğın  qoca,  arvadının  fəryadını  eşidib,  tutduğu  işdən 

dəhşətə  gələrək  dayandı.  Birdən  medalyonu  yerdən  qapıb 

götürdü,  otaqdan  qaçmaq  istədi,  lakin  ikicə  addım  ataraq 

birdən  dizləri  üstə  düşdü,  əllərini  qarşısında  olan  divana 

söykəyərək, gücdən düşmüş halda başını aşağı saldı. 

O, körpə uşaq kimi, bir arvad kimi ağlayırdı. Hönkürtü 

hıçqırıqları  sanki  onun  sinəsini  parçalamaq  istəyirdi. 

Qorxunc, qəzəbli qoca  bir  anda  xırdaca bir  uşaqdan  da  zəif 

oldu.  O  indi  daha  Nataşasını  qarğıya  bilməzdi,  o  indi  daha 

bizim  heç  birimizdən  utanmırdı,  çılğın  bir  məhəbbət 

coşqunluğuna  qapılaraq,  bizim  yanımızda,  indicə  ayaqları 

altında tapdaladığı şəkli öpür, ardı-arası kəsilmədən öpürdü. 

Sanki  onun  öz  qızına  olan  və  xeyli  vaxtdan  bəri  qarşısı 

alınan  bütün  nəvazişi,  bütün  məhəbbəti  indi  böyük  bir 

downloaded from KitabYurdu.org



 

165 


qüvvətlə  onun  qəlbindən  xaricə  çıxmağa  can  atır,  sarsıdıcı 

bir qüvvə ilə onun bütün varlığını parçalayıb dağıdırdı. 

Anna Andreyevna ona doğru əyilib, onu qucaqlamışdı, 

hönkür-hönkür ağlayaraq deyirdi: 

–  Bağışla  onu,  bağışla!  Qaytar  onu,  əzizim,  ata 

yurduna!  Allah  özü  qiyamət  günündə  sənin  göstərdiyin  bu 

mərhəməti, bu şəfqəti nəzərə alar!.. 

Lakin qoca xırıltılı, boğuq bir səslə bərkdən deyirdi: 

– Yox, yox! Qətiyyən, heç vaxt! Heç vaxt! Heç vaxt! 

 

downloaded from KitabYurdu.org




 

166 


XIV FƏSİL 

 

Mən Nataşanın yanına gələndə saat on olmuşdu. Nataşa 



onda  Fontankada,  Semyonovsk  korpusunun  yanında,  tacir 

Kolotuşkinin  çirkli,  “əsaslı  surətdə  tikilmiş”  evinin 

dördüncü  mərtəbəsində  yaşayırdı.  Nataşa  öz  evlərindən 

getdikdən  sonra,  onlar  ilk  əvvəl,  Liteynaya  küçəsində, 

üçüncü  mərtəbədə,  kiçik,  lakin  çox  gözəl,  əlverişli  bir 

mənzildə yaşayırdılar. Ancaq çox çəkmədi ki, gənc knyazın 

pulu qurtardı. O, musiqi müəllimi olmadı, başqalarından pul 

almağa başladı, öz imkanlarına görə çox böyük borca düşdü. 

Bu  pulları  otağın  bəzək-düzəyinə,  Nataşaya  aldığı 

hədiyyələrə  sərf  edirdi.  Nataşa  da  onun  belə  bədxərclik 

etməsinə  qarşı  çıxır,  bunun  üstündə  ona  öyüd-nəsihət 

verirdi,  hətta  bəzən  ağlayırdı.  Alyoşa  həssas,  məsələni  tez 

duyan  bir  adam  idi,  o  bəzən  Nataşaya  nə  kimi  bir  hədiyyə 

alacağını,  bunu  Nataşanın  necə  qəbul  edəcəyini  bir  həftə 

düşünər,  bundan  həzz  alardı,  bunu  özü  üçün  həqiqi  bir 

bayram  edərdi.  Öz  intizarını,  arzu  və  xəyallarını  böyük  bir 

həvəslə  qabaqcadan  mənə  söyləyərdi,  Nataşanın  öyüd-

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə